Şeirin peşində bir
ömür: Məmməd İsmayıl
Ankaranın “Bəngü” nəşriyyatı
görkəmli şairimiz Məmməd İsmayılın
seçilmiş əsərlərindən ibarət 408 səhifəlik
“Unutduğun yerdəyim” adlı şeir kitabını
çap edib. Şeirləri Anadolu türkcəsinə
tanınmış yazar İmdat Afşar
uyğunlaşdırıb. M.İsmayılın qələm
dostu, dəyərli ədəbiyyat adamı Ali Akbaş kitaba
geniş bir önsöz yazıb. Həmin önsözü
oxuculara təqdim edirik
Şeirin zirvəsində bir şairin
kitabına ön söz yazmaq nə böyük mutluluq; bir də
o şair sizin ən yaxın dostunuz, qardaşınız,
misralar paylaşdığınız biriysə...
Məmməd İsmayılın şeir
dünyasına dalmaq, misralarının arxa planındakı dərinliyi
və düşüncəni qavraya bilmək
üçün, onun mücadilələrlə dolu həyatına
qısaca göz atmaq gərəkdir. Məmməd
İsmayıl, hələ dünyadan, dünyanın dərdlərindən,
kədərlərindən xəbərsiz bir körpə ikən
atasından ayrılmış; atası cəbhəyə gedərkən
hələ bir yaşında olduğu üçün, nə
yazıq ki, zehnində ölümə gedən bir atanın
surəti belə qalmamışdır; ancaq Məmməd
İsmayıl “Ata şəkli” adlı şeirində bu
ayrılığı ən incə rənglərlə rəsm
edir və sanki bir rəssam duyarlılığı və diqqəti
ilə tablolaşdırır:
...Bu soyuq sətirlər bir şey deyirmi?
Səsi sonra çıxdı yağan
qarın da...
Bir ana düşünün, yaşı
iyirmi,
Bir oğul, çox olsa,
yaşyarımında.
...Havada donurmuş sözə ehtiyac,
Ata kəlmələri
qırıq-qırıqdı:
–Gözümün işığı,
gözlərini aç
Bəlkə bu ayrılıq son
ayrılıqdı.
Bu həzin ayrılıqla alnına yetimlik
möhrü vurulan Məmməd İsmayıl, eyni zamanda, daha
çiçəyi burnunda bir gəlin ikən, hələ əlinin
xınası belə getməmiş, ərini İkinci
Dünya müharibəsinin qan və barıt qoxuyan cəbhələrinə
göndərən və bu savaşda həyat
yoldaşını itirən şahbaz bir ananın; Gülzar nənənin
oğludur... O igid qadının oğlu olduğundan,
ayağını yerə daha sağlam basabilmiş, bir yetim
olaraq böyüsə də, həyata sımsıkı
tutunmayı başara bilmiştir... Çiləkeş bir
Türk anası olan Gülzar nənə, bir ana qurt kimi, adəta
onun qundağını dişlərinə taxaraq təhlükələrdən
uzaqlaşdırmış, kəm gözlərdən iraq
dalğalarda böyütmüşdür...
Məmməd İsmayıl, bu qəribliyi,
arxasızlığı, çarəsizliyi və
yalnızlığı, Anası Gülzar nənənin xatirəsinə
ithaf etdiyi “Müqəddəs kədər” adlı şeriylə
ölümsüzləşdirir:
Biz dört nəfər idik.
Təpəl qoyun idi,
Gəzəl alma idi,
Anamdı, məndim...
Gələcək həyatın xatirəsinə
Bizi atmışdılar yerkürəsinə.
Anam gözəlliyin gəlinliyiydi,
Alma meşələrin pöhrəliyiydi
Mən isə bəşərin körpəliyiydim.
Vaxtınız olanda sıxın bir məni,
Bir görün nəyəmə!
Ana çörəyiyəm,
Alma şirəsiyim, qoyun südüyəm...
Məmməd İsmayıl ilə eyni
taleni paylaşan Qırgızıstanın dev yazarı
Çingiz Aytmatov və Mar Bayciyev də Gülzar nənə
kimi çiləkeş Türk anaların insanlığa bir
armağanıdır. Bu analar ki, ərləri, Stalin tərəfindən
səbəbsiz yerə ölümə göndərildiyi
üçün, yavrularını dünya çapında
yazarlar və şairlər olaraq böyüdərək,
Türk Dünyasını saran “Qızıl bəladan”
öç almışlar. Türk tarixində belə analar
heç də az deyildir... Anadoluda da səfərbərlikdən
sonra dul qalan nənələrimiz, saçlarını
süpürgə edərək yetimlərini
böyütmüş və bir oyanışa, dirilişə
səbəb olmuşlar. Bu özəllik Türk analarına
öncəki nəsillərdən qalan genetik bir mirasdır əslində.
