Məhəmməd
Əmin Rəsulzadə
Nəşrin redaktorları: prof.
Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.
Əsərləri
Üçüncü cild (1915-1916)
Ön
söz
Azərbaycan milli qurtuluş hərəkatının
ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin
banisi M.Ə.Rəsulzadənin zəngin
ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi
(1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə
işıq üzü görmüşdür. İndi onun
1915-1916-cı illərdə dövri mətbuatda dərc
olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm.
Zənnimcə, 10 ildə təmənnasız
hazırladığım bu əsər Azərbaycan tarixi və
bütövlükdə I dünya müharibəsi
dövrü tarixi ilə maraqlananlar üçün
faydalı olacaqdır.
(Əvvəli ötən şənbə
saylarımızda)
Hicrətdən
1334
Bu gün sənəyi-hicriyyənin 1334-cü
tarixinə giriyoruz.
İl başlarında dönüb də arxaya
baxmaq və gedilən yolu təxmin ilə ondaki macəraları
xülasə etmək bir adətdir. Bu adət
üzrə biz də ötüşməkdə olan 1333-cü
sənəyi-hicriyyəyə baxaraq, bütün islam aləmini
böyük müharibə icabi olaraq müsibətlər, əndişələr
içində görəcək, sair millət və dövlətlərlə
bərabər onları da böyük sıxıntılar,
böyük fəlakətlər içində
bulacağız.
Bir tərəfdən Rusiya,
Fransa və İngiltərə dövlətlərinin təbəələri
olmaq, digər tərəfdən də müharib bir millət
təşkil etmək surətilə müsəlmanlar Avropada
zühur edən qitalə bitərəf bir
tamaşaçı olaraq qala bilmədilər.
Onların qanı müxtəlif millətlərin qanına
qarışıb dünyanın əski qitələrini
islatdı.
Hələ rəsmən bitərəf
qalan islam məmləkətləri dəxi dünya müharibəsinə
qarışmadıqları halda keçən ilin verdigi ğələyanlardan,
müharib dövlətlərin icra etdikləri təhriklərdən
özlərini qoruya bilmədilər.
Müharibənin dəhşətlərindən
bir çox qanlı faciələr hasil oldu.
Keçən ilin tarixində pək çox
olan faciələr Rusiya müsəlmanlarından bir
şöbə təşkil edən Kars və ətraf müsəlmanlarını
da kənarda buraxmadı. Fəqət yalnız Kars faciəsimi?
Yalnız müsəlmanların başına gələnmi?
Bütün dünya bir faciə, bütün islam aləmi bir
dəhşət içində degilmi?
Bu gündən etibarən islam aləmindən
böyük bir hissəsi bir şəhidin xatirəsi olmaq
üzrə matəm saxlıyor.
Bizimki böylə gəlmiş. İl
başları hər millətdə, hər yanda bir sevinc və
bir fərəhlə qarşılanarkən biz də:
“Mahe məhərrəm oldu, məsərrət
haramdır” hökmünə daxil olmuşdur.
Məsərrət haramdır. Çünki
böyük bir fədayi-həqq – bu ayda zülm və ğədərə
uğramış, bu ayda həqq və bir səbəb naminə
özünü fəda eləmişdir. Buna görə də
onun fədakarlığını müttəzikr olub əqidə
və məslək səbati üçün kəndisindən
bir ibrət almaq lazımdır. Bu lüzumi gözətmək
üçündür ki, böyük şairimiz Füzuli:
“Təcdidi matəm şəhida nəfsiz degil”
– demiş, bu matəmin “şərinə bir ehtiram” olduğunu
da əlavə etmişdir.
Əvət, ehtiram. Ehtiram və ədəb dairəsində
bir matəm. Əlbəttə, böylə bir matəm nəfsiz
degil. Yoxsa məqsədsiz, mənasız bir surətdə
ağlayıb da, ağlamaqdan bir məqsəd, bir əməl
vücudə gətirmək bizdə qəhrəmanlıqlarına
məftun olduğumuz şühədanın təqdir edilən
səbat və müqavimətləri kibi dəgərli xislətlər
degil. Ətalət və sənklik kibi qorxaqlıq təbiəti
hasil edər.
Rovzəxanlar ağlamağı böyük bir
fəzilət ədd edərlər. Əlbəttə
ağlamaqda da fəzilətkar bir xütbə yox degildir. Fəqət cəsarətlə oxucularıma demək
istiyorum ki, mənasız, məqsədsiz bir surətdə
ağlayıb gözdən olmaq, ağlamağı məqsəd
edib bütün dünya ehtiyaclarına göz yummaqda zərrə
qədər faidə yoxdur.
