Böyük Teatrın azərbaycanlı ulduzları

 

Rusiya Dövlət Akademik Böyük Teatrında azərbaycanlı izləri özünün mənəvi-bədii-tarixi dəyərinə görə bizim üçün mühüm məna kəsb edir. Hələ XX əsrin lap əvvəllərində Böyük Teatrda balet tamaşalarına səhnəqrafik həyat verənlərdən biri də V.Rəhmanov olub. Onun eyni zamanda Rusiyada ilk azərbaycanlı xoreorqraf, – baletmeystr kimi musiqi tarixinə düşmüş hesab etmək olar.

Ötən əsrin 50-ci illərində isə M.OrucovM.Zeynalov teatrın orkestrində ən aparıcı instrumentalçılar kimi fəaliyyət göstəriblər, fəxri adlara layiq görülüblər.

İndi könülaçan daha maraqlı faktın şahidiyik; istedadlı vokalçılar Elçin Əzizov, Dinarə Əliyeva, balet ustası Çinarə Əlizadə Böyük Teatrın əsas solistlərindəndirlər. Bu, sözün həqiqi mənasında qürur hissimizi artırır.

 

Dinarə Əliyeva

 

Gənc və istedadlı müğənni Dinarə Əliyevanı Böyük Teatrın səhnəsinə aparan çətin və şərəfli yaradıcılıq yollarının önəmli məqamlarına nəzər salaq. Təqdirəlayiq cəhət budur ki, Dinarə peşəkar səhnəyə ayaq açdığı ilk andan ictimaiyyətin diqqətindən kənarda qalmayıb. Müxtəlif konsert axşamlarında çıxış etməsi üçün ona artıq xüsusi dəvətnamələr gəlirdi. Beləliklə də Dinarəni dinləmək istəyən, canlı ifasını görmək arzusunda olan pərəstişkarlarının sayı durmadan artırdı.

Beləliklə, Böyük Teatrın gələcək solistinin Moskvanın tələbkar sənətsevərləri qarşısında mütəmadi çıxışları olurdu. 2010-cu ildə Moskva Konservatoriyasının Böyük salonunda görkəmli rus müğənnisi İrina Arxipovanın xatirəsinə həsr olunmuş maraqlı bir konsert gecəsi düzənlənmişdi. Həmin axşamda çıxış etmək üçün dünyanın şöhrətli, ifaçıları dəvət olunmuşdular. Tədbirin bədii rəhbəri, görkəmli sənət xadimi Viktor Popovun şəxsi dəvətini almış gənc azərbaycanlı vokalçı da onların sırasındaydı. Proqramda ŞubertinKassinin ayrı-ayrılıqda bəstələdikləri klassikAvea Maria”ları əsas yer tuturdu.

Moskvanın nüfuzlu musiqi nəzəriyyəçilərindən sayılan İqor Koryabin müxbirlərə verdiyi müsahibəsində onu da sözarası bildirdi ki, xatirə gecəsinin konsert proqramında ən əlamətdar hadisə gənc və istedadlı Dinarə Əliyevanın necə deyərlər, “kəşf olunması” idi. Bir qədər sonra dünyasını qəfil dəyişmiş Viktor Popovun da öncə dediyi fikri mətbuatda yer almışdı: “Dinarə Əliyeva parlamaqda olanulduzdur”. Güclü, təmiz səsi möhkəm texnika əsasa, tam tessitura diapazonuna malikdir. Onu opera səhəsində güclü partiyaların ifaçısı kimi görürəm. Lirik məqamlarla lazımi rəngləri tapa bilən müğənni “mezza voce” texnikasını ağılla tətbiq edir. Yüksək oxuma mədəniyyəti ilə qəlbləri oxşayır”.

2010-cu il Dinarə Əliyevanın yaradıcılıq həyatında çox əlamətdar olub. Mixail Pletnyovun rəhbərliyi ilə Rusiya mili orkestrinin müşayiəti ilə müğənninin R.Çaykovski adına konservatoriyanın Böyük salonundakı çıxış da unudulmazdır. Moskvada “Gələcəyin musiqisidevizi ilə keçirilən möhtəşəm konsertdə azərbaycanlı müğənninin böyük müvəffəqiyyətini xüsusi qeyd etməliyik.

