MƏN KİMƏM
Bu
gün dünyadayam, dünya mənimdir,
Əslimə,
nəslimə adam, hörmətəm.
Dünənki
günlərin xatirəsiyəm,
Bugünkü
günlərə şanam, şöhrətəm.
Sevincəm,
kədərəm, amanam, aham,
Hər
dərdi çəkməkdə şah oğlu şaham.
Sazda “Kərəmi”yəm,
tarda “Segah”am,
Şeirəm, nəğməyəm, sözəm,
söhbətəm.
Gözümdə,
könlümdə Nuhun tufanı,
Qəlbin fəryadıyam, ağlın üsyanı.
Yaddaşın
gücüyəm, zehnin dastanı,
Bir az möcüzəyəm, bir az heyrətəm.
Arzu
bağçasında açan çiçəyəm,
Xeyirxah niyyətlə çarpan ürəyəm.
Dostun
süfrəsində halal çörəyəm,
Şirinəm, şərbətəm, dadam, ləzzətəm.
Yurdun
torpağıyam, yurdun daşıyam,
Nə varsa yükünü gərək daşıyam.
Uca bir vətənin
vətəndaşıyam,
Hünərəm, dözüməm, gücəm, qeyrətəm.
Həmi
bölünməyim, həm bölməyim var,
Çoxlu
ağlamağım, az gülməyim var.
Həmi
doğulmağım, həm ölməyim var,
Təbiət qoynunda bir təbiətəm.
Oxudum,
öyrəndim dörd kitabını,
Yuva kitabını, yurd kitabını.
Dərindən
dərk etdim dərd kitabını,
İdrakam, ağılam, saysız sərvətəm.
Çox
gördü gözlərim yamanı, bədi,
Pislik
dediyini dedikcə dedi.
Tikanlar,
qanqallar ətimi yedi,
Cəhənnəm içində mən bir cənnətəm.
Ümidi
heç kəsə bağlamaq olmur,
Yaşı da yaş kimi haqlamaq olmur.
Ömrü
ömür kimi saxlamaq olmur,
Vaxtsız ayrılığam, sonsuz həsrətəm.
Dərədən
dərinəm, zirvədən uca,
Bir yaşlı uşağam, yüz yaşlı qoca.
Tutdum
öz yönümü Məkkəyə, Haca,
Haqdan
işıq alan bir həqiqətəm.
Peyğəmbər adıdır
daşıdığım ad.
Könüllər
könlümü elədi abad,
Gördüm başdan-başa saf məhəbbətəm.
HANSI ŞAİR
Ustad Şəhriyara
Dedim yenə
durum yazım,
Yenə də bir qəbir qazım.
Hansı şair doğumundan yazmadı?
Hansı şair ölümündən yazmadı?
Hansı
şair dərk edəndə dünyanı,
Fikir, xəyal dumanında azmadı?
Hansı
şair bu dünyanın halını,
Min mənaya, min mətləbə yozmadı?
Səhv
elədi, düz elədi bilmirəm,
Hansı şair yazdığını pozmadı?
Hansı
şair hər şeirini yazanda,
Öz əliylə öz qəbrini qazmadı?
VAR
Mən mənbəs
görməmişəm,
Mən zindanda yatmamışam.
Ancaq
içimdə
Astanası
yaslı,
Kilidi,
açarı paslı,
Zindanlar
var!
O zindanda
Qəlbindən
qanlar axan,
Gözü
yollara baxan,
İnsanlar
var!
Onların
başında faciələr,
Gözlərində
leysanlar var!
İnsanları
bir-birindən ayrı salan,
Ayrılıqlar,
həsrətlər,
Hicranlar
var!
Zindana
salan da,
Zindanda
yatan da bilməlidir,
Həyatda
inqilablar, tufanlar,
Üsyanlar
var!
TƏBİƏT
Açır
bol əlini ana təbiət,
Göstərir dünyaya səxavət nədir.
