Novella – hər zaman aktual maraqlı janr kimi

 

Novella – sürətlə inkişaf edib gözlənilməz sonluqla bitən hekayəyə deyilir. Novella – sözünün lüğəvi mənası yeni xəbər deməkdir. Qərb ədəbiyyatında hekayənin mənşəyi antik yunan ədəbiyyatına qədər gedib çıxır. Avropalılar hekayəyə novella deyirlər. Sonu görünməyən hadisələrlə bitən xırda təsvirtəhkiyə əsərlərini avropalılar novella adlandırırlar.

Novella epik növün janrlarından olub, nəsrlə yazılır, hekayənin bir formasıdır. Hekayənin digər şəkillərindən fərqləndirən xüsusiyyət ondakı məzəlilik, hadisənin qeyri-adi sonluqla, gözlənilməz nəticə ilə bitməsidir.

İlk dəfə XIV-XV əsrlərin italyan ədəbiyyatında yaranmağa başlamış novella adi hekayədən süjetinin müəyyən dərəcədə qeyri-adi bir tərzdə qurulması ilə, əks etdirdiyi əhvalatın qəribə, gözlənilməyən bir şəkildə tamamlanması ilə fərqlənir. Dünya ədəbiyyatında novellanın parlaq nümunələrini XIV əsrin məşhur italyan yazıçısı C.Bokaçço özününDekameronəsərində yaradıb. Dekameronxalq arasında yayılmış azad sevgi haqqında şirin novellalardan ibarətdir. Bu əsərdə Bokaçço yüz novelladan istifadə etmişdir. O, novellalarının süjetini İtaliya lətifələrindən götürmüşdür.

Avropada XIV əsrdən novella inkişaf etmiş bu janr Fransada, İngiltərədə, Almaniya İspaniyada İtaliya ədəbi təcrübəsi əsasında formalaşmışdır. Sakkettinin, Coserin Marqarita Navarskayanın novellaları hekayələrin proobrazı kimi yaranmış, geniş yayılmışdır.

Erkən İntibah dövründə Avropada yaranan novellalarda zamanın ziddiyyətləri ötəri göstərilmiş, təhkiyənin əsasında cəmiyyətdən tədric olunan, özünün fərdi aləmini yaşayan bir şəxsiyyət dayanmışdır. Sonralar novellanın yaxşı nümunələrini F.Sakketti, P.Braççolini, M.Bandello, C.Bokaçço, Q.Manni, V.İrvinq, Gi de Mopassan, Novalis başqaları yaratmışlar. Ədəbi inkişafın romantizm mərhələsində bu janrla mənəvi-sosial axtarışlar, psixoloji düşüncə çırpıntılar təsvir olunmuşdur.

Novella XIV-XV əsrlərdə İtaliyadafaset”, Fransadafablo”,  Almaniyadaşavnk”,  Rusiyada “novella” adlanmışdır.

Şərq ədəbiyyatında novellanın əlamətləri hekayələrin mahiyyətinə hopur, hadisələr gözlənilməyən axarda inkişaf edir, final heyrət oyadır, insanı düşüncəyə aparır.

Türk ədibi Səbahəddin Ali novella janrına bir sıra yeni xüsusiyyətlər gətirmişdir. Onun novellalarının çoxunda türk zəhmətkeşlərinin ağır həyatından, məhrumiyyətindən doğan kədərli bir lirizm, faciə ilə dolu səhnələr vardır (“Ayrannovellası s.). Həmçinin, türk ədəbiyyatında Əziz Nesinin novellalarının da dünya şöhrətli novellaların sırasında olduğunu qeyd etmək məqsədəuyğundur.

Ərəb ədəbiyyatında  realist novellanın ilk ən istedadlı yaradıcısı özünü Mopassan Çexovun şagirdi hesab edən misirli Mahmud Teymurdur. Onun davamçısı Əl-MənfələtunininƏl-nəzarət”(Görüşlər”) Əl-əbarat”(“Göz yaşları”) adlı novellalar məcmuəsi çap olunmuşdur.

Ədəbiyyatımızda bir çox yazıçılarımızın yaradıcılığında bir-birindən maraqlı novellalara rast gəlmək mümkündür. Azərbaycan ədəbiyyatında novella janrının baniləri Ə.Haqverdiyev C.Məmmədquluzadə sayıla bilər.  Ə.HaqverdiyevinBomba”, C.MəmmədquluzadəninPoçt qutusu”, “Usta Zeynal”,  Qurbanəli bəyəsərlərini misal göstərmək olar.