Onun Rusiya paytaxtında verdiyi konsertlər sırasında daha birini yada salmalıyıq. Dmitri Yurovskinin rəhbərliyi ilə Rusiya Milli Filarmoniya orkestrinin müşayiəti ilə solo konserti həm müğənninin özünün şəxsi yaradıcılıq həyatında, həm də, ümumiyyətlə, orkestrin fəaliyyətində yeni səhifədir. Musiqişünas Vladimir Oyvin azərbaycanlı sənətçinin həmin konsert axşamı çıxışını məhz belə səciyyələndirir. Əla soprano səsli Dinarə Əliyevanın səhnə davranışını o, yüksək qiymətləndirir və bildirir: “Solo konserti ilə tələbkar sənətsevərlər qarşısında görünmək, özü də hamını razı salmaq hər kəsin hünəri deyil. Yalnız yüksək ustalıq, əla ifa texnikası və bənzərsiz manera ilə musiqi əsərini duyaraq təcəssüm etdirmək uğurun əsasıdır. Dinarə Əliyevanın misilsiz müvəffəqiyyəti məhz bu amillərlə bağlıdır”.

Artıq hər ötən günonu şöhrət kürsüsünün ən yüksək zirvəsinə aparırdı. Rusiyanın ən məşhur orkestrləri, görkəmli sənətkarları, musiqiçiləri onunla əməkdaşlığa səy göstərir, konsert proqramlarının tərtibində D.Əliyevaya xüsusi yer ayırırlar.

Dinarə Əliyevanın xarici ölkələrə qastrol səfərləri çox zəngindir. Fransanın Lion şəhərində, Praqadakı Munisipal evdə Çexiya milli orkestri ilə (dirijor italiyalı Marçello Rota), Monakodo solo konsertləri yerli sterlinq təşkil etmişdi.

Avstriyanın Klaqenfurt Dövlət Teatrı səhnəsində C.VerdininTrubadur” operasının tamaşasında ifa etdiyi Leonora partiyasını misilsiz uğurla ifa etməsi bu baxımdan önəmlidir.

Praqadan sonra Dinarə xanım Vyananın, Berlinin, Parisin dünya şöhrətli opera teatrlarının səhnələrində qastrol tamaşalarında çıxış edib.

Vokalçı Rusiya Dövlət Akademik Böyük Teatrın truppasına qəbul olunduqdan sonra yaradıcılıq amalı, sənət “məni” ilə özünü bir daha təsdiqlədi. Bu, gəlişi, gözəl sözlər, bəlağətli, kəlmələr deyil. Ağlı başında olan, sənətə, musiqiyə meylli hər bir kəs yaxşı anlayır ki, ciddi rəqabətlə üzləşən ifaçıların Böyük Teatrın prima solistləri olması asan məsələ deyil. Burada sənətin ölçü həddi varbu həddə cavab verməyən vokalçı, yaxud balet artisti heç vəchlə kollektivə daxil edilə bilməz.

2011-ci ilin yanvarında Akademik Böyük Teatrın “ulduzsolisti Dinarə Əliyeva Bakıya qonaq gəlmişdi o, “Don Juan” operasının tamaşasında Donna Elvira partiyasının böyük müvəffəqiyyətlə səhnə təcəssümünə nail oldu. Aprel ayında isə biz onun yenidən doğma şəhərimizdə uğurlu çıxışının şahidi olduq. Bu dəfə soydaşımız “Trubadurda baş rolu oynadı.

Müxtəlif ölkələrin sənət biliciləri, musiqi xadimləri istedadlı vokal ustası Dinarə Əliyevanın yaradıcılığının təhlilini verəndə hamısı bir nöqtədə birləşir: Rusiya opera ifaçılığı səhnəsinə əvəzolunmaz müğənni gəlib.

 

Elçin Əzizov

 

Onun çox maraqlı, bəlkə də qəribə bir yaradıcılıq taleyi var. Lap erkən çağlarından kino rejissoru olmağı arzulayırdı. Orta məktəbi bitirib öz arzusu ilə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət UnversitetininKino rejissoru” fakültəsinə qəbul olundu. Elə bu çağlarında da “Bakılı oğlanlar” şən və hazırcavablar klubuna üzv yazıldı.

1975-ci ildən Bakıda həyata göz açan Elçin hələ yeniyetməlik çağlarından incəsənətə, teatra, səhnəyə meyilli idi. Şən və hazırcavablar klubuna da təsadüfi üzv olmamışdı. O ki, qaldı oxumağa, bu, başqa məna daşıyır. Elçin oxuyurdu, səsinin də gücünə söz yox idi. Fəqət yalnız 30 yaşına çatdıqdan sonra dərk elədi ki, deyəsən bu səs adi səs deyil. Ona məsləhət bildilər ki, bu haqda ciddi düşünsün. Ağıllı məsləhətlərə həssaslıqla yanaşdı, 2005-ci ildə Zalsburqdakı “Motsarteumuniversitetinin yay akademiyasına qəbul olundu.

2006-2007-ci illərdə Alesandro Misasinin yanında təcrübə keçdi. Bu arada bir müddət Bakı Musiqi Akademiyasının Opera studiyasında da xüsusi məşğələlərdə iştirak etdi.