Məhərrəmlik matəmlərində
ədəb və ehtiramə rəayət etmək məzlumani-Kərbəlanın
zahiri məzlumiyyətlərinə ağlamaqla bərabər,
onların mənəvi və ruhani qalibiyyətlərinin mənasını
dərk ilə ruh və cəsarəti-mənəviyyəcə
şühədayi-Kərbəlani birər
nümunə ittixaz etməli və içində bulunduğumuz
böylə bir zamanda yaşamaq üçün öylə
bir ruha möhtac olduğumuzu unutmamalıyız.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 28 oktyabr 1915, ¹21
Məsərrət – şadlıq
İran
böhran içində
Artıq Türkiyə və
Bolqarıstanda olduğu kibi özünü bir əmri-vaqeə
qarşısında görmək istəməyən Rusiya –
ingilis diplomatiyası neçə zamandan bəri çevrilməkdə
olan alman-türk intriqalarına İranda bir intəha vermək
üçün Qəzvin ordusunun Tehrana tərəf yeriməsinə
lüzum görmüşdür. Qəzvin ordusu da Yenki
imama qədər hərəkət etmişdir.
Müntəzəm rus ordusu müqabilinə
çıxarılacaq bir qüvvəyə malik olsaydı,
İranın Kərəc ərazilərində istehkamlar
yapmağa başladığı xəbərlərini bəlkə
də eşidirdik. Fəqət almanlarla türklər
şaye olan xəbərlərə görə hər nə qədər
fəaliyyət göstərmiş və hər nə qədər
İrana tüfəng, top və pülemyotlar gətirmiş
olsalar da, dərmə-çatma qüvvələrlə
müntəzəm bir nizami qüvvətə
qarşı duramazlar. Buna görə də müntəzəm
bir əskərə malik olmayan Tehran hökuməinin müsəlləh
olaraq Qəzvin ordusuna müqabil duracağını
düşünmək nə ağla, nə də məntiqə
gəlməz!
Zatən sonra gələn teleqraflarda məclisin
müzakirəsi həqqində verilən xəbərlər
çüzində də göstəriliyor ki, millət vəkilləri
məsələlərinin sülh ilə həll
olunacağına ümid bəsliyorlar.
Oxucularımız bilirlər ki, İran
hökuməti rus və ingilis səfarətlərinə
mühacirətlə özünün bitərəflik
saxlamasından ötrü məzkur dövlətlərlə
müzakirəyə amadə olduğunu bildirmişdi. Rus və ingilis dövlətləri də böylə
bir müzakirəyə girişəcəklərini, yəni
İran etilaf dövlətlərinə mail bitərəflik
saqlarsa, əvəzində nələr ala biləcəgini
danışmağa hazır olduqlarını kəndisinə bəyan
etmişlərdi. Fəqət bir şərt
qoymuşlardı ki, İran 1907-ci sənəsində
bağlanmış olan rus-ingilis əhdnaməsinə təzədən
baxılmasını tələb etməsin.
Əsl məsələ də
burasındadır: məlum olduğu üzrə məclisin
İran mətbuatının əfkari- ammənin İranda
az-çox bir təşkilata malik olan demokrat firqəsinin bəslədikləri
müəyyən bir əməl varsa, o da həmən bu əhdnamənin
təzədən baxılmasından ibarətdir.
Məşrutəçi iranlılar məmləkətlərinin
nüfuz məntəqələrinə bölünməsinə
bir dürlü razı ola bilmiyorlar. Onlar bu əhdnaməni
daha imza edildiyi zaman protesto etmiş və bu günə qədər
də məzkur əhdnamənin vücudini rus və ingilis
diplomatiyasının naümidliginə rəğmən məmləkətlərinin
istiqlalı ilə mənafi görmüşlərdir.
İranlılar hər zaman çalışmışlar ki, kəndi
məmləkətlərinin 1907 əhdnaməsinin
“vəsayət”indən qurtarsınlar. Çox ehtimal vardır
ki, Balkandakı-Almaniya-Bolqar-türk müvəffəqiyyətinin
təsiri ilə Almaniya-türk təhrikatına qapılan
İran hökuməti bitərəfligi həqqində
başlıyacağı müzakirələrini əsl bu
nöqtədən də başlamaq istəyəcək,
bəlkə də istəmişdir. Və şübhəsiz
ki, İranı bu yolla qatı bir şərt qoymaqdan mane etmək
Almaniya əfsunu ilə xəyallanan qafaları bir az huşa gətirmək
üçün Qəzvin ordusunun Tehran üzərinə
yeridilməsində faydalar görülüyor. Ordunun Tehrana gəlməsi
ilə İran hökuməti həm bitərəfligi həqqində
vəz edəcək şərtləri etidal üzrə tərtib
edər. Həm də Almaniya və Türkiyə təhrikatı
əleyhinə görəcəgi iqdaməti təxir etdirməz.
