Afaq Məsud yaradıcılığı
intermediallıq kontekstində
AZƏRBAYCAN DİLLƏR
UNİVERSİTETİNDƏ TANINMIŞ YAZIÇI İLƏ GÖRÜŞ
KEÇİRİLİB
Aprelin
13-ü Azərbaycan Dillər Universitetində bu ali təhsil
ocağının “Xarici ölkələr ədəbiyyatı”
kafedrası və 2-ci kurs magistrları tərəfindən
yazıçı-dramaturq, əməkdar incəsənət
xadimi, Azərbaycan Tərcümə
Mərkəzinin sədri Afaq Məsudun
yaradıcılığına intermediallıq kontektində həsr
olunmuş tədbir keçirilib.
Tədbiri
giriş sözü ilə açan ADU-nun rektoru, millət vəkili
Səməd Seyidov bildirib ki, yazıçının əsərləri
nə qədər oxunsa da, o əsərlər öz
statuslarını dəyişmir, oxucu kütləsinin hər
zaman diqqət mərkəzində, maraq dairəsində
qalır. Bu baxımdan rektor Afaq Məsudun qeyri-adiliyi,
müasirliyi öz əsərlərində əks etdirən
bir yazıçı olduğunu vurğulayıb. S.Seyidov
dünyanın inkişafını, ümummilli lider Heydər Əliyevin
möhkəmləndirdiyi azərbaycançılığı
özündə hiss etmək istəyən hər kəsə
Azərbaycan ədəbiyyatını yüksək zirvələrə
qaldıran Afaq Məsud yaradıcılığından bəhrələnməyi
tövsiyə edib. O, ADU da tez-tez görkəmli insanların
görüşlərinin təşkil olunduğunu
xatırladaraq qeyd edib ki, bu gün Afaq Məsudu universitetdə
qonaqlamaqdan olduqca məmnunluq hissi keçirirlər.
Tədbirin
təşkilatçısı, “Xarici ölkələr ədəbiyyatı”
kafedrasının müdiri, professor Svetlana Cəbrayılova
Afaq Məsud yaradıcılığının bu
günümüzü dərindən əks etdirdiyini və gənc
nəslin artıq onu klassik kimi qəbul etdiyini söyləyib.
Kafedra müdiri qeyd edib ki, zamanından və məkanından
asılı olmayaraq ədəbiyyatda öz dövrünü
qabaqlayan şəxsiyyətlər olub: “Afaq Məsudun ədəbi
irsini Frans Kafka və Qabriel Qarsia Markesə bənzədənlər
az deyil. Ancaq biz onu heç kimə bənzətmək və
müqayisə etmək istəməzdik. Çünki Afaq
xanım öz yaradıcılığında orijinal dəsti-xəttə
sahib olan yaradıcı insandır”.
Filologiya
və jurnalistika fakültəsinin magistratura pilləsinin
216-cı qrup tələbəsi Nigar Rəsulova “Afaq Məsud
yaradıcılığı intermediallıq kontekstində”
mövzusunda çıxış edib. Tələbə Afaq Məsud
yaradıcılığının daima zənginləşdiyini
vurğulayıb və fikrinin təsdiqi kimi onun teatra son
dövrdə “Qatarın altına atılan qadın”, “Kərbəla”
kimi mövzu baxımından tamamilə fərqli iki pyes təqdim
etdiyini xatırladıb. N.Rəsulova qeyd edib ki,
yazıçının əsərlərini postmodernizm
kontekstində araşdırarkən onun üslubunda xeyli
intermediallıq elementləri ilə rastlaşmaq
mümkündür.
Həmin
fakültənin magistratura pilləsinin 216-cı qrup tələbəsi
Aytən Şərif “Afaq Məsud və İeronim Bosx ”
mövzusunda məruzə ilə çıxış edib. O,
yazıçının “İzdiham” romanını Niderland rəssamı
İeronim Bosxun rəsm əsərləri ilə bənzətmələrini
təhlil edib. A.Şərif qeyd edib ki, Afaq Məsudun
yaradıcılığı təkcə bir xalqın deyil,
ümumbəşəri aktuallığa və əhəmiyyətə
malikdir. Bu baxımdan o, Avropada A.Məsudun
yaradıcılığına olan dərin marağı qeyd
edib.
Fakültənin magistratura pilləsinin 216-cı qrup tələbəsi Sabina Əyyublu “Afaq Məsud yaradıcılığı və Qərb ədəbiyyatı” mövzusunda olan çıxışında yazıçının bir sıra roman, pyes, tərcümə və məqalələri haqqında danışıb və onların dünya ədəbiyyatı nümunələri ilə təzad və bənzətmələrini təhlil edib. S.Əyyublu qeyd edib ki, A.Məsudun yaradıcılığında intermediallıq elementləri ilə yanaşı, ekspressionizm və sürrealizmi görməmək mümkün deyil. Bu baxımdan o, ispan rəssamı Fransisko Qoya ilə yazıçının əsərlərində paralelliyin olduğunu vurğulayıb. S.Əyyublu ingilis yazıçısı, modernizm ədəbi cərəyanının qurucularından olan Virciniya Vulf ilə Afaq xanımın yaradıcılığındakı bədii nəğməlilik, fəlsəfi yuxu kimi aşkarladığı elementləri də qeyd edib.
Daha sonra Filologiya və Jurnalistika fakültəsinin magistratura pilləsinin 217-ci qrup tələbəsi Mətanət Atakişiyeva “Afaq Məsud dramaturgiyası” haqqında danışıb.
Tədbirin
sonunda Afaq Məsud universitet heyətini
maraqlandıran sualları cavablandırıb. Dünya ədəbiyyatı
ilə bərabər, Azərbaycan
ədəbiyyatını da dərindən öyrənsə
belə yaradıcılıqda, yazı prosesində ədəbiyyatçılığı
qəbul etmədiyini, yalnız özünü, öz hisslərini
qələmə aldığını bildirən Afaq Məsud
bunu xarakter dünyası ilə izah edib.
“Kərbəla”
pyesindən və Roma papasına həsr etdiyi “11 İoann” novellasının
yaranma tarixçəsindən söz açan
yazıçı bu nəsr nümunələrini dini
baxımdan yazmadığını və ilahi bəxt, qismətlə
əlaqəli olduğunu bildirib.
Ceyhun ABASOV
525-ci qəzet.- 2013.- 16 aprel.- S.7.