Məhəmməd Əmin Rəsulzadə-
Əsərləri
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
qrafikasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi
IV cild (1917-aprel
1918)
Transliterasiya redaktorları: professor
Şamil VƏLİYEV,
elmi işçi Samir MİRZƏYEV
Buxara ilə Xivədə
Rusiya çarizmi (yəni padşah istibdadı) Avropada
istibdad jandarmı idisə, Asiyada da hürriyyət cəlladı
idi. İran məşrutəsi bu cəllad əlində
qanlara boyanmış və nəticə etibarilə əqim
buraxılmışdı. Midhət
Paşa hürriyyəti də yenə Moskov istibdadına qurban
edilmişdi.
Fəqət köhnə istibdadın ən böyük
cəlladlığı Türkistan həqqində vaqe
olmuşdu. Türkistan tarimar edilmiş, Avropa mədəniyyəti
naminə qanlara, atəşlərə tutulmuş,
istiqlalından, hürriyyətindən
uzaqlaşdırılmışdı. Rusiya
təhti-tabeiyyətinə keçən Türkistan vilayətlərindən
ötrü Rusiya istibdadının tərəqqi və mədəniyyət
naminə heç bir şeyi etmədigi məlum. Fəqət
çarizm bununla qalmıyor, yarım müstəqil halında
bulundurduğu Buxara ilə Xivədə qəsdən
çürük Asiya istibdadını himayə edərək
həşəmətli Türkistanın bu iki bəqiyyətül-sifətini
öylə fəlc və fasid bir halda saxlatdırıyordu ki,
Rusiya istibdadı altında inləyən sair Türkistan oraya
baxınca özünü məsud ədd ediyor, halına sənaxan
oluyordu. İstibdad türkistanlıları
yaxşı və mətlub bir halə qoymaqla degil, gözləri
qabağında daha bərbad, daha fəna və rüsva bir
idarə bulundurmaqla razı salmaq siyasətini iltizam ediyordu.
Bir növ zəbani-hal ilə diyordu ki, “bax, azad
olsanız, özünüz-özünüzə
buraxılsanız Buxara kibi olacaq, Xivədən o yana keçə
bilməyəcəksiniz”. Halbu Xivə ilə
Buxaranı islah etmək fikrində olan “cədid”lər daima
Rusiya istibdad agenti tərəfindən təzyiq olunuyor və hər
növ islahat mən olunaraq əski çürük fikirli
adamlar təşviq olunuyordu.
Hürriyyət günəşinin doğması ilə
gündoğuş ikən qaranlıqlara örtülən
Şərq, o qəhrəman Türkistan da
işıqlandı. Şəbi-yeldai-zülm səhərə
bədəl olaraq dan yeri ağarmış oldu. “Cədid”çilərə bir ruh və ümid gələrək
səslərini yüksək qaldırdılar. Cəlladın aradan
götürüldügünü görən Buxara və Xivə
məhkumları dar ağaclarını yığmaqa
başladılar. “Hürriyyət istəriz!”
sədası bülənd oldu. Türkistandan
Kuropatkinin əzli xəbərini gətirən simlər bir
gün sonra Buxara ilə Xivədə tam mənası ilə məşrutiyyət
elan olunduğunu bildirdilər. Bu xəbər
Rusiya inqilabi-əzimənin həqiqi qiymətini dərk edənlərcə
qeyri-müntəzər degildi. Böylə
olacaqdı. Çünki bütün
dünyaya təsiri-hətmi olacaq bu böyük hərəkət
şübhəsiz hər şeydən əvvəl himayəsində
bulunan istibdadları yıxacaqdı. Çünki
məlum işdir ki, cümhuriyyət binasına dayanan bir məmləkət
qüruni-vüsta dərəbəgligindən ibarət
rüsva bir istibdada himayət edəmiyəcəkdi. Bunu
Buxara ilə Xivə xanları haman dərk
etdilər. Cədidçilərin tələbi üzərinə
Əmir Buxaraya məşrutiyyət verdi. Köhnə vəzirlər dəgişdi. Tazələri təyin olundu. Fəqət
gözlərinə girən həqiqəti görəməz
Buxara “mollaları” bu qaranlıq gecəyə ögrənmiş
şəbpərələr başlarının
ağrısını bilmiyorlar. Müsəlləh
olaraq xan qapısına gəlib də hürriyyət degil,
“şəriət” istiyorlar. Zavallı
şəriət, nə qanmaz, nə müfsid hamilərin var.
Hər yanda qaragüruh taqımı səni əldə alət
ediyor. Qara məqsədlər ardından
gedərkən ayrı şey degil, “şəriət istəriz!”