Fil-həqiqə İran
hökuməti məşhur olduğu kibi, Almaniya və
Türkiyə ilə gizli bir ittifaqnamə ilə əlaqədar
isə, Qəzvin ordusunun Tehrana gəldiyi təqdirdə Rusiya
və İngiltərə dövlətlərinə
düşmən olan səfirlərlə bərabər şah
ilə hökuməti dəxi Tehranı tərk ilə
cənubi İrana çəkilmək məcburiyyətində
qalacaq.
Teleqraflar Tehrandan çıxmaq məsələsi
xüsusunda şah ilə hökumətin əvvəlcə tərəddüddə
olduğundan xəbər veriyorlardı isə də son
alınan xəbərə görə şah Almaniya macəraçuluğuna
aldanmayaraq Tehranda qalmasına qərar vermişdir. Fəqət bütün övraq və sənədatını
Amerika konsulxanasında gizlədib də təbəələrində
bir çoxlarının Sultana göndərmiş olan
Almaniya-Türkiyə və Avstriya səfarətxanaları ilə
bərabər demokrat məbuslardan firqə rəisi Süleyman
Mirzə ilə sair iranlılar dəxi Tehranı tərk
etmək niyyətində imişlər.
Petroqraddan alınan məlumata görə
şah və yaxud hökumətin Tehrandan
çıxmalarını diplomatiyamız haman İran
hökumətinin Almaniya nüfuzuna düşməsi kibi tələqqi
edəcəkdir. Fəqət bir iki məbus ilə bərabər
neçə firqə adamının bu yoldakı hərəkətləri,
əlbəttə, İran hökumətinin qəti bir meyli
kibi tələqqi ediləməz. Petroqradda dünki gün saət
ikidə İranın qəti cavabı gözlənilirmiş.
Fəqət bu sətirləri qaraladığımız ana qədər
bu cavab həqqində bir məlumat alınmamışdır. Yenki imam da əmr bəkləməkdə olan bu
cavabın nəticəsinə bağlıdır. Şahın
Tehrandan çıxmağa qərar verdigi xəbəri
doğru isə, (ki, doğruluğuna çox ehtimal vardır)
İran hökumətinin müvafiq bir cavab verəcəginə
ümid etmək olar.
Hər halda İran bir taqım mühüm
günlər keçirməkdədir. Bu mühüm günlər
bizi ümumi Avropa müharibəsinin yeni bir səhnə fəcaəti
qarşısında bulunduracaqmı?
Bu kibi mövqelərdə iranlılar diyorlar
ki, “Şəbastənəst tacizayəd səhər”*.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 2 noyabr 1915, ¹26
Vəsayət – qəyyumluq
Tələqqi – qiymətləndirmə
* Gecə hamilədi, səhərə nə
doğacaqdır məlum degil
Müftilik
məsələsi
Tarixi-hicrinin tazələnməsi
münasibətilə yazmış olduğu məqaləsində
şimallı türkcə rəfiqlərimizdən “Quyaş”
qəzetəsi keçən sənə hicriyədə Rusiya
müsəlmanlarının başına gələn
xüsusi bədbəxtliklər cüzində Bayazidovun
müftiligə təyin olunmasını da saymışdı.
Qafqasiya meydan hərbinə
yaxın olan Kars və Ərdəhan müsəlmanlarının
fəlakətə uğramaları bütün Rusiya müsəlmanlarının
həyatına toxunmuş və Rusiya müsəlmanlığının
ən uzaq guşələrinə qədər bu məsələ
təsir etmiş, hər tərəfdən ianələr
gəlmişdi və imdi də gəlməkdədir. Kars və
Ərdəhan fəlakətlərindən Rusiyada
çıxan bütün türkcə qəzetələr
aylarla bəhs edib durmuş, hər tərəfdə ianə
komitələri təşkil olunmuşdu. Bütün
bayramlar, ictimalar həp karslıların müsibətini
azaltmaq yolunda istedə olunmuş, hər sinif, hər təbəqə
bu məsələdə özünü əlaqədar
göstərmişdi. Kars və Ərdəhan məsələsi
adətən mühüm bir məsələ təşkil
edib Rusiya müsəlmanlarından ötrü milli bir məsələ
şəklini almışdı. Bu məsələnin Rusiya
müsəlmanları həyatında nə qədər müəssir
bir məsələ olduğu hər kəscə məlumdur
və bu məlumluqdandır ki, imdi də Bakı cəmiyyəti-xeyriyyəsinə
ianələr axıb gəlməkdə və bu ianələrin
arası bir dürlü kəsilməməkdədir.
