Tofiq Məlikli - 70

 

 Bu gün Moskva Ədəbiyyatçılar Evinin böyük zalında tanınmış şərqşünas alim, türkoloq, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin rəhbəri Tofiq Məliklinin 70 illik yubileyi ilə bağlı təntənəli gecə təşkil olunub. 

Rusiya Azərbaycan ədəbi- mədəni ictimai birliklərinin nümayəndələrinin qatıldıgı təbdir Tofiq Məliklinin həyat yaradıcılığının bir qismini öz diliylə anlatdığı filmin nümayişi ilə başlandı. Elə buradan yol alan gecədə Tofiq Məlikli ürəyindən qor alıb yananOcaqətrafında, onun keçdiyi ömür yolunun hesabatı dinlənildi.  Qaralamazsız yaşanan ömürkitabında geriyə boylanıb baxanda qaralamadan qaralanmadan 70 illik bir zamana imza atan türkoloq alimlə bağlı çıxışlar oldu.  Yubileydə ilk təbrik nitqi ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu danışdı. Səfir, Tofiq Məliklinin 1990-cı illərdə SSRİ imperiyasının törətdiyi Bakı qətliamına qarşı Moskvada hər kəsi bir araya toplayaraq Azərbaycanın haqq savaşı uğrunda mübarizəsinə toxunaraqRusiyada diplomatik fəaliyyətə başladığım gündən yaxından tanimağa müvəffəq olduğum Tofiq müəllim haqqında sadəcə bunu demək yetər. Sevinirəm ki, Rusiyada Azərbaycanı tanıdan, təmsil edən Tofiq Məlikli kimi ziyalı yaşayır. Keşkə, Azərbaycan üçün belə yanan, onu belə sevdirən insanlarımız çox olaydı”-dedi. Polad Bülbüloglu Tofiq müəllimin davamçıları olacaq gənclər yetişdirib, ondan örnək alanların sıralanacağına ümidvar olduğunu əlavə etdi. O, diplomatik korpusun bütün nümayəndələri adından şəxsən öz adından yubilyara can sağlığı, üzün ömür dilədi.  “Hiss verən, his verməyən, istisiylə isindirən, tüstüsüyləOcağ”ımıza yad baxan gözləri yaşardancəmiyyət sədri haqqında Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı Çingiz Abdullayev bunları xatırlatdı: “Uzun zaman bizə Allahsız olmağı öyrətdilər, SSRİ-dən qopanda isə vicdansız olmağı. Allahsız vicdansızlıqla yaşanan illərdə Tofiq müəllim atılan o daşları topladı”. Tofiq Məlikli şəxsiyyətinə bu baxış prizmasından baxan yazıcı Azərbaycanın xalq yazıçılarının da təbrik dolu ismarıcını ona çatdırdı .  Rusiya Yazıçılar BirliyindənMoskovskiy literatorqəzetinin baş redaktoru İvan Qolubniçiy Rusiya-Azərbaycan ədəbiyyatı vasitəsiylə xalqlarımız arasında tarixi ədəbi-mədəni əlaqələri qoruyub saxlamaqda əsl vətənpərvər kimi çıxış edən Tofiq müəllimə minnətdarlıqla onun S. Yesenin adınaZolotaya Osen” (“Qızıl Payız”) ordeninə layiq görüldüyünü bildirib, hədiyyəni təqdim etdi.  Qazaxıstan diasporunun rəhbəri Polad Camalov Tofiq müəllimlə bağlı fikirlərini söyləyərək, “məmurlar açıq sözlü, cəsarətli adamları sevməzlər”- dedi. Bununla ədəbi-elmi ictimai mühitdə bir əsgər kimi savaşdığına eyham etdi. O, Tofiq Məlikliyə hədiyyə kimi Qazaxıstanın milli paltarını geydirdi.   Ocaqcəmiyyəti idarə heyətinin üzvləri adından isə rəhbərlərinə“Tofiq Məliklininnöqsanlarımövzusunda olan yumoristik şeiri İlham Bədəlbəyli oxudu. yubilyara Azərbaycan kişisinin simvolu olan buxara papaq hədiyyə edildi.  Tofiq Məlikli bu isti münasibətdən gözü yaşararaqbelə bir papaq arzusunda olduğunu”-da bildirdi. İndi oldum, sultan” – deyə yumorundan qalmadı.  Bu hədiyyədən sonra Tofiq müəllimin başındakı papagna işarə iləDərvişteatrının aktrisası olan aparıcı :

Belə Sultan bəy mənə evlənmək təklif eləsə, etiraz etməzdim”-dedi.  Gecənin sultanı”nı daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin yetkilisi Rizvan Əliyev təbrik edərək Komitə sədri Nazim İbrahimovun təbrikini nəfis işlənmiş kiçik xalçanı, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru Mikayıl Hüseynov isə Rusiyanın əməkdar rəssamı Əsgər Məmmədovun Tofiq Məliklinin yağlı boya ilə işlənmiş portretini hədiyyə verdi. Gecə Bakıdan gələn musiqili qonaqların ifasının hərarətiylə daha da isindi. Azərbaycanın əməkdar artisti Lalə Məmmədovanın, müğənni Fuad Dadaşovun, “Xalq ulduzumusiqi müsabiqəsinin laureatı Xəyalə Qafarzadənin ifaları alqışla qarşılandı. V Ümumrusiya istedadlar gözəllik müsabiqəsinin laureatı 12 yaşlı Nigar Zakirovanın skripkada Azərbaycan mahnılarını ifa etməsi, Moskvadakı 157 saylı Azərbaycan məktəbinin şagirdlərinin Tofiq Məliklinin şeirlərinindən hazırladığı kompozisiya, Moskva Dövlət Linqvistika Universitetinin tələbələrinin doğma dilimizdə müəllimlərini şeir mahnı ifaları ilə təbriki gecənin yadda qalan anlarından idi.  Gecədə Moskva hökuməti sosial- siyasət məsələləri üzrə paytaxt merinin birinici müavini Lyudmila Şvetsovanın, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın təbrik teleqramları oxundu. Yubiley gecəsi Rusiyadakı AzərbaycanDərvişteatrının Tofiq Məliklinin şeirləri əsasında hazırlanmış kompozisiyası yubilyarın bu gözəl gecəni təşkil edən, ona unudulmaz anlar yaşadan hər kəsə minnətdarlığı ilə başa çatdı. 

 

 

Tünzalə VƏLİQIZI, 

Moskva

 

525-ci qəzet.- 2012.- 2 oktyabr.- S.7.