Dilək
Örtülü
sübhan qapılar
Qoçaq,
nə dilər, bildinmi?
Bu
çağından bezən naçaq,
O çağ nə dilər, bildinmi?
Könlümə haqq nuru saçıq,
Can öyümə o SÖZ açıq...
Yurdun yolu üzə açıq-
Ocaq nə dilər, bildinmi?
Son libasdan alma göynək,
Vədəsində gəlsin, geyək.
A yaxasız, qolsuz köynək,
Qucaq nə dilər, bildinmi?
12. 10. 12
Gəraylı
Nə deyirsən, dolan könlüm,
Fələk verən bəs olarmı?
Giryanım ilə boşalsan,
Fələyimnən bəhs olarmı?
Demədimha söz elə, bax,
Tor gözündən köz ələ, bax!
Evlər
yıxan gözələ
bax-
Belə də həvəs olarmı?
İncəyurdtək haraylının,
Qətli-fərman... hər
aylının,
Bu sevdalı gəraylının
“Sarıtel”i pəs
olarmı?
Tanrıya
Burda sevgisi didərgin
Köyün var, Rəhm Yiyəsi.
Bəs
o yandan o yana
Nəyin var, Rəhm Yiyəsi?
Eşqi
neylər ac, tabsızsa,
Salavatı savabsızsa.
Düz misalım cavabsızsa-
Düyün var, Rəhm Yiyəsi?
Gülür kəndirikəsiklər,
Bilmir Ağ qoçu dərbədər.
Məlikməmmədli nə qədər
Quyun var, Rəhim Yiyəsi?
Dönənlərdən dön də, doy da,
Yuvasızlar hoydu-hoyda.
Axı,
sənin dünya boyda
Öyün var, Rəhim Yiyəsi!
...Payızda çiçək
arayan
Bilirmi gül açmır quruyan?
Yerin nəyini qoruyan
Göyün var, Rəhim Yiyəsi?
Haqdan haqqa varsa asi,
Hökmün varsa atılası,-
Hümmətinə tutulası
Toyun var, Rəhim Yiyəsi?
Nəğmə
Bütün sevənlər qovuşdu,
Bir oldu, niyə gəlmədin?
Son gedişin könül yıxan
Sirr oldu, niyə gəlmədin?
Alın
açıq, üz ağıydı,
Qəlbim
qəmdən uzağıydı,
Səbrim
duru bulağıydı,
Kür oldu, niyə gəlmədin?
Yalan böyüklər kiçildi,
Yaxşı yamandan seçildi.
Sevgilərə and içildi,
Pir oldu, niyə gəlmədin?
Qaçaq yersiz sızlamaqdan,
Gümanları izləməkdən.
Gözlərim yol gözləməkdən
Yoruldu, niyə
gəlmədin?
Çəkilməz
Alnımın yazısı mənlik
olmadı,
Mənim bu yazıya qolum çəkilməz.
Daha dilimdə də dua qalmadı,
Yuxumdan ulusum, ulum çəkilməz.
Qaldım
abırımnan, qaldım
arımnan,
Qaldım yetim qalan arzularımnan.
Bir cığır salmışam
dırnaqlarımnan,
Rahat bircə
qarış yolum çəkilməz.
Əyləmin neyləyim?..
Gedirəm hədər,
Gedirəm uçruma çıxana qədər.
Sağımda səadət, solumda
kədər,
Sağda yerimmi var? Solum- çəkilməz.
Təsəlli nağılı qurmasın
heç kim,
Boş yerə özünü yormasın heç kim.
Yolumun üstündə durmasın
heç kim-
Bir qara buludam, dolum çəkilməz.
Allahsız yerlərdə iman
gəzirəm,
Özümü üzürəm, sizi üzürəm.
Nə dönük bəndənəm,
ya Rəbb! Dözürəm,
Bu yüknən bu qədər zulum çəkilməz!
O DA HEÇ
Eşq zülməti yara da,
Yarıb ülfət yarada.
Gəmi
yoxsa arada,
Sahil heçdi,
ada heç.
Qurd olanlar ulaşır,
Dərvişmisal yol aşır.
Yuxa canlar alışır,
Qalın düşmür oda heç.
Düz danış: aydın, qısa
Kim oldun susa-susa?!
Sual ölüvaydısa,
Yanındakı nida – heç.
Yuxarıdan üz görən,
Günahsız baş üzdürən,
Bəy adını gəzdirən
Uyğun gəlmir ada heç.
... Baş dirəndi sicimə,
Eh! Kimin nə vecinə?
Sel dedik el gücünə,
Yox. Hələlik o da heç.
Gəl qaçaq...
Bu gecə çəkilən
fikir
Bir gecənin
yükü deyil.
Nə yatıram, nə oyağam,
Nə də mürgüm mürgü deyil.
Gəl üzülək üzüntüdən,
Qaçaq Tanrıdan Tanrıya.
Çıxaq bu zinrik gecədən,
Gedək anrıdan anrıya.
Varaq uzaq yaxınlara,
Bu yığvaldan qaçıb
gedək.
Çataq qaçqın buludlara,
Çataq aylı axınlara-
Bu gecənin sonundakı
Dan üzünün qapısını
açıb gedək.
Çıxaq kinli qaramatdan,
İşıq gözləyən yerlərə,-
Can deyilən qazamatdan
Ruhu gizləyən
yerlərə.
Əl aç, candan təpər istə,
Can qurtaraq ətalətdən.
Gəl yeriyək şeytan üstə,
Qaçaq baxtla ədavətdən.
...Bu səs hardan gəlir belə?