Məmməd İsmayıl kimi zirvə bir şairi yetiştirən
Gülzar nənə də o qadınlardan sadəcə
biridir...O qadınlar ki, sadəcə yetimlərini deyil, iffət
və namuslarını da qoruyaraq başarmışlar bu
işi... Dul qalan gəlinlər, yetim çocuklarını,
iffətləriylə qadınlıq duyguları arasına sipər
etmişlər. Məmməd İsmayıl bu əsil
mücadiləni;
“...Ağlımız təzəcə kəsirdi
onda
Bir həsrət gəzərdi dərəni,
düzü
Bir ad dolaşırdı söz arasında
Ümidən asılan kılınç
kimiydik
Analar kınından sıyırıb bizi
Qoymuştu nəfsiylə öz
arasında...”
misralarıyla anladır.
Onun,
anasının himayəsində keçirdiyi çocuqluq və
ilk gənçlik illəri, əslində bir neçə
romanı bəsləyəcək qədər dramatik olaylarla
doludur. Buna baxmayaraq O, eyni yetim taleyi paylaştdığı Çingiz
Aytmatov kimi ağlın səsinə qulaq verən nəsrə
deyil, duyğulara səslənən “arı söz”ə
yönəlmiştir ki, bu üzdən Məmməd
İsmayılın şeirləri, ana sevgisi və ata özləmi
ilə yoğrulmuştur... Fəqət Məmməd
İsmayılın şeirlərindəki ana sevgisi vətənlə;
ata həsrəti isə Türklük şuuru ilə eyniləşir.
...Deyərsiz, bilmədik ömür
sürəli
Vaxtın söz sovunda, çat ha
çatında
Atadan, anadan, yardan irəli
Varmış sevgilisi vətən
adında...
...Hələ istək, arzu şaxtır
Ömrün keçən yatırında
Könlüm bir yetim uşaqdır
Qədim bir Türk çadırında...
Məmməd İsmayılın dünyaya
gəldiyi Tovuz bölgəsi zəngin folklorik həyatın
yaşandığı, usta saz şairlərinin yetiştiyi qədim
bir Oğuz yurdudur. O hələ uşaqlıq illərində,
Qoca Qartal namıyla anılan və yaxın qohumu olan
Mikayıl Azaflının, saz nəğmələri
altında söylədiyi bənzərsiz şeirlər və
çevrəsində söylənən dastan və
nağıllarla böyüyür. Ondaki bu folklorik birikim,
Bakıda qazandığı zəngin ədəbi miras və
Moskvada Qorki adına İkiillik Ali ədəbiyyat
kurslarında aldığı sənət təhsili ilə
birləşərək ənənə və modernin
qovuşmasıyla əvəzsiz bir lirizmə
dönüşür...
...Qərib gəcələrin yuxusu sərvaxt,
Qurbət gündüzlərə
zülüm dolanır.
Anam dolanardı başıma bir vaxt,
İndi ətrafıma ölüm
dolanır...
Məmməd İsmayıl Azərbaycan ədəbiyat
tarixində önəmli yer tutan, bir ədəbiyat və sanat
dərgisi olan və iki dildə yayın yapan “Gənçlik”
jurnalının da qurucusu olmuş, baş redaktorluğunu
yapmışdır. Fikir çiləsiylə yoğrulan bir sənətkarın
taleyi, əlbəttə ölkəsinin taleyindən
ayrılmazdır. Bu üzdən onun taleyi də Azərbaycanın
çalxantılı dövrləri kimi enişlər və
yoxuşlarla doludur. Məmməd İsmayıl “Gənçlik”
jurnalında təmsil etdiyi milli oyanışın, 1990-cı
ildə başlayan azadlıq dirənişinə
dönüşməsinə də öncülük edən
şairlərdən biridir. Aşağıdaki mısralar
azadlıq inancının təzahürü deyilmi:
...Güneylə, quzeyin Türk vadisində
Uzun bir cümlədir vətən
torpağı!
Batıdan doğuya yolu upuzun,
Ortada vergüldür Xəzər dənizi
İtildir, Fıratdır qol budaqları
Önündə mübtəda Ege
suları
Sonunda nidadır Tanrı dağları...
Oxunsa uçuqlar dili sonsuzun.
