Aqil Abbasa məktub

 

Əzizim Aqil!

 

Bu məktubu sənə beş-altı il öncə yazmışdım. Amma həmin vaxt göndərmədim. Fikirləşdim ki, deyəsən, çox emosionaldı sənə olan istəyimi gizləyə bilməmişəm. Aradan illər keçdi. Gördüm ki, Aqil dəyişməyib, mənim ona münasibətim . Həmin yazını əvvəllər ədalətin kötüyünü, indisəƏdalət”in aylığını alan Aqilə göndərirəm: yəqin ki, zəngin arxivində bir parça kağıza yer tapılacaq.

 

10. VIII. 2000

 

Yazıçı Aqil Abbasa!

 

Mən giley-güzarımı səninlə çoxdan, bəlkə bir il-iki il bundan əvvəl bölüşmək istəyirdim. Mətbuatda da demisən, üzbəüz söhbətlərimizdə : daha yaza bilmirəm, yazmaq istəmirəm, qələbədən sonra yazacam... jurnalist, redaktor nəhayət, torpaq itkisini ürək ağrısı kimi yaşayan (nər kimi qardaşın faciəli şəkildə dünyasını dəyişəndə sən torpaqlarımız gedəndə düşdüyün hala düşməmişdin) sıravi vətəndaş Aqilin son illərdə gördüyü işlərin qiymətini yerdə bəzi-bəzi Allah bəndələri, göydə isə ulu Tanrı verəcək. Gördüyün xeyirxah, savab işlərə rəğbətimi bildirməklə yanaşı, sənə-jurnalist, redaktor Aqilə yazıçı Aqildən gileyimi bildirmək istəyirdim.

Demək istəyirdim ki, söz demək bacarığı olan adamların ən müqəddəs amal naminə belə qələmini zorlasusdurmaları”, obrazlı şəkildə desək, paslandırmaları qılıncı paslandırmaq qədər ( bəlkə daha çox) günahdır. Demək istəyirdim ki, yazıçı Aqilin bir müddət ya həmişəlik susması ədəbiyyatımızın dəhşətli itkisi deyil olmayacaq. Demək istəyirdim ki, ədəbi mühitdə gülərüz, dəliqanlı, qələm sahiblərinin böyük əksəriyyətinin dərddaşı, xeyirxah, ən başlıcası isə nikbin yazıçı Aqilin, hansı niyyət diləklə olmasının fərqi yoxdur, susmasıA.Abbasünvanlı bir boşluqdan başqa, ədəbi prosesin gedişinə təsir göstərməsə , öz yaşıdı özündən yaşca cavan ədəbi qüvvələrin ovqatına, inamına, xüsusən yazıçı Aqilin nikbinliyinin qıcıqlandırdığı nikbinliyinə təsir göstərə bilər. Demək istəyirdim ki, yazıçı üçün bu günah deyilsə, onda bəs günah nədir? Demək istəyirdim ki, 6 il çəkən bu susqunluq hələ neçə il çəkəcək? Demək istəyirdim...

Amma indi sənə heç demirəm. Ona görə yox ki, demək istədiklərimin bir qismini emosional şəkildə dedim. Ona görə ki, son vaxtlar yazıçı Aqilin tədricən birbaşa ədəbiyyatla, sənətlə bağlı ağrılara yenidən üz tutması, özü 15-20 il bundan əvvəlki dəliqanlığı ilə üz tutması, başqalarını deyə bilmərəm, şəxsən məni sevindirdi. Mənim öz nikbinliyimə yazıçı Aqilin nikbinliyi əlavə olundu. Mən bir daha inandım ki, bizim nəslin ən şıltaq qələm sahibi yenidən ədəbiyyatla yaşamağa başlayırsa (səninsusduğunvaxtlarda da ədəbiyyatla yaşadığına şübhəm yoxdur), deməli, “torpağı zorla zəbt etmək olar, amma əbədimənimsəməkqeyri-mümkündürhəqiqətinə əminlik yaranır.

Ağdamda toy məclisin yadımdan çıxmır: toy mağarının qızılgül talvarının üstündən qurulmasını (toya görətəşkil olunmamışdı”, təbii idi əksər ağdamlıların həyətini qızılgül başına götürmüşdü), gül ətrinin məclisi şərabdan artıq meyxoşlaşdırdığını unuda bilmirəm. Bircə dəfə sənin toyunda olduğum Ağdam bir məhz o qızılgül talvarları ilə yadımda qalıbdı. Mən inanıram ki, tezliklə qələbəmizi yazıçı Aqillə həmin həyətdə, həmin qızılgüllərin əhatəsində qeyd edəcəyik. Desən , deməsən əminəm ki, Ağdam tez-tez, bəlkə hər gün yuxuna girir dəli kimi yuxudan ayılıb ürəyini tutursan. Sonra da ürəyini tuta-tuta jurnalist, redaktor, vətəndaş Aqil kimi əlindən gələn gəlməyən işləri görməyə girişirsən. Mən Ağdamın (bütün torpaqlarımızın simvolu mənasında) yazıçı Aqilin yuxusuna haram qatmadığına inana bilmirəm bu səksəkələrin, bu ağrıların, bu göynərtilərin bədii sözə çevrilmək istəmədiyinə inanmıram. Biz özümüzün özümüzə inamımızı qaytarmamış torpağımızı sonuncu qarışına qədər qaytara bilməyəcəyik. İnamımızın özümüzə qayıtmasında yazıçı Aqilin borcu az deyil.

Qaytar borcunu, yazıçı Aqil, yaz. Heç kəs səndən şedevr gözləmir. Hamı səndən Aqil Abbas imzalı bir az kövrək, bir az romantik, bir az sentimental, bir az da şıltaq bədii yazılar umur. Qaytar borcunu, yazıçı Aqil, yaz. Ədəbi prosesin yazıçı A.Abbasın dəlisov nikbinliyinə ehtiyacı var.

 

 

Arif Əmrahoğlu

 

525-ci qəzet.- 2013.- 4 aprel.- S.2.