– deyirlər. Teleqraf diyor ki,
Buxaraya qoşun gətirilmişdir. Məlum
işdir ki, bu qoşun rus qoşunudur. Bugünki rus
qoşunu artıq ağ padşahın
degil, qırmızı hürriyyətin qoşunudur. Bunu Buxara üləması əvvəlcə dərk
edə bilməmişsə bu idraksızlığı kəndisinə
bahaya otura bilər.
Dünki sayımızda cədidçilər naminə
Buxara əskilərinə xitabla bir məqalə vardı. Bu məqalə
nə yanıqlı bir lisanla yazılmışdı. Bu yanıqlı ürəklə ortaya çıxan
millətçiləri qara qəlbli əskilər bilməlidirlər
ki, tərəqqini məğlub edəməzlər. Əsl şəriət tərəfdarı olanlar cədidçilərdir.
Həqiqət də onlar tərəfindədir.
Şəbpərələr günəşə baxa bilməzlərsə,
günah günəşdə degildir.
Şəbpərələr, özünüzə
yazığınız gəlsin, yanar, yaxılarsınız. Cədidlər,
naümid olmayınız, qeyrət və himmətinizi
artırınız, əsr cədidlərindir.
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 13 aprel 1917, ¹449
Əqim –
səmərəsiz
Bəqiyyə
– qalıq, dağılmış
Fasid –
pozuq
Sənaxan
– mədh edən, tərifləyən
Şəbi-yəlda
– ilin ən uzun gecəsi
Qüruni-vüsta
– orta əsrlər
Şəbpərə
– gecəquşu, yarasa
Qafqasiya qurultayı
Yarın
Bakı, Qafqasiya müsəlman həyatında Azərbaycan
türkünün ömründə görünməz bir
gün görüyor.
Qafqasiya müsəlman ictimai açılıyor. Biz bu ictimaə
– və bu kibi ictimailərə – qurultay adı vermək meylindəyiz.
Rusiya müsəlmanlığının az
istisna ilə hamısını təşkil edən
türk-tatar millətinin tarixi ilə aşina olanlar
rusların “veçe”sinə bənzər əski zamanlarda
türklərdə qurultay olduğunu bilərlər. (Qurultay qurulur xan göstərərdi, yəni
seçərdi).
İstibdad, bu Şərqdə hürriyyət cəlladı
olan çar istibdadı hürriyyətpərvər Rusiya cəmaətlərinin
qeyrətli zərbəsi ilə sərnigün olduqdan sonra
bütün vətəndaşların, tamam millətlərin əl-qollarındakı
zəncirlər açıldı; hər kəs, hər heyət,
hər sinif və millət qüvvəti yalnız birləşməkdə,
bərkişməkdə görüb toplaşmaya
başladı.
Qafqasiya müsəlmanları, Azərbaycan
türkləri də bunu hiss etdilər. Qurultay
qurmaq istədilər.
İştə, bu şərəf Bakının hissəsinə
düşüyor. Bu gün birinci Qafqasiya qurultayı qurulur.
Bu qurultay bütün Qafqasiya müsəlmanlarının
ovzai-hazirə münasibəti ilə keçirdikləri hal və
hissiyyatə tərcüman olub onun siyasi, milli və mədəni
ideallarının baş mətləblərini aydın surətdə
elan etməlidir.
Şübhəsiz
ki, bu günlərin hökmündə yığılan
bütün ictimailər kibi birinci Qafqasiya qurultayının tərtib
və dəvətində qüsurlar ola bilər.
Fəqət bu qüsur onu hər halda müsəlman
hal və hissiyyati-siyasiyyəsini göstərəcək bir
müəssisə olmaqdan salamaz.
“İsmailiyyə” binasında yüksələcək səslər
şübhəsiz ki, millətin arasındakı əfkari-həyatinə
tərcüman olacaqdır. Qoy o səslər millətin
bilaistisna hamı sinif və cərəyanlarının kamil
bir səlahiyyətlə söylənilmiş sözü
olmasın. Hər halda təxminən olsa
da, onun diləklərini, istəklərini və keçirməkdə
olduğu hal və hissiyyatını göstərəcəkdir.
Bu nöqteyi-nəzərdən belə
qurultayın qiyməti böyükdür. Onun
alacağı qərarlar mənən bütün Qafqasiya
müsəlmanlarının rəyi tələqqi olunacaq.
