ORALARDA KİMLƏR VAR:
VALERİ MARÇENKO-3
KƏDƏRLİ VƏ UNUDULMAYAN BİR
HEKAYƏT
Vpervıe
eta statya izvestnoqo ukrainskoqo diplomata Ö. Koçubeya
napeçatana qazeta “Bakinskiy raboçiy”, v 1992 qodu ona bıla
perepeçatana v “Literaturnoy Ukraine”. Eyo avtor emko i obcemno
oxarakterizoval jiznennıy put i dostijeniya izvestnoqo svoey lyubovyu k
Azerbaydjanu ukrainya Valeriya Marçenko.
Vusloviyax
“soyuznoqo”, tolko deklariruemoqo, internaionalizma Valeriy Marçenko
stal nastoyahim borüom za vozrojdenie kulturnoqo boqatstva i duxovnoqo
vzaimooboqaheniə ukrainev i azerbaydjanev. Za çto i postradal
vposledstvii, no ne pokorilsa, daje v laqere osobo stroqoqo rejima zanimaes
perevodami s azerbaydjanskoqo.
On ne
edinstvennıy, koqo sudili za “dvoynoy naionalizm” – “ukrainskiy i
azerbaydjanskiy”.
Vladimir
Krilovski
ABŞ-da
yaşayan ukraynalı yazar
Azərbaycanda
və Ukraynada milli hərəkatın və eyni zamanda Ukraynada
şərqşünaslığın təbliği
üçün mühakimə olunub sovet zindanlarında məhv
olan ukraynalı bender VALERİ MARÇENKOnun ağrılı
həyat hekayəti. Ukrayna
Yazarlar Birliyinin üzvü,diplomat .Y.
Qoçubəyin bilgiləri əsasında.
Tofiq Abdin
Şayət,
bu yazını üçüncü yazı hesab etsək,
bununla da öz işimizi nisbətən bitmiş hesab edə
bilərdik.( Amma belə olmadı).Belə ki, oxucu kütləsini
də nəzərə alıb ayrı bir ölkənin
mübariz vətəndaşı,dissidenti və alimi
haqqında bir neçə yazı vermək təbii ki, bir az
etiraz doğura bilər.Amma Valeri Marçenko haqqında
yazıya davam edərkən, içimin necə
rahatladığını sizə izah etmək çox çətindi.Bu
acıdan mən hər zaman böyük bir təəssüf
içində yaşamışam : nədən, axı nədən,
o böyük fırsatlar əldən qaçıb,-deyə.Heç
şübhəsiz, elə bir imkan olub ki, Valeri ilə şəkil
çəkdirmək kimi bir an da ələ düşüb və
mən özündən çox razı birisi olaraq, bunu eləməmişəm,
amma baxmışam ki, hətta özü böyük bir qələm
sahibi olan insanlar kiminsə qoltuğuna girib şəkil çəkdirib,
bunu da reklam eləməyi özünə rəva bilib.Mənim
əlimə çox böyük fırsatlar keçib dediyim
kimi, indi bunun altını çəkirəm və Valeri ilə
olan imkan da, bax o sıradandı.Bir həqiqət də var : mən
özüm də o zamanlar buna çox böyük bir olay kimi
baxmamışam vəya açığını deyim ki, bəlkə
də başım da az çıxıb gedişatdan.Bu da
var.Sadəcə lovğalanmaq gərək deyil.Ona görə
də başqa bir yazını da oxuculara təqdim etməklə
bunu rica edərdim : Azərbaycan Yazarlar Birliyi Valeri
Marçenkonun xatirəsini yad etmək üçün
kiçik bir addım olsa da atsın və bunu sayın Abbas bəy
Abdulla Nacaloğluya həvalə etsin.
İndi
isə Valeri Marçenko haqqında böyük bir kitab yazan
Vladimir Krılovskinin əsərindən bəzi kəsikləri
oxuculara çatdırıram.
lll
Vladimir
Krılovski.Valeriy Marçenko. Bir qəsdin
xronikası.
