“Dolu”
filmi Naxçıvan Dövlət Universitetində
Naxçıvan Dövlət Universitetində
Azərbaycan Respublikasının
əməkdar jurnalisti,
Milli Məclisin deputatı, yazıçı
Aqil Abbasın iştirakı ilə onun ssenarisi əsasında çəkilmiş
“Dolu” filminə baxış keçirilib.
Filmin nümayişindən öncə
universitetin rektoru, akademik İsa Həbibbəyli millət vəkili, yazıçı
Aqil Abbasın müasir Azərbaycan tənqidi realist ədəbiyyatının
tanınmış nümayəndələrindən
biri olduğunu vurğulayıb, onun
”Batman qılınc”, ”Ölülər”,
”Çadırda Üzeyir
Hacıbəyov doğula
bilməz” və başqa əsərlərinin
ideya-bədii xüsusiyyətlərindən
bəhs edib. Qeyd olunmuşdur ki, yazıçının
müharibə mövzusunda
yazdığı ”Dolu”
romanının motivləri
əsasında çəkilən
eyniadlı film müharibə
dəhşətlərini, dövrün
ictimai-siyasi proseslərini,
Qarabağ müharibəsindəki
müvəqqəti məğlubiyyətlərin
əsl səbəblərini
açan, gəncliyin
milli rəşadət
və vətənpərvərlik
ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb
edən uğurlu ekran əsəridir. “Dolu” milli kino salnaməmizə müharibə mövzusunda
çəkilən ən
yaxşı filmlərdən
biri kimi daxil olacaq.
Filmin ssenari müəllifi, yazıçı Aqil Abbas pedaqoji kollektivi, tələbələri
salamlayaraq böyük
tarixi şəxsiyyətlərin,
ədəbi simaların,
dünyaşöhrətli siyasi
xadim Heydər Əliyevin dünyaya gəldiyi Naxçıvanda,
buradakı tanınmış
ali təhsil ocağında olmaqdan məmnunluğunu bildirib, universitet rəhbərliyinə
minnətdarlıq edib.
Sonra film nümayiş
olunub. “Azərbaycanfilm”
kinostudiyasının 2012-ci ildə çəkdiyi ”Dolu” filmi
Qarabağ müharibəsində
hər şeyə rəğmən Vətən
uğrunda son damla qanlarına qədər döyüşən Azərbaycan
oğullarının qəhrəmanlıqlarından
bəhs edir. Filmin rejissoru Elxan Cəfərov, operatoru
Nadir Mehdiyev, rəssamı
Rafiq Nəzərov, bəstəkarı Polad Bülbüloğludur. Gərgin
döyüş anları,
qəhrəmanlıq və
şücaət səhnələri
ilə dolu ”Dolu” filmində
istedadlı aktyor heyəti iştirak edir. İnsanda mübarizlik və
döyüşkənlik ruhu,
torpaqlarımızın tezliklə
azad olunacağına,
qələbəyə böyük
inam, milli qürur aşılayan
film böyük maraq və həyəcanla izlənib.
Filmin nümayişindən
sonra Aqil Abbasla görüşən
müəllim və tələbələr öz
təəssüratlarını bölüşüblər, yazıçı
öz kitablarını
onlara hədiyyə edib.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri
525-ci qəzet.-
2013.- 25 aprel.- S.7.