Məhəmməd Əmin Rəsulzadə.
Əsərləri
Araşdırıb toplayanı, ərəb əlifbasından
latın qrafikasına çevirəni, ön sözün
müəllifi, lüğətin tərtibçisi
(1917-aprel
1918)
Transliterasiya
redaktorları:professor Şamil VƏLİYEV, elmi işçi Samir MİRZƏYEV
IV
cild
Böyük
dünya səltənəti-muxtariyyəsi milli hökumətlər
ittifaqı şəklində təsəvvür olunduğu
kibi hazırdakı çox millətli və müxtəlif
ünsürlü mövcud dövlətlər dəxi milli və
məhəlli muxtariyyət əsası üzərinə
qurulu bir federasyon təşkil etməlidir.
Federasyon
nədir? Federasyon ayrı-ayrı muxtariyyətlərin bir araya
gəlib də öz razılıqları ilə vücuda gətirdikləri
müttəfiq bir dövlətdən ibarətdir. Bu müttəfiq
dövlətdə muxtariyyətlərlə mərkəzi
hökumətin vəzifəsi qəti surətdə təyin
olunuyor. Ələlümum qaidədir ki, bu dövlətlərin
qəvaninin əsasında mərkəzi hökumətə aid
məsələlər təşxis olunuyor. Məsələn,
deniliyor ki: hərb elan etmək, sülh bağlamaq,
müdafieyi-vətən məsələsi, yəni yeri və
bəhri qüvayi-əskəriyyə və hərbiyənin təhiyyə
və idarəsi, sövqülceyş nöqteyi-nəzərindən
çəkilməsi lazım olan dəmir yollar, sikkə,
gömrük, xarici ticarət, bəlkə də əmələlərə
dair vəzhi-qəvanın (raboçiye zakonodatelstvo),
ayrı-ayrı muxtariyyətlər arasında çıxa biləcək
ixtilafların həll və ən mühümi
hüquqi-siyasiyyə ilə hüquqi-bəşərin
bütün muxtariyyətlərdə təmini və sair bu
kibi ümumə şamil olan məsələlər hökuməti-mərkəziyyəyə
aid olub federasyon qüvaninin əsasiyyəsində təsrih
olunuyor. Yerdə qalan məsələlər məsələn,
yollar çəkmək, kanallar açmaq, məhəlli
xozyaystvo işləri, idareyi-zabitiyyə, ədliyyə və
mədəniyyə muxtariyyətlərin öz səlahiyyətində
qalıyor ki, bunlarla da kəndi qəvainin əsasiyyələri
üzrə (ki, ümumi qəvainin-əsasiyyə maddələrinə
nəqiz olamazlar) öz məclisləri və öz
qüvveyi-icraiyyələri (yəni hökumətləri)
vasitəsilə idarə olunuyorlar.
Hökumət
təşkilinin məqsədinə böylə bir əsaslı
nöqteyi-nəzər bəsləyərək əsl mətləbə
keçmək istiyoruz. Bu mətləb isə Rusiya şəkli-idarəsi
və Rusiya müsəlmanlarının bu xüsusdakı nəzərləridir.
Şübhəsizdir
ki, Rusiya cümhuriyyəti-ənam (xəlq cümhuriyyəti)
üsulu ilə idarə olunmalıdır. Fəqət
Kamçatkadan tutub Qara dəniz və Arxangelskidən alıb
İrani-zəminə qədər əlbəttə, boyuna
uzanan, dünyanın altıda birini tutub da sayca 170 milyonu
atlayan böyük və müxtəlif millət bir məmləkət
bir mərkəzdən idarə oluna bilərmi? Bu məmləkətdəki
günəş bir tərəfdən çıxıb o biri
tərəfinə çatmadan batıyor. Bir məmləkət
ki, uzunu azı bir ay, eni azı 7 gün dəmir yol səfəri
istiyor, böylə bir məmləkət bir nöqtədən
idarə oluna bilərmi? Əlbəttə yox. Bunu biz degil rus
mütəfəkkirlərindən özləri söyləmişlər,
həm də imdi degil çoxdan söyləmişlərdir.
Şübhəsiz ki, Rusiya ədəmi-mərkəziyyət əsasilə
idarə olunmalıdır. Bunu hətta mərkəziyyət tərəfdarı
olanlar, vase idareyi-məhəliyyə düsturunu qəbul etmək
surətilə etiraf etmiş oluyorlar.
Yuxarıda
ərz etdigim nəzəriyyədən anlarsınız ki, bu ədəmi-mərkəziyyəti
bən muxtariyyətlərdən mütəşəkkil bir
federasiya şəklində təsəvvür ediyoram. Yenə
məlumdur ki, bu muxtariyyətləri milli-məhəlli prinsip
üzərində faidəli buluyoram. Rusiya öylə bir rahət
ev şəklində olmalıdır ki, orada hər millətin
özünə məxsus odası olsun.
