ORALARDA
KİMLƏR VAR: VALERİ MARÇENKO
KƏDƏRLİ
VƏ UNUDULMAYAN BİR HEKAYƏT
Vpervıe
eta statya izvestnoqo ukrainskoqo diplomata Ö. Koçubeya
napeçatana qazeta “Bakinskiy raboçiy”, v 1992 qodu ona bıla
perepeçatana v “Literaturnoy Ukraine”. Eyo avtor emko i obcemno
oxarakterizoval jiznennıy put i dostijeniya izvestnoqo svoey lyubovyu k
Azerbaydjanu ukrainya Valeriə Marçenko.
Vusloviyax
“soyuznoqo”, tolko deklariruemoqo, internaionalizma Valeriy Marçenko
stal nastoyahim borüom za vozrojdenie kulturnoqo boqatstva i duxovnoqo
vzaimooboqaheniə ukrainev i azerbaydjanev. Za çto i postradal vposledstvii, no ne
pokorilsa, daje v laqere osobo stroqoqo rejima zanimaes perevodami s
azerbaydjanskoqo.
On ne
edinstvennıy, koqo sudili za “dvoynoy naionalizm” – “ukrainskiy i
azerbaydjanskiy”.
Vladimir
Krilovski
Azərbaycanda
və Ukraynada milli hərəkatın və eyni zamanda Ukraynada
şərqşünaslığın təbliği
üçün mühakimə olunub sovet zindanlarında məhv
olan ukraynalı bender VALERİ MARÇENKOnun ağrılı
həyat hekayəti. Ukrayna
Yazarlar Birliyinin üzvü,diplomat .Y.
Qoçubəyin bilgiləri əsasında.
YAZIÇI YAŞARA MİNNƏTDARLIQLA
Bu hekayətin
yazılmasına nədən başlayacağımı bilsəm
də, bilməmiş kimiyəm,çünki
başlanğıc üçün bir neçə variant var
ki, bunların hamısı mənə təkan verir.
Məsələn
:belə başlamaq
olar,
HEÇ
KİM, HEÇ NƏ UNUDULMAYIB.
Bu
şüar sovetlərdə ən məhşur və ən
yayğın şüarlardan biri idi.Və həqiqətən
də yazacağım yazı mövzusu bu varianta tam cavab verir.
Daha başqa
bir başlanış belə ola bilər:
KƏDƏRLİ
VƏ UNUDULMAYAN BİR HEKAYƏT.
Daha bir
başlanğıc belə ola bilər ki,
məsələn
:
HƏR
ŞEY ONDAN BAŞLADI Kİ...
Bu
başlıq qısa bir giriş kimi də ola
bilər. Çünki həqiqətən bu
hekayətin yazılmasına Ana səbəb məhz elə bu
başlanğıcdı.
Belədi ki,
“525-ci qəzet”in istedadlı və çox məlumatlı
yazarı Yaşar bəy bir gün yenə də söhbət
ərəfəsində kino sənətinə yaxından və
savadlı bələd olduğundan keçənlərdə
bir nəfər haqqında çox yanğıverici bir film
seyr etdiyini dedi və o filmin bizə ilk baxışda bəlkə
də heç bir aidiyyatı olmasa da, amma şəxsən mənə
bir başa toxunacaq bir havası vardı.
Yaşar bəy
VALERİ MARÇENKO adında bir nəfərin adını
çəkdi və bu adın ona heç bir şey deməməsi
çox doğal bir gəlişim ki, bu adın yalnız və
yalnız mənə bir çox şeyləri dediyini həmən
xatırladım və bu arada bir mübahisə də
düşdü.Yaşar bəy güman ki, mənim onunla
heç bir tanışlığım
olub-olmadığını bilmədiyi üçün vəya
o böyüklükdə insanın mənimlə nə
tanışlığı düşündüyündən
: xeyr, Tofiq bəy xeyr, bu adam sənin dediyin adam deyil. Bu adam hələ gənc ikən dəhşətli
dərəcədə böyük işlər
görmüş və bu işlərin yalnız
acısını yaşamış və böyük əzablardan
sonra çox gənc ikən ölmüş vəya
öldürülmüşdür.
Yaşar bəyə
çox böyük hörmətim və sayğım var. Mən
onun inadının üstünə getmədim və bu sətirləri
yazdığım anda da, güman edirəm ki, Yaşar bəy
adını çəkdiyi adamın milli hərəkat və
milli oyanış üçün şəxsi həyatını
və canını qurban verən bu gəncin mənimlə
heç bir əlaqəsi ola biləcəyini içində
saxlamaqdadı və mən də daha bunun ardınca getmədim
və Yaşar bəydən sonra internetə girib Valeri Marçenko
yazıb axtarış verdim. Təəssüflər olsun ki,mənim
də unutduğum vəya belə deyək bir çox məqamlarda
xatırladığım, yəni imkan və söhbət
düşəndə ( bu uzun illər öncə ola bilərdi,
amma son illər bu barədə heç söz düşməyib)
çox böyük təəssüflə
xatırladığım Valeri Marçenkonun bir fotosu
çıxdı ki, bu bir filmi xatırlamış kimi
yaddaşımın alt qatından boy verdi.Bu yaddaş qənimiliyi
məni çox-çox illər əvvələ atdı və
mən bir daha Yaşara dedim ki, Yaşar bəy sənin
haqqında danışdığın və
gördüyün filmin qəhrəmanı (belə deyək də)
əzablardan sonra vəfat etmiş insan haqqında
baxdığın filmdəki o adam vallah-billah mənim
tanıdığım Valeri Marçenkodur ki, var.
