“Azərbaycanda dini
tolerantlıq mühitinin yaranması yolunda son illər çox mühüm
addımlar atılıb”
Müsahibimiz Siyasi elmlər üzrə fəlsəfə
doktoru, AMEA-nın Fəlsəfə, Sosiologiya
və Hüquq İnstitutunun “Politologiya və siyasi sosiologiya” şöbəsinin
böyük elmi işçisi, Azərbaycan
Turizm İnstitutunun müəllimi, “Diaspor və Lobbi” Elmi Araşdırmalar mərkəzinin sədri Zaur Əliyevdir.
– Tolerantlıq, digər dinlərə dözümlü
münasibət anlayışlarından
çox uzaq olan erməni kilsəsi hər zaman bu mənfi
xarakterini büruzə
verib. 1988-ci ildə “miatsum” (Ermənistana birləşmə) şüarlarıyla
başlayan Azərbaycana
qarşı işğalçı-separatçı
hərəkatının məhz
erməni kilsəsi gəlirdi. Bundan başqa, Dağlıq Qarabağın və digər 7 rayonumuzun işğalını yönəldən
erməni kilsəsi Ermənistandakı siyasi proseslərin tənzimlənməsində
indi də mühüm rol oynayır. Buna baxmayaraq, Ermənistana rəğbəti
olan bəzi yazı müəllifləri
xristian dövlətlərin
və radikal (təəssübkeş) xristian
lobbilərinin diqqətlərini
cəlb etmək üçün münaqişəni
xristian və müsəlman dövlətlər
arasındakı problem kimi
səciyyələndirməyə çalışırlar. Onlar
Ermənistanı müsəlman
çoxluğundan ibarət
İran, Türkiyə
və Azərbaycan dövlətlərinin arasında
yerləşən xristian
ölkəsi kimi xarakterizə edirlər. Münaqişə üzrə
danışıqlarda vasitəçilik
missiyasını daşıyan
ATƏT həmsədrləri də Ermənistana qarşı ciddi və sərt münasibət ortaya qoymağa səy göstərmirlər. Mən
bunu həmsədrlərin
qorxaqlığı ilə
yanaşı, onlardakı
xiristian təəssübkeşliyi
kimi də dəyərləndirirəm. Maraqlıdır
ki, münaqişənin
nizamlanması üçün
vasitəçilik edən
və bu illər ərzində heç nəyə nail olmayan, problemin həllini ildən-ilə uzadan ATƏT, təcavüzkar
Ermənistanı işğala
məruz qoyduğu ərazilərdən çəkilməyə
çağırmaq əvəzinə,
nədən Azərbaycana
qarşı sərt tələblər irəli
sürür? Tarixdə
ilk dəfə xristian
ermənilər müsəlman
türklər tərəfindən
soyqırımına məruz
qalmışlar” şəklində
təbliğatlara geniş
yer ayırmaqdadırlar.
Qondarma erməni soyqırımının hər
il beynəlxalq arenada dünya ölkələrinin parlamentlərinin
gündəminə gətirilməsi
və müzakirə edilməsi məhz bu səbəbdəndir. Azərbaycan da türk və İslam dünyasının
bir parçası olduğuna görə, Ermənistan-Azərbaycan münaqişəsində
əsas diqqət və dəstək Ermənistana verilməkdədir.
İşin içinə
xristian qardaşlığı
və təəssübkeşliyi
girdiyinə görə,
bu dövlətlərlə
Ermənistan arasındakı
məsafə azalmaqda və birlikdə fəaliyyət göstərə
bilməkdədirlər. Bu da
yuxarıda da qeyd edildiyi kimi,
Azərbaycan, xüsusilə
də türklük üzərindəki beynəlxalq
təzyiqləri artırmaqdadır.
Əgər münaqişədə
Azərbaycan lehinə
qərarlar qəbul edilərsə və ya Ermənistana təzyiqlər göstərilərsə,
o zaman “erməni kartı” qismən də olsa zəifləyə
və “günahlardan arınma metodologiyası” iflas edə bilər. Yəni din faktoru sırf xristian ermənilərə
göstərilən rəğbətdən
deyil, daha çox özlərinin günah duyğularından
və əbədi ləkədən qurtulmaq prinsiplərindən qaynaqlanır.–
Ümumiyyətlə, bizdə
tez-tez vurğulanır
ki, Qafqaz kimi bir məkanda
dini və milli tolerantlığın
təmin olunması çox çətindir. Sizin buna münasibətiniz
necədir?