( Nə vaxtsa yazılacaq kitabdan notlar)
lll
VLADİMİR KRILOVSKİ KİMDİ:
Vladimir
Krılovski 60-cılar nəslinə məxsus
yaradıcılardandır. Rejissor və sənədli filmlər
ssenari müəllifi; “Memorial” Cəmiyyətinin üzvü
(üzvlük biletinə Saxarov imza atmışdır)
durğunluq illərində Azad Jurnalistlər Həmkarlar
İttifaqının üzvü, 1989–1990-cı illərdə
Moskva şəhərindəki Taqanka rayonu azad seçicilər
klubunun həmsədri,SSRİ Ali Sovetin seçkilər
zamanı müşahidə komitəsinin insan hüquqları
təşkilatı,Ümumittifaq şaxtaçıların
etiraz mitinqlərində birləşdirici təşkilatın
üzvü.
1992-ci
ildən sonra Amerikada yaşayır.Jurnalistika ilə məşğuldur.Amerikanın
bir çox şəhərlərində çıxan rus
dilli qəzetlərdə insan huqüqları haqqında
yazılar yazır. 2002-ci
ildə Çeçen müharibəsi haqında Ukraynada
çıxan “Saat” qəzetində “Yalanın texnologiyası”
yazısı ilə diqqəti çəkib.Daha sonra Ukraynada həftəlik
yazılar yazan jurnalistlər arasında ən yaxşı
müəllif sayılıb.
lll
“Bu itki bizə
yalnız mənəvi bir təsəlli ola
bilər.Nəticə fəxr ediləsidi: Artyom əyilməyərək
öldü. Əbədi xatirəmizdə
qalacaq”.
(Valeri
Marçenkonun Artyom Yuskeviçin vəfatı münasibətiylə
teleqramı
lll
“İTK-nın rəisi mayor Pimenov N.V-ya
...Hörmətli
rəis yoldaş!
Bu ilin
iyul ayının 22-də mən sizin adınıza bir bonderol
göndərmişəm ki, onun içində lazarette yerləşən
oğlum Marçenko Valeri üçün dərmanlar
vardı. Bu günə qədər mən həmin dərmanların
oğluma çatıb çatmaması haqqında heç
bir məlumat almamışım.
Mən ona
görə çox narahatam ki,həmin dərmanlar
ona çox vacib lazımdı bunu gecikdirmək olmaz.Nevroloji həkimlərin
bildirdiklərinə görə Valeri təcili müalicə
almalıdı.Belə olmasa, o daha qorxulu xəstəliklə –
qipoizostenurieylə üzləşə bilər və mənim
gördərdiyim dərmanlar arasında bu da nəzərə
tutulub.(Valerinin anası N.M. Smujanitsa... (1974-cü
ilin avqustun əvvəlləri).
Valerinin
anasına deyirlər: mənim gördərdbiyim dərmanlar
arasında bu da nəzərə tutulub gecikdirmək olmaz.
“Oğlunuzu
xilas etmək üçün bu sizin axırıncı
şansınızdır! Başqa yaxşı
heç nə gözləməyin və olmayacaq”.
Və Valeri
ilə növbəti görüşdə ana ürəyi
dözmür: “Valera!-deyir. Tövbə
yaz.Görürsənki hamı yalan danışır, sən
də danış”.
O anasına
heyrətlə baxır!
Və
çox əsəbi anasından uzaqlaşır.Ancaq həmin
günlərdə yatdığı kameradan anasına
yazdığı məktubda aşağıdakılar yer alır : “...mən istəmirəm ki, o
insanlardan olum ki, əzablara dözməyib öz məqsədindən
və əxlaqından əl çəkir və bunu da bəhanə
eləyir ki, yaxşı mən tək deyiləm ki... Mən
heç kəsi dinləmək borcunda deyiləm,mən
istəmirəm ki,ana uşağı olum və yaşamaq
üçün gəlib onun tumanının altında gizlənim”.
O istəmirdi
ki, onun anası ( Valeri otuz yaşı
olmasına baxmayaraq mənən hələ o zaman da son dərəcə
anasına bağlı bir gənc olub ) kədər dolu
gözlərlə, daha doğrusu it gözlərinin həsrəti
ilə xəstə olan oğlunun gözlərinin içinə
baxsın və bu nə gündü biz yaşayırıq
deyib sızlasın və başını bulasın”.
“Anacığım,
mən inanmıram ki, sən mənə bu həyatı
arzulayırsan. Və
istəmirəm ki,sən düşünəsən
:oğlum necə çəkir bunları?”
