Şükür
Yazıb
qismətini Allah hərənin ,
Necə
ki, ölümdən bəri var, şükür.
Kimə
nə dərdindən, vallah, hərənin
Çəkməyə
öz dərdi , səri var şükür.
Qəlbin
kövrəlməsin, gözün dolmasın,
Qanın
qaralmasın, rəngin solmasın,
Səninçün darıxan olmur – olmasın,
Sənin darıxdığın biri
var, şükür.
Ölçün içindədi, biçin
içində,
Ha yansın, qovrulsun için içində.
Ölsün, ümidlərin ölsün
içində ,
Şükr elə sabaha diri var, şükür.
Doymayan gözündən taxtın,
tacların
Axı nə fərqi var qarnı acların?
Baş alıb əlindən ehtiyacların,
Qaçıb qurtarmağın yeri var – şükür.
Yükdü
“Nə gəlir , Tanrıdan gəlir” , deyirlər,
Çək də, cəfasına qatlan da, yükdü.
Qardaş
eləməyin şəri
xeyirlə,
Gecəni gündüzə qatman da yükdü.
Vaxtı
keçirirsən yarışda
kimi ,
Savaşı, döyüşü barışda
kimi.
Qat dərdi önünə qarışqa kimi,
Qulpundan yapışıb dartanda, yükdü.
Çək də hər gözəlin nazı gözəldi,
Ən gözəl
özündən razı
gözəldi.
Gözəldi ömrün də
azı gözəldi,
Yaş üstə yaş gəlib ,
artanda yükdü.
Axı , dərdmi bunlar, kədərmi bunlar,
Açılıb başından gedərmi bunlar?
Çəkə biləcəyin qədərmi
bunlar,
Allahım , arığa
batman da yükdü.
Yoxam
Adamam , adamdı haram,
Var kimi görünən yoxam.
Beş günlük ömürnən
varam,
Beş qarış
gorunan yoxam.
Kimə
əzizlənib gəzən,
Kimindən gizlənib gəzən,
Bəzənib, süslənib gəzən,
Bəslənən , qorunan yoxam.
İşim yox haqsız davaynan,
Keçinnəm suynan, havaynan.
Ağzı yava oğlu yavaynan,
Zor oğlu
zorunan yoxam.
Bu yük ,
bu şələ bir yana,
Çəksin də hərə
bir yanan...
Bu tor, bu tələ bir yana,
Çəpiknən, xorunan yoxam.
Eşq adlı meydən gəlmişəm,
Bilmişəm meydan, gəlmişəm
Mən elə göydən gəlmişəm,
Mən belə
yerinən yoxam.
Ola
Əkməyə bağçan – bağın,
Biçməyə zəmin ola.
Batmağa dəryan hazır,
Üzməyə gəmin ola.
Bütövdümü, kəmdimi
Səninlə həmdəmdimi.
Bu gələn ilk qəmdimi,
Sonuncu qəmin ola?
Son olar sondan savay,
Beş arşın
dondan savay.
Bir də O... Ondan savay
Kimin var, kimin ola?
Tuturam
Mən sözə sürgünəm,
sürgün, beləcə
Sözlə oynayıram, əza tuturam.
Dəli
könlümü də
hər gün beləcə,
Dilə tutmuram ki, sözə
tuturam.
Udduğum hava qəm, içdiyim su qəm,
Bu sonsuz göylərdi,
mən tənha qu, qəm.
Sən qoyub gedəndi bu kədər , bu qəm,
Mən onu hələ də təzə tuturam.
Yaşayıb əllilər, yüzlər
içində,
Ölürəm düz oğlu, düzlər içində.
Üzü üzlər görən
üzlər içində
Abrımı, həyamı üzə tuturam.
Bir az seçilmir
ki, halı halımdan,
Canı canımdandı, qanı qanımdan.
Qoymuram səssizcə ötə yanımdan,
Sovuşa başımdan qəza, tuturam.
Gözəl, oyun açdın
gözəl başıma,
İlkin başımayam, əzəl
başıma.
Gündə dörd dolanır
əcəl başıma,
Özümü hələ ki, naza tuturam.
Bilmişəm
Dünya,
zavalını bulub gedirəm,
Nəyi bilmişəmsə, boşa
bilmişəm.
Helmindən ikimi alıb gedirəm,
Çox da ki, elmini
beşə bilmişəm.
Elə keçmişəm ki, bu yol, bu
səki,
Məndən inciməsin , küsməsin təki.
Düşüb də sehrinə,
kölgəsindəki
Beş – altı
ağacı meşə
bilmişəm.
Ən gözəl sözü də öpüləndə
yox,
Şabaş tək başlara
səpiləndə yox,
Zornan gözlərimə təpiləndə
yox,
Yatanda sinəyə, döşə , bilmişəm.
Keçib vaxtdan keçən,
vədədən keçən
Anadan doğulan,
dədədən keçən.
Ağıldan keçən yox,
mədədən keçən
Ən kəsə
yol imiş başa, bilmişəm.
Bu tordan, tələdən, qarmaqdan belə,
Dərs aldım saralan yarpaqdan belə.
Nədən yapışmışam torpaqdan belə,
Nədən sığınmışam daşa, bilmişəm...
Gedək özümüzə bir gün ağlayaq...
Gedək
özümüzə bir
gün ağlayaq
Bu qədər yaşadıq , həvəsdi, bəsdi,
Burdaca bağlansın
bu kitab, gedək.
Zamanmı gecikdi, bizmi tələsdik,
Nə fərqi,
çəkilsin haqq- hesab, gedək.
Daha nə işimiz bir başqasınnan
Mənim gördüyümü sən
görmədinmi?
Öyrənib bir qara qarışqasınnan,
Necə ürətilir dən görmədinmi?
