Professor Cahangir Məmmədlinin 70 yaşı qeyd olunub

 

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ KEÇİRİLƏN YUBİLEY MƏRASİMİ HƏM DƏ PROFESSORUN ELMİ-PEDAQOJİ FƏALİYYƏTİNİN 45 İLLİYİNƏ HƏSR EDİLİB 

 

Dünən Bakı Dövlət Universitetində (BDU) universitetin kafedra müdiri, İctimai Televiziya Radio Yayım Şurasının sədri, professor Cahangir Məmmədlinin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyi münasibətilə tədbir keçirilib.

Cahangir Məmmədlini Azərbaycan milli jurnalistika elmi məktəbinin görkəmli nümayəndəsi, ali jurnalistika təhsilinin təşkilatçısı, görkəmli elm, təhsil mədəniyyət xadimi kimi xarakterizə edən Abel Məhərrəmov deyib ki, professor uzun illər boyu elmin təhsilin tərəqqisinə çalışıb, onun milli koloritlərini zənginləşdirərək beynəlxalq nüfuzunu yüksəldib, xalqımızın adını daim uca tutub. Rektorun sözlərindən məlum olub ki, C.Məmmədlinin səmərəli elmi-pedaqoji ictimai-mədəni fəaliyyəti həm Azərbaycanda, həm xarici ölkələrdə geniş şöhrət qazanıb. Rektor əlavə edib ki, 45 ildən artıq ki, mətbuat tarixi, jurnalistikanın nəzəriyyəsi təcrübəsi problemləri ilə məşğul olmuş, jurnalistika məsələlərinə dair sanballı tədqiqat əsərlərinin, çoxsaylı məqalələrin müəllifi kimi tanınmış Cahangir müəllim müasir Azərbaycan peşəkar jurnalistikası konsepsiyasının əsaslarının formalaşdırılmasında, bununla da bu elmin inkişafında böyük bir jurnalistlər nəslinin yetişməsində müstəsna xidmətlər göstərib. Rektor deyib ki, Cahangir Məmmədlinin vətən cəmiyyət, elm, mədəniyyət təhsilin inkişafındakı böyük xidmətləri universitet kollektivində nüfuzunuzu yüksəldib, həm hər zaman dövlətimizin diqqətində olub.

Jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə yubilyarın fəaliyyətini yüksək dəyərləndirib. Qeyd edib ki, Cahangir Məmmədli böyük mütəxəssis, həyatını jurnalistika fakültəsinə, ümumən universitetə bağlayan böyük alim, müəllim, tanınmış ictimai xadimdir.

Ona göstərilən diqqət qayğıdan məmnun olduğunu söyləyən Cahangir Məmmədli təbiət etibarilə kövrək insan olduğunu bu günün onun yaddaşında silinməz xoş izlər qoyacağını deyib. Fəaliyyətinin ən qaynar mərhələlərindən birinin Abel Məhərrəmovun rektorluq dövrünə təsadüf etdiyinin deyən professor onun universitet ziyalılarına diqqət qayğısından, onların yubileylərinin davamlı şəkildə keçirməsindən danışıb, bildirib ki, işlərinin çoxluğuna baxmayaraq, rektorun bu münasibətinin kökündə onlara olan məhəbbət, hörmət, istək dayanır. Akademik Abel Məhərrəmov sonda bildirib ki, Cahangir Məmmədli kimi ziyalıların varlığı Bakı Dövlət Universitetinin nüfuzunu yüksəltməklə bərabər gənc nəsildə məsuliyyət hissini bir qədər artırır, onlarda vətənə xalqa sədaqətlə təmənnasız xidmət etmək hisslərini inkişaf etdirir.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2012.- 26 yanvar.- S.4.