Zinriyə zinrik ələnir.
Bu söz hardan gəlir dilə?
Sevgiyə qorxu bələnir.
Bu səs buxovdu, qəfəsdi,
Dinləmə, aman günüdü!
Gecəyə qəmxar nəfəsdi,
İnləmə, aman günüdü!
Asılıb son suçumuzdan,
Dönüb köntöy köçümüzdən,
Keçib, keçib içimizdən
Deyək:
Lailəilləllah!
Yum gözünü, gir könlünə,
Könlündəki işığa bax.
O işığın qanadında
çıxıb bu zinrik gecədən
qaçaq...
Qaçaq!..
İnandım
O zaman ki, fərdi
olur adamlar,
Bir-birinin dərdi olur adamlar.
Şumdakı söz şərti
olur, adamlar,-
Xırmanda pay bölənlərə inandım.
MƏNdən ötüb BİZ deyənlər
sağ olsun,
Düz düşünüb
düz deyənlər
sağ olsun.
Eldən
ötrü söz deyənlər sağ olsun,
Eldən ötrü ölənlərə
inandım.
Tanrı
haqdı, – ya bulma da, ya
bul da,
Güzgü birdi ya sultanda,
ya qulda.
Boylanmağın yeri yoxdu o yolda,
Gedənlərə, gələnlərə inandım.
Kaş bərkiyə bələkdən
bərk gedənlər,
İçin-için içini tərk edənlər.
Çox
olsa da fənanı
dərk edənlər,
Ağlar gündə gülənlərə
inandım.
Kim sevir ki, son sorğudan
keçməyi,
Bir O bilər
seçilməyi, seçməyi.
Gecə-gündüz baş sındırıb heç
nəyi
Bilmədiyni bilənlərə inandım.
Toxunma, Tanrı
Qoy can atım bir ağ günə, ağ üzə,
Bir söz tapım, düşsün
dilə-ağıza.
Dediyini köçürməmiş kağıza,
Ürəyimin imlasına toxunma.
Dağ könlümə qış
yeriyib, çən gəlib,
O çiskində itən karvan çəmlənib.
Sən ki bildin onda
nələr cəmlənib-
Gözlərimin damlasına toxunma.
Yəqin
bir gün civildəşən bəlalar,
Qanadlanıb hər çiçəkdən
bal alar.
Arzuların yuvasıdı balalar,
Dönə-dönə yoxla, sına,- toxunma!
Çıx get
Bax, “Bermud üçbucağı”
qənşərindədi,
Zavallı, bu yoldan aralan, çıx get.
Hər şeyin çarəsi varsa, vaxtında
Bir az kəllə
sındır, çarələn,
çıx get.
Əylənə bilməzsən bu
gündən belə,
Qaçma tənhalıqdan, sürgündən
belə.
Pünhana nə hacət,
ta indən belə
Köntöy sevdaları car olan,
çıx get.
Çıx get, uzaqlarda durulub
qayıt,
Saz ol, haqqa köklən, qurulub qayıt.
Ya baxtın zilində qırılıb qayıt,
Ya da birdəfəlik qaralan, çıx get.
Hələlik
Dodaqdəyməz təcnis
Fironları tərs oynadan dünyada
Şükür eylə, yaşayırsan, hələlik.
A yığvalsız, qan sağılan gözündən
Yaxşı olar yaş ayırsan
hələlik.
Quran haqdı, nazil oldu söz ündən,
Ək, olursa könüllərə sözün
dən.
Ucalırsa el ariflər sözündən,
Sözə görə yaşayır san,
hələlik.
Nədən saldı ağ saçlara illər dən?
Təki,
olsun ağ
günlərə illər
tən.
Ay İncəyurd, yarıdınsa
illərdən,
Ya dərvişsən,
ya şairsən hələlik.
Qara qutu
Hər zaman
dünyanın
bir üzü qaranlıq,
bir üzü işıq.
İndi
yata bilmirəm gecəni –
beynimdə qara dumanlıq,
könlümdə ağ yaraşıq...
Hardasa o
üzdə
işıq gözünə
qarıldaşan
qaraca-qaraca qarğalar,
ulum-ulum ulaşan sonralar...
Xofum –
balaca dünyanın hər yerində
yepyekə pusu.
...Ürəyim –
qəzalı torpağımın
və cümlə viranələrin
qara qutusu.
O da çətin ki, açıla...
Nigarançılıq
Gözümüzü kitab apardı,
əlimizi
qələm.
Çalışa-çalışa,
vuruşa-vuruşa
öncə
atalar,
sonra
biz
qlobal
dünyanı yaratdıq,
Virtual aləmə çıxartdıq
balaları.
İndi
bizdən sonra gələnlər
saytlardan,
şəbəkələrdən
bəhrələnə-bəhrələnə
(həm
də ərinə-ərinə)
kitabsız,
dəftərsiz,
qələmsiz,
hərənin
qoltuğunda bir Notbuk,
bir-birinə dolaşa-dolaşa,
dünyəviləşə-dünyəviləşə
Hara gedib çıxacaqlar
görəsən?!
Bir sözlə,
Ay oğul, atam-
Nəvələr üçün
həm nikbin,
həm
narahatam.
Dəyirman
Metroda
eskalatorun girişi
dəyirman dənliyi
kimi
hər səhər işə,
hər axşam evə
üyüdür adamları.
Döyünə-döyünə,
deyinə-deyinə,
söyünə-söyünə
üyünür ömrümüz
dənvarı.
Rəfail İncəyurd
525-ci qəzet.- 2013.- 6 aprel.-
S.29.