Buna görə də ümid edilir ki, bu
böyük məclisdə söz söyləyəcək millətdaşlar
zaman və məkanı ətraflıca vəzn edərək mətləblərini
mütəntən və cəsarətlə bəyan edəcək.
Amali-siyasiyyə və milliyyələrini
nümayiş etdirməklə bərabər siyasətdə əsl
olan üsul və misal əndişəligindən də
uzaqlaşmayacaqlar. Azərbaycan
türkünün rüşdi-siyasinə Qafqasiya müsəlmanının
mədəniyyətcə yetişməsinə
bağladığımız ümidi biz bu xüsusda əmin
edə biləriz.
Əvət, bu gün Qafqasiya qurultayı hər şeydən
əvvəl bizə hürriyyət bəxş edən qəhrəmani-hürriyyətə
bəyani-şükran edəcək, hürriyyət
nigahbanlarına etimad və etibarını bildirəcək. Azad Rusiyanın yalnız
millətlərin azad bir surətdə vaqei-etilaf və
yarışmaları sayəsində paydar ola
biləcəgini də qüvvəti-qəlb və imanla
söyləyəcəkdir.
Yaşasın
millətlərin hüquqi-mədəniyyə və siyasiyyəsini
təmin edən cümhuriyyəti-ənam tərəfdarı
olacaq Qafqasiya qurultayı!
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 14 aprel 1917, ¹450
Qafqasiya müsəlman qurultayında
siyasi-milli məqsədlər
Bu mövzu Qafqasiya
müsəlman qurultayının ruznameyi-müzakiratında əvvəlinci
idi. Qurultay sair məsələlər kibi
bu məsələni də əvvəlcə bilatərəf
mübahisə olunmaq üçün şöbəyə
vermiş idi. Bu məsələyə məşğul
olan birinci şöbəyə üç-dörd cür cərəyana
mənsub müqtədir nümayəndələr daxil
olmuşlardı. Üç gün davam edən
müzakiratdan sonra birinci şöbə naminə Məhəmməd
Əmin Rəsulzadə tərəfindən
aşağıdakı məruzə qurultayın 4-cü
iclasına təqdim edildi:
Millətdaşlar!
Siyasi-milli məqsədlər həqqindəki nəzərlərə
baxmaq üçün seçdiginiz şöbənin
bütün əfradı arasında gələcək Rusiya
üsuli-idarəsinin mütləqa cümhuriyyəti-ənam
olacağında danışıq belə olmadı. Bunun böylə olacağı bir əmri-təbii
idi. Bir adamın keyfi ilə idarə olunan
Rusiyadan hər bir millətdən ziyadə müsəlmanlar
zülm görmüşlərdi. Buna
görə də bunlar cümhuriyyəti-ənamdan başqa
bir idarəyə meyl göstərə bilməzlərdi.
Onlar bilərlərdi ki, məşrutiyyət əsası
üstündə dayansa da, padşah daima cəmaət əleyhinə
hərəkət edən sünufi-məxsusə əlində
olacaq və padşah dərbarı məmləkət həyatını
zəhərləyən bir mənbə olub qalacaq, orada cücərən
mikroblar Rusiya vücudunu təkrar istibdadla azarlamaq təhlükəsinə
sala biləcəkdir. Bu mülahizələr
şöbə əzasını təşkil edən
bütünümüzcə gün kibi aşkar və dəlil
istəməz aydın bir həqiqət olduğu
üçün cümhuriyyəti-ənamdan başqa bir
üsuli-idarə kimsənin xatirindən belə keçmədi.
Bütün
şöbənin ittihadı ilə qəbul olunub
üstündə iki rəy olmayan ikinci bir məsələ də
var idi ki, o da Rusiya böyüklügündə, Bəhri-Mühiti-Şimalidən
tutub İrana, Saxalindən başlayıb Qara dənizə qədər
sərilən və dünyanın altıdan birini təşkil
edib müxtəlif millətlərə malik olan böyük
bir məmləkətin bir nöqtədən, bir mərkəzdən
idarə olunması mümkün olmadığı idi. Hamısı qəbul ediyordu ki, bu məmləkət
gərəkdir ədəmi-mərkəziyyət üsulu ilə
idarə olunsun.
İştə, burada şöbə əzası
arasında iki rəy görülüyor, nəzərlər
ayrılıyordu. Ədəmi-mərkəziyyəti bir qismi
coğrafiya, məişət, ticarət və sənaətcə
bir halda olan vilayətlərə məxsus geniş səlahiyyətli
idareyi-məhəlliyə şəklində başa
düşüyor, digər qismi isə Rusiyayı muxtariyyətlər
(federasiya) üzərinə qurulu müttəfiq bir dövlət
şəklində təsəvvür ediyordu.
