Payızda doğulmaq xoşbəxtliyi
Ötən günlərdə Naxçıvan Dövlət Universitetində şair Xanəli Kərimlinin 60 illik yubileyi qeyd edilirdi. Bəli, şair Xanəli Kərimlinin. Baxmayaraq ki, o həm də ədəbiyyatşünas alimdir – filologiya üzrə fəlsəfə doktoru, dosentdir, Naxçıvan Dövlət Universitetinin xarici tələbələrlə iş üzrə dekanıdır, Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimidir, ancaq yubiley şair Xanəli Kərimli üçün keçirilirdi. Akademik İsa Həbibbəylinin təbirincə desək, “Xanəli Kərimli üçün şairlik birincidir. O, hər şeydən əvvəl, sözün gerçək mənasında istedadlı şairdir. Həssas, nəcib, ülvi duyğuları şeirin dili ilə havalandırmağı bacarır”.
O, “Ay işığında”, “Anamdan məktub”, “Bu da bir nağıldı”, “Mənə elə gəlir ki”, İranda nəşr olunan “Duyğularım, düşüncələrim” adlı kitabların müəllifidir. Haqqında, filologiya üzrə fəlsəfə doktoru Sabir Bəşirov tərəfindən “Bir ömrün nağılı” monoqrafiyası və ayrı-ayrı məqalələrdən ibarət olan “Xanəli Kərimli-Sözün əlincə qalası” kitabı nəşr olunub.
Amma mən onu bir cümləsi ilə tanımışam və ətraflı tanışlıqdan sonra isə şair kimi sevmişəm. Müdrik kəlamlar kimi deyilmiş müxtəlif fikirlərinin arasında belə bir ifadə var: “Şairlik Tanrının bəndəsinə bəxş elədiyi dəliliyin bir növüdü”.
Doğrudan da, şairlər şeirə köklənəndə havalanırlar. Bu havalanma dəlilik məqamının bəlkə də ən maraqlı mərtəbəsidi. Şeir yazılandan sonra şair də olur hamı kimi birisi. Və o şeir anı-o dəlilik məqamı minlərlə oxucuya bir gözəl şeir, bənd, misra, fikir bəxş eləyirsə, deməli o dəliliyi də yaşamağa dəyərmiş.
Bəzən elə bir misra ilə, şeirlə qarşılaşırsan ki, birdən-birə duyğularına Günəş kimi işıq saçır. Bir şam işığında yazılan bir misra Günəş qüdrətinə sahib olur. Yəqin elə sözün bu qüdrətini yaxşı bildiyindən və elə bunu düşündüyündən yazıbdı Xanəli Kərimli-“Çox zaman diqqətdən kənarda qalan şam, məqamı gələndə Günəş qədər dəyərli olur”.
Bu maraqlı fikirlərin içərisində şairin qeyri-adi bir yanaşması da var. Deyir ki, “ən böyük kədər də sevgidən doğur”. Bu, hər halda Məcnunluğa tərəf çıxmaq, Kərəmliyə haqq qazandırmaqdır.
Nə üçün, bilmirəm, amma içində payız olan bütün şeirlərin hüzünlü bir aurası var. X.Kərimlinin şeirlərində də bunu yaşadım...
Hər damla göz yaşında,
Bir bəşəri kədər var.
Payızın da, qışın da,
Bətnində bir qəhər var.
Payızda doğulmağın (X.Kərimli noyabr ayının 27-də dünyaya göz açıb), hətta payızda şair doğulmağın payızı anlamaq, dərk eləmək mənasında bir üstünlüyü olduğuna inanıram. Bu baxımdan payızda şair doğulanlara qibtəylə baxdığımı da etiraf etməliyəm. Bir vaxtlar “Yazda doğulmuşam, payızda öləcəm” misrasını da elə bu qibtəylə qələmə alıb, ulu yaradana bir istəyimi bildirəndə də ümidim olum-ölüm aralığındakı ömrümü payıza əmanət etmək idi.
X.Kərimli səmimi yumorlu ünsiyyətə malik, təbiətən sadə biridir. Rəhbərlik etdiyi dekanlıkda tələbə olan nigeriyalı, banqladeşli, koreyalı, türkiyəli, iranlı, qırğızıstanlı, rusiyalı, pakistanlı və digər ölkələrdən gəlmiş tələbələrlə də məhz bu səmimi xarakteriylə ünsiyyət qurmağı bacarır. Universitet rektoru İsa Həbibbəylinin “Xanəli Kərimli xarici tələbələrin dilini tapan, yaxud onlarla dil tapa bilən” ifadəsi də bu mənada maraqlıdır. Təbiətin, yerin-göyün, otun-suyun, dağın-daşın, gülün-çiçəyin dilini bilən şair üçün başqa dillərdə danışsalar belə insanın dilini bilməyə nə var ki.