“Quyaş” qəzetəsi Bayazidovun müftiligə
təyinini iştə müsəlmanların ən riqqətli
hissiyyatlarına toxunan bu məsələ qədər
böyük bir bədbəxtlik, milli talesizlik ədd ediyor.
Zahirdə müqayisə bir az
biyəd görülsə də, həqiqət halda Bayazidovun
müsəlman əfkari-ümumiyyəsinə rəğmən
müftilik kibi böyük və ruhani bir mənsəbə təyin
olunması Kars faciələrindən daha az bir bədbəxtlik
degildir.
Rəisi-ruhani hər millətin
ehtiramını qazanmış bir şəxs olmalıdır.
Bütün millətlərlə bərabər müsəlmanların
dəxi amalı-milliyyətlərindəndir ki, ruhani rəisləri
onların öz tərəfindən seçilsin. Onlar bu arzularını dəfələrlə izhar
etmişlər. 1905-ci sənələrindən bəri müsəlmanlar
hər münasibətlə buna şiddətlə möhtac
olduqlarını bəyan etmiş və neçə kərə
vaqe olan müsəlman ictimailəri milli ruhani ehtiyaclar həqqində
tərtib verdikləri maddələrin başına
iştə rüəsayi ruhaniyyənin kəndi tərəflərindən
seçilməsi maddəsini qoymuşlardır. Bütün
Rusiya müsəlmanlarının ilk ictimailərini təşkil
edən Nicni-Novqord ittifaqi-müsliminin bu tələbi vəz
elədigi kibi, sonra yığılan bütün ictimailər
(siyezdlər) dəxi onu təyiddən geri qalmamışlardır.
Hələ Rusiyada çıxan bütün
müsəlman qəzetələri bu maddədə müttəhid
olub bir ağızdan ruhanilərin seçki ilə təyini
Rusiya müsəlmanlarının ixtilaf götürməz
böyük bir əməli kibi tərvic etmişlərdir.
Müfti Soltanovun vəfatı
münasibətilə bu məsələ təkrar bütün
xüsusiyyəti ilə qalxmış və müsəlman əfkari-ümumiyyəsi
üçün müzakirə olunacaq bir məsələ təşkil
etmişdi. Əlbəttə, mətbuat seçki məsələsi
lüzumundan bəhs etməklə bərabər madam
ki, bu əsasi-qanuni bir yolda daha qəbul edilməmişdir,
artıq felən tətbiqinə göz örtmək məcburiyyətində
idi. Rusiya müsəlman əfkari-ümumiyyəsi,
əlbəttə, biliyordi ki, Soltanovun yerinə təyin
olunacaq müfti müsəlmanların öz seçkiləri
ilə intixab olunacaq həqiqi millət nümayəndəsi
olmayacaq. Çünki böylə bir səadəti görmək
daha gəlməmişdir. Fəqət hər
halda müsəlmanlar ümid edərlər ki, zamanın əhəmiyyəti
və müsəlmanların bu əhəmiyyətli zamanda
göstərdikləri vətəndaşlıq ləyaqətləri
nəzərə alınaraq, heç olmasa, hökumət
müftiligə təyin edəcəgi adamı intixab edərkən
əfkari-ümumiyyəni nəzərə alar, xəlqin etimad
və etibar elədigi namizədlərdən birisini təyin
etməgə əfkari-ümumiyyəyi istiqbal edər.
Fəqət həqiqəti-hal
müsəlmanların intizarı ilə o qədər mütəzar
çıxdı ki, Orenburq müftiliginə yalnız xəlqin
etimadına məzhər olmayan bir zat degil, Axund Səfa
Bayazidov kibi müsəlmanların nifrətini qazanmış
bir şəxs təyin olundu. Həm də bu təyin
o qədər acələ ilə vaqe oldu ki, müsəlmanlar
bu xüsusda müəyyən bir fikrə gəlmək
imkanı belə bulamadılar. Fəqət Bayazidovun həqqində
müsəlmanlar arasında iki fikir ola bilməzdi. Müvafiq
bir namizəd intixabında bir rəyə gələ bilməsə
də, müsəlman əfkari-ümumiyyəsi Bayazidovun əleyhinə
çoxdan birləşmiş idi. Bunun üçün də
Səfa Axundun müftiliyə təyini doğrudan-doğruya
müsəlman əfkari-ümumiyyəsinə qarşı bir
zərbə təşkil ediyordu.
