Tabut şəhər

 

(hekayə)

 

Bura  necə yer-yurd idi?!  Bunu heç cür başa düşə bilmirdi. Çünki  hər yan qaranlıq idi. bu qaranlıqda heç görünmürdü.  Amma hiss edirdi ki, ətrafda hərəkət var. Danışırlar, gülürlər, kimsə kimin üstünə  qışqırır, o  biri   dözməyib  onun cavabını verir... İşıqlı yerdə olduğu kimi, burada da adi bir həyat vardı..  Lakin o, bu həyatdan kənarda idi, onunla yaşamırdı. Bu həyat qaranlıq bir pərdə ilə ondan ayrılmışdı.

Ətrafa  boylandı. Kimisə görmək ,onunla danışmaq, ünsiyyət yaratmaq istədi.

Ey, burda kim var?- deyə səsləndi.

Kiminsə ayaq səsləri eşidildi. O ayaq səsləri yavaş-yavaş ona tərəf gəldi, düz onun bərabərinə  çatıb dayandı:

Sənə kim lazımdır burada neyləyirsən?

Sual ona  çox qəribə göründü birdən-birə  o suala cavab verə bilmədi,başladı kəkələməyə:

,mə, mə-nə  heç kim lazım deyil. doğrudan mən burda neyləyirəm?

Bunu sən bilmirsənsə mən haradan bilim?- Üzünü görmədiyi adam ondan soruşdu.-Yaxşı, de görüm sən haradan gəlmisən,işin,peşən nədir?

Mən,mən...- Yenə kəkələməyə başladı.Gəldiyi yeri, peşəsini xatırlamağa çalışdı. illah elədisə yadına düşmədi.Üzünü görmədiyi adam onun köməyinə çatdı.-Heç narahat olma,  bu  şəhərə  gələndə  hamımız  sənin kimi olmuşuq. Əvvəl qaranlıqda heç görməmişik.  Sonra qaranlığa alışmışıq... İşıqlı yerdə necə  görürdüksə indi eləcə    görürük.  Bir qədər döz, sən bizim kimi olacaqsan.

Qardaş,de görüm bura haradı? Niyə bura qaranlıqdı? Bir ki, mən bura yaşamaq üçün gəlməmişəm. Niyə gəldiyimi bilmirəm.

Hamımız  bura  gələndə  sənin kimi deyirdik.Amma bir müddətdən sonra bura elə alışdıq ki, indi  heç yerə getmək istəmirik. Bu tabut  şəhəri  bizim üçü dünyanın ən yaxşı yeridi.Öldürsələr buradan gedən deyilik.

Tabut  şəhəri?-Qorxa-qorxa dilləndi.-Tabut şəhəri?

, bura Tabut şəhəridir. Burada yaşayan  adamlar elə  burada da ölürlər. Bax elə burada , bu şəhərdə. Harada öldü, orada da basdırırlar. Daha tabut-zad lazım olmur onları aparmağa...

Deməli, mən burda qalmalıyam,elə burdaca ölməliyəm,hə? Yox,yox! Mənə göstərdiyiniz  mərhəmətə görə  sağ olun.Necə olur olsun  mən burdan- bu Tabut  şəhərindən  çıxmalıyam.

–Biz əvvəl sənin kimi deyirdik. Amma sonra yavaş-yavaş bu yerin qanun-qaydalarına alışdıq. Bir ki, alışmayıb neyləyəcəkdik? Çarəsiz idik , bu yerdən çıxmaq  heç cür  mümkün deyil. Bax  görürsən  o dağları ?  Buranı üzük qaşı kimi əhatəyə alıblar ,qala divarlarını aşmaq olar,amma o dağları aşmaq olmaz. Heç quşlar da o dağları  uçub keçə bilmirlər. İndi sən o dağları  görmürsən. Bir azdan gözün qaranlığa alışacaq sən o dağları görəcəksən. Onda dediklərimin yalan olmadığına inanacaqsan...

