“Heydər Əliyev və Azərbaycanda
dərslik siyasəti” mövzusunda sərgi
təşkil edilib
Bu gün Milli Kitabxanada Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti” mövzusunda sərgi keçirilib. APA-nın xəbərinə görə, tədbir Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil edilib.
Milli Kitabxananın direktoru Kərim Tahirov tədbirdə çıxışı zamanı deyib ki, dövlət tərəfindən təhsilə, dərsliklərin nəşrinə hər zaman diqqət və qayğı göstərilir. Daha sonra çıxış edən təhsil naziri Misir Mərdanov Azərbaycanda təhsil səviyyəsinin yüksəlməsində yeni və müasir dərsliklərin nəşri ilə bağlı dövlət proqramlarından bəhs edərək təhsilin önəmini vurğulayıb. Nazir qeyd edib ki, istər Heydər Əliyevin hakimiyyəti dövründə, istərsə də prezident İlham Əliyevin rəhbərliyində ölkə təhsili uğurlara imza atıb. Onun sözlərinə görə, bu illər ərzində Azərbaycanda dərslik siyasəti uğurla davam etdirilib və cəmiyyətin inkişafı üçün yararlı olan dərsliklər hazırlanıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu günə kimi davam edən dövlət proqramlarının effektivliyindən bəhs edərək təhsilin və kitabın inkişaf yolundan söz açıb.
Tədbirin sonunda iştirakçılar Milli Kitabxananın təşkil etdiyi geniş kitab sərgisi ilə tanış olublar.
Qarayeva Sevinc
525-ci qəzet.- 2013.- 20 aprel.- S.2.