Özünə
qayıt
Harda
qaldı o günlər ki,
Analar qurd doğurardı?!
Xilqət
insan çamurunu
Dastanlarla
yoğurardı!..
Arif Nihad ASYA
Dəlidağ
da o zamanlar eynilə bir Çənlibeldi: dəli adına və
dəlisov havasına uyğun dəli-dolu oğullar bəslərdi
tülək tərlanlar kimi!..
Dəlidağın
zirvəsindən perik düşəndən sonra acizləşmiş
kimi görünən kim varsa, onların hər
birisinə ithaf olsun o havada yazdığım bu dəli
qoşmam.
Səni
bir zamanlar yuxadan-yuxa,
Nanə yarpağından titrək görmüşəm.
Haqsızlıq
önündə qalxardın şahə;
Yıxılan
kimsəyə dirək
görmüşəm.
Dağların
bir özgə dünyası vardı,
Bağrında insanın ən xası vardı!
Süfrəndə
quşun da ruzisi vardı;
Səni təpə-dırnaq
ürək görmüşəm!
Sən
müşkül dərdlərə dəva kimiydin!
Sən
Dan şəfəqiydin, səba kimiydin!
Hər kəsə
gərəkli hava kimiydin;
Səni
bir sifətli, birrəng görmüşəm!
Ləşkərlər
basardın tək bir canınla!
Bircə həmlən ilə, həyəcanınla.
Çox
qəlblər hörərdin az
imkanınla,
Səni
el-obaya gərək görmüşəm
O
dağlardan gedib səndən gedən də;
Hər
şey Dəlidağın: ruh da, bədən də!
Əcdadın,
kimliyin o dağ Vətəndə!
Səni
şimşək kimi zirək görmüşəm!
Sən
fağır deyildin, düzəlt qəddini!
Gətir
göz önünə ulu cəddini!
Dərdə,
möhnətə də tanıt həddini!
Səni fələk
oğlu fələk görmüşəm!
Pələngin
hər halı pələngdir axı:
Ya
ölüsü olsun, ya olsun sağı!
Nərildə,
səs versin göylərin tağı:
Deyim ki,
insanı pələng görmüşəm!
Sumqayıt
28.03.2013.
Kövşən yeri
Həsrətinlə
bu könlüm
Məhəbbət kövşənidir.
Şah
İsmayıl Xətai
Ələsgər
qəlbinə saldın işığı,
Məclislər
zinəti, el yaraşığı,
Əzizliklə
bəslədiyin aşığı
Zəlilliklə intiqama çəkirsən?!
Aşıq Ələsgər
Ot
kökü üstündə bitər! Soyumuzun
bu inancından Haqverdi Talıboğlunun haqqında
yazdığım qoşmanın başı üstünə
ulu cəddinin iki övliya şairinin misralarını bayraq
yerinə sancmağa cəsarət etdim.
Haqverdi, Şah Xətainin simsarıdır; Aşıq Ələsgərin
nəvəsi. Hər iki klassik şairimizin cəfakeş
və layiqli ruh daşıyıcısıdır Haqverdi
Talıboğlu.
Necoldu gördüyüm şəvə
saçların?!
Nə
qalın qar yağıb başına sənin!
Baxışın
qəhərli, saçın tarimar;
Sir-sifət uyuşmur yaşına sənin.
Yalan
ümidlərlə baş qatan dünya;
Gah səpib-göyərdən,
gah kotan dünya;
Yar-yaraşığına
toy tutan dünya,
Barı
qıymayaydı huşuna sənin...
Gün hardan doğacaq?! Əngəllər dimdik...
Buludlar
qan qusur; can çəkir gədik.
Fəhmin
neyləsin ki; iqbalın dönük:
Nə deyək bəxtinə, şansına sənin?!
Sinəndə
Ələsgər bir gur bulaqdı!
Bir ömür bağrında
çağladı-axdı.
Yadında
nə qalıb bu qoca vaxtı?!.
Yanaydım
quruna-yaşına sənin!
Babanın
yolunda şam tək əridin,
Özün
də sənətdə hünərvər idin!
Söz əkib
söz biçən bir rəncbər idin;
Macgəllik elədim xışına sənin.
Dağlar
hay verərdi o gur səsinə:
Mat
qalardım qaya zənguləsinə.