Şahbuz rayonunun səfalı bir yerində, təbiətlə qol-boyun olan Mahmudoba kəndində dünyaya göz açan şairin sözlə mayalanmasında da ailəsinin xüsusi rolu olub.
Yaxşı yadımdadır köhnə ev-eşik,
Hər gecə
bir nağıl deyərdi atam.
Bütün kənd axışıb
bizə gələrdi,
Oxuyan, oynayan-kim
idi yatan.
Gözünü açandan evlərində
sazın, sözün
sirrinə düşüb. Uşaqkən
gündüzlər anasının
nazlamaları, oxşamaları,
axşamlar nənəsinin
laylaları ilə yatıb-duran şair, böyüdükcə uzun
qış gecələrində
nağılların, xalq
dastanlarının qəhramanlarıyla
gecəni səhər
edib, səhərləri
də heybəsini, dərs kitablarını qoltuğuna vurub Mahmudoba çöllərində
quzularını otara-otara
ilk şeirlərini yazmağa
başlayıb. Onun özünün qələmə
aldığı tərcümeyi-halında
da ilginc xatirələr var. Uşaq
vaxtı ən böyük arzusu kənd kitabxanasını
yandırmaq imiş.Belə
xatırlayır uşaqlığını:
“Müəllimlər bütün
şagirdləri kənd
kitabxanasından istifadə
etməyə “məcbur”
edir və bilikləri qiymətləndirərkən
kimin hansı əlavə kitabları oxuması da bir meyar kimi
götürülürdü. Hamı kitabxanaya
gedər, “qucaq-qucaq” kitablar alardı. Mənimsə “ən böyük
arzum” nə vaxtsa bu kənd
kitabxanasını yandırmaq
idi”. Tale isə onu kitablar
aləminin sakini edib. Təzadlarla dolu dünyada
al sənə növbəti
təzad.
“Mən öz taleyimin yol yoldaşıyam”. Bunu da Xanəli müəllim deyib. Taleyilə qol-boyun yol getmək də ayrı bir xoşbəxtlik
olmalıdı insan üçün. İnsan
dedim,
Adəmi xatırladım.
Babamız Adəmi. İlk insan olaraq taleyiylə
yol yoldaşı olan Adəm. Adəm Xanəli Kərimli bağlılığının
nəticəsidir ki, Azər Turan belə qənaətə gəlir: “Xanəli Kərimlinin fiziki yapısı mənə, heç bilmirəm nə üçün babamız Adəmi xatırladır. Onunla bir dəfə söhbət edən, fikir bölüşən,
yaxud yol yoldaşı olan adam sonralar
hər şeyi unutsa da, işığı
unutmur. Xanəli Kərimli ilə
hər görüşümdən
sonra ilk insanın-Adəmin
duyğuları mənə
çox yaxın olur. Xanəli Kərimli işıq
adamlarımızdan biridir”.
Məhz işıq adamların sözündə də bir işıq olur. Sufi işığı, təsəvvüf işığı...
Mən tövbələr qapısıyam,
Haqq yolun əlifbasıyam.
İmanla
küfr arasıyam,
Könlüm imanın quludur.
Doğrudan da, şairin sözünə sığınıb
tövbə eləmək
olar. Haqqın əlifbası
olan bu sufi düşüncələrlə
imana təslim olmuş könüllərdə
yaşamaq xarakteri bütov insanların nəsibidir. “Mənim
mövzularım xarakterimdən
doğur” əminliyi də bütövlüyünün
göstəricisidir Xanəli
Kərimlinin.
Təbitlə içi-içə olan bir kənddə doğulan şairin şeirlərində də
təbiət ayrıca
bir mərhələ təşkil edir. Dağ şəlaləsinin şırıltısı,
xınalı kəkliklərin
ürkəkliyi, dağ
qərənfillərinin, lalələrin
utancaqlığı, bənövşələrin
kədəri, minbir dərman olan gül-çiçəyin, otların
şəfası X.Kərimlinin
“Toğluqayanın Məmməd
Araza məktubu”, “Zirvə olmaq istəyirəm”, “Təbiət
oxuyur”, “Qartal ömrü”, “Qoşa bulaq”, “Mən dağlarsız yaşamaram”
və bu kimi onlarla şeirində
özünə bir məskən salıb.
Yanağı allanan dağ qərənfili,
Uyuyur dumanın
tül örpəyində.
Çisəkdə şeh əmib pərvəriş tapan,
Çiçəyi çırtlayır gül-çiçəyin
də.
Duman laylasına uyan bulaqlar,
Nazlana-nazlana pıçıldaşırlar.
Axıb
yamacların yaxalığından,
Bir dərə
qoynunda qucaqlaşırlar.
