“Gözüm,
canım, əfəndim...”- Unudulmaz sevgi şeirləri
PƏRVİNin təqdimatında
... Fikrin kimə aid olması yadımda deyil. Bəlkə də, hansısa əsərdən, kitabdan,
ya filmdən çıxardığım nəticədi.
Sonradan özüm üçün
aforizmə çevirmişəm.
Hələ bir müəllif
də tapmışam buna. Deyəcəksiz
ki, ola
bilməz, heç vaxt belə iş tutmazsız? Hərdən mənə elə gəlir, yüzlərlə atalar sözü və aforizmlərdən nə ataların xəbəri var, nə də
o kəlamların müəlliflərinin:
bunlar, sadəcə, gündəlik həyatın,
oxuduğumuz kitabların,
baxdığımız kinoların
hansı bir məqamdasa bizdə yaratdığı ovqatın
təəssüratıdı.
Sadəcə inandırıcı olsun
deyə (təkcə başqalarına yox, həm də özümüzə) həmin
fikirləri müdriklərin
adına yazmışıq.
...Tərif ən yaxşı tərbiyədir,
deyirlər! Amma kimin üçün?
Axı, tərifdən
başı gicəllənən,
tərbiyəsi pozulan
adamlar da az deyil...
Ona görə, məncə, səmimi tərif kübar, dərin, mənən zəngin insana (müsbət impuls) yaxşı təsir edər... Qalanları heç. Füzuli olan
yerdə, onlardan danışmaq yersizdi.
Eşq filosofunun “Pərişan halin oldum, sormadın hali-pərişanım” misrası
ilə başlanan mürəbbesinin qəribə
bir mistikası var. Əvvəla, şairin gözəl xanıma “Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım...”
– deyə müraciəti
şeirin elə ilk bəndindən coşqu yaradır. Bu xitabların
biri bəs edər ki, insanın
ruhu qanadlansın və üzüyuxarı pərvazlanmağa başlasın.
Amma... Axı, bu, Füzulidi... Qadının bir sözüylə divan yazan
Füzuli! “Məcnundan
füzun aşiqlik istedadı” olan Füzuli. Hə... Elədi! Haqqında danışdığım mürəbbe də məhz böyük aşiqlik istedadına
sahib söz xiridarının
dilindən çıxıb.
Əsərin ilk misralarından gözəl xanımdan gileylənən şair düşdüyü dərdi,
çəkdiyi əzabı
sözün bütün
rəngləri ilə
təsvir edir. Hətta bəzi məqamlarda aşiqə “vəfasız
çərx yayından”
dəyən oxların
yaraları da aydın görünür.
Bütün mürəbbe boyu
isə şair sevdiyini zalımlıqdan əl çəkməyə,
mürüvvət göstərməyə,
aşiqə lütf etməyə, məzlumu incitməməyə çağırır.
Və həmin ifadələr istər-istəməz Qəddar
Qadını təsəvvürə
gətirir. Məncə, Füzuli “gözəl xanımı” zalımlıqda
sadəcə, biganəliyinə
görə qınaya bilərdi.
Lakin ən maraqlısı budu ki, o, şikayətini də əzizləyə-əzizləyə
edir... Sanki Xanımı
sözləri ilə sığallayır. Və elə
bu yolla da tərbiyələndirir. Sevə-sevə,
tərif edərək...
“Sənin tək
nazəninə nazənin
işlər münasibdir...”,
“Səni tərk etməzəm çün
mən, məni sən dəxi tərk etmə!” – deyərək.
... Və indi, həmin
mürəbbeni yenidən,
təkrar-təkrar oxuyanda
düşünürəm ki, “Sevgi adamı
Adam eləyən ən
gözəl duyğudu”
aforizmini ürəklə
Füzulinin adına
yazmaq olar...
Füzuli:
“Sənin tək nazəninə, nazənin işlər münasibdir...”
Pərişan halin oldum, sormadın hali-pərişanım,
Qəmindən dərdə düşdüm,
qılmadın tədbiri-dərmanım,
Nə dersən, ruzigarım böyləmi keçsin, gözəl xanım!
Gözüm, canım, əfəndim,
sevdiyim, dövlətli
sultanım!
Əsiri-dami-eşqin olalı, səndən vəfa görmən,
Səni
hər qanda görsəm, əhli-dərdə
aşina görmən,
Vəfavü aşinalıq tərkini
səndən rəva görmən,
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım.
Dəyər hərdəm vəfasız
çərx yayından
mənə bir ox,
Kimə
şərh eyləyim
kim, möhnətü
ənduhü dərdim
çox,
Sənə qaldı mürüvvət,
səndən özgə
hiç kimsəm yox,
Gözüm, canım, əfəndim,
sevdiyim, dövlətli
sultanım!
Gözümdən dəmbədəm bağrım
əzib yaşım kimi getmə!
Səni
tərk etməzəm
çün mən, məni sən dəxi tərk etmə!
İkən həm zalım
olma, mən kimi məzlumu incitmə!
Gözüm, canım, əfəndim,
sevdiyim, dövlətli
sultanım!
Qatı
könlün nədən
bu zülm ilə bidadə rağibdir,
Gözəllər nisbəti olmaz cəfa, səndən nə vacibdir.
Sənin
tək nazəninə,
nazənin işlər
münasibdir,
Gözüm, canım, əfəndim,
sevdiyim, dövlətli
sultanım!
Nəzər qılmazsan əhli-dərd
gözdən axıdan
seylə,
Yamanlıqdır işin üşşaq ilə, yaxşımıdır
böylə?
Gəl,
allahı sevirsən aşiqə cövr etmə, lütf eylə,
Gözüm, canım, əfəndim,
sevdiyim, dövlətli
sultanım!
Füzuli
şiveyi-ehsanın istər,
bir gədayindir,
Dirildikcə sənin kuyin yolunda xaki-payindir,
Gərək öldür, gərək
qoy, hökm – hökmün, rəy – rəyindir,
Gözüm, canım, əfəndim,
sevdiyim, dövlətli
sultanım!
PƏRVİN
525-ci qəzet.- 2013.- 20 aprel.- S.21.