Müsəlmanların ən əziz
bəslədikləri əməllərinə, onun
üçün də ən müqəddəs bildikləri
hisslərinə toxunan bu zərbə heç şübhə
yoxdur ki, Kars fəlakəti kibi maddi bədbəxtliklərdən
mənəvi, daha böyük bir bədbəxtlikdir.
Məlum olduğu üzrə Bayazidovun müftiliyə
təyini özgə dinlər departamanı rəisi Minkinin səy
və ictihadı ilə olmuşdu. Vaxtilə Dövlət
duması əzaları, müsəlman ziyalıları və
sair heyətlər Bayazidovun müftiliyə münasib
olmadığını hökumət dairələrinə
bildirmişlərsə də, faidə verməmişdi.
“Quyaş” qəzetəsinin
verdigi məlumata görə imdiki daxiliyə vəziri Xvostov
müfti Bayazidovun qulluqdan çıxarılması ilə
müsəlman əfkari-ümumiyyəsinin razı
salınmasına çalışacağı vədini
vermiş imiş. Bununla bərabər müfti həqqində
yazdığı məqaləsindən dolayı min manat cəriməyə
düçar olan “Turmuş” qəzetəsi dəxi
bu cəriməyi verməkdən azad edilmişdir.
Bayazivodun bu günlərdə Petroqrada gedib səfərinin
uzun çəkməsini dəxi bu məsələ ilə əlaqədar
görüyorlar. Yuxarıda zikri keçən Minkinin dəxi
istefa etmiş olduğundan güman olunurmuş ki, Bayazidovun əzl
olunub yerinə müsəlman əfkari-amməsinin
etimadını qazanmış birisi təyin olunsun.
Rəfiqimiz “Yeni iqbal”ın qeyd
etdigi kibi müsəlman dəva vəkillərinin
hüquqlarını genişləndirmək babında səy
etmiş olan daxiliyə vəziri Xvostov ehtimal ki, bu məsələdə
də müsəlman əfkari-ümumiyyəsini istiqbalə
lüzum görür.
Fəqət müsəlmanların
bu kibi bədbəxtliklərə düçar olması və
ruhani rəislərinin təyini minkinlərin degil, daima öz
arzu və meylləri üzərinə intixab olunması və
bu ruhani və milli məsələnin hər dürli təsadüflərdən
məhfuz qalması üçün müsəlman
ruhanilərinin ittixab və təyini məsələsi əsasən
islah olunmalıdır ki, bədbəxtliyin kökü
qazılmış olsun!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 4 noyabr 1915, ¹28
Əzl – işdən çıxarma
Bir
moizə münasibətilə
29-cu sayımızda təkyələrdən
birində məşhur bir rövzəxanımız tərəfindən
irad olunan moizənin bir fəqərəsi nəql edilmişdi.
Ruznamələrdə hətta çox keçib də bu dəfə
minbərdən söylənilmiş bu fəqərə
üstündə bir az dayanmaq istiyoruz.
Mətləb əldə olmaq üçün
Axundun söylədigi fəqərəyi məsələn nəql
etmək məcburiyyətindəyiz. Axund demişdi ki:
“Cahil, dünyadan bixəbər,
zəmanənin istədigini dərkdən aciz, dünyadaki vaqeələrin
güzaranından ğafil, elmi yalnız bir taqım övrad və
zikrləri təsbihləməkdən ibarət bilən şəxslərdən,
ey cəmaət, sizə faidə gəlməyəcək. Bu vəqtə
qədər bu taifə, bu cahıl sərf olub da alim
keçinən ağalar sizi tərəqqidən
saxlamış, bədbəxt etmişlərdir. Bunlardan bir
şey gözləmək əbəsdir.
İstiqbalımızı bunlardan payi minbərdə oturan
gimnazist və riyalistlərə xitabən istəyiniz,
ümidinizi bunlara bağlayınız!... Bunlardır bizi xilas
edəcək bilgi namizədlər, bunlardır gələcəgimizin
ümidləri. Xoş güzəranlığımız
dünyadakı rifah və səadətimiz bunların
idrakından, bunların zəmanə biligi ilə
silahlanmış əzm və qeyrətlərindən
asılıdır.