İstedadını və geniş diapazonlu bas səsinə malik olmasını görən Qalina Vişnevskaya onu özünün bədii rəhbər olduğu Opera Mərkəzinə dəvət etdi. O, elə buradaca görkəmli müğənni Badri Maysuradzenin yanında çalışaraq ifaçılığını daha da təkmilləşdirdi. Bir vokalçı kimi elə həmin Mərkəzin hazırladığı “Karmen” operasının tamaşasında Eskamilo partiyasının ifası ilə debütünü etdi. Rusiya Dövlət Akademik Böyük Teatrının rəhbərliyi tam heyətlə həmin tamaşaya baxdı və qəti qərar çıxarıldı ki, Elçin Əzizov möhtəşəm sənət ocağında solist kimi çalışmağa layiqdir. Beləliklə də, 2008-ci ildən etibarən Elçin Əzizov Böyük Teatrın truppasının ştatlı üzvü oldu. O, öz Eskamilosunun Moskvadan əlavə Arxangelsk, Vyana, Zalsburq, Milan, Paris tamaşalarına da sevdirə bildi.

Yeri gəlmişkən xatırladaq ki, Böyük Teatrın səhnəsində Eskamilo Toreador obrazına layiqli “həyat vəsiqəsi” – vermiş qüdrətli vokal ustalarının adları Ümumrusiya musiqi mədəniyyəti xəzinəsinin qırmızı kitabına həkk edilib.

Əminliklə deyə bilərik ki, həmyerlimiz Elçin Əzizovun da adı bunların sırasında şərəfli yer tutacaq.

Elçin yaxın dostu Anar Məmmədxanovun qəfil vəfatı ilə bağlı Bakıya gəlmişdi. Onunla görüşdükimkan olduqca yaradıcılıq məsələlərindən də danışdıq.

Məlum oldu ki, Elçin teatrda adaptasiya dövrünü yaşayır. Bu, o qədər də asan deyil. Axı, teatrın yaradıcı heyəti çox böyükdür. Heç də hamısı ilə tanış olmaq imkanı tapmayıb. O ki, qaldı məşğul olduğu tamaşalarda birgə çıxış etdiyi həmkarlarına, təbii ki, onlarla gözəl münasibətlər qurub.

Elçinin qrafiki çox sıxdır. Yalnız həftənin bir gününü istirahət etmək imkanına malikdir. O, hər gün səhər Böyük Teatra gəlir, bir neçə saatlıq məşqdən sonra Qalina Vişnevskayanın rəhbərlik etdiyi Opera Mərkəzinə üz tutur.

Özü belə deyir: “Yaxşı bilirsiniz ki, təkmilləşməyin həddi-hüdudu yoxdur. Ən ürəyimcə olan budur ki, Badri Maysuradro kimi qüdrətli bir vokalçı pedaqoqdan dərs alıram”...

 

Çinarə Əlizadə

 

Çinarə çox cavandır. Yəni sənət dünyasında uzun və çətin yol keçməyib, çoxsaylı balet tamaşalarında mürəkkəb partiyalara “həyat vəsiqəsi” verməyib. Lakin peşəkar səhnəyə ayaq açdığı gündən özünün bacarığını, müqtədir rəqqas olduğunu, tükənməyən istedadını sübuta yetirmişdir. Belə ki, Moskvada keçirilmiş balet ustalarının Beynəlxalq müsabiqəsində əsas mükafata layiq görülərək ürəklərə fərəh bəxş edə bilib. Onu fəxri kürsünün ən yüksək pilləsinə dəvət edəndə 15 yaşı vardı və bu çağlarda belə bir mötəbər sınaq imtahanında uğur qazanmaq heçasan deyildi. Ancaq tale Çinarənin gələcək xoşbəxt səhnə həyatına əsas zəmin yaratmışdı.

Təbii ki, onun yüksək peşəkarlıq ustalığına əmin olan mütəxəssislər cəsarətlə Çinarəni Böyük Teatrın balet truppasına dəvət etdilər. İndi hər gün səhər bu möhtəşəm mədəniyyət ocağına işə gələn artistlər sırasında üç azərbaycanlı sənətkar da var: vokalçılar Elçin Əzizov, Dinarə Əliyeva və rəqqasə Çinarə Əlizadə.

Ümumiyyətlə, tarixən yaranmış ənənələrə görə Böyük Teatrda zəif truppalar olmayıb. Hərgah keçmiş SSRİ-nin hər hansı guşəsində yaşayıb işləməsindən asılı olmayaraq buya digər qüvvətli sənət ustasına ehtiyac duyulurdusa dərhal Böyük Teatra dəvət olunurdu: Gürcüstandan O.Dimitriadi, Z.Soltkilava, M.Ananayşvili, P.Amiranaşvili, B.Maysuradze, Ukraynadan B.Qulyayev, Latviyadan M.Liyepaonlarca digərini göstərmək olar.