Səni
yamsılayan daş həvəsinə
Qorxardım çıxmağa qarşına sənin.
Doymazdın
bir sazdan, bir zərif atdan;
Uğunub
gedərdin bir zarafatdan;
Bacar
çəmini tap, düşmə urvatdan!..
Nə deyim ki, gəlsin xoşuna sənin?!
Bir zaman ikiydik, bir bütöv olduq.
Bir ocaqda
yanan bir kösöv olduq!
Şeirdə-sənətdə
dəlisov olduq:
Sidq ilə baş qoydum daşına sənin.
Bəxtiyar
olarsan! Virdim həmişə
Dərdinlə
kökləndi dərdim həmişə
Başını buludda gördüm
həmişə;
Bircə yol çatmadım tuşuna sənin.
Onda ki:
bağrına basardın sazı,
Hər kəs məclisindən qalardı razı.
Şirin
avazında Cənnət havası:
Hurilər-pərilər
aşina sənin!
Ərənlər
məskəni Göyçə elində
Kimlər gül açmadı sənin dilində?!
Ağlar
Koroğlun da, Göyçəgülün də
Hopub torpağına, daşına sənin.
İsmidə
Haqverdi Talıboğluydun;
Haqqa köklənmişdin, Haqqın quluydun.
Ahıllığında
belə dəli-doluydun:
Kimsə
çıxammazdı döşünə sənin!
Səsin
gah qırılır, gah məşum olur,
Güllərin soluxub gah həşəm olur.
Huşun
dağıldıqca alnın şum olur;
Baxıram düyülən qaşına sənin.
Andıqca
yanıram bu halətinə;
Getdikcə
sərtləşən qiyamətinə...
İndi kimlər gəlir ziyarətinə?
Dostların
bənzərdi qoşuna sənin...
Sənlə
sınaşmağa el düzülərdi;
Sıxdığın əllərdən qan süzülərdi.
Dost
xoşhal olardı, yad üzülərdi;
Nə qaldı, ay fağır, qışına sənin?!
Nakam
arzuların ulduzlar sanda;
Hər
biri çırpınır: əllər yaxanda...
Bir ulu
qüdrət var: yetişər sonda:
Dözməz fəryadına, yaşına sənin.
Dağ
ömrü yaşadı dədən Ələsgər!
Yaşa,
ay Haqverdi, öz baban qədər!
İksir
tapsan, bir az Məmmədə göndər;
Qardaşın
olmadım boşuna sənin!
Sumqayıt
28.01.2013.
Hələ də
Qubadlı həsrətlilərindən Yusif
Şahsuvaroğlu ilə Qubaya gedirdik. Yolda atüstü
olaraq Gədik kəndinə baş çəkəsi olduq.
Kəndin üst tərəfindən uzaqlarda
görünən silsilə dağlar yadımıza doğma
yerlərimizi salırdı.
Yusif
çox böyük vəcd ilə birdən:
Dağların başında qar var hələ də deyib
kövrəldi.
Səfər
dostum özü də bilmədən dipdiri bir misra söyləmişdi:
Dağların başında qar var hələ də.
Bu qoşmanı o hazır misra yazdırdı mənə.
Darıxma,
bənövşəm, yaza çox qalıb;
Dağların başında qar var hələ də.
Hələ
kol dibinə yolun bağlıdı,
Yamacda uçqun var, tar var hələ də.
Dərdim
dağa döndü, möhtəşəm oldu;
Unutdum nəşəni,
yas peşəm oldu...
Qönçələr
bürüşdü, gül həşəm oldu;
Butasız kollarda xar var hələ də.
Qol-qanad
açardın yaz havasında;
Nazla uçunardın saz havasında.
Mövsümlər
qalmadı öz havasında;
Səhərin gözündə tor var hələ də.
Yarpaq kimi
titrər könlüm sarayı,
Düşən
hər kərpicdə ömrün harayı...
Mən
dilə tutsam da həftəni, ayı;
Dilimin ucunda yar var hələ də.
Sən qəmxar
yarandın Məmməd Aslana;
Mən
deyim dərdimi, sən bir-bir sana.
Görək
necə çatır bu nağıl sona;
Ümid boğçamızda nar var hələ də.
Bakı.
09.02.2013.
