Milli Kulinariya
komandası Rusiyada mükafat qazanıb
Rusiyada
keçirilmiş Beynəlxalq kulinariya çempionatında Azərbaycan
Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanov
müstəqil ekspert kimi təmsil olunub.
SalamNews-un
məlumatına görə, o bildirib ki, 4 aşpazdan ibarət
milli komandamız 6 fərdi yarışda və 1 komanda sinfində
mübarizə aparıblar. Rusiya Federasiyasının
Kabardin-Balkar, Dağıstan respublikalarından, Qazaxıstan və
digər ölkələrdən gəlmiş 15
iştirakçı komanda arasında kulinarlarımız
komanda hesabında qalib olub və “Qran-pri” mükafatı
qazanıblar. Fərdi yarışmada isə onlar 1
gümüş, 1 bürünc medala, 2 diploma və Kulinariya Sənəti
Akademiyasında I həftəlik təhsil almaq
üçün sertifikata layiq görülüblər.
Bəxtityar
525-ci qəzet.- 2013.- 17 aprel.- S.6