– Bzejinskinin “Avrasiyanın Balkanları” kimi dəyərləndirdiyi Cənubi
Qafqaz, 20-ci əsrin sonlarından etibarən
region və dünya gücü olmaq istəyən dövlətlərin
mübarizə meydanı
olub. Qara dəniz və Xəzər dənizi arasında yerləşən
bu bölgə cənub-şimal və qərb-şərq enerji və nəqliyyat xətlərinin kəsişməsi
və Xəzər hövzəsi enerji mənbələrinə sahib olması
baxımından böyük
əhəmiyyət kəsb
etməkdədir. Burada
yaşayan xalqlar dillərinə görə
3 qrupa bölünür:
Türk xalqları – azərbaycanlılar, qaraçaylılar,
balkarlar, kumıklar, noğaylar, qumuqlar; Hind-Avropa xalqları – ermənilər, tatlar, dağ yəhudiləri, talışlar, osetinlər
və ruslar; Qafqazdilli xalqlar – abxazlar, adıgeylər, çərkəzlər, kabardinlər,
çeçenlər, inquşlar,
ləzgilər, avarlar,
darginlər, laklar, gürcülər və başqaları. İslam (şiəlik və sünnilik) və xristian dinləri əsas dinlərdir. yəhudilik dininin nümayəndələri də
mövcuddur. Bölgədəki
etnik münaqişələr,
təhlükəsizlik problemləri
və əməkdaşlıq
imkanları dəyərləndirilərkən
ilk olaraq burada dini məsələyə
ciddi yanaşmaq lazımdır. Bəllidir
ki, Qafqazda ən çox təqibə məruz qalan din İslamdır. Burada uzun zamandan
bəri baş verən münaqişələrdə
ciddi müqaviməti islam dininin daşıyıcıları
olublar. Xristianlar tarixən daha çox razılaşan və danışıqlara
gedən olsalar da, müsəlmanlar haqqları və torpaqları uğrunda illərdir mübarizə aparırlar. Bəllidir ki, Qərb dövlətlərinin
region ölkələrində, xüsusilə də Azərbaycanda və Gürcüstanda daxili siyasi hadisələrə təsir etmək üçün müdaxilələri
davam edir. Bu zaman isə onlar dini amildən
yararlanmağa çalışırlar.
Gürcüstan və
Azərbaycanda etnik rəngarənglik və dini etiqad azadlığını
biz Ermənistanda görə
bilmərik. Ermənilər
illərdir gürcü
və azərbaycanlılara
qarşı ərazi iddiası irəli sürməklə yanaşı
özlərini xristian
dinin tam fərqli qrupu sayır və daha çox
“əzabkeş” imici formalaşdırmağa cəhd
edirlər. Sözügedən
fikrə də əsasən ixtilaf və mübahisə tarixinə malik olan bu regionda
50-dən çox etnik
qrupun olması (bu, qismən sovet dövründə yürüdülən etnik
siyasətin nəticəsidir)
Qafqazda təhlükəsizlik
vəziyyətini xeyli
mürəkkəbləşdirir. Lakin çox təəssüf ki, aparıcı ölkələr
praqmatik fikirlərini həyata keçirmək üçün “Parçala
və hökm sür!” ənənəvi
siyasətdən istifadə
edirlər. Bu siyasətin
nəticəsi olaraq Azərbaycanın və Gürcüstanın 20 faiz
torpaqları işğal
olunub. Rusiya Ermənistanda özünün
cüzi hərbi qüvvələrini saxlamaqla
regionun geosiyasi vəziyyətinə nəzarət
etmək istəyir. Belə bir şəraitdə
dini və milli tolerantlığın
təmin olunmasının
çətin olduğunu
deyən qüvvələr
də haqlıdırlar.
– Azərbaycanda xristianlığın
və yəhudiliyin inkişaf durumu müasir sivil cəmiyyətin tələblərinə,
çağdaş modellərə
uyğundurmu?
– Bu gün Azərbaycanda yəhudilər inkişaf durumuna görə yaxşı vəziyyətdədirlər.
