“Özü öz dərdinə
gülümsəməyi öyrənmişdi...”
Kitabları
oxumaqçün yox, doğmalıqdan
sevinmələrini
görməkçün alıram
Elçin
Kitabları
oxumaqçün yox,
onların
çiçəklərtək doğmaca,
Göylərtək
səssizcə nəfəs almalarını,
Hətta
ömründə heç bir kitab oxumayanlara da
Kitablardakı
sevgilərdən də
böyük
sevgiylə baxmalarını,
İnsanlarla
ilahi doğmalıqdan sevinmələrini,
Gülümsəmələrini
görməkçün gətirirəm evə.
Ancaq
hər dəfə gecə işığı
söndürüb yatanda
bütün
körpələrtək qaranlıqda qəmlənir susur
hətta,
deyəsən, bir az da məndən küsür kitablar,
hər
səhər onların könlünü alıram birtəhər,
mən
ən yaxşı şeirlərimi o anda –
məndən
küsmüş kitabların
könlünü
alanda yazmışam.
Adam olmayan adamdan,
qəm olmayan qəmdən incidim,
ancaq kitab olmayan kitabdan heç bir zaman,
mən hər kitabda mənadan
qabaq doğma sözlərin
əyri-üyrü, ancaq doğma duruşunu duyuram,
mənim canımda
da eləcə bir-birinin yanında
bir-birindən doğma
durur o sözlər, o
canlar,
başqa sözlər,
başqa canlar
başqa şəkildə
duranda
başqa dünyaların,
başqa dillərin,
başqa zalımların
olurlar onlar.
VAQİF BAYATLI ODƏR
525-ci qəzet.- 2013.- 27 aprel.- S.16.