Yadına mən düşəcəm!
Yenə
sakitlik çöküb,
yenə qaş qaralanda,
Əl-ayaq çəkiləndə yenə tənha qalanda,
Öz-özündən xəbərsiz xəyallara dalanda
Yadına mən düşəcəm.
Sahil boyu... sevənlər hey əl-ələ verəndə,
Kimsə
sevgilisinin saçlarını
hörəndə,
Yenə
başının üstdə
göyqurşağı görəndə
Yadına mən düşəcəm.
Meydanlar
bəzənəndə, bayraqlar
salınanda,
Xonça bəzəmək üçün
bayramlıq alınanda,
Gözləmədiyin anda qapınız çalınanda
Yadına mən düşəcəm.
Kimsə öz eyvanında aynasını siləndə.
Kimsə
divar dalında bəxtəvərcə güləndə,
Kiminsə zümzüməsi qulağına
gələndə
Yadına mən düşəcəm.
Səmtini azan külək pəncərəni
vuranda,
Yüklü xatirələrin düşüncəni
yoranda,
Məhəbbətsiz yaşamaq gözlərinə duranda
Yadına mən düşəcəm.
Evinin hər bucağı mənə dönüb baxanda,
Həsrət səni mənimtək
sinəsinə sıxanda,
Kitabının içindən iki
yonca çıxanda –
Yadına mən düşəcəm.
Məhəbbət uman zaman hər saatdan, hər ildən,
Nəzir
verib bir dua gözləyərkən
səfildən
İtən yadigarlarım tapılacaq
qəfildən –
Yadına mən düşəcəm.
Yadına
gətirəndə ömrün
xoş anlarını,
Cavanlığın, şöhrətin
xoşbəxt zamanlarını,
Sevgi umduqlarını, sevgi umanlarını –
Yadına mən düşəcəm.
Yadına
mən düşəcəm!
Qərib bir axşam
Yenə
axşam düşüb,
qərib bir axşam...
Qərib ürəklərin dolduğu
vaxtdı.
Uzaqdan baxana bu – adi
yaşam,
İçindən çəkənə – bir
qara baxtdı.
Ulduzsuz səmanı bürüyübdü
sis,
Dolmuş gözlərimə görünmür
ay da.
İllərdi gümana aldanırıq
biz:
“Bəlkə bu baharda..., bəlkə bu yayda...”
Əcəl də qürbətə
yol açıb bu il,
Seyrəlib dostların səfi, sırası.
Vallah, qorxduğumuz ölümdən
deyil...
Onsuz da öldürüb Vətən
yarası.
Qorxuruq yad eldə tapşıraq
canı...
Elə qərib
kimi bükülək
ağa.
Bir də görəmməyək
Azərbaycanı...
Gömülək bu ögey, soyuq
torpağa.
Bizləri qorxudan bu acı həsrət
Qışın buzundan da soyuqdu,
sərtdi.
Qərib
həyatımız özümüzə
dərd,
Qərib məzarımız dostlara
dərddi.
...Bir də, sənin dönüklüyün
Ruhu itmiş bədən kimi küçələri
dolaşıram...
Sənsizlikdə
boş yerini doldurmağa alışıram;
Yeni zinət əşyaları...
Təzə paltar...
Evimə
də yeni-yeni şeylər alıb
hər bir yanı süsləyirəm,
yanır par-par.
Gör bir nəylə ürəyimi soyuduram!
Fərqi nədir?
Nə alsam da, nə
tapsam da
Otağıma yenə sənsiz qayıdıram.
O axşamdan
məni tamam dəyişiblər...
Həsrət,
yalan,
...bir də sənin
dönüklüyün –
əlbir
olub ürəyimlə
döyüşüblər.
Məhəbbətin yoxdu daha!
Uduzmuşam!
Və o
axşam
gözümüzə baxa-baxa
arzuları yox eləyib
arxamızca gülüşüblər...
Sənə – dinclik, mənə
– zülüm
bölüşüblər...
Ruhu itmiş bədən kimi
küçələri dolaşıram.
Ölü olub, diri kimi
görünməyə çalışıram.
Öz aramızda
Bizə
yük olmasın dünyanın qəmi,
Hər şeyi
paylaşaq öz aramızda.
Nə sən məni üzmə, nə də mən səni,
Qoymayaq böyüyə
söz aramızda.
Ümid
tərk etməsə bircə an bizi
Ayıra
bilməz ki, bu dövran bizi!
Nə şaxta dondurar, nə hicran bizi,
Bu sevgi olacaq köz aramızda.
Gəl,
ömür taxtını
nurla süsləyək,
Odlu duyğuları
yenə səsləyək.
Bu eşqi körpətək
elə bəsləyək...
Ovudub yatıraq
düz aramızda.
Afaq Şıxlı
525-ci qəzet.- 2013.-18
aprel.- S.7.