Tarix obyektiv təhlil tələb edir
Müstəqillik dövrü, azad mətbuat və nəşriyyatların yazarlar
üçün geniş
imkanlar açması
təqdirəlayiq hadisə
hesab edilməlidir. Artıq hər
bir vətənpərvər
ziyalı insan öz kəndinin, rayonunun tarixi keçmişini, məişət
və mədəniyyətini,
yaşam tərzini və digər məsələləri əhatə
edən kitablar yazır.
Bəzi müəlliflər öz
nəslini, soy-kökünü,
ata və babasının keçdiyi
həyat yolunu gündəmə gətirir,
işıqlandırır, nəvə
və nəticələrinə
sələflərinin kimliyi
barədə müfəssəl
məlumat verirlər.
Bu baxımdan R.Vəliyev və H.Abbasovun ötən ilin sonunda ərsəyə gətirdikləri “Cavanşir
elinin Qərvənd obası ” kitabı diqqəti cəlb edir. Bu kitab müəlliflərin vətənpərvərlik
mövqeyindən yazılan
Qərvənd kəndinin
tarixi keçmişini,
kəndin spesifik adət-ənənələrini, oğul və qızlarının dünənini,
bu gününü, müasir durumunun səviyyəsini oxuculara çatdırır.
Birmənalı olaraq hər iki müəllif kitabın yazılmasında,
müəyyən araşdırmaların
aparılmasında böyük
zəhmət çəkib. Ramazan və
Hüseyn müəllim
bu cür araşdırma aparmaqla öz üzərlərinə
düşən ziyalılıq
borcunu yerinə yetirməyə çalışıb.
Kitab yazmaq ciddi araşdırmalar tələb edir. R. Vəliyev
yaxşı bilir ki,
əziyyət çəkməyənin,
el üçün yanmayanın
adı tez unudulur. Təəssüf ki, R. Vəliyevin kitabının girişində
dediyi “Qərvəndli
öz əsli – nəsli barədə bilgi ala bilməyibsə, babalı həmin şəxsin öz boynuna “ sözləri
bizi təmin etmədi. Əgər babal dediyimiz
varsa, o bütünlüklə
kitab yazanın boynuna düşməlidir.
Axı adi və savadsız
kəndli araşdırma
apara bilmək bacarığında deyil.
Bu cür tələsik
tezislə apardığı
araşdırmanın məsuliyyətini
öz üzərindən
atmaq, özünü
sığortalamaq heç
də yaxşı hal deyil.
Kitabda ən çox diqqəti çəkən cəhət
arxiv materialları əsasında 1772–ci ildə
təsvir olunan 25 oymaqdan biri də
“Qərvənd oymağı”
adlanır.
1886 – cı ildə
axırıncı siyahıyaalınmanın
nəticəsi göstərilir.
Arxiv materialları əsasında
verilmiş müxtəlif
illərdəki siyahıya
alınmadakı rəqəmlər,
kənddə müxtəlif
onilliklərdə yaşayan
bu və ya digər zümrəyə
aid nəsillərin səcərəsi
verilir. Bu baxımdan Hüseynalı
bəy nəslinin izlənməsi və bu günlər həmin nəslin kənddə daşıyıcılarının
kimliyi aşkarlanır.
Bütün bu qiymətli
axtarışlar ancaq təqdir olunmağa layiqdir. Bir neçə nəslin
səcərəsinin sxem
və qrafik şəklində verilməsi
kitabın ən uğurlu cəhətləri
hesab edilə bilər.
Ancaq kitab müəllifləri bir şeyi bilməlidirlər
ki, əgər yazdıqları kitab geniş oxucu kütləsi üçün
nəzərdə tutulubsa,
onun dili sadə və aydın tərzdə olmalıdır. Bu baxımdan
həmin illərdəkii
arxiv materiallarından
bəzi nümunələr
gətirmək kifayət
idi. Geniş oxucu kütləsi
üçün yazılan
kitaba çoxlu faktlar yerləşdirmək
yolverilməzdir. Burada hər
şey Qərvənd obasının ətrafında
cərəyan etməlidir.
Dönə – dönə başqa
kəndlərin və
digər yaşayış
məntəqələrində nə qədər adamın yaşaması, haqqında danışılan
Qərvənd kəndinin
tarixi ilə heç bir əlaqəsi olmadığı
kimi, geniş təsvir və təfərrüatlara da heç bir lüzum yoxdur.
Kitabda kənd
ərazisində verilən
toponimlər doğru olaraq adlarına uyğun təhlil olunur, ağlabatan dəlillərlə şərh
edilir.
“Kənddə məhəllə
və tayfa adları” bölməsində
“ Şahsevənlər “ və
“ Gəncəlilər “ tayfası
haqqındakı fikir və mülahizələr
xüsusi maraq doğurur.
Kitabda “Xatalar obası” bölməsində nəsillərin
Qərvənddə məskunlaşması
ilə bağlı təzadlı fikirlər yer
alıb.
Hüseynqulu Rəhimov (atamın
dayısı oğlu E.S ) Avdılın oğludur, onun babası isə Ağarəhimdir. Bunu kənddə
bilməyən yoxdur.
