Dilçiliyə və Azərbaycan-Bosniya əlaqələrinə
dəyərli töhfə
Bəzi kitablar sərlövhəsi,
digərləri tərtibatı,
qeyriləri isə ideyaları ilə bizi təəccübləndirir. Gülarə Ağasiyevanın tərtib
etdiyi “Azərbaycanca-rusca-bosniyaca,
bosniyaca-rusca-azərbaycanca cib
lüğəti” filoloqların
və linqvistlərin,
həmçinin şərqşünasların,
slavistlərin diqqətini
həm ideyası, həm də sərlövhəsi ilə
cəlb edir. Gülarə
Ağasiyeva Azərbaycan
Elmlər Akademiyasının
tanınan filoloqlarındandır.
Elmlər Akademiyası
nəzdində müstəqil
fəaliyyət göstərən
Nizami Gəncəvi adına Milli
Ədəbiyyat Muzeyinin
elmi əməkdaşıdır.
Adıçəkilən kitabın ön sözündə qeyd edildiyi kimi, bu nəşr “Azərbaycanca–slavyanca” seriyası
ilə çapı planlaşdırılan lüğətlərdən
birincisidir. Lüğətin tərtibçisi G.Ağasiyeva, elmi redaktoru filologiya elmləri doktoru, professor M.Mahmudov, rəyçi filologiya elmləri doktoru İ.Məmmədovdur.
Bu nəşrin çap olunmasında əsas məqsəd Azərbaycan Respublikasının
başqa dövlətlərlə
mədəni, elmi, iqtisadi münasibətlərinin
genişləndirilməsi və
möhkəmləndirilməsi nəticəsində yaranan
tələbatın ödənilməsidir.
Lüğətin tərtibçisi,
2007-ci il oktyabr ayında Bakı və Sarayevo arasında əməkdaşlıq haqqında
müqavilənin bağlanmasının
35 ili tamam olduğunu qeyd edir. Azərbaycan və Bosniya
arasında qarşılıqlı
əməkdaşlıq bu
gün də davam etməkdədir.
G.Ağasiyeva qeyd olunan şəhərlərin oxşar
xüsusiyyətlərini – adət-ənənələrə
bağlılıq, şəhərlərin
özünəməxsusluğu, şərq və qərb elementlərinin çuğlaşmasını – vurğulayır. Lüğətin əsas tərkib hissəsini şəhərlərin
bu qeyri-adi kulturoloji xüsusiyyətini
əks etdirən leksika təşkil edir.
Azərbaycanca-rusca- bosniyaca lüğətin
tərtibçisi Bosniya
dilinin yayılması
ilə bağlı maraqlı
məlumatlara toxunur. Azərbaycandilli oxuculara müraciət
edərək onların
bu dilə mükəmməl yiyələndikləri
halda, “keçmiş Yuqoslaviyanın digər respublikalarının” nümayəndələri
ilə asanlıqla ünsiyyət qura biləcəklərini qeyd
edir. Gülarə
Ağasiyeva Bosniya ədəbi dilinin ümumi orfoqrafik xüsusiyyətlərindən bəhs
edərək, yazı
qaydasının “necə
eşidirsən, elə
də yaz” fonetik prinsipinə əsaslandığını, latın və kiril əlifbalarının
bərabərhüquqlu olduğunu
qeyd edir. Üç dildə Azərbaycanca-rusca-bosniyaca
və Bosniyaca- rusca-azərbaycanca cib lüğəti Azərbaycan
Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun leksikologiya şöbəsinin müdiri
leksikoloq və filoloq M.Mahmudovun təşəbbüsü ilə
yaranmışdır. Lüğətdə hər üç
dildə geniş yayılmış 8 min leksem
yer almışdır.
Bu ilk azərbaycanca-bosniyaca lüğəti maraqlı
edən bir neçə məqam mövcuddur. Bu nəşrin
bosniyaca –azərbaycanca
da ilk lüğət
olduğunu qeyd etmək vacibdir. Maraqlı haldır ki, kitabın tərtibçisi
olan Gülarə Ağasiyeva öz doğma dili, Azərbaycan dilində müasir standart Bosniya dilinin çox dəqiq terminoloji tərifini vermişdir. Bu termin bosniyacadır. Təxminən 450 il əvvəl Məhəmməd Xefayi Üsküfi özünün
Makbul- İ Arif lüğətində də
həmin bu termini işlətmişdir:
Letaiften
beyan etdum Bosnaca
Ki der goren-be, vallahi, hasnaca!
Bəzi
hazırcavab fikirlərini
də bosniyaca söyləmişdir: Kim ki
onları görür
deyir, ay allah,
onlar necə də gözəldir...
Həm
18- cı əsrin ortalarında Osman Şehdiya Belopolyakın “Səfarətnamə” əsərində,
həm əsrin axırlarında Osman b.Abdurrahman Boşnyakın,
həmçinin onların
çoxsaylı müasirlərinin
əsərlərində və
hətta sonrakı dövrlərdə də Bosniya dili “bosnaca”
və ya “Bosna dili/ lisanı”
adlandırılmışdır. Artıq 18-ci
ilin sonralarında türk dilində olan mətnlərdə paralel olaraq Bosniya dili anlayışının
ekvivalenti kimi “Bosnakca” işlədilirdi.