Burada
millət nədən ibarətdir məsələsi varid
oluyor. Milləti nə ilə təşxis ediyoruz. Diyorlar ki,
millətin dəlili-təşxisi ancaq fərdi-məlumun
öz daxili idrakıdır. Madam ki, birisi özünü
müəyyən bir kütləyə mənsub hesab ediyor, demək
o millətə mənsubdur. Bu tərifdə bir qədər həqiqət
varsa da, burası şübhəsizdir ki, məzkur idrakın
xarici nişanələri lazımdır. O nişanələr
olmazsa “etirafi-milliyyət” dəxi vaqe olamaz. Bu nişanələr
isə başlıca dil birligi, tarix birligi, adat və ənənat
birligindən ibarətdir.
Diyorlar ki, islamiyyət özü bir millətdir. Diyorlar ki,
islamiyyət xristianlığa rəğmən mütədəyyinlərini
bir millət halına qoyur. Odur ki, hanki
türkdən sorsan nə millətsən, müsəlmanam
diyor. Bu nəzəriyyə
yanlışdır. İnsanlarda hər zaman millət
hissi olmuş və bu hiss cinsiyyətlə bərabər
olmuşdur. Yalnız ibtidai halə yaxın
olduqları zamanlar bu hiss din və məzhəb şəklində
təcəlli etmişdir. Hər bir millətin,
hər bir cinsin öz təbiətinə, öz dərəcəyi-tərəqqisinə,
öz xüsusiyyətinə məxsus bir din vücuda gətirməsi
dəxi bunu isbat edər. İslam da sair
dinlər kibi heç şübhəsiz ki, öz mütədəyyinləri
arasında bir irtibat oyatmışdır. Fəqət
bu irtibati-milliyyət degil, beynəlmiləliyyətdir
(internasioanilzm). Bu beynəlmiləliyyət xristian
qövmləri arasında xristian mədəniyyəti denilən
şeyi vücuda gətirdigi kibi müsəlman millətlərindən
ötrü də şərikli olan islam mədəniyyəti
yaratmışdır. Fəqət bu bütün islam qövmlərini bir millət etmişdir –
demək degildir. Xristian milləti olmadığı
kibi müsəlman milləti də yoxdur. İslam beynəlmiləliyyəti
böyük bir evdir ki, içərisində türk, fars, ərəb və sair millətlərə
məxsus bölmələr vardır. Ümumi evin təmiri,
xaricdən hücuma qarşı müdafiəsi, elektrik tənviratı
və sair cəhətlərə şərik olduqları halda
türk, fars və ərəb millətləri
öz bölmələrində, öz otaqlarında müstəqil
və azaddırlar. Şərik həqqi yoxdur ki, türkün
ev işinə müdaxilə etsin, öylə
də türk fars evinin bəzəginə qarışmaz. Kim nasıl istərsə öz bənligi üzrə
və öz bənliginə müvafiq gördügü kibi
ötəsini bəzər, istirahətini təmin edər.
Əfəndilər,
islam millətləri dəxi mədəni
bir federasyon vücuda gətirməlidirlər. Çünki
bu ən təbii bir ittihad yoludur. İslamın
beynəlmiləliyyətinə daxil olan millətlərin ən
böyügü, ən güclüsü və əsrimizdə
ən müstəid həyatı olan bir millət vardır –
türk milləti. Biz türk-tatar
övladı, o millətlərin balalarıyız. Biz türk oğlu türküz, bununla iftixar edəriz.
Türk mədəniyyəti, türk bənligi vücuda
gətirmək istəriz. Rusiyada bulunan 30
milyonluq müsəlmanlardan qismi-əzəmi təqribən 21
milyonu bu millətə mənsubdur. Türkdür
əsrlərdən bəri cəhalət bəlası, məzhəb
iftiraqı üzündən biri-birindən uzaq düşən,
yalnız biri-birindən degil, kəndiligindən belə
ayrı qalan bu milyonlarda imdi birləşmək meyli var və
bu meyl çox şiddətlidir. Fəqət
qorxmalıdır ki, bəzi süni tədbirlər sayəsində
bu meylə qarşı bir əksüləməl
çıxmasın. Əfəndilər, hər
şey təbiətə buraxılarsa və iqtizai-təbiətlə
o təşəbbüsün tərəqqi və təkamülü
təmin edilərsə faidəli olur. Yoxsa
cəbrlə, xilafi-təbiiyyət olaraq yapılan hər bir əməl
bir əksüləməli mucib olur.