Söylənilən mədhiyyələrdən
şagirdlərin sinələri qürur hissi il əqabarmaqda,
qulaq asan sair əzadarların ürəkləri dəxi
“uçeniklər”ə qarşı böyük bir məhəbbətlə
dolmaqda ikən Axund bir az nəfəs almış və sonra
bir əfsus çəkərək demiş ki:
– Fəqət bunlardan da o qədər
faidə yoxdur, çünki bunların tərbiyə və təlimləri
öylə bir əsasdadır ki, ögrəndikləri elm və
fünunlar arzu olunan faidəni vermiyor, bu da oradan
çıxıyor ki, bunlar ana dilini bilmiyor, ədəbiyyatlarını
anlamıyor, dinlərini, tarixlərini ögrənmiyorlar.
Böylə qalınca bittəbii gözlənilən faidəni
də vermiyorlar. Axundun inteligentlərimizin tərbiyəsi
xüsusunda söylədikləri şübhəsiz ki, bir həqiqətdir,
söylənə-söylənə və ruznamə səhifələrindən
minbərə qədər çıxan acı həqiqətlərdən
bu həqiqət bu gün bir çoxlarımızı
düşündürməkdədir.
Edadi məktəblərdən əl
çəkəcək (keyfləri istədiyi kibi təşkilinə
malik degildir – diyə) onları baykot edəcək bir halda
degiliz. Öz başımıza edadi məktəblər təsis
edib də orada milli dərslərə əhəmiyyət
verdirəcək bir hal və hüquqda da degiliz, o halda
nə etməliyiz?
Bunun çarəsini dərk edə bilmək
üçün əvvəla edadi məktəblərdə
türkcə ilə şəriət dərsinin nə halda
olduğunu bilmək gərək. Bütün edadilərdə
bu iki dərs ilə onları oxutduran müəllimlər də
vardır.
Fəqət bu dərslərin sair dərslər
qədər nə də bu müəllimlərin digər
müəllimlər qədər əhəmiyyəti var. Sair
edadi müəllimləri yaxşı məvacib alıb
özləri də hökumət qulluğunda hesab olunurkən
türkcə və şəriəti-islamiyyə müəllimləri
nə o məvacibi ala bilərlər, nə də hökumət
qulluğunda sayılarlar. Başqa dərslərdən
şagird zəif olursa, nizamən bir klasdan o biri klasa
keçirilmiyor. Halbuki il uzunu türkcə ilə şəriət
dərsindən qaçan şagirdin ağlına belə gəlmiyor
ki, bu dərslərdən ötrü bir il klasda qalıb vaxt
itirəcək.
Məlum işdir ki, vase məlumata malik olub da
adam kibi ruzigar keçirmək istəyənlər türkcə
müəllimligi kibi az maaşlı bir sənətə əgilmiyorlar.
Buna görə də əksərən edadi məktəblərin
türkcə müəllimləri iqtidarsız adamlar olur,
iqtidarlılar olursa, o da ancaq fədakarlıq edərək aza
qənaət etmək məcburiyyətində qalır.
Uşaqlar da görüyorlar ki, müəllim ciddiyyət
göstərmiyor. Müəllimlər şurası onlardan
müəyyən bir bilik istəmiyor. Ona görə onlar da tənbəlləniyorlar.
Fəqət sonra bu tənbəllikdən peşiman oluyorlarsa
da heyhat ki, fayda vermiyor. Bakı gimnaziyasını bitirmiş
bu kibi peşimanlara çox təsadüf olunur. Şübhəsiz
ki, onlar öz tənbəlliklərinə heyfislənərkən
müəllimləri ilə ana-atalarının da bu
xüsusdaki qeydsizliklərini şiddətli təbirlərlə
söyləməgi unutmuyorlar.
Nədir bunun çarəsi? Nə vasitə ilə
etmək olar ki, edadi məktəblərin türkcə və
şəriət müəllimləri layiqli adamlar olsun və
nə cür etmək olar ki, türkcə şəriət dərsi
də başqa dərslər kibi ciddiyyətlə oxudulsun?
Bunun çarəsini gəncəlilər
görmüşlərdi, başqa yerlər, bilxassə
Bakı bu xüsusda gəncəlilərə təqlid edə
bilər.