Bəzən əsərin adı isə müəyyən bir məsələdən danışılacağına işarə edir, lakin oxucu məzmunu oxuduqda gözləmədiyi bir əhvalatla qarşılaşır. Məsələn, Mir CəlalınBadamın ləzzətiəsərində oxucu əvvəlcə belə qənaətə gəlir ki, əsərdə meyvədən, onun ləzzətindən danışılacaq. Lakin əsəri oxuyanda məlum olur ki, burada danışılan əhvalat qoca bir qadının seçki məntəqəsində çağırılmış iclasda iştirakı ilə əlaqədardır. O, əsl simasını gizlətmiş bir adamı ifşa edir. “Badamın bu ləzzətioxucu üçün gözlənilməz olur.

Yaxud Ə.HaqverdiyevinBombaadlı hekayəsində təsvir olunan hadisəyə diqqət edək. Kərbəlayi Zal uzun müddətdir ki, qorodovoy işləyir işindən zövq aldığı üçün bu vəzifədən çıxıb baqqal dükanı açmaq haqqında arvadının təklifini rədd edir. Lakin pristav bir gün Kərbəlayi Zalı çağırıb, bu vaxta qədər adamlarda silah-tüfəng, bomba tutmadığı üçün ondan narazı olduğunu bildirir, belə getsə onun həmin qulluqda işləməyəcəyini deyir. Pristavın sözlərindən narahat olan  Kərbəlayi Zal gecə yarıdan xeyli keçmiş nalbənd Feyzullanın qapısında bir adamın yedəyində at dayandığını görür. Atın belində çuval, çuvalın içində yumru şeylər var. Kərbəlayi Zal  çuvaldakıların bomba olduğunu zənn edib  pristava xəbər verir. Pristav jandarmlar gəlib usta Feyzullanın evini axtarırlar, lakin heç tapa bilmirlər. Otağın içində çuvalları görən Kərbəlayi ZalVot, vot bomba!”- deyə pristava işarə edir. “Bomba”nın partlamasından qorxan jandarmlardan heç kəs çuvala yaxınlaşa bilmir. Feyzullanın qollarını açırlar, o, çuvalların ağzını açır, çuvaldakı qarpızların hərəsi bir tərəfə diyirlənir. Bu da Kərbəlayi Zalın vəzifəsindən kənara atılması əməkli bir şəxsə çevrilməsi ilə nəticələnir.

Yaxud da C.MəmmədquluzadəninQurbanəli bəyəsəri novellaya misal ola bilər. Burada da hadisələr heç kəsin gözləmədiyi təsəvvür etmədiyi bir nəticə ilə sona çatır. Belə ki, Qurbanəli bəy dəvət etdiyi adamlar ata baxmaq üçün tövləyə girdikdə, Qurbanəli bəyi axıra uzanmış görürlər. Cəlil Məmmədquluzadənin ekspozisiyasında Usta Zeynalınmurdarlanacağı”, işi yarımçıq qoyacağı (“Usta Zeynal”), Qurbanəli bəyin çıxılmaz vəziyyətə düşüb kəfənə bürünməsi (“Qurbanəli bəy”), Novruzəlinin həbs olunacağı (“Poçt qutusu”) gözlənilmir, fikir xəyala gəlmir.

Bir sözlə, novella özündə bu kimi xüsusiyyətləri birləşdirir: Sürətlə inkişaf edib, gözlənilməz sonluqla bitən hekayələrdir; əsasən, nəsrlə yazılır; dünya ədəbiyyatında C.Bokaçço, Azərbaycan ədəbiyyatında Ə.Haqverdiyev, rus ədəbiyyatında A.Çexov, türk ədəbiyyatında Əziz Nesin novella janrının ustaları sayılır; novella janrının ekspozisiyasında baş verən hadisələr sürətlə davam edir, final hissədə isə oxucunu gözləmədiyi bir nəticə qarşılayır, bir növ yumoristik sonluqla bitir.ovella həm uşaqlar, həm böyüklər tərəfindən oxunan bir janrdır. Novella janrında yazılan əsərlər uşaqların dünyagörüşünün formalaşmasında, hadisələrə münasibət bildirməsində çox böyük rol oynayır, böyük əxlaqi-tərbiyəvi əhəmiyyətə malikdir.

 

 

Fərid MURADOV,

Avropa Azərbaycan məktəbinin 9-cu sinif şagirdi

 

525-ci qəzet.- 2013.-16 aprel.- S.8.