Bahar cilvəsi
Bahar nə cilvədə, nə nazda gəlir?!
Onu kol dibində bənövşədən sor.
Bulaqlar
başında yarışa çıxan
Gözlərdə qaynaşan nur-nəşədən
sor.
Gülşənə
naz satır laləyanaqlar;
Çayların
səsinə quş qanad saxlar;
Necə cuşə gəlib keyvir bulaqlar?!
Təzə yaşıllaşan o meşədən sor.
Bulaq
dediyimiz abi-həyatmış!
Coşub-çağladıqca
aləm yaratmış!
Pərilər
əliylə sığala yatmış,
Ətirlə yoğrulmuş bir guşədən sor.
Bu həmən
gülzardı yuxuma girən;
Çiçək
pərən-pərən, gül pərən-pərən...
Qayadan dikələn Şirinmi görən?!
Görsən
Fərhad susdu, bir tişədən sor!..
Zirvədən
süzülən çeşmələr baldı!
Gözəllər axışdı, səhənglər
doldu.
Bahar hansı dağda Cənnəti buldu?!
Həm Kəlbəcərdən
sor, həm Şişədən sor!..
Bir quru cəsəddir
Vətənsiz insan;
Vətənsiz nə bahar, nə Məmməd Aslan?!
Bənövşəsiz
qalan, nərgizsiz qalan
Bağrıma
od salan əndişədən sor.
Bakı
26.03.2013.
Behcətabad
məhşəri
Ulduz
sayaraq gözləmişəm
hər gecə,
yarı.Gec gəlmədədir yar,
yenə
olmuş gecə yarı...
Şəhriyar
Behcətabad
Şəhriyara
Sehrli
dastan o gecə:
Ya sovrular
heçliklərə;
Ya çıxar yasdan o gecə.
Axıb
doldu nəhrə sitəm,
Həm qəzəbə,
qəhrə sitəm;
Dərd
tağ atıb; bəhrə sitəm:
Birə-min bostan o gecə.
Dan sökülür, gəlməzmi yar?!
Bu, nə sevda; bu, nə qərar?!
Ləhzələr
ötür biqərar...
Yoğrulmuş nəsdən o gecə.
Nə
varlıq var, nə yoxluq var;
Nə
kişvər var, nə şahlıq var;
Tək
Allaha pənahlıq var,
Əl üzüb dostdan o gecə.
Nə məna
var; nə məntiq var;
Bir divanə
romantik var:
Dərd-qəm
yığır o antikvar;
Eşqi dəbistan o gecə.
Bir
dönük var, bir də talib;
Talib təslim,
dönük qalib...
Mələklər
də heyran qalıb,
Baxırdı üstdən o gecə.
Göyə
zilləmiş gözünü,
Saydı göyün ulduzunu.
Çaşdırmadı
ulduz onu;
Göz vurdu məstanə gecə.
Çırpınır
Şəhriyar huşda,
Qərar
tutmur ağıl başda...
Budağa
qonmuş bir quş da
İnləyir pəsdən o gecə.
Cükküldəyir
aram-aram:
- Quş
yuxuma qatdın haram...
Tək
deyilsən, mən də varam
Dillənir qəsdən o gecə.
Ruhumuza
bir aynadı!
Bulaq eşdi, söz qaynadı.
Fələklə
şətrənc oynadı
Çıxmadı marsdan o gecə.
Bu, nə meydan, bu, nə məcra?!
Dörd
yanım Vamiqü-Əsra...
Çiçək
yağdı misra-misra;
Könlüm gülüstan o gecə.
Bu eşq
deyil, başqa sirdi!
Qanatmadan baş kəsirdi.
Həm bu
aləm daş kəsildi;
Həm Məmməd Aslan o gecə.
Bakı
14.03.2013.
Təskinlik
Cavan qələmdaşlarımızdan birisi görkəmli
şair Əjdər Ola qarşı mətbuatda Əjdər hələ
gedib Əjdər olsun deyə toxunaqlı yazı
yazmışdı.
Saz ilə,
söz ilə qəlbini ovut,
Arıya
sirdaş ol bal deyə-deyə.
Ar-namusdan
özgə hər şeyi unut;
Dağlarda iz axtar, el deyə-deyə.