Ayrı-ayrı şeirlərindəki “Kipriyi şəbnəmli tər çiçəkləri,
Oyadır bulaqlar zümzüməsiylə”, “Ürəyin
gəlmir ki, ayaq basasan, Çəmənin,
çiçəyin, gülün
üstünə”, “Təklikdən
darıxan bir ana kimi, qayalar
qolunu salır boynuma” kimi misraların
saynı istənilən
qədər artırmaq
olar. Təbiət üçün darıxan
şair, təbiətsiz
yaşamır ki....
Kəklikotu, a şehli dağ
çiçəyi,
Baldırğanın suda üzən ləçəyi,
Ay dağ gölü, göllərin ən göyçəyi,
Baş aynıcaq səcdənizə
gələrəm,
Axı sizsiz yaşamaram, ölərəm.
Bu qədər təbiətə
bağlılığın sonunda da təbiətin
əsrarəngiz sirrlərinə
doğru gedən bir yolun başlanğıcı
gözə dəyir. Və o
başlanğıcda yenə
Xanəli Kərimli
var. Üzünü insan
ayağı dəyməyən
həmin yerlərə
tərəf tutub pıçıldayır:
Qaçmaq istəyirəm,
Hələ insan nəfəsi,
İnsan
ayağı dəyməmiş
Gözdən, könüldən uzaq
Sərt
qaya kölgəsinə,
Bir sızqa bulağın
Pıçıltılı səsinə,
Bir də
Kipriyi şəbnəmli
Dağ çiçəyinin
Dodağı şeh qoxulu,
Tərtəmiz nəfəsinə.
Təbiətə bağlılığı, torpağa
sevgisi şairin şeirlərində olduğu
kimi, hər hansı bir məqamda, istənilən
vaxtdakı ünsiyyətində
də özünü
büruzə verir. Və bütün
sevgilərində olduğu
kimi təbiətə,
torpağa sevgisində
də onun heç bir təmənnası yoxdur.
Yazıçı Nəriman
Əbdürrəhmanlı da
bunu gözəl ifadə eləyib: “Xanəli Kərimlinin torpağa, Vətən, yurd yerinə, insana, qadına sevgisində az qala gözlə görülən, əllə
tutulan təmənnasızlıq
var”.
Bu təmənnasızlıq onun hər kəslə
münasibətində də,
söhbətlərində də
aydın duyulur. O yaş
etibarilə məndən
iki dəfə böyükdür. Aramızdakı yaş fərqinə baxmayaraq hər qarşılaşdığımızda köhnə dostlar kimi, tanışlar kimi görüşmüşük,
salamlaşmışık, hal-əhval tutmuşuq və bu gün
də onun böyüklüyünün göstəricisi
olan sadəliyi mənim üçün sevindirci və nümunəvidir.
Günün qürub anlarında onu əllərini belində daraqlayıb fikirli-fikirli gəzdiyini çox görmüşəm. “Mən sözdən qorxuram, Tanrıdan qorxan kimi” deyən
şairi tənhalığından
və duyğularından,
düşüncələrindən ayırmamaq üçün
yaxınlaşmamışam, eləcə uzaqdan seyr eləmişəm.
Niyəsini bilmirəm, amma
həmin anlarda o mənim gözlərimdə
Yunus Əmrə kimi haqq aşiqini
xatırladıb. Fəqət arıq
və uzun boyuyla xatırladığımız
Y.Əmrədən fərqli
olaraq X.Kərimli dağ cüssəsi və ləngərli yerişiylə diqqəti cəlb edir.
Sözdən Tanrıdan qorxduğu kimi qorxan şairin
şeirlərində Tanrı-söz
paralelləri ilə tez-tez qarşılaşırıq. Onun üçün
“Şair Tanrı ruhu, söz şairin ruhudur”. Buna
görə də deyir ki,
“Hər bir sözüm,
hər misram,
Tanrıdan gələn nidadır”.
Sözü Tanrıdan gəldiyini,
şairin Tanrı ruhu olduğunu bilən X.Kərimli həyat təcrübələrinin
nəticələri olan
“Mənə elə gəlir ki” silsilə düşüncələrinin
birində belə deyir oxucusuna:
“Mən o vaxta qədər yazıram ki, sözlər üzümə bozarmasın. Hiss edəndə
ki sözlər hissini, duyğusunu məndən gizlətməyə
başlayır, onda qələmi yerə qoyub, ayrı bir işin dalınca
gedirəm.
Mənim nəzərimdə sözlər
də insanlar kimidir. Gərək pərdəni götürməyəsən”.
Sözlə beləcə dostluq
edən Xanəli Kərimlinin 60 yaşına
sözardı kim qələmə aldığım bu yazıya şairin “Arzu” şeirindəki aşağıdakı misralarıyla
nöqtə qoyuram:
İstəyirəm-
Qalan ömür payımda
Allahın yaratdığı
Günahsız insan kimi
Heç
olmasa bircə yol
Rahatca nəfəs alam,
Vəssalam,
Allahım, vəssalam.
Elxan YURDOĞLU,
Naxçıvan
525-ci qəzet.- 2012.- 17 yanvar.- S.7.