Ümid ağacı

 

Görkəmli dövlət xadimi, əsərlərini sevə-sevə oxuduğum, həmişə pənahım bildiyim qüdrətli yazıçı Elçinə

 

Ümid sonda ölür”, deyiblər, ancaq

ümidim ölmədi axı sonda da.

Üzümə bir dəfə gəlmədiqoçaq”,

özgə libasda da, özgə donda da.

 

Hikmətdir nənəmin sözünün canı,

bağrımın başında tufan qoparıb:

Ümidin üstündə bərk oturanın

sonda kürəyini soyuq aparıb”.

 

Adlayıb keçmişəm ümid qışını,

vurub sifətimi ümid bürküsü.

Ümid daşı bilib elçi daşını,

babamın gözündən qaçıb hürküsü...

 

Adama pənahdır Allahın piri,

bəndənin ruhunu saflıq oyadıb.

Susub ələkçinin qıl verənləri,

ümid qapısından peşman qayıdıb.

 

Yuxumu qaçırıb min ağrı-acı,

məni ara yerdə söz salıb işə...

Ürəyimdə bitən qəm ağacının

barsız budağını silkələmişəm.

 

 

AĞACƏFƏR HƏSƏNLİ

 

525-ci qəzet.- 2013.- 27 aprel.- S.16.