Böyük ürək
və qələm sahibi Elçinə
Hər
məbədi öz yerində,
Buta,
Naxış,
Söz
yerində,
Ürəyinin
köz yerində,
Bir
Elçin qayğısı yaşar, –
Haraylara
haray qatar.
Vaqifdən
üz dönən zaman,
Unudanda
son anları.
Öləziyib
sönən zaman
Yolunun
qoca fanarı
Qayəsində
əzm, tutar,
Elçin
həm əl,
işıq
tutar.
Nə
yaxşı ki,
daim yatar
xeyirxahlıq
bərəsinə
Qayğısıyla
fişəng atar
İncik
incə dərəsinə.
Zəmanənin
təklədiyi,
Necə zərbə
həklədiyi
Astanbəyli
dərvişinə, –
Hacı Məhəmmədə
çatar.
VAQİF NƏSİB,
SARIHÜSEYNOĞLU
525-ci qəzet.- 2013.- 27 aprel.- S.16.