Ancaq müəllif nədənsə tələsikliyə
yol verərək ata ilə babanın
yerini səhv salıb ( səh
71 ).
“Kənddə kolxoz
quruculuğunun tarixi” nə həsr olunmuş bölmə xüsusi maraq doğurur. Ancaq burada kitab müəllifi Qərvənddə
kolxozun qurulmasının
tarixinin hansı ildən başlamasına hökm verə bilmir. İlk kolxozun adı nə olub ? “Zərbəçi
“kolxozunun dəqiq hansı ildən təşkil olunması barədə sənədli
bir məlumat yoxdur. Şifahi söhbətlər və ağızdan – ağıza deyilmiş fikirləri kolxozun ilk başlanma tarixi kimi götürmək olmaz.
Kitabda “Kənd
məktəbinin tarixi”
bölməsində xeyli
materiallar öz əksini tapıb. Etiraf etmək
lazımdır ki, kənd məktəbinin formalaşmasında Züleyxa
və Leyla bacılarının xidmətləri
danılmazdır. Seyid Cəfər
müəllimin Rus dili müəllimi kimi ciddiliyi və savadlılığının
xüsusi vurğulanması
bu insanı tanıyanlarda xoş təəssürat doğurur.
Seyid Fatmanın
atası Seyid Əlinin Qərvənddə
yaşaması qeyd edilir. Kitabda Fatmanın oğlu
Oruc müəllim haqqında bəzi yalnış fikirlər yer alıb. O, yəni
Oruc müəllim ( E.
S.) Biologiya elmlər namizədi,
baş elmi işçi kimi fəaliyyət göstərir.
O, Milli Elmlər Akademiyasının müxbir
üzvü deyil, nə də İdman İnstitutunu bitirib. O, cavanlıqda SSR idman ustası adına layiq
görülüb.
“Niskilli bayatılar” adlı bölmədə kəndin
ağbirçəkləri Sərfinaz və Nübar xanımın dilindən nə az, nə çox
düz 71 bayatı verilib. Bəli, kənddə belə
sinəsi dolu nənələr çoxdur.
Ancaq kitab müəllifləri təəssüf
ki, təkrarçılığa
rəvac vermiş “ Azərbaycan bayatıları” kitabında
gedən şeirlərin
yenidən tərtib etdikləri kitaba salınmasına imkan vermişlər. Məncə, hər adamdan
5 – 10 orijinal bayatı
nümunəsi vermək
kifayət idi.
Kitabda “Müəllimlərimiz”
bölməsində çoxlu
korrektura xətalarına
yol verilib. Məsələn , R. Vəliyev öz tərcüməyi halını
yazarkən belə cümlə işlədir
“ 1947–ci ildə Füzuli
rayonunun Qərvənd
kəndində 1965–ci ildə
Füzuli şəhər
X. B. Natavan adına 3 nömrəli məktəbi
anadan olub “(səh 122) . Və ya səhvən “ Abbasov İbrahim
Biologiya əvəzinə,
1987–ci ildə Filologiya
fakultəsini bitirib” getmişdir” (səh 124).
10 ilə yaxındır
ki, 15 ci “ali dərəcə” Nazirlər
Kabineti tərəfindən
ləğv edilmişdir.
Bizi təəccübləndirən
bir də odur ki, R. Vəliyev
dayı mərhum M. Mirzəyevin tərcümeyi-halını
yazarkən də diqqətsizliyə yol verib. “ O, 1953 – cü ildə Qərvənd kəndində anadan olub, 1961 – ci ildə X. B. Natavan adına orta məktəbi bitirib “ ( 133
). Axı 8 yaşında məktəb
bitirmək mümkün
deyil.
Bütün bunlarla yanaşı
bu kitabı oxuyan səriştəli oxucu belə bir qənaətə gələcək ki, kitab müəllifləri çox böyük vətənpərvərlik təşəbbüsü
göstərərək üzərlərinə
düşən mənəvi
borclarını yerinə
yetirmişlər.
Kənddə çox məşhur
olan Mirzoğlunun
ancaq 1938 – ci ildə tutulması
barədə məlumat
verilir. Hələ biz uşaqkən həmin bəyin adlı – sanlı olması, çoxlu var – dövləti barədə çox eşitmişik. Yaxşı
olardı ki, kitab müəllifi həmin bəyin nəvələrindən ( onlar sağdır ) geniş məlumat toplayıb oxucunun ixtiyarına verəydi. Kənddə
Alı uşağı
adı ilə məşhur olan Həsən, Qurban, Qoçu barədə kitabda bir kəlmə
də söhbət getmir. Halbuki bu tayfanın
kənddə xüsusi
izi və mövqeyi barədə çox danışıblar.
Kitabda bütün
yas mərasimlərində
yaxından iştirak edib. Quran oxuyan Seyid Mahmudun xidmətləri işıqlandırsaydı
pis olmazdı.
Biz bu misalları
çox çəkə
bilərik.
Fikrimizi
yekunlaşdıraraq demək
istəyirik ki, hər hansı bir tədqiqat əsəri və ya kitab yalnız
o zaman stolüstü kitaba çevrilə bilər ki, özündə
əhatəliyi ehtiva edə bilsin...
Ehtiram Səfərov,
filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2013.- 5 aprel.- S.7.