Xalq
yazıçısı Elçinə
“Aydınlı gecələr” hekayəsinin
müəllifinə
Yarpaq
bitər yaşıl-yaşıl,
Qonar
budağa quş kimi.
Kimi
baxar naşı-naşı,
Kimi
görər bihuş kimi.
Kimi
ömrün manqalına
Xeyirdən
çır-çırpı atar.
Kimi
şərin tonqalında
Özünü
yandırıb yaxar.
Nəfsi,
qəlbi möhürlüysə
Pislikdən
yorulmaz biri.
Kimi
alçaq könüllüysə
Anlayar
sonsuz Xeyiri.
Su
axdıqca dolar səhəng,
Uşaqla
uçar çərpələng,
Yaşayar
adam, kəpənək
Bütöv bir ömrü hər biri.
Yarpaq qopar sarı-sarı,
Düşər torpağa quş kimi.
Naşı görməz gözəl Yarı,
Aşıq sevər sərxoş kimi
SƏLİM BABULLAOĞLU
525-ci qəzet.- 2013.- 27 aprel.- S.16.