Məlumdur ki, muxtariyyət ilə geniş idareyi-məhəlliyə
arasında əsaslı bir fərq vardır. İdareyi-məhəlliyədə
o məhəllin idarəsinə aid olan bəzi məhəll
xozaystvosuna (alış-veriş, şosse yolları, kənd
işləri, sənaət və ticarət xüsusları) məxsus
səlahiyyətlər aşkar olunur. Yerdə
qalan dövləti işlərin hamısı isə mərkəzi
hökumət əlində qalıyor. Halbuki muxtariyyətlər
üzərinə qurulan müttəfiq dövlətlərdə
iş bunun əksinədir. Orada mərkəzi
hökumətin görəcəgi işlər təyin olunub,
o təyin xaricində nə varsa hamısı daxili işlərində
muxtar olan hökumətlərə mühəvvəl olunur.
Məsələn, dava elan eləmək, sülh imzalamaq,
quruda, dənizdəki hərb qüvvətlərini idarə
etmək, gömrük, sövqəlceyş nöqteyi-nəzərindən
çəkilən dəmir yollar, sikkə, xarici ticarət
qanunları, əmələyə aid qanunlar, müxtəlif muxtariyyətlər
arasında çıxan ixtilafların həlli, bütün məmləkətdə
siyasi azadlıqların təmini, məmləkət qanuni-əsasiyyəsinin
mühafizəsi kibi ümumi işlər həp bütün
muxtariyyətlər tərəfindən seçilmiş
ümumi məclisə və bu ümumi məclisdən
ayrılan ümumi hökumətə aiddir. Burasını
ayrıca qeyd etmək istiyoruz ki, muxtariyyətlərdən
heç birisi ümumi qəvainin-əsasiyyəcə təyin
və təmin olunan azadlıqlardan heç birisini fəsx və
ya ilğa etmək həqqinə malik degildir. Yuxarıda sayılan xüsuslardan əlavə nə
qədər işlər varsa hamısı muxtariyyətlərə
tapşırılır ki, öz aralarından seçdikləri
məclislərində onlar həqqində qanunlar qoyub öz
hökumətləri tərəfindən idarə olunurlar.
Bütün milli, mədəni, məhəlli və
ədli qanunlar muxtariyyətlərin öz əllərində
olur.
Muxtariyyət hanki mənada olsun və məhəlli nə
kibi əlamətlərlə cızılsın üstündə
də qurultayın birinci bölgüsündə (şöbəsində)
iki rəy vardır. Rəylərdən birisi muxtariyyətlərin
hüdudunu milliyyət üzərinə təyin etməyi təklif
edib, o birisi isə bu hüdudun iqtisadi və coğrafi əlamətlərlə
təyinini tələb ediyordu.
Milliyyət zərurətini iləri çəkənlər
diyorlardı ki, mədəni bir dövlət azad fərdlərin
azadlığına vaqe olan ittifaqından əmələ gələr. Dövlət
mədəni bir surətdə birləşə bilmək
üçün vətəndaşlarını tamamilə
müstəqil ediyor, yəni ayırıyor. Bir şəxs həqqində mövcud olan nəzəriyyə,
bir ailə, bir millətə dəxi aiddir. Çünki millət bir şəxsiyyəti-mənəviyyədir.
Rusiya azad və qüvvətli bir dövləti-mədəniyyə
olmaq istərsə birər şəxsiyyəti-mədəniyyə
təşkil edən millətlərin hər növ
hüquqi-bəşəriyyə və siyasiyyəsini təmin
etməlidir. Bu isə yalnız məhəlli
milli prinsip üzərinə qurulan muxtariyyət və bu
muxtariyyətlərin ittifaqından ibarət olan muxtariyyətli
cümhuriyyət əsası ilə hasil olur. Bu nəzəriyyəyi
müdafiə edənlər dünyanın ən mədəni
və mütərəqqi məmləkətlərindən olan
İsveçrə, Amerika və Almaniya dövlətlərinin
haman federasiya əsası üzərinə
qurulduğunu və dünya istiqbalının dəxi bu əsasda
olduğunu iddia ediyorlardı. Onlar hətta
diyorlardı ki, böyük müslihlərin təsvir elədigi
ictimaiyyət, o səadəti-bəşər dəxi bu yol ilə
hasil olacaq və dünya böyük bir səltənət
şəklində qurulacaq. Bu səltənət
mütləqa millət əsası üzərinə
qurulmuş federasyondan ibarət olacaqdır.