Gəncənin işlərinə
bələd olanlar deyirlər ki, Gəncə gimnaziyasında
övladları olan müsəlman atalar məktəb idarəsindən
öncə türkcə müəlliminin maaşının
artırılmasını tələb eləmiş, veriləcək
maaşın fərqini də cəmaət pulundan təmin
etmişlərdir. Bu qəbul edildikdən sonra
layiqli müəllim tapmaq məsələsi həll
olunmuş, ondan sonra məktəb idarəsindən istəmişlər
ki, onların övladı türkcə və ya şəriyət
dərsindən zəif olursa, onlarla başqa dərslərin
hökmündə rəftar edilsin. Bu cəhət də
qəbul edilmişdir. Nəticə dəxi gözləndiyi qədər
parlaq çıxmışdır. Gəncə
edadilərini bitirən müsəlman “uçenik”lər
artıq öz ədəbiyyatından bixəbər, ana dilini
bilməz və şəriətini anlamaz,
yarımçıqlar degil, tam istənilən adamlardır, gəncəlilərin
bu işi o qədər müsəllim olunmuş ki, bir
çox atalar türkcədən zəif olan
uşaqları üçün fransızca, ruscadan olduğu
kibi xüsusi müəllimlər tutmağa belə məcbur
olmuşlardır. Bunun sayəsində Gəncədə
türkcə də müqtədir cavanlar mövcud olub
aralarında ümidi-istiqbal təşkil edən fəal və
ruhlu şəxslər də çoxdur.
Gəncə çarəsini Gəncədən
daha əvvəl Bakı tətbiq etməməli idimi?
Bir çox məarif cəmiyyətlərinə,
bir çox milyonerlərə, bir çox ağalara, bir
çox mətbuata, bir çox ali təhsil görmüş
inteligentlərə malik olan Bakı bir Gəncə qədər
təşəbbüs göstərməz. Qafqasiyanın
mərkəz ürfanı adını daşımaq
iddiasında olan bu “mənfəətxanə” milli mənfəət
üçün ikinci dərəcə bir şəhər qədər
dirilik və həyat əsəri göstərməzsə mərkəzlik
və sərxeyilik məqamına malik olarmı?
Bakı əhda edadilərindən bəzilərində
bərəkət versin ki, müəllimlərin zəhməti
sayəsində az-çox bir tərəqqi görülür.
Fəqət mühüm bir qisminin bərbad bir halda
olduğunı görər, həmişə müəllimin dərs
əvəzinə klasa gəlib də dərsdən başqa hər
şeylə məşğul olduğu haqqında uzun-uzadı
hekayələr eşidər. Fəqət təşəbbüsümüz
sadə “ah vay”- dan oyana keçməz, bəs degilmi bu qəflət,
bəs degilmi bu müsahimə?
Həyati-milliyyəmiz üçün
görüləcək ən lüzumlu işlər artıq
manei-tərəqqi deyə daimən “məzəmmətlədiyimiz”
rövzəxanlar tərəfindən təbliğ olunmağa
başladı.
Bu kibi xüsuslarda qabaq səfdə olmaları
lazım gələn ariflərimiz hələ “öz işlərinə”
məşğul halda uyğudan ayılmayıb, bir dirilik əsəri
göstərmiyorlar. Fəqət xüsusi mənfəət
uyğusuna dalmış olan bu adamlar işi o yerə yetirməməlidirlər
ki, rövzəxanlar etdikləri tənə imdi özləri
nişan olsunlar!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 10 noyabr 1915, ¹31
Vase – geniş
Təkyə – məhərəm mərasiminin
keçirildiyi yığıncaq
Övrad – virdlər, əzbərlər
Bayramlar
məsələsi
Türkcə rəfiqlərimizdən birisi ruhani
ehtiyaclarımızdan birisi olmaq üzrə bayramlar məsələsini
də ortaya sürüyor.
Bayramlar məsələsi həqiqətən
də Qafqasiya müsəlmanlarından ötrü rəfi
lazım böyük bir ehtiyac şəklini
almışdır. Əlbəttə, Rusiya müsəlmanlarının
böyük vətənin sadiq bir vətəndaşı olmaq
hesabı ilə Rusiyalılığın icab etdigi hər bir
vəzifəyəi maddi və mənəvi hər
bir məsuliyyəti qəbul etməgə hər zaman mühəyya
olduqları kibi, imdi də hazırdırlar. Dövlətin
yovmi-təsisi, xanədani səltənətə məxsus olan
günlər rusiyalılığın bayramı olduğundan
heç şübhəsiz ki, bu günlərdə müsəlmanlarda
sair vətəndaşları ilə bərabər işlərini
tətil edib, bu günlərə məxsus olan mərasimi əda
edərlər və etməkdə borclarıdır.
Çünki bu vətəndaşlığın lazım gətirdigi
bir vəzifədir. Fəqət
rusiyalılığa məxsus olan bayramlarla bərabər
müsəlmanlara, ruslara məxsus milli və dini bayramlar da
tutulur. cümə günü dükanı bağlamaq məcburiyyətində
qalan bir müsəlman qurban, novruz, ramazan, aşura, məstikəm
kibi özünəməxsus olan milli və dini günləri
tətil etdigi kibi, eydi-fəsix, oruc, İsa, nüzuli-İsa,
qızıl yumurta, xaçi-şuyan və sair bir çox
xristian bayramlarını dəxi saxlamaq məcburiyyətindədir.