Gül-gülü
çağırır, çiçək çiçəyi,
Bildirir aləmə bu ülfət nədir.
İdrakı,
ürəyi, ağlı olanlar,
Kökünə, südünə bağlı olanlar.
Dağlara
bənzəyir dağlı olanlar,
Bilir torpaqdakı güc-qüvvət nədir.
Yaşıldan
xəbər al, sarıdan soruş,
Lap belə yüz yaşlı qarıdan soruş.
Kəpənəkdən
soruş, arıdan soruş,
Desin
çəməndəki təravət nədir.
Daş
kardı, daş laldı, tərpənməz tükü,
Torpağa bağlıdır ağacın kökü.
Bardı
yaraşığı, meyvədir yükü,
Bir budaq üstündə bu sərvət nədir.
Ucaldım
bəmindən zilinə qədər,
Duydum dodağına, dilinə qədər.
Tanıdım
böcəkdən filinə qədər,
Mən yaxşı bilirəm təbiət nədir.
ÇİNGİZ MEHDİPURA
Məşhur
Təbriz aşığı, alimi, sazbəndi əziz dostum Çingiz
Mehdipura yazdığım bu şeirlərə görə
şair qardaşım Məmməd Aslana minnətdaram. Onun
Çingizə yazdığı şeiri “525-ci qəzet”in səhifələrində
oxuyanda xatirələrimin ocağı alışdı,
yandı, köz-köz oldum, qovruldum, külə
döndüm. Məmməd Aslana da, Çingiz Mehdipura da, o
tayda yaşayan qardaş və bacılarımıza da salam olsun!
Oxudum vəsfini
Məmməd Aslanın,
Durdum sənin ilə üz-üzə, Çingiz.
Anamız
Təbrizdə otuz il qabaq,
Dayandım səninlə göz-gözə, Çingiz.
Usta
barmaqların çaldı, nə çaldı,
Xalların ağlımı başımdan aldı.
Dədələr
söhbəti dilində baldı,
Saz-saza yaraşır, söz-sözə, Çingiz.
Sazdan
danışanda yandı dodağın,
Sazdı ev-eşiyin, sazdı otağın.
O tayda, bu
tayda yandı ocağın,
Od-oda qarışdı, köz-közə, Çingiz.
Ariflər, alimlər diqqət verəcək.
Sözün məclislərə şöhrət verəcək.
Kim gəlib
bizlərə qiymət verəcək,
Qiyməti verməsək biz-bizə, Çingiz?
Sazsız
nə ucaldar, nə ucalarsan,
Sazsız
heç kim olar, yetim qalarsan.
Araza min
yerdən körpü salarsan,
Dağ-dağa birləşər, düz-düzə,
Çingiz.
Qənirsiz
gözəldi, ecazkar pəri,
Sənət ömrümüzün sərvəti, zəri.
Şirin
söhbət açaq Qorquddan bəri,
Əyləşək yan-yana, diz-dizə, Çingiz.
Kədərdən,
möhnətdən hey qaçdıqca qaç,
Nur ol, hər tərəfə işığını
saç.
Təbrizdən
Bakıya təzə yollar aç,
Yol-yola qovuşsun, iz-izə, Çingiz.
Ovsunla nəfəs
ver torpağa, daşa,
Ömrümüz saz ilə qoy çatsın başa.
Yüz il mən yaşayım, yüz il sən
yaşa,
Qoy bir dayaq olsun yüz-yüzə, Çingiz.
Sazı
şirin-şirin çalan az deyil,
Hər aşıq çalğısı gələn
yaz deyil.
Sənin
dindirdiyin təkcə saz deyil,
Sən bir möcüzəsən, möcüzə,
Çingiz.
II
Təbrizdə
üz-üzə saz götürmüşük,
Orda bir sən idin, bir mən olmuşam.
Sən
göylə əlləşib havalananda,
Təbriz böyüklükdə yer mən olmuşam.