Biz türk-tatar millətləri bir cinsdən türk
oğlu türk olmaqla bərabər inkar etmək olmaz ki,
ayrı-ayrı şivələrə, müxtəlif
xüsusiyyətlərə malikiz. Bu gün
Volqaboyundakı tatarların kəndilərinə məxsus ədəbiyyatları,
mətbuatı, üdəba və şairləri var.
Türküstan cığataycası zəngin bir ədəbiyyata
malikdir. Qazax-qırğızların mətbuatı
da yol almaqdadır. Bunlardan heç biri cəbrə
təslim olub da kəndi xüsusiyyətini fəda etməz və
belədə Azərbaycan türkləri öz dilinə,
öz ədəbiyyatına, öz adətinə əlvida deyəməz.
Bu xüsusiyyətlərin qaldırılması nə gərəkdir,
nə də faidəlidir. Qoy hər kəs
öz yolu ilə təbii surətdə axsın, bu müxtəlif
türk nəhrlərinin axıb da nəhayət töküləcəkləri
yeganə bir dəniz vardır, böyük türk dənizi.
İştə, bunun üçün milli-məhəlli
muxtariyyət əsası nöqteyi-nəzərindən biz, Azərbaycan
ilə Dağıstan, Türküstan,
Qırğızıstan kibi ayrı məhəlli və
xüsusiyyətlərə malik olan türk qövmləri
üçün muxtariyyətlər istiyoruz. Bu muxtariyyətlər
daxildə kəndi işlərini idarə ediyorlar. Bununla bərabər bu muxtariyyətlər
bütün Rusiya türklərindən ötrü
ümumimilli və mədəni işlərini görmək
üçün bir Şurayi-Milli vücuda gətiriyorlar.
Yalnız tarixin işlədigi cinayət nəticəsində
müəyyən bir mühitdən məhrum qalan
qardaşlarımız vardır. Volqa boyu
tatarları ilə Krım tatarları və sairləri bittəbii
bunlardan ötrü milli-məhəlli muxtariyyət istəmək
imkan daxilində görülmüyor. Onun
üçün də onlar üçün ancaq milli muxtariyyət
istənilir. Fəqət unudulmasın ki,
bunlar dəxi digər türklərlə bərabər
Şurayi-Milli təşkilində iştirak ediyorlar.
Müxtəlif
türk qövmlərinin təbii surətdə birləşməsi
isə böylə təsəvvür olunuyor: ibtidai təlim və
xəlq üçün yazılan ədəbiyyat bir məhəllin
öz şivəsində, ana dilində olur. Orta
məktəblərdə ümumi türkcə dərs olaraq oxudulur.
Bəlkə başqa dərslərdən dəxi
o dildə təlim olunuyor. Ali məktəblərdə
isə bütün tədrisat ümumi türkcə üzrə
olur. Bu vasitə ilə heç bir cəbr
və təzyiq görmədən baxarsan ki, arzu olunan
ittihadi-lisan da hasil olur.
Başqa vasitə ilə ittihadi-lisan mümkün
olsaydı velikoruslar müvəffəq olarlardı. Əgər
velikoruslar maloruslara cəbr etməsələr və onları
öz hallarına buraxıb Şevçenkoyu oxumaqdan mən
etməsəydilər Ukrayna teatrosunu qapatmasa idilər heç
şübhəsiz ki, bugünki seperatizm halına gələn
Ukrayna hərəkəti də vaqe olmazdı.
Milli-mədəni işlərin təsviyəsi
üçün bir Şurayi-Milli lazım olduğu kibi
bütün müsəlman millətlərinə məxsus
olmaq üzrə dini-mədəni ehtiyaclara baxmaq
üçün bir də Şurayi-Dini vücuda gətirmək
mümkündür.
İştə, bu surətlə biz türkləşir,
islamlaşır və müasirləşiriz.
Bəzi əsasən bu fikirlə iştirak edənlər
vardır ki, türk qövmlərini özlərini idarəyə
hazır görmədiklərindən hələlik bu fikirdən
vaz keçiyor da mərkəziyyəti mənfəətimizə
daha müvafiq görüyorlar. Əfəndilər, bən
türk milləti həqqində böylə bədbinanə
bir fikirdə bulunmaq istəmiyoram. İstəməgə
nə özümü, nə də kimsəni həqli
görüyoram. Bizim parlaq mazimiz, imdiki
halımız var. Mədəniyyətimizə əlamət
olan ədəbiyyatımız, sənayei-nəfisəmiz, mədəniyyətimiz
vardır. Bu mədəniyyətin
qonşularımıza belə təsiri-nüfuzu olmuşdur.
