Biri məndən
keçir o sətirlərin...
Görkəmli
yazıçımız,
əziz
Elçin müəllimə
Səni
bir sətirtək yazmış ömrümə,
Həmd
olsun Tanrıya, kəlməsi gözəl!
Zillərəm
gözümü Tanrı əmrinə,
Bəzəyi,
naxışı, ilməsi gözəl.
Salıram yadına bir dar macalı,
Min şükür, uğurla
sınandı baxtım.
O sətrin içindən göyə ucalıb
Tanrıya uzalı əlimi sıxdın.
“And olsun qələmə,
yazdıqlarına”1,
Ulduztək parladır yurdumda səni.
Bir yazar işığı düşür yarına,
Sökülür dan yeri nurundan
sənin.
Bax necə şəfəqlər
göyə sərilir,
Enir sətir-sətir ağ
vərəqlərə.
Biri məndən keçir o sətirlərin,
Qoşur məhrəm-məhrəm al şəfəqlərə.
NƏRİMAN QASIMOĞLU
525-ci qəzet.- 2013.- 27 aprel.- S.16.