Türkər
Qasımzadə beynəlxalq müsabiqə qalibləri
arasında
Bu
yaxınlarda istedadlı musiqiçi Türkər Qasımzadə
özünün bəstəkarlıq
yaradıcılığında daha bir önəmli uğura
imza atıb. Onun Amerikada fortepiano üçün
yazdığı musiqi “Composer’s Voice: Fifteen-Minutes-of-Fame” (Bəstəkarın
səsi: On beş şöhrət dəqiqəsi”)
seriyasından keçirilən beynəlxalq müsabiqənin
münsifləri tərəfindən bəyənilərək
fevralın 12-də Nyu Yorkda təşkil olunacaq konsert
proqramına daxil edilib. O, dünyanın müxtəlif ölkələrindən
müsabiqəyə qatılan 60 musiqiçi arasından
seçilərək, 15 tanınmış bəstəkardan
ibarət qrupda yer alıb. T.Qasımzadə yeni əsərinə
Pablo Nerudanın “Gələcəyin boşluğu” şeirindən
seçdiyi sətirlərlə quruluş verərək, bunu rəmzi
bir musiqi şərhi kimi təqdim edir. “15-lər”in əsərlərini
istedadlı pianoşu Shiau-uen Ding səsləndirəcək.
Türkər
Qasımzadə Nyu York Konservatoriyasının məzunu olaraq
hazırda Heydər Əliyev Fondunun dəstəyilə
ABŞ-ın Ohayo ştatında, Sinsinnati Universitetinin bəstəkarlıq
üzrə doktoranturasında təhsilini davam etdirir.
525-ci qəzet.-
2012.- 12 yanvar.- S.7.