Bizdə bəlkə bir şey azdır –
müasirlik. Əsri-fünun və sənaye
ilə mücəhhəz adamlarımız yoxdur. Fəqət
bu da az bir zamanda hasil olur, yetişir. Sonra bən heç təsəvvür edəmiyorum
ki, rus mujiki bir türküstanlı mujikdən idarəyə
daha hazır olsun. Mərkəzdəki
hazır adamlar o qədər də bol degildirlər ki, özlərindən
artıq qalıb bizə pay versinlər. Kəndi
etimadi-nəfsinə güvənməyib də qonşuya
ümidvar olan millət əfəndilər, qorxarız ki,
“şamsız yatar”.
Əfəndilər,
hazırsızlığımızdan qorxmayalım, türk
istedad və ləyaqətinə inanalım və biləlim
ki, böylə tarixi bir zamanda öz həqqimizi istəməsək
və yüksək bir səslə bizi milli idealımıza
yaxınlaşdıran şüarı ortaya atmasaq nəsl-ati
hüzurunda xəcil oluruz.
İştə, əfəndilər həm mədəniyyəti-bəşəriyyənin
xatiri, həm Rusiyanın səadəti, həm də türk
millətinin faidəsi üçün Rusiyanın milli-məhəlli
muxtariyyətlər əsası üzərinə qurulu
cümhuriyyəti-ənam şəklində idarə
olunması lüzumuna qərar verəlim.
Nəticədə bunu dəxi ərz edəlim ki, bu məsələ
əfəndilər, Qafqasiya qurultayında (biz o məclisimizə
türk ənənəsindən çıxan qurultay ismini
verdik, çünki bu ism tariximizi göz qabağına gətirib
canlandırıyor. Bəzilərimiz də islam ənənələrinə
riayətlə müsəlman sözüylə ahəngdar ərəb
ənənatından çıxma nəduvə
sözünü işlətdilər. Fəqət
“syezd” deməgə kimsənin dili varmadı) bir çox
müzakirə edildikdən sonra milliyyət məhfumu
üstündə ixtilafi-ara hasil olduğuna nəzərən
güzəştli (kompromisnı) bir qətnamə
alındı ki, bunu sizə elan ediyorum. İştə,
o qətnamə:
Siyasi-milli məqsədlər həqqində
a)
Qafqasiya müsəlman qurultayı, milli-siyasi məqsədlər
həqqindəki məsələyi müzakirə edərək
müsəlman qövmlərinin mənafeyini ən ziyadə təmin
edən Rusiya şəkli-idarəsinin məhəlli muxtariyyət
əsası üzərinə qurulacaq cümhuriyyəti-müctəmeyi-ənam
olduğunu qəbula qərar verdi.
b)
İslam dinində olan bütün qövmlər
arasındakı ruhani və mədəni irtibatı nəzərə
alaraq Qafqasiya müsəlman qurultayı bütün Rusiya
müsəlmanlarından ötrü qanun qoymaq səlahiyyətinə
malik ümumi bir idarə təşkilini lazım görür.
Üçüncü məclis gurultulu alqışlarla
qarşılanan yuxarıkı nitqlə tamam olmuş və
natiq syezd əksəriyyəti tərəfindən səmimiyyətlə
təbrik edilmişdir.
4-cü məclis
Məclisə Xəlil əfəndi Dostməhəmmədov
ilə Cəfər əfəndi Seyidəhmədov sədarət
ediyorlar. Zal hər günki kibi dopdolu. Əvvəlcə
ətrafdan gələn bəzi teleqraflar oxunuyor. Ertəsi cümə olduğundan ümumi iclas
olmayıb ancaq şöbələrdə
çalışılacağı elan olunur. Bundan əlavə hanki gündə hanki məsələnin
baxılacağı bu surətlə elan olunur. Mayın 6-sında – məmləkət üsuli-idarəsi
ilə ruhani işlər məsələsi, 7-sində – mədəniyyət
və məarif işləri ilə işçilər məsələsi,
8-ində – xatunqız məsələsi ilə əskəri təşkilat
məsələsi, 9-da – yer məsələsi ilə məhəlli
idarələr məsələsi, 10-unda – siyasi təşkilat
ilə Məclisi-Müəssisan seçkilərinə
hazırlanmaq məsələsi. Syezdi
mayın onunda qurtarmaq təhti-qərarə alınıyor.
Bundan sonra Tanrıquliyev tərəfindən “Mədəniyyət
və məarif işləri ilə onları müsəlmanlar
arasında yaymaq yolları” məsələsi həqqində məruzə
oxunuyor.
Doklad rusca yazılmışsa da, məclisin xahişinə
görə türkcə tərcümə ilə oxunuyor. Məruzənin xülasəsi
bu:
1) Hər
millətin mədəniyyət və məarif işləri
öz əlində olmalıdır. Buna görə də islam millətlərindən ötrü
geniş surətdə milli və mədəni muxtariyyət tələbinə
qərar verilməlidir.