Gedək
özümüzlə qalaq
baş- başa,
Qurtarsın, bitsin bu sürgün,
ağlayaq.
Burda yiyə durmur qardaş-qardaşa,
Gedək özümüzə bir gün ağlayaq.
Hər günü əhləddi başa toxunan,
Şərin gur yeridi, şölən
yeridi.
Bura arzuların daşa toxunan,
Bura ümidlərin
ölən yeridi.
Namərd
körpüsüdü hər
addım başı,
Qoy alıb
aparsın sel bizi, gedək.
Sındırdım ürəyi, ucaltdım
başı,
Dedim, qınamasın el bizi, gedək.
Hələ ki, cavandı işğalın yaşı,
Hələ göyərməyib sinədə
dağlar.
Tutub yaxamızdan bir gün, qardaşım,
Şuşanı bizlərdən soruşacaqlar...
Gəl də bu çarəsiz
gecədən çıxıb,
Gəl də bu ümidsiz sabahdan gedək.
Deyirsən, nə çıxır,
gecədən çıxır,
Nə olar, lap
elə sabahdan gedək.
Gedək
özümüzlə qalaq
baş-başa,
Qurtarsın, bitsin bu sürgün,
ağlayaq.
Nə sülhə meydan var, nə də
savaşa,
Gedək
özümüzə bir
gün ağlayaq...
Adamı
Necə
qələm çəkib , gör qələm
çəkən,
Adam heyran edib, heyran, adamı.
Elə ustasından, yaradanından,
Baxıb öyrənsinlər deynən
adamı.
Gör necə sığala, darağa çəkib,
Nur da öz nurudu yanağa çəkib.
Halalnan,
haramnan sınağa çəkib,
Yoxlayıb şərbətnən, meynən
adamı.
Boşu
boş, dolunu dolu yaradan,
Ədəbi, ərkanı, yolu yaradan.
Deyirəm bəlkə də,
Ulu Yaradan,
Özünə bənzədib eynən
adamı
?...
Yoğrul
torpaq ilə, bərki daş ilə,
Oxşan da, sevil də
gözlə-qaş ilə.
Belə
ayırmazlar əyin-baş
ilə,
Seçməzlər maşınnan, öynən
adamı.
Bu kimdi təriflər yağır başına,
Alın tərifləri çaxın
başına.
Belə
qaldırmazlar dağın
başına,
Belə
gəzdirməzlər göynən
adamı...
Nəyini
ötürdün, tutdun
nəsindən,
Bu dünya çoxdumu
son nəfəsindən?
Bu boyda adamlıq mərtəbəsindən,
Gör nəynən salırlar, nəynən adamı?...
İçimə
Mənə dos-doğmadı bu
kədər, bu qəm,
Qənim kəsilmişəm müdam
içimə.
Elə
divan tutub, zülm eyləmişəm,
Elə bil ögeyəm, yadam içimə.
Bu dünya boşalıb gedəndən bəri,
Gözümü yaş alıb gedəndən bəri,
Alanı
baş alıb gedəndən bəri,
Bir batman yük
olub qadam içimə.
Soyuqdu, bumbuzdu varlığı, neynim,
Asılıb yaxamdan yarlığı,
neynim,
Bitib, tükənmədi darlığı,
neynim,
Neynim, bənzəmədi
bu dam içimə.
Hələ Qarabağım, gözüm,
qaradı,
Qaradı, bu çarə, çözüm qaradı.
Hələ ki, yanında üzüm qaradı,
Nə üzlə çıxıram
adam içinə?...
Gələndi
Kimdi ki, nədi ki,
adam deyilən,
Vardan çıxıb
gedən, yoxdan gələndi.
Nəyin
seviləndi, nəyin öyülən,
Nəyin var taledən, baxtdan gələndi.
Saçında bu qırov, dən qazandığın,
Üstümdə bu duman , çən qazandığın.
Günahlar, savablar sən qazandığın,
Hökmlər zamandan, vaxtdan gələndi.
Al da qadasını elə bu dərdin,
Qoyma səsi
çıxa çölə
bu dərdin.
Çiçəyi burnunda hələ bu dərdin,
Bu qozbel, qartımış
çoxdan gələndi.
Bu köhnə atandan, anandan gələn,
Bu təzə dos-doğma
balandan gələn.
Üzün qırmızısı yalandan gələn,
Sözün qırmızısı haqdan
gələndi.
Daha ölç, daha biç dilindən çıxar,
Çıxsa sənin deyil dilindən çıxan.
Yaydan çıxıb gedir əlindən çıxan,
Qarşına gələnlər oxdan
gələndi...
İlkimiz bir, sonumuz bir...
İlkimiz bir, sonumuz bir,
Nə fərqi nə gözləndisə...
Beş arşınlıq donumuz bir,
Kəfənimiz bezdəndisə.
Bu tərəfi dar macaldan,
O tərəfi dar məzardan.
Behişti güllü-gülzardan,
Cəhənnəmi közdəndisə.
Ömür deyən ağ şamdısa,
Əriyəcək dağ, şamdısa.
Axşamımız axşamdısa,
Tezdənimiz tezdəndisə.
Nə suyumuz, nə havamız,
Nə dərdimiz,
nə davamız?
El-obamız, yurd-yuvamız,
Çölləndisə, düzləndisə...
Bu top, topxana deyilən,
Gopmuş, gopxana deyilən.
Ha yap, yapxana deyilən
Bir quruca sözdəndisə.
Keçmə, bu çay dizdən deyil,
Çox dərindi, üzdən deyil.
Zülm
eyləyən bizdən
deyil,
Zülm
eyləməz bizdəndisə...
Kəmaləddin Qədim
525-ci qəzet.- 2013.- 20 aprel.- S.30