Nə
faydası... Yaşar bəy inanmadı və
haqqı da var inanmamağa. Tamam, adam öz işində
olsun.İnanmır inanmasın və onun düşüncəsinə
görə bir çox Valeri Marçenko ola bilər və bu
filmdəki Marçenko məhz mənim dediyim Adam
deyil.İnadı onun içinə elə oturmuşdu ki, daha
bu işin ardınca getmədim və burada kiçik bir
nüansı bir daha Yaşar bəyin diqqətinə
çatdırdım ki, onun filmdə gördüyü və
həyatı örnək ola biləcək
dissilent-inqilabçı Valeri Marçenko mənim dediyim
şəxsiyyətdi ki, var və cənab Abbas Abdulla da onu
çox gözəl tanıyır. Nəinki tanıyır və
onu da mənimlə məhz o tanış
eləmişdi. O illərin Ukrayna bilicisi olaraq Valeri
Marçenko onun evində qalıb.Üstəlik də mənim
yaşadığım evdə də olublar.
İnadımın
daha bir qanadı. Bu həmin Valeridir ki, onun bioqrafiyasının bir hissəsi
məhz bizimlə bağlıdır və şəxsən Azərbaycandakı
60-ın sonları, yetmişin əvvəlindəki
oyanışla bağlıdı.
Hələ
mənim Qoçubəy soyadlı bir yazarın
yazısından xəbərim yoxdu və yenidən
axtarışa çıxandan sonra növbəti həftədə
Qoçubəyin Valeri Marçenko haqqında
yazdığı bilgilər əsasında
hazırladığım başqa bir yazını
oxuyacaqsınız...Və mənim sonradan
xatırladığım bilgilərin çoxu həmin
yazıda var.
Buradaca bir nəfəs
dərib, keçirəm Valeri Marçenkonun məhz mənimlə
bağlı anlarına ki...şəxsən demirəm bir az böyük çıxır.
Bu
çox üzücü və ağrılı bir hekayətdi.
Bir qızın ardınca Ukraynaya
yollanış və Valeri axtarışı
Bizim nəslin
çox gözəl tanıdığı “Komsomolskaya pravda”
qəzetinin İnna Rdenko adında bir yazarı Ukraynanın
uzaq bir guşəsindən bir qız haqqında unudulmaz bir
yazı yazır. Yazı yox, gözəl və faciəvi bir hekayət
yazır. Qızın adı Qalina, familyası mən bilən
( ona görə belə deyirəm ki,həmin qızın məndə
olan məktublarından heç birində familiyasını
tapa bilmədim, çünki zərfləri
çıxarıb atmışam və yalnız mənə
yazılan vərəqlər qalır məndə)
Balançin idi.İnna Rudenko yazı yazar və mən həmin
qızın ardınca baş alıb Ukraynaya gedirəm və bunu
da o zamanların Ukrayna üzrə bilim adamı Abbas Abdullaya
deyirəm.Dədə Abbas Abdulla çox yaxşı
qarşılayır və mənə məsləhət
görür ki,bəs yaxşı olar ki,Kiyevdə vaxt
tapıb Valeri Marçenkonun anasını tapasan və onunla
görüşəsən.Bu təklif ona görə deyilir ki,artıq
Valeri Bakı həyatını bitirmiş( Valeri Bakıda nə
axtarırdı? Bu barədə gələn həftədəki
yazımda geniş danışacayıq) və yenidən
öz vətəninə qayıtmış və qayıdandan
sonra həbs olunmuş.
Doğrusu,
indi tam xatırlamıram Abbas bəy bunu mənə demişdi
ya yox,ancaq demişdi : get, filan adresdə
filankəsi tap, özü olmasa da, anasıyla
görüş.
Mən
Ukraynanın Mlinovko vilayətindən olan qızın
ardınca getməkdə olum və burada yenə də parantez
açım.
Mənim həqiqətən
Valerinin gördüyü işlər haqqında tam bilgim yox və
onun KQB tərəfindən ( bu adla
yazılanda daha vahim səslənir deyə, DTK yazmıram)
anban izləndiyindən xəbərsizəm,bunu Abbas bəy
bilirmi, ya yox, bunu da mənə demişmi ya deməmişmi
indi tam xatırlamıram.
