ORALARDA KİMLƏR
VAR: VALERİ MARÇENKO-2
KƏDƏRLİ
VƏ UNUDULMAYAN BİR HEKAYƏT
Vpervıe eta statya izvestnoqo ukrainskoqo
diplomata Ö. Koçubeya napeçatana qazeta “Bakinskiy
raboçiy”, v 1992 qodu ona bıla perepeçatana v “Literaturnoy
Ukraine”. Eyo avtor emko i obcemno oxarakterizoval jiznennıy put i
dostijeniya izvestnoqo svoey lyubovyu k Azerbaydjanu ukrainya Valeriə
Marçenko.
Vusloviyax “soyuznoqo”, tolko deklariruemoqo,
internaionalizma Valeriy Marçenko stal nastoyahim borüom za
vozrojdenie kulturnoqo boqatstva i duxovnoqo vzaimooboqaheniə ukrainev i
azerbaydjanev. Za çto i postradal vposledstvii, no ne pokorilsa, daje v
laqere osobo stroqoqo rejima zanimaes perevodami s azerbaydjanskoqo.
On ne edinstvennıy, koqo sudili za “dvoynoy
naionalizm” – “ukrainskiy i azerbaydjanskiy”.
Vladimir Krilovski,
ABŞ-da
yaşayan ukraynalı yazar
Azərbaycanda və Ukraynada milli hərəkatın
və eyni zamanda Ukraynada şərqşünaslığın
təbliği üçün mühakimə olunub sovet
zindanlarında məhv olan ukraynalı bender VALERİ
MARÇENKOnun ağrılı həyat hekayəti. Ukrayna
Yazarlar Birliyinin üzvü,diplomat .Y. Qoçubəyin bilgiləri
əsasında.
1992- ci ilin yayında ilk dəfə
tanınmış ukraynalı diplomat Y. Qoçubəy
“Bakinskiy raboçiy” qəzetində bir yazı çap etdirdi
və sonra həmin yazı yenidən “ Ədəbi Ukrayna” qəzetində
yayımlandı. Bu yazar, qısaca olaraq ukraynalı bir gənc
və ədəbi-siyasi fikirləri ilə seçilən bir
qələm sahibi haqqında düşüncələrini
açıqladı. Həmin yazıda ilk dəfəydi ki,
Valeri Marçenkonun Azərbaycanla, Azərbaycan ədəbiyyatı
ilə bağlı və ümumiyyətlə onun Azərbaycan
günləri haqqında bilgilər də verilirdi. Qoçubəy
Marçenkonun əsas amalının “Gerçəyi bilmək
və insanları azad görmək” olduğunu bildirmişdi.
Bu Marçenkonun amalı və yaşam mübarizəsi idi.
Həqiqətən, ölkəsini və
insanları sevən bir fərd olaraq Valeri Marçenko o
sıradan başqa millətlərin və xalqların da azad və
özgün olmasını caniqəlbdən sevən bir
ziyalı idi. Ukraynalı qəzetçi, elm adamı, Sovet
kamplarında və cəza evlərində acı günlər
keçirən məhkum Valeri Marçenko hələ
çox gənc olmasına baxmayaraq, öz
yaşıdlarından çox-çox irəli getmiş bir vətəndaş
idi. Valeri yaxından tanıdığı “Birlik” təşkilatının
daha da geniş işlər görməsi, ukraynalılar və
azərbaycanlıların zənginləşərək mədəni
və mənəvi irslərinin canlandırılması
üçün həqiqi bir savaşçı idi. Hətta
bu məqsəd naminə Azərbaycan ədəbiyyatından tərcümələr
–çevirilər edərək və bu işlərin
çoxunu son dərəcə basqı altında olan bir vəziyyətdə,
cəza evində də davam etdirmiş, acılar çəkmiş,
amma yolundan dönməmişdir.
Ukrayna dili ixtisası üzrə bir müəllimin
oğlu, açıq fikirli və Lvovda Universitetin ilk rektoru,
inqilabçı-tarixçi bir babanın nəvəsi olan
Valeri vəfat etməzdən öncə Papa, Ronald Reyqan,
ABŞ Konqresi tərəfindən müdafiə olunsa da,
bütün haqq və özgürlükdən məhrum edilən
Marçenko Amerika Birləşmiş Ştatlarından
yardım umsa da, heç bir kömək almayan bir
inqilabçı idi. 200 illik bir rus monopoliyasının
uçulub dağılmasını istəyən
Marçenko, bunu tələb etsə də,
sağlığında bunu görmədi.
İndi Kiyev şəhərindəki 72-ci
küçədə bir xatirə lövhəsi var. Valeri
Marçenko bu ünvanda yaşamışdı. Hal-hazırda
ona məxsus bütün əşyalar və
yaşadığı illərin yadigarları, onun bir zamanlar
oxuduğu 175 nömrəli məktəbdə bir otaqda
toplanmış və bu otaq artıq muzey halına gətirilmişdir.