Milliyyət məfhumunun mənasına gəlincə yenə
rəylər ayrılırdı. Bir tərəf diyordu
ki, milliyyət dil birligi, tarix, adat və ənənat şərikligi
ilə təyin olunur. Buna görə də
Rusiyada yaşayan müsəlmanlar əksəriyyət etibarilə
türkdürlər. Bu türklük əsası
dəxi iləri tutulmalıdır. Sair
Dağıstan millətləri kibi müsəlman olan xırda
millətlər isə, öz xahişləri ilə olmazsa
mütləqa türk olan müsəlmanların təmsilinə
məruz qalmayıb milliyyətlərini mühafizə etmək
surətilə türk olan müsəlman muxtariyyətləri
cüzinə daxil olurlar. Rusiya
türklügünə gəlincə hər bir xüsusda təbii
yoldan çıxmaq istəməyən bu cərəyan
bütün dünyanın ittihadını ayrılmaq surətilə
birləşməkdə gördügü kibi türklərin
ittihadını da o vasitə ilə təmin etmək istiyordu.
Diyordu ki, türklər bir gün gələcək
müttəhid olacaqlar. Fəqət bu
ittihad müxtəlif şivələri, ayrıca xüsusiyyətləri
boğmaq surətilə olmayacaq. Azərbaycanlı
bir türk Füzulisindən, Nəvaisindən, Mirzə Fətəli
Axundovundan əl çəkə bilməyəcəgi kibi,
tatar da öz mətbuatı, ədəbiyyatı, Abdulla
Tuqayevindən sərf-nəzər edə bilməyəcəkdir.
Öylə də qazax (qırğız)
“Alaşı” ilə “qazax”ını iləri çəkəcəkdir.
Bunları mən etmək nə faidəlidir, nə
də lazım. Qoy hər kəs öz
şivəsi, öz xüsusiyyəti dairəsində tərəqqi
eləsin. İbtidai məktəblərdə
doğma dilləri və yazıları ilə tərbiyə
olunsunlar. Böylə ayrı bir
xüsusiyyət üzrə tamamilə birləşib mədəni
bir qüvvət təşkil etdikdən sonra türklük
ittihadı bittəbii daha sühulətlə hasil olar. Necə ki alman ittihadı hasil olmuş, necə ki
slavyanlıq ittihadının imkanı o surətlə təsəvvür
edilməkdədir. Bundan ötrü də
türkçülər Azərbaycan ilə Dağıstan,
Türküstan, Qırğızıstan və
Başqırdıstan üçün ayrı muxtariyyətlər
istiyorlardı. Mədəni və milli məsələlərdə
ümumtürkləri birləşdirmək qəsdilə isə
türk muxtariyyətləri arasında ümumi bir türk
şurası təsisini lazım görüyorlardı,
türk ittihadını böylə təsəvvür edən
türkçülər ittihadi-islamı da böylə
anlıyorlar. Onlar diyorlar ki, islamiyyət bir
milliyyət degil, beynəlmiləliyyət vücuda gətiriyor.
İslama daxil olan millətlərə göz
örtüb də hamı millətləri bir şəklə
qoymaq və onları bir milləti-vahidə təsəvvür
eləmək məhaldır. Millətlər ibtidai halda
bulunduqları zaman milliyyətlərini din şəklində
hiss edirlər və bu hiss kəndilərini din ətrafında
birləşdirə bilər. Fəqət bir
millət tərəqqi etdikcə milliyyət hissi də tərəqqi
edər, o zaman din ilə cinsiyyətin ayrı-ayrı qüvvətlər
olduğu anlaşılır. Avropa millətləri
bu halı çoxdan keçirmiş, müsəlmanlar isə
imdi milli duyğularla hislənməgə
başlamışlardır. Hər bir
müsəlman milləti öz dili, tarixi, adat və ənənatı
ilə birləşib, mədəni bir qüvvət təşkil
etməli. Hər bir müsəlman milləti
özü-özlügündə bir milliyyət
“yaşağı” vücuda gətirməli, tainki islamiyyət
“dərz”i asanlıqla bağlana bilsin. İslamiyyət
hər din kibi öz mədəniyyətlərində bir
növ ümumilik tərbiyə ediyor ki, bu da millət degil,
beynəlmiləliyyətdir. Xristian beynəlmiləliyyəti
olduğu kibi müsəlman beynəlmiləliyyəti var. Fəqət
Almaniya, Fransa və yainki rus millətinə qarşı
qoyulacaq müsəlman milləti, müsəlman dili yoxdur.