Bundan başqa vaxtı ilə Lütfiyar İmanov, Müslüm Maqomayev, Fidan Qasımova kimi qüdrətli vokalçılarımız da təkidlə Böyük Teatra dəvət edilmişdilər.

Fəqət bir məsələ var ki, Çinarə azərbaycanlı olsa da Moskvada doğulub, həmin şəhərdə boya-başa çatıb. Atası Rauf lap çoxdan burada yaşayır. Anası Gülnarə isə Azərbaycandan getmiş soydaşlarımızdandır.

Rauf inşaatçı-mühəndisdir, şəhərdə tikinti şirkətlərindən birinin rəhbəridir. Gülnarə xanım isə evdar qadındır, uşaqlarının tərbiyəsi ilə məşğuldur.

1995-ci ildə Çinarə Natalya Nesterovanın Yeni Humanitar Universitetinin Rəqs Akademiyasına qəbul olundu. 4 il burada təlim keçdi. Sonra Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsilini davam etdirdi. Xoşbəxtliyi də onda idi ki, bu müqtədir təhsil ocağında məşhur pedaqoqlar Natalya Arxipovanın və Lyudmila Litavkinin rəhbərliyi altında balet sənətinin ən incə sirlərinə yiyələnirdi.

Akademiyada təhsil ala-ala Çinarə Əlizadə öz üzərində səylə çalışır, yorulmadan məşq edir, burada əlavə təlim saatlarında ən mürəkkəb təmrinlərin icrası naminə səyini əsirgəmirdi. Məhz bu çalışqanlığı, yorulmadan öz ustalığını artırmaq istəyi, zəhmətkeşliyi son nəticədə Çinarəyə misilsiz uğur gətirdi.

2005-ci ildə Moskvada keçirilmiş balet artistlərinin və xoreoqraflarının Beynəlxalq müsabiqələrində o, birinci yeri tutdu. Qızıl medal qazandı. Elə həmin vaxtda da azərbaycanlı Çinarə Rauf qızı Əlizadə Rusiya Dövlət Akademik Böyük Teatrının möhtəşəm balet truppasına qəbul olundu.

Çinarə teatrda yaradıcı fəaliyyətə başladığı elə ilk gündəcə ona P.ÇaykovskininQu gölü” baletində çıxış etmək imkanı yaratdılar. Pedaqoq-məşqçi Marina Kondratyevanın rəhbərliyi ilə o, partiyanı yüksək səviyyədə hazırladı və möhtəşəm səhnədə, tələbkar sənətsevərlər qarşısında uğurla çıxış etdi. Bir qədər sonra MinkusunBayadera”, Adanın “Jizel” və s. baletlərin tamaşalarında əsas partiyaların ifaçısı kimi səhnədə göründü. Artıq onun tamaşalarını intizarla gözləyən pərəstişkarlarının sayı durmadan artırdı.

2009-cu ildə Rusiya paytaxtında yaradıcılıq ezamiyyətim zamanı Böyük Teatrın afişalarında “Jizelbaletinin tamaşası barədə elanı oxuyanda çox məmnun oldum. Belə ki, tamaşanın əsas iştirakçıları sırasında həmyerlimiz Çinarə Əlizadənin də adı var idi. Birtəhər bilet əldə edib tamaşa zamanı mən də salonda idim. Çinarə Əlizadəni sözün həqiqi mənasında ürəkləri fəth edə biləcək qüdrətli səhnə ustası olduğunun yenidən canlı şahidinə çevrildim. Sonralar o, Bakıya qastrol səfərlərində teatrımızın səhnəsində “Jizel”, “Don Kixot” baletlərinin tamaşalarında baş rollarda çıxış etdi. Doğma həmyerliləri qarşısında daha ehtiramla, ilhamla böyük ustalığını nümayiş etdirən Çinarəni sənətsevərlər aramsız alqışlarla, gül-çiçək dəstələri ilə qarşıladılar.

Bəli, çoxsaylı sənətsevərlər bilsinlər ki, bu böyük sənətkarları Böyük Teatra azərbaycanlı analar bəxş ediblər.

Və teatrımızın direktoru Akif Məlikovun bu baxımdan məqsədyönlü xdmətini xüsusi qeyd etməmək olmaz. Məhz onun təşəbbüsü ilə haqqında söhbət açdığımız istedadlı sənətçi soydaşlarımızın doğma şəhərdə də mütəmadi qatrol səfərləri uğurla təşkil edilməkdədir.

 

 

Fazil RƏHMANZADƏ

 

525-ci qəzet.-2012.- 25 yanvar.- S.7.