Burdan Kəlbəcərə
elə yaxındı,
Burdan Kəlbəcərə
getməyə nə var…
Toğanaya
gedən yolda,dərənin dibində yol ayrıcında
bir dəmir
lövhədə oxudum: Göy-göl - 7 km,
Toğana-
3 km,Kəlbəcər 80 km
Burdan
Kəlbəcərə elə yaxındı,
Bir
göz qırpımında çıxıb gedərdim.
Toğana
yolların necə çətinmiş,
Başımın
üstünə ələndi dərdim.
Bir
bulaq, bir çeşmə eşqinə düşüb,
Gəlib
bu sulardan içməyə nə var?
Bir dilucu
deyib,-Vətəndən ötrü,
Qanından, canından keçməyə nə var.
Qəlbində
od olsa, dizində təpər,
Yağını, düşməni biçə bilərsən.
Burdan bu
dağları aşmaq nədir ki,
Lap
bütün sədləri keçə bilərsən,
Əgər
ki, dizində təpərin varsa,
Mayan
tutulubca qeyrətdən bir az.
Unutma ,
qeyrəti olan kəslərin,
Torpağı satılmaz, yurdu basılmaz.
Satqının,
namərdin yurdu yerində,
Satqının
ocağı daha gur yanır.
Mənim
yanagımda yaş gilə-gilə,
Dağın o üzündə küsgün gor yanır.
Gör
neçə ildir ki, qınayir məni,
Babamın, atamın perik ruhları.
Vətəndən
vətənə gedə bilmirəm,
Yolumuzu kəsdi yer allahları.
Bizi bağışlayan
deyil o dağlar,
Biz ki, o yerləri atıb gəlmişik.
Babadan, dədədən
qalan yurdları,
Düşmən torpağına qatıb gəlmişik.
Çətində
and yeri oldu bu dağlar,
Babalar bu yurdu dünya sandilar.
Əbədi
bir səngər bilib dağları,
Zirvədən zirvəyə dolaylandılar.
Cilovlamaq
olmur bu səbri daha,
Daha səbrinmizin kasası dolur.
Zirvədən-zirvəyə
kəmənd yolların,
Dərədən zirvəyə qısası olur.
Burdan Kəlbəcərə
elə yaxındı,
Bu yollar keçilməz, qayadı, daşdı.
Zirvələrə
baxdım, özümə baxdım,
Xəyalım qəflətən ilişdi,
çaşdı.
Apardı
uzağa xəyallar məni,
Qəm aldı üstümü cığırda,
düzdə.
İşə
bax ay allah bu necə sirdir,
Xəyalım
o üzdə,özüm bu üzdə.
Dedim dolaylanım
yurduma sarı,
Gedim o yerlərə baş vurum, dəyim.
Dözümlü
dağların məğrurluğuna,
Bir cəcdə eyləyim, başımı əyim.
Bəs
necə adlayım ,bəs necə
keçim,
Yollarımı kəsən bu sədlər nədir?
O üzdə
od tutur sönmüş ocaqlar,
Bu üzdə
qəm, həsrət məni göynədir
Burdan Kəlbəcərə
elə yaxındı,
Burdan Kəlbəcərə getməyə nə var.
Gedib Kəlbəcərin
bir qayasında,
Bir mamir, ot olub bitməyə
nə var.
Cığırlar
uzanır üzü yoxuşa,
Zirvəyə boylana-boylana qaldım.
Dərdimi,
ahımı sinəmə sıxıb,
Dilqəmi üstündə sazımı çaldım.
Bir
qaçqın əl atıb tutur qolumdan,
Üzündə
bir qorxu, bir hürkü, təlaş.
-Zirvəyə
boylanma, zirvəyə baxma,
Çoxda
zirvələrə boylanma, qardaş.
İndi o zirvələr düşmən əlində.
İzləyir düşmənlər sinayperindən.
Həyatın məhv olar bir an içində.
Bir anın içində ölə bilərsən.
Zirvəyə
boylana-boylana qaldım,
Burada güllələr kəsilir qənim.
Satanlar
dağları elə satıb ki,
Zirvə düşmənindir, dərələr mənim.
Burdan Kəlbəcərə
elə yaxındı,
Bir göz qırpımında çıxıb gedərdim.
