Elçin Mirzəbəylinin
“Poz bu sükutu” kitabının Yazıçılar Birliyində təqdimatı
olub
Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda jurnalist, publisist və şair, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin “Poz bu sükutu” adlı kitabının müzakirə və imza günü keçirilib.
Publika.Az-ın məlumatına görə, təqdimat mərasimini giriş sözü ilə AYB – nin Gənclər üzrə katibi, “525 – ci qəzet”in baş redaktoru Rəşad Məcid açıb. Rəşad Məcid bir qədər nostalji hislər doğuran məqamlara toxunaraq “Ağdama gedən qatar” şeirinin yazılma tarixçəsini danışıb. O, bir qədər də kitabla bağlı fikirləri ilə bölüşüb.
Daha sonra AYB-nin Gənclər üzrə katibi sözü tənqidçi Əsəd Cahangirə verib. Tənqidçi Əsəd Cahangir Elçin Mirzəbəylinin “Poz bu sükutu” adlı kitabında toplanan şeirlər haqqında tədbir iştirakçılarına geniş məlumat verdikdən sonra son dövrlərdə ədəbi mühitdə gedən proseslərə də toxunub.
Daha sonra
söz AYB – nin katibi, şair Fikrət Qocaya verilib. Fikrət
Qoca Elçin Mirzəbəyli yaradıcılığı ilə
tanış olduğunu, həmçinin indiki zamanda
insanları şeirlə təəccübləndirməyin
çətin olduğunu deyib: “ Fikrət Qoca öz
çıxışında qeyd edib ki, Elçin Mirzəbəyli
isə öz poeziyası ilə nəinki təəccübləndirir,
hətta həyata, mübarizəyə, fərqli fikirləri
aşılamağa səsləyir: “Amma məni narahat edən
bir məqam da var ki, belə gözəl və səmimi
şeirlər yazan Elçin Mirzəbəyli son illər nədənsə
şeir yazmaqdan qaçır, qələmini daha çox
publisistikada sınayır. Amma buna baxmayaraq publisistika da
şeirləri kimi gözəldir”.
AYB katibi
Arif Əmrahoğlu və tənqidçi Bəsti Əlibəyli
öz çıxışlarında Elçin Mirzəbəylini
həm köhnə, həm də yeni nəslin qəbul etdiyi
şair, poeziya və publisistika adamı kimi dəyərləndiriblər.
Daha sonra
çıxış edən şair Abbas Abdulla Acaloğlu,
şairə Rəsmiyyə Sabir, Tərxis Olunmuş Hərbçilərin
Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri
Emin Həsənli, Yeni Yazarlar və Sənətçilər
Qurumunun sədri, “kitabxana.net” saytının rəhbəri,
yazıçı-kulturoloq Aydın Xan Əbilov, şair
Balayar Sadiq Elçin Mirzəbəylinin bu gün ədəbi
mühitdə, öz fərqliliyi, öz dəsti – xətti ilən
seçilən bir şair və publicist olduğunu qeyd ediblər.
Sonda
çıxış edən şair Elçin Mirzəbəyli
tədbir iştirakçılarına, dəyərli fikirləri
ilə bölüşən hər kəsə öz dərin
təşəkkürünü bildirib. Təqdimat mərasimi
Elçin Mirzəbəylinin “Poz bu sükutu” kitabındakı
lirik şerlərdən kiçik parçalar söyləməsi
ilə başa çatıb.
Həmçinin
qeyd edək ki, kitabda şair Elçin Mirzəbəylinin
müxtəlif illərdə yazdığı şeirlər,
esselər və publisistik məqalələrdən seçmələr
yer alıb.
Mürvətqızı Sevinc
525-ci qəzet.- 2012.- 27 sentyabr.- S.7