Avrasiya ulduzu” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan da təmsil olunub

 

Türkiyənin İstanbul şəhərində “Avrasiya ulduzu” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib. APA-nın məlumatına görə, təmsilçisi Avrasiya ulduzu adına Qırğızıstan təmsilçisi Gülzigit layiq görülüb.

Müsabiqənin final gecəsində İctimai TeleviziyaRadio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov xüsusi qonaq qismində iştirak edib. Müsabiqənin final gecəsində çıxış edən TRT-nin baş direktoru İbrahim Şahin bu layihənin davam edəcəyini deyib və ölkə sayının növbəti illərdə artacağını vurğulayıb. Elə müsabiqənin qalibinin adını da İbrahim Şahin açıqlayıb. Qalibə 30 min ABŞ dolları dəyərində pul mükafatı verilib. Bütün iştirakçılara xüsusi diplommedallar təqdim olunub.

Azərbaycanı müsabiqədə gənc müğənni Cavidan Novruzov təmsil edib. Müsabiqədə yerli sənətçi Cahangir CahangirovunBana-bana gəl” mahnısını və Gökhan Tepenin “Gəl aşkım gəl” repertuarından mahnı səsləndirib. C.Novruzovu dəstəkləmək üçün müğənninin atası xalq artisti Ramiz Novruz və digər ailə üzvləri də final konsertinə gediblər. Azərbaycanlı təmsilçinin ifası zamanı tamaşaçı zalında Azərbaycanın üç rəngli bayrağı dalğalanıb. Cavidanın ifası münsiflər tərəfindən 59 balla qiymətləndirilib.

Müsabiqənin finalında yaddaqalan məqamlardan biriŞimali Kipr Türk Cümhuriyyəti təmsilçisinin bu ölkənin ilk prezidenti Rauf Denktaşın ölümü səbəbindən ilk mahnısını ifa etməməsi olub. Sonrakı mahnını ifa edən ölkə təmsilçisi mahnı boyu əlini ürəyinin üzərinə qoyub və gözləri dolub. Təmsilçinin bu hərəkətini bütün final tamaşaçıları ayaqüstə alqışlayıblar. Təmsilçi Rauf Denktaşın ölümündən kədərləndiyini və onun hər zaman ürəklərdə yaşayacağını deyib. Münsiflər heyətinin hər bir üzvü təmsilçinin bu hərəkətini ən yüksək – 10 balla qiymətləndiriblər və hər biri mərhum Rauf Denktaşın ölümündən hüznlərini dilə gətiriblər. Müsabiqənin final mərhələsində Türkiyə təmsilçisi Loğmanın saz ifası, Türkmənistan təmsilçisinin milli geyimdə səhnəyə çıxmağı və digər ölkə sənətçilərinin də yaddaqalan çıxışları tamaşaçıların ürəyindən xəbər verib.

Final konsertində müğənni qonaq qismində Türkiyəni “Eurovision –2012” mahnı müsabiqəsində təmsil edəcək Can Bonomo da çıxış edib.

Müsabiqənin münsiflər heyətində iştirakçı 6 ölkənin hər birindən bir musiqiçi təmsil olunub. Azərbaycandan bu missiyanı əməkdar artist Azərin, Türkiyədən pop ifaçısı Burak Kut yerinə yetirib. Müsabiqə Azərbaycan, Türkiyə, Şimali Kipr, Türkmənistan, Qırğızıstan və Qazaxıstanı əhatə edib. Qaydaya görə, 6 ölkənin hər birində keçirilən milli seçimlərdən 1 nəfər qalib təmsilçi seçilib. Bu gün həmin 6 nəfər “finalçı” adı uğrunda yarışıb. Münsiflər və sms səsverməsi nəticəsində onlardan 1-i “Avrasiya ulduzu” adına layiq görülüb.

Qeyd edək ki, layihənin şərtlərinə uyğun olaraq növbəti ilAvrasiya ulduzunun finalı Qırğızıstanda keçiriləcək.

 

 

525-ci qəzet.- 2012.- 17 yanvar.- S.7.