Toğana
yolların necə çətinmiş,
Başımın üstünə ələndi dərdim.
Anam
yaşadığı evə gəlmişəm
Anam yaşadığı evə gəlmişəm?
Məni otaq sıxır, divarlar sıxır.
Bir həsrət
qəlbimi yandırır elə,
Divardan bir ana doylanıb baxır.
Məni gözləməkdən bezdinmi, ana?
Baxıb görürəm ki, yorğunsan, yorğun.
Divardan
boylanıb oyaq qalmısan,
Bilmisən ki, bu gün gələcək oğlun.
Doğma
ocağına qonaq gəlmisəm,
Gəlmisəm halını soruşum indi.
Sən
gedən zamandan elə solmuşam,
Dəyişib yerişim, diruşum, indi.
Ana xəbərim
yox eldən obadan,
Sənə nədən deyim, nədən
danışım.
Ana xəbərim
yox evdən, eşikdən,
Yaman öz işimə qarışıb başım.
Çətinliklər
gördüm, dolandım gəldim,
Keçiləsi deyil vətən yolları.
Qapının
ağzında donub qalmışam,
Boynuma sarılmır ana qolları.
Qamətim
əyilib sənsiz, ay ana,
Keçmişəm borandan, çovğundan, qardan.
Duymuram,
ay ana doğma səsini,
Boylanıb baxırsan soyuq divardan.
Sənsiz
ocağımız gur yanan deyil,
Ta
yığılan yoxdu
ocaq başına
Bu ocaq təzədən gur yansın deyə.
Hazıram ki dönəm ocaq daşına.
Yoxsa tələsmisən, yurduna sarı.
Qapımizı yanov qoyub getmisən.
Bəlkə
də getmisən atamdan ötrü
Azad etmək
üçün perik ruhunu,
Hamımızdan əvvəl duyub getmisən.
Əriyib
yox olan, gözdən itənim,
Şerimə
bölənib sözdə bitənim
Qəm, kədər
ələnir baxışlarından,
Yaman qəmli dəydin gözümə mənim.
Ay ana, ay
ana titrəyir səsim,
Can deyən
taplmır sözümə mənim.
Eşidib
duymadım kövrək səsini,
Təzədən özümü anasız bildim.
Hər
vaxt göz yaçını silərdim,ana,
Bu dəfə şəklinin tozunu sildim.
Son kəlmən,
son sözün çıxmaz yadımdan,
- Məni
Kəlbəcərə apar, ay oğul!
Bu
qaçqın adını, köçgün adına,
Adımın
yanından qopar, ay oğul!
Ötüşür
fəsillər, Ötüşür illər,
Qəlbimin qurtarmaz yaraları var.
Sən
gedən zamandan biləsən, ana,
“Can” -
deyib oğlunu çağırmayırlar.
Divarlar
üstümə gəlir bu axşam,
Bu kiçik otaqda kiridim, qaldım.
Bir yanan
şamınan verib baş-başa,
Sızlaya-sızlaya əriyib qaldım.
Tənaha oturacam zülmət içində.
Ay allah bu nədir yağan üstümə.
Bu
axşam yatmağa mən tələsmirəm,
Axı kim örtəcək yorğan üstümə.
Bir yerdə
rahatlıq tapa bilmirəm,
Divara boylana-boylana qaldım.
Bu gecə
anamın doğma
ətrini,
Divardan asılan şəkildən aldım.
GƏLMİŞƏM
Əsgər dostum şair Əli Qəmginə
Əli,dəhşət imiş vətənsiz olmaq,
Vətən deyib ziyarətə gəlmişəm.
Ta
dözmürəm həsrətinə dağların,
Xoş arzuyla, xoş niyyətə gəlmişəm.
Tər
cicəklər yollarımı boyadı,
Maralgöldə
ruh bədəndə oynadı,
Sözün,kəlmən məndən ötrü
dünyadı,
Əli, sənlə xoş söhbətə gəlmişəm.
Heyran etdi
bulaqların axarı,
Bir doyunca
bu yerlərə bax barı,
Toğanadan
dolaylanıb yuxarı,
Göy cəmənlə ünsiyyətə gəlmişəm.
Dağlarınan
görüşmürdüm nə vaxdı,
Qəlbim
yatmaz, cimir etməz oyagdı,
Bilirsənmi Moskva cox uzagdı?