lll
Buna cavab
olaraq müsəlmanlığı bir millət kibi tələqqi
edənlər diyorlardı ki, islam başqa
dinlərə bənzəməz. Başqa dinlər
yalnız ibadət qisminə aiddirlər. Halbuki
dini-islam müsəlmanların dini və dünyəvi hər
bir xüsusiyyatını tənzim ediyor. O müamelatə
də, ticarətə də, dünya işlərinə də
qarışıyor, müsəlmanın hər bir hərəkətini
qaidə altına alıyor. Buna görə onda
öylə bir qüvvə vardır ki, müsəlmanlar hanki
milliyyətə mənsub olsalar da onlara bir növ milliyyət
rəngi veriyor. Odur ki, hanki müsəlmana
sorsanız, türkəm degil, müsəlmanam der. Demək ki,
bu tövr müsəlmanlar özlərini bir kütləyə
mənsub olmaq üzrə hiss edirlər. Bu hiss isə
hamımızın bir millət olmasını göstərməgə
kafidir. Bunun üçün də Rusiyada
yaşayan müsəlman millətlərinə ayrı-ayrı
muxtariyyətli idarələr lazım olmayıb bu muxtariyyətlər
ancaq müsəlmanlıq əlaməti üzərinə təyin
olunmalıdır.
Bu iki əsas fikir arasında üçüncü bir
fikir dəxi vardı ki, o da dünyanın tərəqqisini
iki cəhətində görüyordu. Biri milli və
ruhani amildə, digəri də iqtisadi tərəqqiyatda.
Dünyanın iqtisadi tərəqqiyyatını
tezləşdirmək üçün bu cərəyan məmləkətlərin,
muxtariyyətlərin milliyyət hüdudu ilə
ayrılmalarını müvafiq görmüyordu. Çünki 2 parçalanmaların böyük
sinif mübarizəsinə mane olacağını
düşünüyordu. Bunun
üçün muxtariyyətləri geniş idareyi-məhəlliyə
şəklində tələqqi edərək onu milliyyət əlaməti
ilə degil, əhvali-iqtisadiyyə və məişət cəhəti
ilə təyin etmək istiyordu. Milli və
mənəvi cəhətlərin təmini cəhətinə
gəlincə milli şəxs muxtariyyət əsasını
məqbul görüyordu. Şəxsiyyətçilərcə
milliyyət toprağa mərbut degildir. Millət
əfradı hər yanda olursa öz həqqi-milliyyətini təmin
edə bilməlidir. Buna görə
bütün Rusiya müsəlmanlarından ötrü qanun
qoymaq səlahiyyətinə malik bir ümumi məclis əmələ
gətirilməlidir ki, o məclis və o məclisin məhəllərdəki
şöbəsi vasitəsilə bütün Rusiya müsəlmanlarının
milli və ruhani işlərinə baxılsın. Buna qarşı isə milli məhəlli muxtariyyət
istəyənlər diyorlardı ki, milliyyət yalnız mədəni
və ruhani xüsuslarda degil, hüquqi və idari cəhətlərdə
də muxtar olmalıdır. Çünki
bunsuz hakimiyyəti-milliyyə bərqərar olamaz və onsuz
da muxtariyyəti-milliyyə söz olub qalar. Muxtariyyəti-milliyyə sinif mübarizəsinə
mane olur, keyfiyyətə gəlincə Almaniyanı nümunə
göstərərək oradakı yarımmüstəqil
müttəfiq dövlətlərin qətiyyən buna mane
olmadığını, biləks ən mütərəqqi
sinif mübarizəsinin başqa yerdə degil, ancaq orada
olduğunu göstəriyorlardı.
Bunlardan əlavə bir mülahizə dəxi vardır
ki, Qafqasiyaya məxsus bir muxtariyyət tələb olunsun. Qafqasiyaya məxsus
ümumi parlaman olsun. Digər millətlər
öz dairələrində muxtar qalaraq Qafqasiya
federasiyasını təşkil eləsinlər. Rusiya ilə mərbutiyyət isə ancaq
Ümumqafqasiya parlamanına aid olsun.