Mən
Ukraynada Valerinin yaşadığı adresi axtarıb,
tapıram və mənə çox şübhəli-şübhəli
baxıb, deyirlər ki,Valeri yoxdu, bəs
anası,- soruşuram və kimisə mızıldanır və
mən artıq bu işin üstünə getmirəm və
düşünürəm ki,qayıdan baş vaxtım
çox olacaq, o zaman tapıb rahat görüşərəm.
Tarix məndə
var, amma bu an əlimin altında deyil deyə
dəqiq bilmirəm, bu var ki, mənim Valerini
axtardığım günlərdə o artıq həbsxanada
imiş.
Ukraynanın
ən ucqar vilayətindən olan Mlinovkaya gedirəm və o
qızı tapıram və orada mən təxminən
yarım ay qalıram.
Təbii, bu
qız hekayətini buraxaq bir yana, amma kiçik bir detalı
deyim: Azərbaycanlı bir gənc uzaq Ukraynanın uzaq bir
Mlinovkaya vilayətinə gedir, çox gənc bir qızın
ardınca,otelə buraxmırlar və həmin
qızgildə yaşamalı olur.Ata-ana hər səhər
çıxıb gedir işə və mən bu gənc
qızla qalıram evdə.Tək başına.
Burada
vallah Elçin Hüseynbəylinin “DON JUAN” romanındakı
bir vaqeyə yadıma düşdü. (Don Juanın) Oruc bəy Bayatın
ardınca yabançı bir ölkəyə gedən
yazıçı bir qızla bir oteldə... və qız ona
baxır,o qıza.Drama ancaq beləcə
bitir. Mənim romanımda da eynən buna bənzər bir vaqeyə
baş verir.Ancaq burda bir nədən var: mən azərbaycanlılar
haqqında olan pis və yad düşüncənin yoxa
çıxmasını sübut etmək iddiasına
düşürəm və romantik bir sonluqla həmin
qızı sonradan Bakıya dəvət edirəm və yenə
də Elçin Hüseynbəylinin romanındakı hadisənin
davamı yaşanır. ( Elçin
Hüseynbəyli bu hadisədən çox gözəl bir
hekayə vəya povest də yaza bilərdi).
Daha ağ eləməyək. Bizim
yazımız faciəvi bir gənc haqqındadı.Valeri
Marçenko haqqında.
Yox,
kiçik bir nüansı deyim: Qalinagilin ailəsi İnna
xanımın yazdığı kimi çox kasıb və
çox ağır vəziyyətdə yaşayan bir ailə.Ata
alicənab bir insan.Adam qızını hər gün mənə
etibar edib işə gedir.Lap birinci gün ona deyir: BAX QALA, MƏN
SƏNƏ ETİBAR EDİRƏM.
Bu ifadə
bir qılınc kimi mənim içimə saplanır.
Tamam,
burada parantezi bağlayaq.
MOSKVADA BİR ƏL ÇİYNİMƏ
QONUR...
...Mlinovkadan
qayıdıram və yenidən Valerinin anası ilə
görüşməyə gedirəm və yenə də
heç bir şey əldə edə bilmirəm. Heç kəs mənə tam həqiqəti
demir.Amma işin bir müəmması olduğunu görürəm.
Diqqət!!!!!!!!!
Diqqət!!!!!!!!!!!!!
Qayıdanda
Moskvadan qayıdıram. Vaxtım olduğu üçün Bolşoy Teatra
getmək istəyirəm və teatrın bilet kassasında
növbəyə dururam.Bilet alıb çıxdıqdan sonra
bir nəfər mənə yaxınlaşır.
Bir daha diqqət!!!!!!!!!
Diqqət!!!!!!!!!!!!!
İnanın
bu anlar o qədər dəhşətlidi ki,mən
hələ də bunun sonuna çıxa bilmirəm.
Adam mənə
yaxınlaşır və əlini çiynimə qoyur: MI
ZNAYEM VI OTKUDA PRİEXALİ...
Vəssalam...
Adam
çəkilib gedir və mən o zaman heç bir əhəmiyyət
vermədən tamaşaya baxıram və gördüyünüz
kimi sağ və salamat bu yazını yazıram.
Moskva
saatlarımın birində olan kiçik bir detalı da bura əlavə
eləyim. İnna
Rudekoya telefon açıram və yuxarıdakı hekayəti
çox hızlı bir surətdə ona anladıram və
yazı üçün təşəkkür edirəm, o isə :
O YAZI
ÜÇÜN MƏNƏ YOX, MƏNİM BAŞ REDAKTORUMA
TƏŞƏKKÜR ELƏMƏK LAZIMDI.
O zaman
üçün bu ifadənin tamam ayrı bir hökmü
vardı.
Çox
uzatmayaq.
Bu
gözəl qələm sahibi hələ də yaşayır
və yaxın zamanlarda onunla bir müsahibəni də
oxucuların diqqətinə çatdırmaq ümidindəyəm.
Bu not
yadınızda qalsın.
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2012.- 14
yanvar.- S.23.