2)
Ziyalı güclər yetişmədigindən dövlət və
məhəlli idarələr hesabına müsəlman millətlər
üçün müxtəlif tipdə orta məktəblər
(qadın və ərlərə məxsus) açmayı tələb
ilə müvəqqəti hökumət ilə zemstvolara
müraciət eləməlidir.
3) Müsəlmanlar
üçün açılan bütün məktəblərdə
oxutu dili ana dili olmalıdır.
4) Ruhani
hazırlamaq üçün olan məktəblər dünyəvi
məktəblərdən ayrı surətdə təşkil
olunmalıdır.
5)
İslam dinində olan bütün millətlər
üçün ümumi məlumat verən ibtidai məktəblər
yalnız bir tipdə olmalıdır.
6) Məarif
və mədəniyyət yapmaq tədbirlərinə aid olan məsələləri
araşdırıb tapmaq üçün hər yerdə məhəlli,
həm vilayət syezdləri bundan sonra xəlqi oxutmaq
üçün bütün Rusiya müsəlmanlarından
ötrü ümumi ictima qurulmalıdır.
7) Məclisi-Müəssisanda
milli və mədəni muxtariyyət məsələsi qəbul
oluncaya qədər xəlq arasında məarifi yaymaq işi
zemstvo ilə şəhər idarələrinə
tapşırılıb, bu idarələr hüzurunda müsəlman
millətləri arasında məarif yapmaq işinə
baxılmaq üçün xüsusi komisyalar düzəltməlidir.
8)
Bütün türk-tatar millətləri üçün bir ədəbi
dil vücudə gətirmək, həm bu millətləri
yaxınlaşdırmaq üçün məktəblərdə
bütün türk şivələrini ayrı bir dərs
kibi oxutmaq lazım.
Ömər Əfəndidən sonra Əhməd bəy
Salikov cənabları “Müharibəyə münasibət” həqqindəki
məruzəsini oxuyur. Bu məruzə üzərinə syezd tərəfindən
alınan qərar bateleqraf “Açıq söz”ə xəbər
verilmiş idi. Məruzə üzrə dəxi
neçə nömrədən bəri dərc edilməkdə
və bugünki sayımızda tamam olmaqdadır.
Əhməd bəyin müharibə həqqindəki bu məruzəsi
syezd vəkillərinin bilaistisna ruhuna müvafiq gələrək
böyük bir həyat tufanına səbəb olmuş və
son dərəcədə həyəcana gələn cəmaət
zalı alqışlar və “ura”larla çinlataraq natiqi əlləri
üstündə dışarı
çıxarmışlardır. Kəndisini öpmək, əlini
sıxmaq surətilə təbrik edən əfəndilərdən
Əhməd bəy güc-bəla ilə xilas ola
bilmişdir.
5-ci məclis
Cümə günü tətil günü idi. Ümumi iclas
yox idi. Müxtəlif şöbələrdə
müxtəlif məsələlərə baxılıyordu.
Şöbələrdən şəkli-idarə
məsələsinə aid olan şöbə böyük
maraq cəlb edərək demək olar ki, bütün vəkillərin
hüzurilə davam ediyordu. 8-9 saət qədər
davam edən bu iclas adətən gurultulu bir parlaman iclasına
bənziyor və Avstriya parlamanında görünən
qızğın çıxışlara dəxi biganə
qalmıyordu.Buna görə də mayın 6-sında qurulacaq
5-ci məclis böyük səbrsizliklə gözləniyordu.
Bu gün idarə məsələsi artıq həll
ediləcəkdi. Bu gün Əlimərdan
bəy Topçubaşov ilə Fateh Əfəndi Kərimov cənabları
sədarət ediyorlar.
Fəqət məclis adətdən gec arılıyor, həm
də intizar xaricində elan olunur. Heyəti-rəyasət
qərarına görə bu gün ancaq üç məruzə
oxunacaq və bu məruzələr üzərinə
mübahisələr açılmayacaq. Üç məruzə
bunlardan ibarətdir: 1) Rusiya müsəlmanlarının san və
qəbilələri hansı vilayətdə nə qədər
olub, ürf və adətlərindəki ayırmalar – müvərrix
Zəki Vəlidi, 2) Rusiya müsəlmanlarının dini və
ruhani işlərini muxtariyyətli idarə üsuluna qoymaq həqqində
– Seyid Gəray Alkın, 3) Dini və ruhani təşkilat həqqində
– Kəşşaf həzrət Tərcümanov.