Muxtariyyətin ruhu, mənası və şəkli həqqində
bu kibi nəzəri ixtilaflar varlığı siyasi komisyonda
cızılmış idi. Fəqət komisyon əzaları
hər nə qədər öz fikirlərində sabit və
bu fikirlərini yeritməkdə cahid idisələr də, bu
mühüm zamanda müsəlmanların, türklərin
birligini pozacaq qərarlardan sakınmağa da o qədər
qeyrət ediyorlardı. Onlar çox
yaxşı biliyorlardı ki, türklük və müsəlmanlıq
həqqində olan əsaslı nəzəriyyələr
Rusiya müsəlmanlarına aid olunca bir növ elmi mübahisədən
ibarət olub qalıyor. Çünki otuz
milyonluq müsəlman kütləsindən 29 milyonu
türkdür. Yerdə qalan bir milyon da
komisyon danışıqları əsnasında qəti surətdə
aşkar oldu ki, ciddiyyəti-tamamilə türk mədəniyyətinə
qovuşmaq istiyorlar. Çünki kəndi
başlarına müstəqil bir həyati-siyasiyyə yaşayamıyacaqlarına qənaət
ediyorlar. İştə, bu xüsusları nəzərə
alaraq komisyon bütün cərəyanları birləşdirə
biləcək bir əsas üstündə sözünü
bir elədi və muxtariyyətin hanki əsas və hüdud
daxilində olacağı məsələsinin həllini
açıq buraxaraq müsəlman millətlərinin bəqasını
təmin üçün Rusiyadan ötrü ən müvafiq
üsuli-idarənin məhəlli muxtariyyət üzərinə
qurulu cümhuriyyəti-ənamdan ibarət olduğunu
ittihadi-ara ilə qəbul etdi.
Bununla bərabər komisyon bütün Rusiya müsəlmanlarının
mədəni və ruhani işlərini idarə
üçün dəxi qanun qoymaq səlahiyyətinə malik
ümumi bir məclis təsisinə ehtiyac olduğunu dərk
etdi.
Komisyon müzakirənizə təklif elədigi bu mətləbləri
yarından etibarən tətbiq olunacaq bir qərar şəklində
degil, böyük bir arzu və amal surətində tələqqi
olunmasını ayrıca rica edər. Biz Rusiyanın məhəlli
muxtariyyət üzərinə cümhuriyyəti-ənam şəklində
idarə olunması amalındayız. Fəqət
biliyoruz ki, bu arzumuz ancaq Rusiya məmləkətinin əsl
sahibi olan Məclisi-Müəssisanda bəravərd olacaq.
Məclisi-Müəssisan qərarı
olmayınca bittəbii kimsənin əqlindən belə
keçməz ki, qalxıb özbaşına muxtariyyət
elan eləsin. Qoy qəbul edəcəgimiz
bu qərar bizim işıqlı yıldızımızı
təşkil eləsin və bu yıldızı
özümüzə rəhbər ittixaz edərək Məclisi-Müəssisana
o surətlə hazırlaşaq. Oraya
göndərəcəgimiz vəkilləri məhəlli
muxtariyyətli cümhuriyyəti-ənam tələbində
olan şəxslərdən göndərək.
“Açıq
söz”, 25, 26 aprel 1917, ¹457, 458
Dərbar
– padşah sarayı
Mühəvvəl
– həvalə olunmuş; dəyişdirilmiş
İlğa
– ləğv etmə
Bəravərdə
– icra edilmiş, əmələ gəlmiş
Dərz –
qovuşuq, calaq yeri
Müslih
– islah edən
Sühulət
– asanlıq
Məhal
– qeyri-mümkün, çətin
Cahid –
çalışan, cəhd edən
Müamelat
– kommersant
İranda rus çarizmi
“Utro
Rossii” qəzetəsinin rus-İran işlərinə və
1909 sənəsində İran inqilabı zamanında Azərbaycan
və Tehranı gəzmiş olan mühərriri Ardov Rusiya
diplomasi nümayəndələrinin İranda nə qədər
fənalıqlar yapdığını, Rusiya çarizminin
İranı nə qədər əzdigini təsviredici bir məqaləsində
yazıyor ki:
İnqilabdan sonra İranda rus konsullarının dəgişməsi
rus nümayəndəliginin yox dərəcəsinə gətirilməsi
ilk nəzərdə bəlkə həqarət sanılar;
böylə də olmalı idi – fəqət əgər biz
adi qomşu kibi dolanmış olsaydıq. Halbuki həqiqətdə
əhval öylədir ki, biz buna qarşı etiraz etməyib,
hətta şad olmalıyız. Çünki
inqilabdan sonra yeni xariciyyə vəzarəti özü bu
konsulları dəgişdirməli idi. Rusiyanın
mənafeyi bunu tələb ediyordu. Zira
bizim siyasi mazimizdə Rusiyanın “İran siyasəti”ndən əqlsiz,
rüsvay bir şey olamaz.