Allah sənə
canı ilk əvvəl verib;
Bir kamil
baş verib, iki əl verib;
Coşqun
ilham verib, xoş əməl verib;
Nur dalınca yollan, gəl deyə-deyə.
Qaş-qabaq sallayıb, nə dərd elərsən?!
Qəzəblə
diləsən, hədər dilərsən!
Torpağı
yoğursan, comərd elərsən;
Şoran
gülşən olar: gül deyə-deyə.
İnsan
xaliqinin xas xilqətidir!
Rəbi nə
buyursa, əmrə qətidir!
Bəxti
razı salmaq ər qeyrətidir!
Əjdər,
Əjdər Oldu: Ol! deyə-deyə.
Bakı.
13.02.2013.
Dünyada
Ürəyin
sevəsi, gözün görəsi
Fərli şey qalmadı daha dünyada.
Ömrün
nəşəsini hələ dadmamış
Öyrəşdik amana-aha dünyada.
Kaşənələr
qurduq dağlar başında,
Qalıb tarixlərin daş yaddaşında.
Bir əmin-amanlıq
axtarışında
Möhnətə tutdurduq yaxa dünyada.
Haqdan
verilmişkən hər nemətimiz,
Bilmədik qismətin qiymətini biz.
Acizlik
göründü mərhəmətimiz:
Rahat tikə olduq naxa dünyada.
Üz
tutduq dünyaya, düşdük oyuna;
Qane olan azdı Haqqın payına.
Namərd
çörəyinə, namərd suyuna
Suyulan
tuş gəlsin oxa dünyada!
Namərd
üzükməyə bəndi-bərənə!
Minnətli
abadan qalsın viranə!
Allahın
mülkünə gözün dirənə:
Çeşmələr
çağlaya, axa dünyada!
Acgözlüklə
sorar toxlar acları:
Dən kimi üyüdər yalavacları.
Vara bar bəsləyər
darağacları;
Var olan möhtacdı yoxa dünyada.
Şeytanın
qəhməri, nəfsin donqarı,
Həzm
edə bilməzsən bu gur bazarı!
Son nəfəsdən
əvvəl bir dəfə barı
Haramdan
ağzını yıxa dünyada!
Mənəvi
dəyərlər birər urvatdı!
O Günəş nurundan bizə nə çatdı?!
Hatəm
səxalılar Ay kimi batdı;
Gözləmə
kimsədən səxa dünyada!
Nala-mıxa
döydü bu qoşman yaman;
Sözünü
uzatma, kəs, Məmməd Aslan!
Ye, çuxam, ye! deyib Bəhlul bir zaman;
Hələ
də iş görür çuxa dünyada...
Bakı
08.03.2013.
Kərəm qıl, yarəbbi!..
Xalq
şairi
Zəlimxan
Yaquba
Bir
bağı bəsləyən iki su arxı
Birdən qurusalar, bağ necə yaşar?!
Dəyişə
dünyanın nizamı, nırxı,
Aran necə yaşar, dağ necə yaşar?!
Dənizlər
quruya, çaylar soğula,
Qönçələr
udquna, güllər boğula...
Bulaqlar
can verə, su dağ-dağ ola:
Xəstələr
bir yana, sağ necə yaşar?!
Hər
böyrək bir çeşmə, axarı arxdı,
Altmış
il bu arxlar bir bağa axdı...
Kərəm
qıl, ya Rəbbi, ömrün bu vaxtı
Soğulmuş
bostanda tağ necə yaşar?!
Bakı
19.02.2013
Sözün pərvazı
Yusif Günaydının 525-ci qəzetdə dərc
olunmuş silsilə şeirləri ilə onu yenidən
tanıdım.
Şairimiz xaneyi-mübarək!
Qələminə
heyranlığımı aşağıdakı
misralarımla bildirmək istədim:
Buludlar
sıyrılıb, Gün Aydın olub;
Şahlanmış bir şair boy verib birdən.
Gözəllər
səfinə üz tutub gedib;
Mələklər
səsinə hay verib birdən.
Nə
şahanə gəliş, nə yeriş idi!
Sözün
pərvazıydı; diriliş idi!
Şair nə
karədi; Allah işidi:
Bir aylı-ulduzlu göy verib birdən.
Sözü
sevir bəndə; bəyənir Haqq da!