İki
saz dil açıb bir saz dilində,
Bir həsrət, bir görüş, bir naz dilində.
Anamız
ağlayıb Araz dilində,
Sirdaş sən olanda, sirr mən olmuşam.
Toydan
danışmışıq, yasdan demişik,
Qohumdan, qardaşdan, dostdan demişik.
Gör neçə doyulmaz
dastan demişik,
Ocaq sən olanda, pir mən olmuşam.
Mən sənin
dərdindən, qəmindən halı,
Sən mənim dərdimə toxunan xalı.
Bir səsdə
birləşib Təbriz, Borçalı,
Ərən sən olanda, ər mən olmuşam.
Çəkmişik
yükünü eşqin, həsrətin,
Ayrılmaq asandı, görüşmək çətin.
İkimiz
oğluyuq bir məmləkətin,
Sərvət sən olanda, zər mən olmuşam.
III
Elə
bil dünyanı mənə verdilər,
Ayağın o taya dəyəndə, qardaş.
Yeddinci
göydəydi fikrim, xəyalım,
Başımı torpağa əyəndə, qardaş.
Göyü
qucaqladım cüt qanad kimi,
Ömrüm şirinləşdi bu həyat kimi.
Qəlbim
genişləndi kainat kimi,
Təbriz kəlməsini deyəndə, qardaş.
Adı
yazılıdır göyün tağında,
Cənnətin ətri var bağça-bağında.
Yenə gələcəyəm
gözəl çağında,
Təbriz toy paltarı geyəndə, qardaş.
Sevincdən
tutacaq barı-bəhəri,
Atacaq üstündən qəmi, kədəri.
Ürəkdən
güləcək Təbriz şəhəri,
Eşqin meyvəsini yeyəndə, qardaş.
Ötməz
hədər yerə bir saat, bir an,
Şirin
görüşlərə can vermişik, can.
Yanaşı
dayanar Çingiz, Zəlimxan,
Xoş gündə qapını döyəndə, qardaş.
ƏBƏDİYYƏT
İnsanam,
doğulub
ölmək qismətim,
Yaşıl
çəmən kimi,
yaşıl yer kimi.
İnsan
qədəminə
sərilməyim var.
Dolub-daşmalıyam
bərəkətimlə,
Bar altda
budaqtək
gərilməyim var.
Ağıza
dad verib,
damağa
ləzzət,
Meyvə
ağacıtək
dərilməyim var.
Hər
payız gələndə
solub
getməyim,
Hər
bahar gələndə
dirilməyim var.
ANAM LAYLA ÇALAN VAXTI
Könül
bir az qanadlandı,
Dünya
bir az rahatlandı.
Baş
fikirdən azad oldu,
Nə həsrət, nə fəryad oldu.
Nə
göydə bulud oynadı,
Nə
buludda şimşək çaxdı,
Anam layla çalan vaxtı.
Çatdırmadı
şimşəyini,
Bitirmədi
çiçəyini,
Dağlar
da anama verdi
Varlığını, ürəyini.
İçinə
çəkdi səsini,
Sular bir az sakit axdı,
Anam layla çalan vaxtı.
Sal qayalar
quma döndü,
Daş yumşaldı, muma döndü.
Cana gəldi
insan kimi
Dağ da
dönüb bizə baxdı,
Anam layla çalan vaxtı.
Qar da, buz
da suya döndü,
Pələnglər quzuya döndü.
Göz
yaşlarım çaya döndü,
Tarixlər
yada düşdü,
Ruh məni
yandırdı, yaxdı,
Anam layla çalan vaxtı.
Yer də,
göy də toy elədi,
Ulduz toyu, çiçək toyu.
Könüllərə
işıq saldı,
Könül toyu, ürək toyu.
Qoşa
sevgililər kimi
Ay da,
gün də qoşalandı.
Bir-birinə
üzük taxdı,
Anam layla çalan vaxtı.
