“Muğam aləmi”nin unudulmaz təəssüratları
Xalqımızın həyatına bayramlar
ayı kimi daxil olan mart ayı 2013-cü ildə də Azərbaycan musiqi mədəniyyəti
üçün əlamətdar
hadisələrlə təqvimə
yazıldı. Məlum olduğu
kimi şəhərimiz
Novruz bayramının
yaxınlaşdığı ərəfədə musiqi
bayramının ab-havasına
qərq oldu. Belə ki, 9-19 mart tarixində baş tutan “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının əks-sədası
mədəni dəyərləri
yüksək qiymətləndirən
bütün ölkələrə
yayıldı.
Belə möhtəşəm bir festivalın məhz bizim doğma məkanda keçirilməsi
heç də təsadüfi deyil. Bu festival bütün türk dünyasına xas olan muğamın tacının Azərbaycanda
olduğunu sübut edir.
Şərqin ən qədim musiqi janrı olan muğam sənəti zəngin mədəniyyətə malik
olan qədim Azərbaycanın milli özünüdərk və
özünü eyniləşdirmənin
əsasını təşkil
edən başlıca
mədəni dəyərlərdən
biri kimi qavranılır. Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti
üçün Azərbaycan
muğamının bədii
dəyəri, onun yüksək mənalılığı
2003cü ildə YUNESKO kimi
nüfuzlu beynəlxalq
təşkilat tərəfindən
etiraf olunub, muğam “bəşəriyyətin
şifahi və qeyri-maddi irsinin şah əsərlərindən
biri” elan edilib.
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daima muğam sənətini yüksək qiymətləndirərək,
ona qayğı göstərir. Təsadüfi deyil ki, elə “Muğam aləmi” Beynəlxalq Festivalının prezidenti
də məhz Mehriban Əliyevadır.
Heydər Əliyev Fondunun muğam sənətinin inkişafı
naminə həyata keçirdiyi tədbirlər
və hadisələr
sırasında Bakıda
Beynəlxalq Muğam Mərkəzinin yaradılması,
muğam müsabiqələrinin
təşkili, “Qarabağ
xanəndələri” albomunun
buraxılması, “Muğam”
jurnalı, “Muğam ensiklopediyası”nın nəşri,
“Azərbaycan muğamı”
multimedia toplusunun hazırlanması
kimi mühüm addımlar var. Mədəniyyətimizin
inkişafına xidmət
göstərən belə
tədbirlər sırasında
“Muğam aləmi” layihəsi özünəməxsus
yer tutur.
İlk “Muğam
aləmi” Beynəlxalq
Muğam festivalı
2009-cu ildə, II festival isə
2011-ci ildə tənətənəli
şəkildə həyata
keçirilib. Muğam həvəskarlarını, dinləyicilərini
2 il müddətində
intizarda saxlayan festival
yenə də öz qədəmləri ilə şəhərimizə
qonaq ölkələrdən
isti münasibətlər,
xoş ünsiyyətlər,
bayram əhval-ruhiyyəsi
gətirdi.
Heydər
Əliyev Fondu, Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının
təşkilatçılığı ilə həyata keçirilən “Muğam
aləmi” III Beynəlxalq
Muğam festivalının
səsi nəinki Bakıda, həmçinin
Azərbaycanın bir sıra rayonlarında – Şamaxı, Lənkəran,
Şirvan, Ağcabədi,
Gəncə, Ağstafa,
Qəbələ və
Naxçıvanda da eşidildi. Festivalın səfalı bölgələrimizdə
də baş tutması həm gələn qonaqların Azərbaycanı daha da yaxından tanımasına, həm də onların musiqisinin hər kəs tərəfindən
dinlənilməsi və
tanış olmalarına şərait yaratdı.
10 gün ərzində davam edən festival çərçivəsində Çin, Mərakeş, Türkiyə, Hindistan,
Tunis, Liviya, İraq, Özbəkistan, Fransa, İran, Misir kimi ölkələrin muğam ifaçıları
şəhərimizin qonaqları
oldular. Festival daxilində üçlük
– simpozium, müsabiqə
və silsilə konsertlər “Muğam sənəti və onun qorunub, yaşadılması”
ideyasını rəhbər
tutaraq dinləyici və tamaşaçıları
biri-birindən maraqlı
tədbirlərdə bir
araya topladı.
Budəfəki “Muğam aləmi” festivalı maraq doğuran faktlarla zəngin idi. Belə ki,
Vətənimizə Şərqin
və Qərbin zəngin mədəniyyətini
birləşdirən İspaniya
torpaqlarından da qonaq təşrif buyurmuşdu.
“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində
keçirilən muğam
festivalı da çox əhəmiyyətli
olub, adıçəkilən
ölkələrin şifahi
ənənəli professional musiqisi ilə yaxından tanış
olmağa şərait
yaradır. Həmçinin şəhərimizin qonaqları da Azərbaycan muğam sənətinin mədəni
dəyər olmasının
canlı şahidi olurlar. Keçirilən bu festival yeni-yeni
gənc muğam ifaçılarını üzə
çıxarır, gələcək
sənət yollarının
işıqlandırılmasında mühüm əhəmiyyət
kəsb edir.
Festival ərzində təşkil
olunan simpoziumlarda da biri-birindən maraqlı mövzular səsləndi, çıxışlar
edildi. Məruzəçilər
təmsil etdikləri ölkələrin muğam
ənənəsi haqda
danışaraq, onun başqa Şərq xalqlarının musiqisi ilə fərqli və oxşar cəhətlərini açır,
ifaçılıqda istifadə
olunan milli alətlər və s. mövzular ətrafında
diskussiyalar aparılırdı.
Bütövlükdə “Muğam aləmi” Beynəlxalq muğam festivalı mədəniyyətin,
incəsənətin, musiqinin,
ən əsası muğamın bayramına çevrilmiş, ayrı-ayrı
xalqların nümayəndələrini
bir araya gətirmək baxımından
özünü misilsiz
bir tədbir kimi təsdiq etmiş, xalqların daha da yaxınlaşmasına
mühüm bir töhfə olmuşdur.
Şəhərimizdə qonaqların isti münasibətlə qarşılanması,
onlara qarşı olan qonaqpərvərlik, əlbəttə ki, xalqımız haqqında yalnız yüksək fikirlərin oyanmasına səbəb oldu. Yüksək mənəvi keyfiyyətlərdən
savayı Azərbaycanın
zəngin musiqi irsinə malik olmasına şahid olan qonaqlar öz
ölkələrinə xoş
təəssüratlar, unudulmaz
xatirələr apardılar.
Biz əminik ki, bu mədəni əlaqələr daima inkişaf edərək Azərbaycanın adını
daha .
İki
ildən sonra bu təəssüratlar, yaşanan gözəl
hisslər bir daha yenilənəcək, qəlblərin dərinliklərində
öz yerini daha da genişləndirəcək.
Nuray ƏLİYEVA,
Bakı Musiqi Akademiyasının
III kurs tələbəsi
525-ci qəzet.- 2013.- 9 aprel.- S.7.