Zəki Vəlidi
məruzəsinin xülasəsi bu: Rusiya müsəlmanlarının
milli, mədəni, ruhani işlərini həll etmək həm
onların Rusiya dövlətinin üsuli-idarə məsələsini
həll etmək üçün mütləq əsl Rusiya
müsəlmanlarının kim olduğunu
bilmək lazım. Rusiya müsəlmanlarını
qan, nəsil və dil nöqteyi-nəzərlərindən tədqiq
etmək gərək. Etnoqrafiya nəzərindən baxdıqda Rusiya müsəlmanları
türk və türk olmayan iki şöbəyə
bölünür. Türk olanları Şərqi,
Mərkəzi, həm Cənubi – deyə üç qismə
bölünürlər. Bu üç qism
tarix, şivə, ədəbiyyat, ürf-adət
xüsuslarında biri-birisindən ayrılırlar. Şərqi türklərə uransxay, suyut, saği,
qara, həm sarı uyğur xəlqləri daxil olurlar. Bunlar arasında müsəlmanlar az. Əksəriyyət
əski şamani dinində. Dil xüsusində
bunlar orta türklərdən çox kənardadırlar.
Bundan əlavə bunlar Budda mədəniyyətinin
təsiri altındadırlar. Orta türklərə
özbək, qazax, qırğız, Tümen, Kazan, Krım
tatarları, Şimali Qafqasiyadakı buğarlar daxil olurlar.
(bunların hamısı müsəlmandır.
Bir az qismi şamanlıqla
qarışıq islam). Bunların dilləri
Krım tatarlarından başqa morfoloji nəzərindən
bir. Bunların milli xəlq ədəbiyyatı
ortaq olub Canbək xan, Toxtamış xan, İdgu, Çurabat, Əbrtargin
kibi xəlq qəhrəmanları həqqindəki hekayələri
də birdir. Bunların şərqdəkiləri bir az İran mədəniyyəti təsirinə
düşmüş isələr də, hamısı mədəniyət
cəhətindən xalis türklərdir. Cənubi
türklər isə Azərbaycan türkləri ilə
Stavropol quberniyasındakı türkmənlərdir. Bular tarixdə özlərinə ayrı yol tutub,
bizim tarixi qəhrəmanlarımız Çingiz, Ağsaq
Teymura qarşı qalmışlardır. Dilləri
morfoloji nəzərindən orta türklərdən çox
ayrılıyorlar. Ürf və adətlərində
iranilər təsirinə tabedirlər.
Rusiya müsəlmanları arasında türk olmayan xəlqlər
çox azdır. Bunlardan bir qismi Qafqasiyadakı kabarda, avar,
abaza, acar, asetin, inquş, çeçen, çərkəs
qövmləridir. Bunlar Qafqasiyadakı
türklərə nisbət bir silk təşkil ediyorlar.
İkinci qism Orta Asiyada İran irqindən olan
taciklərdir. Taciklərin sanı 8 yüz
mindir. Dilləri farsidir. Bu Rusiya müsəlmanlarının təbii
hüdudlarıdır. Rusiya müsəlmanlarının
siyasi, ruhani, mədəni müəssisə məsələsi
həll qılındıqda bu təbii hüdudlar nəzərə
alınmalıdır.
Türklərin Şərqi, Orta və Cənubi qismləri
öz təbii dairələrində tərəqqi etməlidirlər. Hər kəsin
özünəməxsus ədəbiyyatı var, həm
olmalıdır. Kazanlılar, sartlar,
özbəklər, qırğızlar iləridə Orta
türk olub birləşəcəklər. Orta türklərin hərəkətlərində
türkligini safraq saxlamaq xassəsi qalib olub, bunların dili dəxi
ümumi dil olacaq. Fəqət bu məsələ
məclislərdəki qərarla degil, təbii yolda həll
olunacaqdır. Yalnız Orta türklər
milli-mədəni işlərdə bir olacaqlar. Çünki bunların arasında ümumi olan milli
nəğmə və hekayələr diplomatların siyasətlərindən
güclüdür. Halbuki Şərqi və
Cənubi türklər özlərinin təbii yolları ilə
gedəcəklər.
Şərqi, Orta, Cənubi
türklərin ayrı federasiya üsulu ilə idarə
olunmaları təbii və mətlubdur. Müsəlmanların
özlərinə xas və qanunlar qoyan milli parlament – deyə
ümumi bir müəssisə yapmaya
çalışmaları qeyri-təbiidir. Fənnə, həyatə müxalifdir. Bu,
müsəlmanların yalnız siyasi blokları şəklində
mümkün ola bilər. Ümumi bir
müəssisə təsis etmək mümkün olsa, bu
yalnız ruhani və dini müəssisə ola
bilər.