Bir vəqt tarix Rusiyanın İran siyasətini tamamilə
açar. O
zaman “Rusiyanın milli siyasətindən” hamı heyrətə
gəlib konsullarımızın az bir
zamanda dost məmləkəti düşmənə döndərib
Rusiyanın adını mənfur etdiklərini və Azərbaycanda
əskərlərimizin qan axıtmasını tələb edən
vəziyyət hazırladıqlarını görər.
Rusiya
çarizmi öz xəfif qorxaqlığını İrana
da gətirərək etimadına açıqcasına mədəniyyət
gözləyən Azərbaycanı Qərbdən hücuma
qarşı gözəl bir bufer (hail) etmək əvəzinə
biləks haili pozub dağıtdı, İranı iqtisadən
güclü, siyasətən dost etmək əvəzinə
fitnə, fəsad, rüşvət, təcavüz, hətta qətl
və sairə kibi məlum vasitələr ilə İranı
daha zəif saldı; onların müqəddəsatını,
vətənpərvərlik hissini ayaq altına aldı.
Rusiya təbələrinin
mənafeyini mühafizə naminə Təbrizdə icra
edilmiş olan qırğın Təbrizdə “dövlət
xainləri” adı ilə məşhur müctəhidlər,
mollalar və sairlərinin asılması, Məşhəddə
müqəddəs məscidlərin top qumbaraları ilə atəşə
tutulması və hədsiz-hesabsız cəbrlər, zülmlər,
həbs və təqidlər, təcavüz və tovhinlər
heç vəqt unudulmaz.
Bir
çox illərdən bəri Rusiyanın böylə siyasətini
diqqətlə təqib edərkən bən bu “siyasəti”
sükutla keçə bilməyib bəzi vəqt həqiqəti
açmaq istiyordum, fəqət Petroqrad teleqraf agentəligi həmişə
onu məharətlə gizliyordu.
Rusiya isə həmişə İrandan uzaq qalıb
İranı əsla tanımıyor, anlamıyordu, Rusiyanın
fikrinə yerləşdirilmişdi ki, “İran binizamlıq və
quldurluq məmləkətidir”. Rusiya öylə
aldanmışdı ki, heç yerdən səs
çıxarılmıyordu. Biz də məcbur
oluyorduq ki, Rusiyanın adını qan və palçıq
içinə salmış olanlar müqabilinə İngiltərə
və Fransa mətbuatı vasitəsilə mübarizə edək.
Rusiyada heç şeydən xəbərləri
olmuyordu, güman ediyorlardı ki, Rusiya İranda “sülh və
müsalimətlə” özünə yer açıb mədəniyyət
yolunda işliyor, iranilərin protestolarına “vəhşilər”
xəyalı kibi baxıyorlardı. Halbuki
eyni zamanda bütün dünyanın qəzetələri
rusların İrandakı vəhşilikləri həqqində
bütün sütunlar, səhifələr dolduraraq məqalələr
dərc ediyorlardı. Bu şeylər
xariciyyə vəzarətinə təqdim ediliyordu. Fəqət o vəqtki xariciyyə vəzarəti
özünə zəhmət verib öz siyasətinə bir nəzər
salmaq istəmiyordu. Biləks İranda rus diplomasi
nümayəndəsi olan “çarcığaz”lara
geniş meydan veriyordu. Nəticəsi də pək
fəna çıxdı. Rusiyanın
nüfuzu bilmərrə məhv oldu, Rusiyaya qarşı nifrət,
almanlara, türklərə qarşı məhəbbət
hasil oldu. Hətta rusun qırmancı
iranlıların hissiyyatını belə öldürdü.
Bu müharibə vəqti də haman siyasətdən
dolayı bir çox əskər qanı axdı. Nəhayət, bir dərəcəyə yetişdi
ki, rus siyasi nümayəndəliginin adı belə
iranlılar üçün nifrətamiz bir surət aldı.
Fəqət ruslar nə siyasəti dəgişmək
istədilər, nə siyasətçiləri.
İmdi inqilabdan sonra ruslar ilə iranilər
uzlaşdı, anlaşdı və rus konsullarını
çıxararaq yerlərinə konsulxana əvəzinə
icra komitələri təsis etdilər. Bəlkə
burada bəzi nöqsanlar görülər. Fəqət bu işdə də təqsir bizim
hökumətimizdədir.
“Açıq
söz”, 9 may 1917, ¹468
Hail – maneə,
hasar
Təbid
– uzağa sürgün etmə
Mazi –
tarix, keçmiş
Tovhin –
töhvə
(Ardı
var)
Hüseynov Şirməmməd
525-ci qəzet.-
2013.- 6 aprel.- S.26-27.