Bu yollarda itə-itə gəlmişəm.
Dağılıbdı
Nəbioğlunun yuvası,
Ürəyində
haqq-ədalət davası,
Dedim vurar
Kəlbəcərin havası,
Biz tərəfə,bizim səmtə gəlmişəm.
Xanlar,avguct-2012
Bir məni də soraqla
Dərd heykəli Zakir Fəxriyə
Zakir Fəxri,
bir məni də soraqla,
Bilirsənmi dağlar harda, mən harda?
Neçə
ildir başım dərddən açılmır,
Heç bilmirəm duman harda, cən harda?
Göz-görəti
ağa qara deyən var,
Dəli olmaq köhnə vaxtin işidir.
Düz
iyirmi ildən çoxdur, eşit, bil,
Kəlbəcərin dərdi məni
üşüdür.
Bu dərdlərin
görünvəyən neştəri,
Qıxma-qıxma kəsir, didir adamı.
Deyən
olsa, dərd yandırar, inanma,
Dərd dondurub heykəl edir adamı.
Qamətimiz düzələrmi bu dərddən?
El qınayar, bu dərdlərə əyilsən.
Dər
içində, qəm içində böyüyən
Dərd içində donub qalan heykəlsən.
Dərdlərinin
sayı coxdu əzəldən,
Soraqlayıb,eşitmişəm, duymuşam.
Elə mən
də sənin kimi ömrümü,
Qəm yolunda, dərd yolunda qoymuşam.
Harda
gördüm, yasda gördüm mən səni,
Neyləyək
ki, dərd
yazılıb baxtına.
Sən keçəsi o
cığırlar, o yollar,
Keşməkeşli, sərt yazılıb baxtına.
Kəlbəcərin
vurğunusan əzəldən,
Nədən belə vurğun oldun dağlara.
Kəlbəcərin
həsrətini çəkəndən,
Sinəm altı kədər,
qüssə, qəm, yara.
Əyib məni
yurd həsrəti, yurd qəmi,
Qaysaq tutub ürəyimin yarası.
O qədər
də uzaq deyil, yaxındı,
Füzuliynən Kəlbəcərin arası.
Xəyalımda yollarımı kəsən yox.
Yağıları doğrayıram, bicirəm.
Füzulidən
Kəlbəcərə nə var ki,
Xəyalımda
adlayıram, keçirəm,
Zakir Fəxri
bir məni də soraqla,
Zakir Fəxri
dost-tanışı
yada sal.
Dərdə
belə tərif vurma amandı,
Ürəyimi azca yandır, oda sal.
Zakir Fəxri,
bir məni də soraqla,
Bilirsənmi dağlar harda, mən harda?
Neçə
ildir başım dərddən açılmır,
Heç bilmirəm duman harda, cən harda?
Dünya
başdan-başa nağılmış, demə...
Dünya
baçdan-baça nağılmış demə
Mən də bir ümmanda səfər içində.
Baxıb
görürəm ki, nağıllı dünyam,
Hələ görmədiyin bir qərib ölkə.
Sindibad
mindiyi özgə
bir gəmi.
Məlikməmməd düşən quyudu bəlkə.
Mənə
nağıl deyən əsrlər boyu,
Bilmədim
ay allah,görən kim idi?
O qədər
nağıllar eşitmişəm ki,
Ömrüm də, günüm də nağıl kimidi.
Yüyrükdən
başlayan
nağıllara bax,
Qazanda ki daşlar bişəcəkdimi?
Düz
altmış ildi ki, gözüm yoldadır,
Göydən
üçcə
alma düşəcəkdimi.
Görəsən bir sonu olacaqdımı?
Ağlımı başımdan aldı nağıllar.
Buta-buta
deyib çöllərə düşdüm,
Məni qürbət elə saldı nağıllar.
Nə
zaman ki,düşdüm çətinə,dara,
Mənə
əlli dəfə kələk qurdular,
Xilas oilum deyə lələk verdilər.
Vuruldum
qonşunun mələk qızına,
Qaçdım
o mələyin üzünü görəm,
Mələyin yerinə ələk verdilər.
Nağıllar
bitmədi... bitəsi deyil,
Göydən
kədər
yağdı alma yerinə.