Heç kimsə oxuyub başa
çıxamaz,
Uzun bir cümlədir vətən
toprağı
Uzundur, dünyanın ömründən
uzun...
...Məmməd İsmayıl kimi milli
şuurla süslənmiş neçə şairin sözləriylə
alovlanan və gur bir atəşə dönüşən
azadlığın önü, Azərbaycanın
bağımsızlık illərinin həmən
başlarında Qarabağ savaşı ilə kəsilməyə
çalışılmıştır ki, Qarabağ hadisələri
Məmməd İsmayılın şeirlərində misra-
misra kanayar... Bəlkə də kadər Məmməd
İsmayıl kimi şairləri də Qarabağın,
Xocalının, Laçının, Kərkükün və
bəlki bütün insanlığın dərdinə
yansınlar və millətin duygularına tərcüman
olsunlar diyə təhrik etməktədir. O, bu
duygularını belə dilə gətirir:
...Laçınım, Laçınım
kəsilən əlim,
Düşman pənçəsində
yetim gözəlim.
Yolmu var, yanına ha yandan gəlimə!
Laçınım, Laçınım,
yaralı quşum,
Kimin var, halını kimdən soruşumə!
lll
...Şairləri susmayan
Bir vətən basılmayıb,
Qəlbimdə can yerinə
Buna ümid bəslədim.
Yolunda şəhit olmaq
Baxtıma yazılmayıb,
Bayrağına sarılıp
Dəfnedilmək həsrətim...
Məmməd İsmayıl, bəzən
doğduğu kənddəki əsrik çayı gibi dəlicə
axar, bəzən də dənizə qovuşan sular kimi
durularaq Yunus iqlimindən səslənir. Onun şeirlərində
epik, dəstani əda ilə romantik tövür
iç-içə keçər. Təbiətlə ilgili
pastoral şeirləri isə heyranlıq oyandıracaq qədər
rəngli və təbiəti birəbir təmsil edən bir
foto qədər canlıdır... Aşağıda
dörtlükləri sizlərlə paylaşmaq
üçün seçtim:
...Tutub ətəyindən “Allah kerim”in
Payız meşəsində qış həyəcanı.
Orda öldürülən ümidlərimin
Hər axşam sulara tökülür
qanı.
lll
...Gəldiyin kimi də getmək gözəldir
Bədəndən sıyrılıb ruh
olmaq gözəl.
Dənizə qarışıb itmək
gözəldir,
Tanrıya qovuşub yox olmaq gözəl.
lll
...Neçə məhabbətə
anadır gecə,
Gecə sirr yığını, soraq
yığını.
Sevənlər könlünü açar
gizlicə
Kim görüb qönçənin
açıldığını!
lll
...Hardasa, bir bayquş ölər
acından
Qalar qaranlığın alt qatlarında.
Bir quş havalanar qoz ağacından
Oyadar gecəni, qanatlarında.
lll
...Qarışıp bir-birinə
Can səsi, cahan səsi.
Sayısız səs içində
Tənha bir insan səsi.
Mənəm yərdən göyəcən
Yayılan əzan səsi,
Mənəm dua oxuyan.
lll
Hər qönçə gələcək
eşq ilahəsi,
Hər ovuc torpaq da ağaç yeridi.
Sənin fikirlərin maqnit sahəsi
İlahi vəhlərin saxlac yeridi.
lll
Soruşma nə olar sonun əvvəli
Daşda su,dildə söz,odunda ocaq.
Sənin şeirlərin—hamilə gəlin,
Gedib oxuyana fikir doğacaq.
Məmməd İsmayıldaki bu lirizmi, bu
coşğuyu yaxalayacaq neçə şair vardır? Bilmirəm.
Mən, seçmə zövqünüzə müdaxilə
etmək də istəmirəm. Amacım, sizləri şairlə
tanışdırmaq, onun şeir dünyasına ait
ipuçları verməkdi, bu başarabilmişsəm nə
mutlu... Görəlim bu böyük şair, Unuttuğumuz Yerdəmi
Məmməd İsmayılın bu kitabda yer alan şeirlərini
Türkiyə Türkçəsinə uygunlaştıran
İmdat Avşara və bu kitabı şeir sevərlərlə
buluşturan Avrasya Yazarlar Birliği Başkanı Yakup Öməroğluna
sonsuz təşəkkürlərimlə...
Ali AKBAŞ,
Şair, Avrasiya
Yazarlar
Birliyinin katibi,
“Qardaş qələmlər”
dərgisinin
baş redaktoru
525-ci qəzet.-
2012.- 28 sentyabr.- S.7.