Kiyevdə
onu 6 ay saxlayırlar.Ardından yenə də onu lagerə
aparırlar. Anası
düşünür ki,Valeriyə təklif
olunan KQB ilə əməkdlaşlıq məsələsinə
rədd cavab verilməsi onun axırı demək idi.Və
onlar onu heç zaman bağışlamayacaqlar. “...Türməyə
qayıtdığımdan bir neçə gün sonra mənə
məlum oldu ki, mən bura əbədilik
düşmüşüəm.Bu sürgün uzun... uzun...
çox uzun çəkəcək. Bu
sürgün həyatında mən ayda 75 manat maaşa bir
gül yetişdirilən sahədə qarovulçu düzəldim.Bu
işi tapana qədər mən 20 yerə müraciət
etmişdim”.
...Valeri
Marçenko ilə prokurorun arasında olan sorğu-sual sənədindən.Burada
ümumiyyətlə bir neçə sənəd üzrə
iş aparılır ki,ona görə də
müraciətdə yalnız bir yazının adı çəkilmir.
– Sovet dövlətinin
əleyhində olan bu yazıları yazmaqla və onları
yaymaqla sizin məqsədiniz nədir?
–İnsanlara
həqiqəti anlatmaq.
– Siz
inanırmısınız bu yazdıqlarınız
hamısı həqiqətdi?
–
Şübhəsiz.
–
Yaxşı, bu sənəd necə olub ki. İTL-dən
qırağa çıxıb?
– Demərəm.
– Niyə?
– Ona görə
ki, siz həmin adamları o saat türməyə
basacaqsınız.Sizə həqiqət lazım deyil.Siz
insanları ancaq həbs edə bilirsiniz.
–
Marçenko başa düş, necə olardı, hər bir vətəndaş
ağlına gələni yazsın və onu da İttifaqdan
qıraqlarda yaysın?
–O zaman biz əsl
demokratik bir ölkədə yaşamış olardıq.Bu
olardı əsl demokratiya..
...Valeri
Marçenkonun sürgün həyatından yalnız bir fakt
qeyri-məqbul hesab olunub : “BU ADAM DÜZƏLMƏK
İSTƏMİR”.
Ancaq Valerinin
məhkəməsində şahidlik eləyən İTL və
KQB-nin əməkdaşları bəzi sənədləri
göstəriblər ki,həmin sənədlərdə
Valerinin həbsxanada ikən yenə də yazı işi ilə
məşğul olmasını təsdiqləyir.
Bu şahidlərdən
biri düşərgənin- lagerin rəisi Polyakov olub.Bu həmin
Polyakovdu ki,həmişə Valerinin
anasına deyirmiş ki, oğluyla hər şey
qaydasındadı. Və müalicəsi gedir.
Bir dəfə də olsun dilinə gətirməyib
ki, Valeri 3- cü dərəcəli əlildi.O heç zaman
verilən işi başa çatdıra bilməyib və buna
görə də hər dəfə cəzalandırılıb.
Anası
deyir ki,onu inandırırdılar ki, “ məhz
düşərgənin qayda- qanunların riayət eləmədiyinə
onu müalicə olunmaq üçün qospitala göndərmirlər,onu
müalicə eləmirlər və dərman-zad gətirməyə
dəyməz.Onsuz da qəbul eləməyəcəklər.Əslində
isə həm Valeridən,həm də onun anasından
insanlığa sığmayan addımlar tələb edirdilər.
Valeri
Marçenko son sözündə: (bu sözlər onun
anasının və xalasının yaddaşında qalan
sözlərdi ki, kitaba daxil edilir).
“Mən
universitetə qəbul olunanda başa düşdüm ki, 5
milyon ukrain öz istəkləriylə öz ana dilindən
imtina edib.O dildən ki,çox gözəldi və çox
varlıdı,o dildən ki,bu onların özündən
asılı olmadan ana dilləridi... Öz ana dilindən
uzaqlaşdırma olan bu qeyri-təbii bir gəlişim
haqqında mən hələ 1973-cü ildə iki məqalə
yazmışdım : – “Za paravanom ideynosti”
və “Kiyevskiy dialoq”.Bu məqalələr təəssüflər
olsun ki,heç zaman işıq üzü görmədi və
heç kəsin bunlardan xəbəri də olmadı. Bu məqalələrə görə Kiyev vilayəti
məhkəməsi məni 8 il azadlıqdan məhrum etdi”.
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2012.- 28 yanvar.- S.23.