Tanınmış şair
Təvəkkül Yanarın xatirəsi anılıb
Ağcabədidə tanınmış şair,
istedadlı qələm
sahibi Təvəkkül
Yanarın xatirəsinə
həsr olunmuş mərasim keçirilib. Mərasim rayon icra hakimiyyətinin və təhsil şöbəsinin təşəbbüsü
ilə şairin doğulduğu Rəncbərlər
kəndində təşkil
olunub. Tədbirə rayon ağsaqqalları, ziyalılar, təhsil işçiləri, şairin
qələm dostları,
ailə üzvləri,
yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri,
media mənsubları qatılıb.
Mərhum şairin vaxtilə işlədiyi Rəncbərlər
kənd orta məktəbinin direktoru İsmayıl Həsənov
yığıncağı giriş sözü ilə açaraq qonaqları, bütün iştirakçıları salamlayıb. Unudulmaz şair
Təvəkkül Yanarın
həyat və yaradıcılığından ətraflı söz açan natiq qeyd edib ki,
əyalətdə yaşamağı
üstün tutan şair özünəməxsus
yaradıcılıq yolu,
dəsti-xətti olan sənətkar kimi xalqın sevgisini və hörmətini qazanıb. Onun ilhamla qələmə
aldığı yüksək
bədii dəyərə,
tərbiyəvi əhəmiyyətə
malik şeirləri həmişə seilə-sevilə
oxunub, kitabları nəşr olunub, sözlərinə mahnılar
bəstələnib. Təsadüfi deyildir ki, şairin
qələmə aldığı
“Heydər” poeması geniş şöhrət tapıb, “Axtar Qarabağda, gəz Qarabağda” adlı qəzəli dillər əzbərinə çevrilib,
xanəndələrin ifasında
tez-tez səsləndirilib.
Gözəl ailə başçısı,
səriştəli pedaqoq
olan Təvəkkül
Yanar bölgənin ictimai-siyasi həyatında,
gənc nəslin təlim-tərbiyəsində, yeni
yazarların üzə
çıxarılmasında və yetişdirilməsində,
ədəbi mühitin
formalaşmasında fəal
rol oynayıb. Şairin anım
mərasiminin keçirilməsinin
mühüm əhəmiyyət
kəsb etdiyini vurğulayan İ.Həsənov
tədbirin təşkilatçılarına
öz təşəkkürünü
bildirib. Rayon ağsaqqallar
şurasının sədri
Qəni Cəfərov,
təhsil şöbəsinin
müdiri Mehdi Əhmədov, “Qaçqınkom”un
bölgə üzrə
nümayəndəsi Səyyaf
Qafarov, kənd ziyalıları Adil İsmayılov, Eldar Quliyev, şair Dilarə Cabbarlı, Rəncbərlər məktəbinin
müəllimi Yusif Bağırov, rayon icra hakimiyyəti başçısının
müavini Əbülfət
Tapdıqov və başqaları çıxış
edərək Təvəkkül
Yanar yaradıcılığının
bədii dəyərindən,
sənətkarlıq xüsusiyyətlərindən
və əhəmiyyətindən
söz açıb, onun haqqında xoş xatirələrini danışıblar. Tədbir iştirakçılarına
Təvəkkül Yanarın
sözləri əsasında
tərtib olunmuş musiqili-ədəbi kompozisiya
təqdim olunub.
Rəncbərlər kənd məktəbi şagirdlərinin
söylədikləri şeirlər,
muğam ustası Zülfiyyə Yusifovanın,
gənc ifaçılar
Elgiz Muradov, Elvin Nağıyev, Elmurad Mirzəliyev, Cəfər Qurbanov, Bəhruz Usubov, Habil Ağayev,
Xəyalə İsmayılovanın
məharətlə oxuduqları
“Şur”, “Segah” muğamları, təsniflər
“Qarabağ şikəstəsi”,
“Uca dağlar”, “Sarı gəlin” və sair mahnılar
tamaşaçılara xoş
ovqat, yüksək əhval-ruhiyyə bəxş
edib. Sonda şairin qardaşı oğlu, fəlsəfə
elmləri namizədi Mahir Səlimov çıxış edərək
keçirilən tədbiri
şeirə, ədəbiyyata
verilən yüksək
qiymət kimi dəyərləndirib, buna
görə Təvəkkül
Yanarın ailəsi adından rayon icra hakimiyyətinə və təhsil şöbəsinə
dərin təşəkkürünü
və minnətdarlığını
bildirib.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.- 2013.- 5 aprel.- S.7.