Hələ bunlar bəs degilmiş kibi, müsəlman
alış-verişçi həftədə iki gün
dükan bağlamağa icbar edilir. Yekşənbə günləri
də kəndisini ticarət etməgə qoymurlar, cümə
günü də.
Rusiya dünyanın ən çox bayram saxlayan
məmləkətlərindən biri, bəlkə də
birincisidir. Fəqət Rusiya müsəlmanları
bütün rus bayramlarından əlavə öz
bayramlarını dəxi bilməcburiyə
saxladıqlarından, demək olar ki, dünyanın ən
çox bayram saxlayan millətidir.
Şurayi-dövlət əzalarından
bir heyət Rusiya xəlqinin çox bayram etdiginə diqqət
edərək bunun iqtisada, məmləkətə zərər
yetirdigini, bilxassə, bu zamanda zərər verdigini
düşünərək 78-ci maddə mocibincə nəşr
olunacaq bir qanun ilə bayramları azaltmaq tədbirini təklif
ediyorlarmış. Fəqət rus
bayramları, rus xəlqinin iqtisada mucib olursa, onlar qədər
vergi, onlar qədər rüsum verən, fəqət onlardan
daha çox bayram saxlamaq məcburiyyətində qalan müsəlman
tacirinin halı öz-özlügündə aşkar
olmazmı?
Bayramların çoxluğu
rus xəlqinə maddi zərər verərsə, müsəlmanların
maddi olduğu kibi, mənəvi və ruhani ziyanlarına da
mövcib oluyor. Çünki ruhinə, hissinə, əqlinə
və qəlbinə bir şey verməyən, bir gündə
işini boşlayıb da veylən sərgərdan gəzən
bir adamın nə kibi bir ruh pozğunluğuna tutulduğunu, nə
kibi qeyri-mənus adətlərə uymaq məcburiyyətində
qaldığını düşününüz! Bir rus
dükançısı xaçı suya salan günü
dükanı bağladıqda maddətən gördügü
ziyanı o gün aldığı dini və ruhani faidə ilə
əvəz edə bilər. Fəqət bir müsəlman o
gün özünə hanki bir faidə ilə təsəlli
versin?..
canişin həzrətləri
Şeyxülislam həzrətlərinə ruhani
ehtiyaclarımızın rəfinə mühəyya
olduqları həqqində bəyanatda bulunmuşlardı. Bu
gün aramızda hökmü-fərma olan bayram
qanunlarının ilqası işinə o ruhani
ehtiyaclarımızdan birini təşkil etməkdədir.
Burasının islahını kəndilərindən ümid
etmək, əlbəttə, məntiqsizlik olmaz. Bilxassə ki,
bu bayram məcburiyyətləri ələlümum bir taqım
məhəlli qərardadlar və icbari-nizamnamələr surətilə
tətbiq oluna gəlməkdədir.
“Ehtiyaclarınızı söyləyiniz”
sözünə müxatib ruhanilərimiz
ehtiyaclarımızı ərz edərkən bu bayram maddəsini
dəxi tərtib edəcəkləri maddələrə, əlbəttə
əlavə edə bilərlər. Fəqət
bunun həllini yalnız ruhanilərimizdən gözləmək
əbəsdir. Çünki bunlar ruhani ehtiyac olmaqla bərabər,
maddi ehtiyacdır da. Çünki bu ədalətsizlik
yalnız ruhaniyyət və mənəviyyətimizi degil, ciblərimizi
də sıxışdırıyor. Buna
görə də alış-verişçilərimiz
yığışıb lazım gələn məqamlarına
ərizələr verə bilər və bu tərtibin kəndilərdən
ötrü zərərli olduğunu isbatən dəgişməsini
tələb edə bilərlər. Vəqtilə bazar əhli
şəhər qlavasına müraciətlə “yekşənbə”
günü tətilinin müsəlmanlardan ötri məcburi
olmamasını istəmişlərdi. Fəqət yalnız
bir-iki istəməklə iktifa etməməli, təkrar təşəbbüsdə
bulunmalıdır.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 12 noyabr 1915, ¹33
Yövm-gün
Mənus-adət və vərdiş edilmiş
Müxatəb-xitab
olunan
(Ardı var)
Şirməmməd Hüseynov
525-ci qəzet.- 2012.- 28
yanvar.- S.26-27.