Heç o bir azı da gözləmək lazım gəlmədi. Ətrafı görməyə başladı. Doğrudan da dağlar şəhəri üzük qaşı kimi əhatəyə almışdı. Bu dağların  haça olanı da vardı, şiş zirvəsi olanı da. bu dağlar ona adi dağlar kimi gəldi,ürəyindəki qorxu  silinib getdi. İçərisindəki  evlərə nəzər saldı, adi evlər idi, əsasən beş mərtəbədən ibarət idilər Amma evlərin  arasına baxanda  onu vahimə basdı.Küçələrin kənarlarında, xiyabanlarda addımbaşı  qəbir vardı. Maraqlı orası idi ki, bu qəbirlər sıra ilə düzülmüşdü, hamısına da eyni başdaşı qoyulmuşdu. O qəbirlərin arasından  adamlar rahatca  keçib gedirdilər, heç nəyə əhəmiyyət vermirdilər.

Bu şəhərin qəribəliyindən biri o idi ki, adamlar kimi maşınlar da qaranlıqda ora-bura şütüyürdü... Fənərləri olsa da yandırmırdılar.  O fənərlər  eynilə çıxarılmış göz yerlərinə oxşayırdılar.

nədənsə bu Tabut şəhərdə  heç olmasa bir zərrə  işıq görmək istədi. Qəribə olsa da  o saat  dağların  üstündə bir işıq zolağı göründü. Bu işıq zolağı dağların  başından o tərəfə uzanıb getdi. Deməli, o işıq zolağından o tərəfə həmişə xəyalında yaşatdığı  ağappaq işıq  içində üzən bir dünya var. O quş kimi  qanad çalıb  işıq zolağına yaxınlaşdı. , indicə  bu işıq zolağının  üstündən uçub keçəcək, o ağappaq işığa bələnmiş dünyaya düşəcəkdir...

–A kişi, bu qədər yatmaq olar ? Dur, məhəllənin yuxarı başında  molla əzan verir, kimsə rəhmətə gedib. Bir ora baş  çək,bir azdan mən ora gələrəm. –Arvadı onu yuxudan oyatdı.  

...Qəbirlər cərgə ilə düzülmüşdü. həmin cərgə ilə düzülən qəbirlərin yanında  təzəcə  qazılmış  qəbrin yanında   yerə qoyulmuş tabutun  baş tərəfində   mollaYasinsurəsini oxuyurdu. Hamı diqqət kəsilib  onun dediyi kəlmələrə qulaq asırdı.  O bu kəlmələrə qulaq asa-asa  sıra ilə düzülən qəbirlərə diqqətlə  baxdı.Və birdən səhərə yaxın  yuxuda gördüyü  qəbirlər gəlib gözünün qarşısında  dayandı.

Onu heyrət bürüdü.  Çünki bu qəbirlər yuxuda gördüyü qəbirlərin eyni idi. Başını qaldırıb ətrafa baxdı. Dağlar da yuxuda gördüyü dağlar idi. Haça olanları da vardı,şiş uclu olanları da... Onların üstündə işıq zolağı görmək istədi. O işıq zolağını ki, dağların bu başından başlayıb  o  biri tərəfə-ağappaq  işığa bələnmiş  dünyaya  uzanıb gedirdi.  Birdən yuxuda gördüyü   işıq zolağı  o dağların başında göründü. Heyrət içində donub qaldı. Bu vaxt molla yasini oxuyub qurtardı dedi:

Cənazəni qəbrə endirin.

Camaat hərəkətə gəldi. O da işıq zolağının cazibəsindən ayrılıb  adamlara qoşuldu. Cənazənin   tabutdan götürülməsinə kömək elədi. Cənazə  ehmalca qəbrə qoyuldu.

...Mərhum  torpağa tapşırıldı camaat  qəbiristanlıqdan çıxmağa başladı.  Bu vaxt o özündən asılı olmadan   yenə ətrafdakı dağlara baxdı.  İşıq  zolağı bir qədər  əvvəlki kimi  dağların başında idi. Dağların bu başından   o biri tərəfə uzanıb gedirdi...

Nədənsə ondan başqa  heç kim dağların başındakı o işıq zolağına fikir vermədi...

 

 

Bayram İsgəndərli

 

525-ci qəzet.- 2013.- 19 aprel.- S.8.