Yamanca
qatildı, başımız yaman,
Elə baxıb gördüm dünya nağıldı.
Qaldım
nağılların əlində qaldım,
Nağıllar
əlindən qurtaranacan,
Beşiyim
dağıldı,yurdum dağılddı.
Təzədən bir cırtdan nağılı gələr.
Təzədən
nağıllar məni aldadar
Hələ
bu milətin eşitmədiyi,
Yüz illik, min illik nağılları var.
Yaxşı
ki, sevmədin məni
Bilirsənmi
şairlərin,
Gecənin
qəmli çağında
yuxunun
şirin yerində,
yerindən getməyi olur.
şairlərin, qaranlıq bir küncə çəkilib,
özü-özünə dil-dil ötməyi olur.
Zülmətin,dərdin içində,
əriyib
itməyi olur.
Buz
bağlamış eyvanında,
səhərəcən,
heykəl
tək bitməyi olur,
Yaxşı ki, sevmədin məni.
Haqqını
əlindən alınıb,
dönüb havalı olardın.
Anlayanın
az olardı,
başı qovğalı olardan,
Vallah mənə
qoşulsaydın,
yazıq,
zavallı olardın.
Yaxşı
ki, sevmədin məni
Şairlərin
yükü ağır,
şələsi ağır şələdir,
Başının
dumanı açılmaz,
Sinəsinin
dərdi bol-bol,
Gözlərində yaş silədir.
Sevəndə
də elə sevir,
Həm Məcnundur,
həm Sənandır,
Həm Kərəmdir,həm lələdir
Yaxşı
ki, sevmədin məni
Bu taleyi,bu qisməti,
Verən niyə belə verib?
Şairlər
yaranan gündən,
Haqsızlığa sinə gərib.
Qaçqın
düşüb,
köçgün düşüb
yetim
olub,yesir olub,
Baş əyməyib
sultanlara,
Məhəbbətə əsir olub.
Sən də
ona qoşulsaydın
Ayrı
düşüb yurd-yuvandan
Vətəninə
həsrət qalıb,
Boylanardın qərib-qərib.
Yaxşı ki, sevmədin məni.
Bir
şer qoçardım adına,
Odlu
misraya dönərdin,
Şeirimin
qanadında,
Göylərə
qalxıb enərdin
Vur-tut bir
sözə çevrilib,
Donub dilimdə qalardın.
Sən də
elə mənim kimi,
Vallah
zülümdə qalardın
Mənlə
gedəsi olsaydin,
bu yolun
bir sərt yerində
ölüb əlimdə qalardın.
Yaxşı ki, sevmədin məni.
Bənövşəni
Balaoğlan Cəlilin “Bənovşə” şeirlərini
oxuyarkən
Vurulub
hüsnünə, gözəlliyinə,
Qələmə almısan tez bənövşəni.
De
qürbət ellərdə soraqla, axtar,
De qürbət ellərdə, gəz bənövşəni.
Qad yerin
baharı, yazı ayrıdı,
Söhbəti
nisgilli, sazı ayrıdır,
Küsən
çiçəklərin nazı ayrıdır,
Azdırıb, küsdürüb naz bənövşəni.
Düşübdü
bir aha, qarğışa bilmir,
Gedib
çiçəklərə qarışa bilmir,
Bəlkə
taleyiylə barışa bilmir,
Yolunda yandırıb köz bənövşəni.
Gözünü
yar gedən yollara dikdi,
Həsrətdən
göynədi,boynunu bükdü,
Deyirlər
görüşə lalə gecikdi,
Aldatdı o vədə, söz bənövşəni.
Dərdini
söyləməz inlər içində,
Talesiz
adı var güllər içində,
Yoxsa
gözə gəldi güllər içində,
Boynuburuq qoydu göz bənövşəni.
Bənövşə
sadiqdir eşqə əzəldən,
Qərənfil
deyil ki,keçə yüz əldən,
Tapılsa
bir könül tikən, düzəldən,
Onda görəcəksən düz bənövşəni.
Nə
olar Nəsibə bir qulaq asın,
Əzəldən
saxlayib bir eşqin yasın,
Boynuburuqlarla
işin olmasın,
Nə qopar, nə də ki, üz bənövşəni.
Nəsib Nəbioğlu
525-ci qəzet.-
2013.- 3 aprel.- S.7.