Azərbaycanda üç
yəhudi icması – dağ yəhudiləri, əşkinazi yəhudiləri
və gürcü yəhudiləri icmaları
mövcuddur. Bütövlükdə
ölkədə yəhudilərin
sayı 16.000-dir. Bunlardan
11.000-i dağ yəhudiləridir
ki, təxminən
6.000-i Bakıda, 4.000-i Qubada,
min nəfəri isə
başqa şəhərlərdə
yaşayır. Əşkinazi yəhudilər
4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda
və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri
təxminən 700 nəfərdir. Azərbaycan müstəqillik
əldə etdikdən sonra buradakı yəhudi icmaları daha
da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları
ilə əlaqələrini möhkəmlətmiş, öz
dini məktəblərini-iyeşivalarını, mədəniyyət
mərkəzlərini (məs., Yəhudi icmasının mədəniyyət
mərkəzi), cəmiyyətlərini (məs., Həvva
qadın cəmiyyəti, Hesed-Herşon xeyriyyə cəmiyyəti),
klublarını (məs., Əlef, Kilel gənclər
klubları, Mişpaha videoklubu), qəzetlərini (məs.,
Az-İz, Başnya, Amişav) yaratmışlar. Soxnut yəhudi
agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı
yəhudi diasporu arasında yəhudi ənənələrini
qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və
müxtəlif mədəniyyət tədbirləri keçirməklə
məşğuldur. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi
sinaqoqu açılmışdır. Bu, Avropada ən
böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda
ilk yəhudi məktəbi fəaliyyət göstərir. Bu
bizə deməyə əsas verir ki, yəhudiliyin inkişaf
durumu müasir sivil cəmiyyətin tələblərinə,
çağdaş modellərə tam uyğundur və onlar
özlərini ölkəmizdə rahat və sakit yaşam
içərisində hesab edirlər. Azərbaycan yəhudiləri
müstəqillik uğrunda mübarizədə, istiqlaliyyətin
əldə edilməsi və möhkəmləndirilməsində
Azərbaycan xalqı ilə birlikdə olmuşlar. Təsadüfi
deyildir ki, 1990-cı il 20 yanvar faciəsinin şəhidləri,
Azərbaycanın ərazi bütövlüyü uğrunda
Qarabağ müharibəsinin qəhrəmanları
sırasında yəhudilərin də övladları
vardır. Azərbaycan yəhudiləri respublikanın həyatının
bütün sahələrində hərtərəfli təmsil
olunur, Azərbaycanın dünya yəhudiliyi və İsrail
dövləti ilə dostluq münasibətlərinin
inkişafında mühüm rol oynayır.
Xristianlığa
gəldikdə, xristianlıq Azərbaycan ərazisinə
eranın ilk əsrlərindən, hələ İsa Məsihin
həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə
nüfuz etmişdir. 70-ci ildə Yerusəlimin (Qüdsün)
süqutundan sonra yəhudilərin Qafqaza
köçürülməsi güclənir. Gələnlər
İsanın göstərdiyi möcüzələrdən
danışırlar. Bu cür təbliğin təsiri
altında bölgədə ilk xristian icmaları yaranır. Azərbaycanda
xristianlıq özünün pravoslavlıq, katoliklik və
protestantlıq qolları, habelə müxtəlif sektant
icmaları ilə təmsil olunmuşdur. Dövlət
qeydiyyatında 5 qriqorian icması vardır. Düzdür,
xristianlığın ikinci dövlət dini kimi
tanınması təşəbbüsü ilə bu dinin
ayrı-ayrı təəssübkeş qrupları
çıxış edir. Azərbaycan əhalisi arasında
170 min rus var. Lakin bu o demək deyil ki, ölkənin 80 faizinin
müsəlman olduğu bir cəmiyyətdə ikinci rəsmi
din 10 faizə görə dəyişsin. Qeyd edilir ki, 1992-ci və
1998-ci illərdə Azərbaycanda müxtəlif xristian təşkilatlarının
təsirinə düşən azərbaycanlıların
sayı bəlkə də 10 minə yaxın idi. Həmin təşkilatlara
əsasən maddi durumu ağır olan insanlar meyl göstərirmiş.
Hazırda isə Azərbaycana gələn missionerlər
artıq sadə vətəndaşlarla yox, intellektual təbəqə
ilə və gənclərlə işləməyə
çalışırlar. Bunlara baxmayaraq onlara bir söz deyən
yoxdur. Onlar Azərbaycanda öz dini bayramlarını
keçirir, cəmiyyətin sosial, siyasi, iqtisadi və mədəni
həyatlarında fəal iştirak edirlər. Buna görə
də Azərbaycanda onların həyatı digər dinlərlə
bərabər paralel gedir və yəqin ki, getməkdə də
davam edəcək. Söhbətimizi 2011-ci ildə turizm sahəsində
yazan ən güclü jurnalist adına layiq
görülmüş Pol Stilin sözləri ilə bitirmək
istərdim: “Azərbaycanda dini etiqad azadlığı insanda həqiqətən
də fəxarət hissi doğurur”.
Günel MUSA
525-ci qəzet.-
2013.- 4 aprel.- S.6.