Hər il, sentyabr ayının 16-da vicdanlı insanlar
iş-güclərini buraxıb, bir vəfa sevgisi kimi bu şəhid
məzarına baş çəkirlər. Bu şəhid məzarı
Valeri Marçenkonun məzarıdır. Burada zaman-zaman uzaq Azərbaycandan
gələn ziyarətçilər də olur. Amma az olur.
MOO təşkilatının
“Demokratiyanın nəbzi” qolu Valeri Marçenkonun anadan
olmasının 65-ci il dönümündə çoxdan
unudulmuş bağlı bir sandığı açaraq
Qızıl Ordunun baş qərargahının rəisi
Şerbakovun adına olan küçəni, yüksək
insani keyfiyətlərilə fərqlənən və həyati
prinsiplərindən heç vaxt dönməyən
Marçenkonun adına verilməsi barədə məsələ
qaldırır.
İmperiyanın məhv etdiyi
ukraynalıların və başqa millətlərdən olan
insanların sayı saymaqla bitməz. Bu siyahıda “ Arxipelaq
QULAQ” ın məhv etdiyi hər millətin fəxr edə biləcəyi
istedadlı, insan haqlarının müdafiəçisi və
bu yolda öz həyatını qurban verən adamların
adları sırasında Valeri Marçenkonun adı birinci
sırada gəlir. O İKİ MİLLƏTİN, İKİ
XALQIN AZADLIĞI UĞRUNDA MÜBARİZƏ APARAN VƏ BU
XALQLARIN – UKRAYNA VƏ AZƏRBAYCAN MİLLƏTLƏRİNİN
AZADLIĞI UĞRUNDA mühakimə olanan birinci və sonuncu fədai
deyil, təbii ki.
18 oktyabr 1991-ci ildə Ukraynadakı “Müəllimlər
evi”nin böyük salonu ağzınacan dolu idi. Zalın
amfiteatrını ali məktəb və texnikum tələbələri
tutmuşdu. Salonda isə saçları və gicgahları da
ağappaq insanlar vardı ki, bu ağ saçlar o insanların
keçmişinin nə dərəcədə ağır
keçdiyinin şahidi idi. Səhnəni azad Ukraynanın
bayrağı bəzəyirdi və bu bayraq ardında otuz
yaşlarında gülərüz bir gəncin fotosu vardı.
Valeri Marçenkoya həsr olunmuş bu
xatirə gecəsi onun dostları, tanışları tərəfindən
hazırlanmışdı. Burada onlardan başqa, onunla birlikdə
bir kamerada yatanlar, əziyyət çəkən siyasi
aydınlar, Kiyevin intellektual adamları da vardı. Onlar bir-bir
tribunaya qalxır və Valerinin həyat yolu, onun qısa və
fırtınalarla dolu ömrünün mərhələlərindən
danışırdılar.
...Valeri Marçenko Leninqradın xəstəxanalarından
birində ağır müalicədən sonra 37
yaşında həyata əlvida dedi. Xəstə olduğu
günlərdə və hətta ölüm anında belə
anası ilə onun görüşməsinə mane oldular.
Daşürəkli insanlar buna da icazə vermədilər. (Bu
barədə önümüzdəki həftələrdə
çap edəcəyimiz yazılarda geniş
danışacayıq).
MÜHAKİMƏ
və TƏRCÜMƏ YARADICILIĞI
...1973-cü ilin iyun ayında Valeri
Marçenko iki respublikanın- Ukrayna və Azərbaycan
respublikasının konstitusiya kodeksləriylə mühakimə
olundu. Ancaq onun mühakiməsi Ukrayna mədəniyyətinin
süqutu haqqında yazdığı üç məqalə
əsasında aparılırdı: (“İdeologiyanın pərdə
arxası, “Nə dəhşətli bir yük”, “Kiyev dialoqu”),
İvan Dzyubanın “ Beynəlmiləlçilik və
ruslaşma” traktatının təbliği və sovet
idelogiyasına qarşı təbliğat və təşviqat.
Ona altı il qapalı rejimli həbsxana həyatı olmaqla,
üstəgəl bir də iki il sürgün kəsdilər.
Sürgün illərində Valeri
Marçenkonun istedadı bir daha pardaxlanır. “Dədəmə
Məktublar”, sarkazm və iraniya ilə dolu “ Mənim sevimli
ledim”, “İki alman jurnalistinə açıq məktub”,
“YUNESKO-nun Baş direktoruna açıq məktub” kimi əsərlərini
və “Mən benderəm” adlı çox maraqlı bir esseseni
bitirir. Bütün bunlarla paralel olaraq, o həm də tərcümələr
üzərində işləyir.
Valeri Marçenko tərcümə sahəsində
çox maraqlı əsərlərin çevirisinə imza
atmışdır. Onun tərcümə etdiyi yazarlar
arasında dünyanın tanınmış yazarları və
klassikləri yer almaqdadır. İngilis dilli yazarlar Edqar Po,
Cerom K. Cerom, E. Li Masters, L. Xyuz, Q. Uels, polşalı yazar Q.
