Elçinə
İtmiş
ömürlərdən gələn səsləri,
Göyərdib,
iç edib sözə güvəndik.
Danın
dan üzünə salavat bilib,
Ocağa güvəndik, közə
güvəndik.
Sinirlər gərilib Zamanı
tutdu,
Arzular buludu, dumanı tutdu,
İşimiz umudu, gümanı
tutdu,
Gedib çatmadıq
da, ərzə güvəndik.
Can atdıq göylərə,
göy bizi sıxdı,
Çəkildik öymüzə, öy
bizi sıxdı,
Vardıq
içimizə boy bizi
sıxdı,
Vətən, yurd bilib də,
gözə güvəndik.
Sel-çamur əlindən bulaq
incidi,
Naşı ayağından oylar
incidi,
Dəhnəmiz incidi, çaylaq
incidi,
Rəngə, ruha dönmüş irzə güvəndik.
Alın
yazımızda dərdim
ağrıdı,
Gör nə günə qaldıq, mərdim ağrıdı,
Şehə tutulmuş gül
dərdim ağrıdı,
Ömrün baharında küzə güvəndik.
Türkün qalasında yadlar
dolaşdı,
Dolaşıq isimlər, adlar
dolaşdı,
Naxələf ulaşdı, bədlər
ulaşdı,
Təklənib bir cana,
özə güvəndik.
Alma gülüşlərə bənd
olub qaldıq,
Elə binələnib, kənd olub qaldıq,
Elə sərhədlənib, sədd
olub qaldıq,
Kəsik cığırlara, izə
güvəndik.
Kor fələk dünyaya qəm çiçəklədi,
Ürəkdə tel olmuş sim çiçəklədi,
Gümüş şehə tutdu,
nəm çiçəklədi,
Yaxşı ki, inama, düzə
güvəndik.
Hal-əhval almadı nə yoxuş, nə dik,
Qalıb
ətəyində nimdaş
göyərtdik,
Mamıra
tutulmuş boz daş göyərtdik,
Yaşam, taqət bilib dizə güvəndik.
Açılan səhərlər, dan
üzü çəkdi,
Aylı
gecə çəkdi,
gündüzü çəkdi,
Palıdın, çinarın dümdüzü
çəkdi,
Nə yaxşı,
doxsana, yüzə güvəndik.
FƏXRİ MÜSLÜM
525-ci qəzet.- 2013.- 27 aprel.- S.17.