19-cu əsrin ortalarında bosniya mətbuatında yer almış mətnlərdə
qəzetin Bosniya dilində olan hissəsində işlədilən
Bosniya dili terminin qəzetin türkcə olan hissəsində ekvivalent olaraq “Bosnakca” kimi tərcüməsi verilirdi. Avstriya-Macarıstan hökmranlığı dövründə Bosniyada
Bosniya dili termini istifadə olunurdu. Türkiyə Cümhuriyyətinə köçmüş boşnyaklar
arasında “türk normativlərinə” uyğun
olaraq getdikcə daha çox “Bosnakca”, boşnak dili termini işlədilirdi.
Türkiyə Cümhuriyyətində
müasir türk dili (Türkiyə türkcəsi), Azərbaycanda
isə rəsmi dövlət dili olan Azərbaycan dili (azərbaycanca) eyni dil qrupuna
mənsub olduğundan,
hər ikisində dil mənsubiyyətini bildirmək üçün
identik sözdüzəldici
şəkilçilərdən istifadə olunur –ca/ ce/ (-ça,-çe).
Türkiyədə gəlmə
olan boşnaklar və Bosniya – Herseqovina türkoloqlarının
Boşnakça terminini
daha geniş istifadə etməsinə baxmayaraq, qeyd etmək vacibdir ki, Bosnaca termininin
Bosniya və Herseqovinanın rəsmi dillərindən olan Bosniya dilinin tərcümə ekvivalenti
olaraq işlədilməsi
daha düzgündür.
Lakin türklər istifadədə
Boşnakça termininə
daha çox üstünlük verirlər.
Bu əsnada, qeyd olunan üçdilli Azərbaycanca-rusca-bosniyaca, Bosniyaca-rusca-Azərbaycanca
lüğətin başlığı
olaraq, həmçinin
ədəbiyyatda, xüsusən
müasir Bosniya dilinin standartlaşdırılması
ilə bağlı əsərlərdə də
bəzən Məhəmməd
Xevayi Usküfinin 450-il
əvvəl bosniyaca-türkcə
lüğətində olduğu
kimi Bosnaca istilahının işlədilməsi
yanlışlıq kimi
qiymətləndirilməməlidir. Çünki bu dilin müasir standartları və normativ qaydalarında da rəsmi olaraq “Bosniyaca” termininin işlədilməsi düzgün
sayılır. Bosniyaca və
ya Boşnyakların dili terminlərinin müxtəlif tərcümə
ekvivalentlərin sosiolinqvistik
şərtlərdən asılılığının
incəliklərinə varmadan
qeyd etmək vacibdir ki, lüğətin
tərcüməçisi də,
digər Azərbaycan filoloqları kimi elmi cəhətdən çox doğru olaraq Bosniyanın azərbaycanca səslənməsinə
uyğun olaraq Bosniyaca terminini istifadə etmişdir.
Sonda lüğətdə
yer alan
bəzi qrafik, mətbəə yanlışlıqlara
baxmayaraq, müəllifə
standart Bosniya dilinin (Bosniyaca) leksikasını Azərbaycan
dilli istifadəçiyə
daha dolğun şəkildə çatdırmaq
istəyinə görə
təşəkkür etməyi
zəruri hesab edirəm.
Maraqlıdır ki, Azərbaycan Respublikasının əhalisinin
çox hissəsini təşkil edən azərbaycanlılar rəsmi
olaraq öz dillərini azərbaycancanı
ölkənin adıyla
bağlayaraq “Azərbaycan
dili” adlandırırlar. Halbuki onlarda da bir
çox yerlərdə
tarix boyu “xalqın adına
uyğun” olaraq dilləri Azəricə – azəri dili adlandırılmışdır. Milyonlarla azərbaycanlının İranda,
öz Vətənindən
uzaq yaşadığı
nəzərə alınaraq,
çox zaman Azəricə (Azərilərin
dili, azəricə)
termini “Azərbaycandan uzaqda
yaşayan azərilərin
dili” mənasında işlədilir. Lakin standart
dil qəlibi ölkənin adı ilə bağlıdır.
Bosniya dili ilə bağlı
da identik situasiya mövcuddur.
Azərbaycanca-rusca-bosniyaca, bosniyaca-rusca-azərbaycanca
cib lüğətinin
(Bakı, 2006 ), bütün cib lüğətlərində olduğu
kimi, həcmi böyük olmasa da, bu kitab
Azərbaycan və Bosniya xalqlarının mədəniyyətinin, dilinin
yaxınlaşmasında vacib
addımdır. Hər bir
ən kiçik addımın isə bizim ölkələr arasındakı beynəlxalq
mədəni əməkdaşlıq
siyasətində rolu böyükdür.
Adnan KADRİÇ
525-ci qəzet.- 2013.- 5 aprel.- S.4.