Rüzgar Əfəndiyevanın “Yol gedirəm” adlı şeirlər kitabı nəşr olunub

 

Şairə Rüzgar Əfəndiyevanın “Yol gedirəm” adlı şeirlər toplusu işıq üzü görüb. Kitaba ön söz yazan Xalq şairi Fikrət Qoca Rüzgar Əfəndiyevanın 40 ildən artıq müddətdə ədəbiyyat yollarında ürəkli addımlarla irəlilədiyini qeyd edib: “Bu dünyanın başından çox rüzgarlar əsib keçib. Amma Rüzgar xanım ötüb-keçən deyil, oxucuların yaddaşında, ürəyində qalan, yaşayan Rüzgardır”.

Kitaba şairənin müxtəlif mövzulu şeirləri daxil edilib. Tarixim körpüdən keçdi” başlıqlı bölmədə Rüzgar Əfəndiyevanın dünya, ana məhəbbəti, vətən həsrəti, dostluq, sevgi haqqında və insan qəlbinin dərinliklərindəki başqa duyğularla bağlı misraları öz əksini tapıb. “Şuşam” şeirində müəllif işğal altında inləyən Şuşamıza sanki ağı deyib ağlayır:

 

Yollar binədən yaralı,

Dağlar sinədən yaralı,

Yamac, çöl-çəmən yaralı,

Gülündə sola bilmədim.

 

Şuşamasılı havada

Yaralı quşsan yuvada.

Yad məni səndən qovanda

Nədən hay sala bilmədim.

 

Xəlil Rza Ulutürkə həsr etdiyiTarixim körpüdən keçdibaşlıqlı şeirində Ruzigar xanım ürəyi vətən, millət eşqi ilə döyünən mərhum şairimizi sevgi ilə anır:

 

Tarixim körpüdən keçdi,

Sınaqlarda oğul seçdi,

Polad kimi yenə bişdi,

Zindanda öz məsləkilə

Yatan oğulXəlil Rza.

 

Şəhidlərin xatirəsinə həsr olunanTəzədən qayıdıb gələr oğullarşeirində şairə vətən uğrunda canından keçmiş oğulların ölməzliyinə inamını ifadə edir:

 

Dolub axşamların qəmli gözünə,

Baxıb səhərlərin bəyaz üzünə,

Sönən ocaqların dönüb közünə,

Təzədən qayıdıb gələr oğullar

 

Hicran soyuğunda əsər gözəllər,

Dünyadan biryolluq küsər gözəllər,

Demə ümidini kəsər gözəllər

Təzədən qayıdıb gələr oğullar.

 

Mahnılarbaşlıqlı bölmədə bəstəkarlardan Elza İbrahimovanın, Oqtay Kazıminin, Nəriman Məmmədovun, Bahadur Hüseynovun, Həsənağa Qurbanovun əsərlərinə, Vasif AdıgözəlovunNatəvanoperasına, İlyas ƏfəndiyevinBüllur saraydatamaşasının musiqilərinə yazılmış şeirlərə yer verilib.

Bizimlə görüşən həmin payızdıadlı bölümdə şairəninAxşamın xatirə qəribliyində”, “İki damla göz yaşında”, “Nələr qaldı”, “Ay görünəndə”, “Desin”, “Bu sirdi”, “Xəzan-xəzan çiçəklik başqa şeirləri toplanıb.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 31 yanvar.- S.7.