lll
Zəki Vəlidi
əfəndidən sonra Seyid Gəray Alkin əfəndi
idareyi-ruhaniyyələr islahı həqqində bir məruzə
oxudu. Məruzəçinin fikrincə, başda təyin edilən
müftilər duran
idareyi-ruhaniyyələr tamamilə
qaldırılıb onun yerinə müsəlmanlar bulunan vilayətlərdə
seçki üsulilə dördər əzadan ibarət “məclis”lər
təşkil edilməlidir. Bu məclislərin hər biri
dördər şöbəyə ayrılmalıdır: 1)
Yalnız ruhani işlərə baxan şöbə 2) Xəlq
arasında məarif yayan şöbə 3) Müsəlmanlar
arasındakı bütün qrajdanski və cinayət işlərinə
baxan mühakimə şöbəsi 4) İdarə və
mülk işlərinə baxan, həm ittifaq və cəmiyyət
işlərini təftiş edən ümumi işlər
şöbəsi. Məhəlli ruhanilər: xəlq tərəfindən
seçilib qoyulan – ali dini mədrəsələr
bitirən dörd nəfər molla və müəzzindən
ibarət olur. Bu qaidə ilə intixab edilən
molla dərəcə almaq imtahanı və ya ki məxsusi təsdiq
qılınmaq işinə möhtac qalmıyacaq. Məhəlli məclislərin cümləsi
cümhuriyyət paytaxtında olacaq mərkəzi məclisə
baxar. Bu mərkəzi məclisin başında
bütün vəzirlər ilə bir hüquqda olub vəzirlər
heyətində səs ilə iştirak edən xüsusi bir adam olur. Bu adam müsəlman
işlərinin vəziri deyə adlanır.
Dini və məhəllə təşkilatı
həqqində
Məruzə oxuyan Tərcümanov aşağıda
yazılan on yeddi maddəni oxuyor.
1) Ruhani
idarələrimizin düzəlməsi mərkəziyyət üsuli
ilə əsaslanıb bütün Rusiya müsəlmanları
dini və elmi cəhətdən şu mərkəzə
bağlanıyorlar.
2)
Cümhuriyyət paytaxtında müsəlmanlara məxsus bir mərkəzi
idarə təsis olunur. Krım, Şimali
Qafqasiya, Cənubi Qafqasiya, Qazaxıstan, Türkistan və
İçəri Rusiyada altı danə yuxarı dərəcəli
məhəlli idarə tərtib ediliyor. Sair
quberniya və uyezdlərdə orta dərəcə idarələr
təşkil edilib bunların ən aşağı məhəllə
idarələri oluyor.
3) Dini və
ruhani məarif və təlim, ianə və xeyrat işləri
ayrı şöbələr vasitəsilə bir idarəyə
cəm olunuyorlar.
4)
Bütün ruhani idarələrin əzaları din üləması
ilə bərabər ziyalılardan qarışıq oluyor.
5)
Bütün əzalar; ümumi, müsavi, müstəqim və
gizli səslə seçilib yalnız imam və müəzzinlər,
müəllim, müəllimə və mədrəsələr
vəqtsiz olaraq seçilirlər.
6)
Seçilmiş əzalar heç bir dürlü təsdiqə
möhtac degildirlər.
7) Məhəllə
ruhanilərinin məişətləri öz məhəllələri
və yuxarı dərəcə idarə əzalar bankı
milli sərmayədən təmin edilir.
8) Dini və
ruhani idarələr arasında müxabirə türk-tatar
dilində olur. (Şimali Qafqasiya müsəlmanları
özlərinin xahişi üzrə rəftar edirlər).
9) Orta,
yuxarı və həm mərkəzi idarələr lazım
olan vəqtə syezdlər tərtib edərlər.
10)
Yuxarı dərəcə idarə əzalarından vəkillər
seçilib “Şurayi-ümmət” təsis edilir.
Məhəllə
təşkilatlı həqqində
1) Məhəllə
təşkilatı üçün san etibarə alınmaz.
2) Məhəllə
öz idarəsindəki hüquqi şəxsiyyətə vergi
təklif etməgə həqlidir.
3) Bu
vergidən yığılan puldan bir qismi milli sərmayəyə
verilir.
4) Hər
məhəllənin cürbəcür təlimxanələr,
qiraətxanələr, xeyrat evləri açmağa, yurd və
yer almağa, vəqflər düzəltməgə həqqi
vardır.
5) Məhəllə
işlərini düzəltmək üçün
popeçitel şurası seçilir. Bu
şuranı intixab edilmiş təftiş heyəti təftiş
edər.
6)
İmam və müəzzinə veriləcək maaş məhəllə təşkilatı
klubunda müəyyən edilir.
7) Məhəllələri
xirdalamamağa diqqət edilir. Bir məscid olan
yerdə ikinci məhəllə açmaq təhdid ediliyor.
Bu məruzə tamam olduqdan sonra bir neçə dəqiqə
tənəffüs elan edilir.