Senkeviç.
Şərqşünaslıq fakültəsində
təhsil aldığından o Azərbaycan yazarlarının əsərlərinin
tərcüməsinə xüsusi maraq göstərir və
Süleyman Sani Axundovun, Cəlil Məmmədquluzadənin,
Anarın əsərlərini ukrayna dilinə tərcümə
edir, Azərbaycan mahnılarının mətni
toplanmış bir toplu çap etdirir.
İki mədəniyyətin Ukrayna və
Azərbaycan mədəniyyətlərinin bir-birinə
qarşılıqlı təsiri və inkişafı
mövzusunda Marçenko özünün “QULAQ” essesinin
yazır. Bu esse “Sovet Ədəbiyyatı” (1971) jurnalında
çap olunur. ” Bu yazılar və iki ölkənin ədəbiyyatlarının
araşdırılmasında misilsiz xidməti olan M. Qulaqa həsr
edilir. Məqalələrdə də ukraynalı elm
adamlarının qardaş Azərbaycan xalqının mədəni
irsinə necə ehtiramla yanaşıldığı öz əksini
tapır.
Bu ədəbi vadidə Nizami irsinin
ukraynada təbliği daha üstün yer tutur. Bu baxımdan
Valeri Marçenkonun ən böyük arzularından biri
“Ukrayna şərqşünasları və Azərbaycan”
mövzusunda bir dissertasiya yazmaq olmuşdur. O yazırdı:
“Qulak, Krımski, Baqriy – bu insanlar haqqında saatlarla
danışmaq olar, onlardan neçə-neçə əsər
yazmaq mümkündür. Bu üzü üzlər
görmüş və olmazın əziyyətlərlə
çalışan alimlərin əsərlərində bizim
bilmədiyimiz çox şeylərin cavabı var. Onlar əvəzsiz
elm adamları idi və həm də əzabkeşlərdi. ”
YENİDƏN
KİYEVDƏ və YENİDƏN MÜHAKİMƏ
...1981- ci ilin mayında Marçenko Kiyevə
qayıdır. Artıq sağlamlıq əldən getmiş,
adicə yaşamaq və keçinmək üçün
heç nə yox, heç bir təşkilat onu işə
götürmür. Valeri Marçenko özü kimi
böyük bir dəstə olan “qarovulçular” dəstəsinin
sırasına qoşulur. Hələ dövrün elə bir
vaxtı idi ki, məhkum olunan insanlar ancaq və ancaq zavodlarda,
fabriklərdə qarovulçu olaraq çalışa bilərdilər.
Sistemin çox acı qurbanı Valeri Marçenko
hər zaman mərcək altında yaşayıb. İzlənilir
və sonunda 1983-cü ildə yenidən məhkəməyə
verilir və məhkum olunur. Məhkum olunduğu vaxt artıq
böyrəklər sıradan çıxmaqda davam edirdi. Buna
baxmayaraq o yenidən 10 il sürgün və 5 il həbs cəzası
alır.
Bu əslində bir edam idi.
Leninqraddakı həbsxanadakı 55 gün ərzində
Marçenko acılar içində qıvrılır, sonra həyata
əlvida deyir. Dövlət ona “ən böyük
yaxşılığın” eləyir : onu atası
basdırılan məzarlıqda, Kiyevin
yaxınlığında olan Qatnom kənd məzarlığında
torpağa tapşırırlar.
Çox qısa bir ömür yaşayan,
daha doğrusu öldüyü yaşı nəzərə
alsaq, çox böyuk insanların və
yaradıcıların öldüyü bir yaşda vəfat edən
Valeri Marçenkonun yaradıcılığı və
yaşam hekayəti beləcə son çatır, desək
yanlış düşünmüş olarıq. Bu qısa ömür
sahibi hələ çox-çox illər sonra da anılacaq,
çünki onun hər bir yazısı dövrün hakim və
siyasi ortamının sifətində şillə kimi səslənirdi.
Ukrayna Valeri Marçenkonun şəxsində
əvəzsiz bir şərqşünas və azərbaycanı
candan sevən bir ziyalı dost qazanmışdı. Təəssüflər
olsun ki, öz böyük istedadını həbsxanalar
küncündə keçirdiyi yazılara həsr etməklə
təskinlik tapdı. Və bu da tarixdə əvəzi olmayan
gözəl şərqşünasın məhv olmasına gətirib
çıxardı.
“Bir alim və yazar olaraq Valeri Marçenko
Ukrayna və Azərbaycan xalqları arasındakı
dostluğun bir simvolu kimi qalmaqdadı. Bizim də borcumuzdur ki,
unudulmaz insanın şəxsiyyəti və
yaradıcılığının yaddan çıxmaması
və nəsildən-nəsilə keçməsi
üçün onu xatırlayaq və onun həyat yolunu gənclərimizə
tövsiyə edək. O həqiqətən
səmimiyyət, comərdlik, əzm və
sədaqət simvoludur”.
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.-
2012.- 20 yanvar.- S.23.