Söz təzədən doğur bir yoxayoxda.
Sənət
cilasının batdığı vaxtda
Tanrı
öz qeybindən pay verib birdən!
Qəfil
gerçəkləşən nağıllar varmış!
Nağıldan
süzülən ağıllar varmış!
Papaqlar
altında oğullar varmış:
Taykeş
qalmışlara tay verib birdən.
Çağlaya
bilmədin, sus, Məmməd Aslan!
Xam
sözün fəhmini eşit də, uslan!
Gözləmədiyimiz
bir tülək tərlan
Zirvədən qıy alıb, qıy verib birdən.
Bakı,
Əlbəttə ki...
Səhhətini
hifz etməyən
bimar olar, əlbəttə
ki...
M.Ə.Sabir
İstədiyini
danışan istəmədiyi
söz
eşidər.
Türk
inancı
20 Yanvar
metro koğuşunun yaxınlığında
xırda-xuruş satan bir çərənçi
öz ağlı ilə müştəri
çağırırdı:
Hara
baxırsan, a millət, bura gəl! Buynuzlu yumurta satıram, a
millət; sərçə pendiri satıram, qısraq
südü satıram, a millət, qaçma, fürsəti
buraxma!..
Məndən
qaçma, a millət! Belə fürsət ələ
düşməz, a millət!..
Allahına,
Peyğəmbərinə, millətinə və ümumiyyətlə
mənəvi müqəddəsatına belə hərzəvü-hədyan
deyərək meydan sulayan görənəklər, təəssüflər
ki, çoxdur və çoxalır...
Bir sərsəmin
millətinə hədyanı
Danalığından
gələr, əlbəttə ki!
Zatıqırıq,
südü xarab dəyyusun
Zinalığından
gələr, əlbəttə ki!
A millət!.. deməkdən dil-dodaq
qabar;
Qılınca
qurşansa, milləti çapar...
Varlığına
çökmüş üfunət ki, var:
Nəqdi
alığından gələr, əlbəttə ki!
Bir hikmət
duymayıb dünya tamından;
Nə səhərindən
duyub, nə axşamından...
Hinindən,
küzündən, dana damından
Danalığından
gələr, əlbəttə ki!
Qaya
kölgəsində hürən bir köpək
Sağını-solunu dalar quduztək.
Gahdanbir
başına dəyən dəyənək
Fənalığından
gələr, əlbəttə ki!
Yoxmu bir sahibi ipindən çəkə?!
Yava ağzı
çuxur; söz-savı ləkə...
Tanrı
tanımaz gicbəsərin yekə
xanalığından gələr, əlbəttə ki!!!
Bakı, 26.03.2013.
Canlı cənazə
Bu evin
yanından keçmək əzabdı:
Gələn hənirtidə bir dədə inlər.
Könlü
qarət olub, ruhu tapdanıb,
İnlər
gecə-gündüz, hər vədə inlər...
Ona qalan
ancaq bir can qəfəsi;
Bir də
hərdən gəlib-gedən nəfəsi;
Gah quyu
dibində çabalar səsi,
Gah dərdi sürünüb zirvədə inlər.
Bəxtəvər
kişiydi el-obasında;
Xalqın bayramında, elin yasında.
İndi
dura bilmir iddiasında,
Get-gedə
od alar, get-gedə inlər.
Sitəmli
dağları ta aşa bilmir,
Nə
desin zamana, ta yaşa bilmir...
Sınan
qeyrətinə tablaşa bilmir
İnlər, bağrındakı min zədə inlər.
Dartınar,
qıvrılar, zənciri qıra:
Dünya
qəfəsindən bəlkə qurtula!
Əzabdan
rahata bir əncam qıla...
Qarışar ruhunda öd-ödə, inlər.
Dağ-qaya
anlasa, dərd açar adam;
Canında
köz olsa, od saçar adam...
Yüz
gözlü bulaqdı bu naçar adam:
Qəlb inlər, ruh inlər, həm didə inlər.
Bu necə iqbaldı, bu necə cəza?!
Fağır
öz evində canlı cənazə...
Nanəcib
arvada, naxələf qıza
Eyləyib
ömrünü can fəda, inlər.
Məmməd Aslan
525-ci qəzet.-
2013.- 13 aprel.- S.28-29