Rəis əfəndi vasitəsilə heyəti-rəyasət
tərəfindən məclisə ərz edilərək
sosialistlərdən təşkil edilmiş yeni hökumətə
təbrik teleqramı göndərilməgə qərar
veriliyor. Xokand nəşri-məarif cəmiyyətindən
nümayəndə sifətilə gələn Həsən Kərdimov
növbədən xaric söz alıb Türkistanın Fərqanə
vilayətində aclıq hökmfərma olduğu həqqində
məlumat veriyor.
“Yağmur yox, çörək yox, bir quberniyandan ikinci
quberniyaya azuqə aparmağa ixtiyar yox” – deyə Türkistan
müsəlmanları həqqində bir çarə görməgə
dəvət ediyor və həm Petroqraddakı ərzaq syezdinə
müsəlman syezdi adından teleqram ilə müraciət
edib yardım istənilməsini təklif ediyor.
Ondan sonra Xivə millət məclisindən gəlmiş
vəkil minbər xitabinə çıxıyor, lakin səsi
çıxmadığından gördügü
kağızı özü oxumuyub heyəti-rəyasətdən
Musa əfəndi oxuyur. Onların ərzi-naməsi bundan ibarətdir:
“Biz Xivə millət məclisinin müvəqqəti əzaları
məlum ediyoruz ki, bu vəqtə qədər bizlər
idareyi-müstəbidə və keyfiyyə zülmətində
sərgərdan və cəhalət vadisində heyran və
nalan qalıb hər cür tərəqqiyati-diniyyə və
dünyəviyyədən məhrum bir halda yaşıyorduq. Allahu-həmd və ləilhəmnə
Rusiya dövləti-əziməsi təbəələrinin həqiqi
hürriyyətə sahib olmaları məlumumuz olandan sonra
fürsəti qənimət bilərək tarixi-hicrinin 1335-ci ili cəmadiül-sani ayının 25-ci
günü padşahımız Seyid İsfəndiyar xan hazirətdən
ciddü-cəhdilə idareyi-məşrutə və hürriyyət
tələb edib mətlubumuza vasil və nail olduq. İmdi
qayeyi-məqsudumuz: səy və qeyrət edib xəlqimiz
arasına ülum və məarif nəşr etmək və
müəssisati-xeyriyyələr icad etmək, hökumət və
məmləkətimizə mütəəlliq bütün
işlərimizi müntəzəm etməklə tərəqqi
dövrünə girib mədəni millətlər cərgəsində
məsudanə yaşamaqdır.
Və
lakin işbu mühüm vəqflər və qiymətli saətlərimizdə
nəf və zərərimizi kəmahu-həqqə təqdir
edə bilən ziyalı mühəqqiq alimlər, zəmanə
əhvalatından baxəbər və iş bilici fazillərimizin
azlığı və azlıq cəhətindən məzkur
məqsudlarımız icrasında çox məşəqqət
müşküllüklər çəkməgimiz mühəqqəq
və müəyyən duruyor.
Naqesanra bidel asan-nist kamil saxtən
Ta dəməd
yek rişe sədbar əbruriz (Naqisləri dəlilsiz kamilləşdirmək
asan deyil, Bir kök yüz dəfə cücərincə abır
tökməkdir).
Buna binaən
siz hörmətli müsəlman qardaşlarımızın əvvəla həqiqi
hürriyyət nemətinə
nail olmanızı və bu mübarək cəmiyyətinizi səmimi
qəlbimizdən təbrik ediyoruz. Saniyən siz sərvətməndlərdən iltimas ediyoruz ki, biz acizlərin hasil
etdikləri işbu hürriyyət və idareyi-məşrutəmizin
istehkamı, hüquqimiz və toprağımızın hər
növ təərrüz və təcavüzlərdən
mühafizə olması üçün əngəl olucu
müavinətinizi əsirgəmiyəsiniz. Tərəqqi
və səadətimiz yolunda bizlərə həmişə rəhbərlik
etmənizə ümidvar oluyoruz. Ta kim
“xeyrünnəs mən yəntəhun-nəs” (insanların ən
yaxşısı xeyir verəndir) məzmuninə müvafiq
“innəməl muminunə ixvatun” (həqiqətən
(bütün) möminlər (bir-birilə) qardaşdırlar)
məfhumuna mütabiq bəradərlik hüququnu üzərinə
yetirəsiniz deyə, Xivə darüssəltənəsi millət
məclisinin müvəqqəti əzaları imza etdik. “Vas-sələmu alə mən ittəbə-a-l-ahdi”
(Salam olsun dövrəmizə uyğun gələnlərə
(mənə iman gətirənlərə).
1335-ci səneyi-hicri 13 rəcəb. Rəis
Hüseyn bəy Yuranı bəy və həm millət məclisi
əzalarının imzaları.
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.-
2013.- 27 aprel.- S.26-27.