Beşik,
bələk, qundaq oldu,
Sərt olanlar yumşaq oldu.
Cavanlar da
körpələşdi,
Qocalar da uşaq oldu.
Körpələrin
güldü taxtı,
Anam layla çalan vaxtı.
Anam layla çalan vaxtı.
SEVGİ
Sev bu
dünyanı sev, bu cahanı sev,
Nə var bu dünyada sevgidən gözəl.
Sevgidən
doğulan hər insanı sev,
Nə var bu dünyada sevgidən gözəl.
Ünvanı
yurd elə, yurdu sev, könül,
Dərmanı əzizlə, dərdi sev, könül.
İti
sev, atı sev, qurdu sev, könül,
Nə var bu dünyada sevgidən gözəl.
Əbədi
ünvanı ürəkdir, ürək,
Onsuz dada gəlməz nə duz, nə çörək.
Göyərib
daş üstə gül bitirəcək,
Nə var bu dünyada sevgidən gözəl.
Yerin
işığıdı, göyün nurudu,
Bütün
uğurların ilk uğurudu,
Tərtəmiz
bulaqdı, dumduru sudu,
Nə var bu dünyada sevgidən gözəl.
Sözün
gözəlidi, söhbətin xası,
Nurdu təbiəti, tanımaz pası.
Tarladı,
zəmidi düzü, dünyası,
Nə var bu dünyada sevgidən gözəl.
Sevgi bir ovsundu,
nazlı pəridi,
Kimlər vuruldusa yandı, əridi.
Allahın
ən böyük şah əsəridi,
Nə var bu dünyada sevgidən gözəl.
Çiçəkdə
şey olar, gül üstə arı,
Saflığı zirvənin bəmbəyaz qarı.
Bütün
sevənlərin həmdəmi, yarı,
Nə var bu dünyada sevgidən gözəl.
Yumşaldar,
əridər daşı mum kimi,
Öpər sahilləri qızılqum kimi.
Qara
torpaqları əkər şum kimi,
Nə var bu dünyada sevgidən gözəl.
Könüllər
mülkündə sultan olarsan,
Həm xaqan olarsan, həm xan olarsan.
İnsanı
sevərsən insan olarsan,
Nə var bu dünyada sevgidən gözəl.
AZADLIQ VER İNSANA
Qoy
dolansın xəyalı
göyün yeddi qatını,
Qoy
tanıtsın dünyaya
öz əslini,
zatını.
Azadlıq
ver insana,
alsın
mükafatını,
Sökülsün
dan yeritək,
açılsın sabah kimi!
Buludlu
göylər kimi
boşalıb-dolar insan,
İstədiyi
olmasa
gül
kimi solar insan.
Azadlığı
verməsən
heç
bir şey olar insan,
Dodaqları
göyərdər,
dil
yandırar ah kimi.
Üzüyünə
qaş olsun
göylərin mavi rəngi,
Uduzmasın
savaşda
gedən
döyüşü, cəngi.
Dava
günü gələndə
paslanmasın tüfəngi,
Azadlıq
ver insana,
açılsın silah kimi.
Nə
iş görürsənsə gör,
orda ədalət
olsun,
Yamanlığa,
pisliyə
min dəfə
lənət olsun,
Azadlıq
ver insana,
yeri
ziyarət olsun,
Qiymətini
uca tut
ulu bir dərgah
kimi.
Düzü
dağa döndərsin,
dağları düz eləsin,
Bir ürəkdə
sevinci
artırıb yüz eləsin.
Qaranlıq
gecələri
nurlu
gündüz eləsin,
Azadlıq
ver insana,
hökm
etsin Allah kimi.
BULAQ SUYU
Quyu suyu
istəmirəm,
dibi qaranlıq
olur,
Harda
qaranlıq olursa,
ora viranlıq
olur.
Kəndiri
kəsilən quyuların
Kədəri
uzun sürür,
sevinci bir
anlıq olur.
Bulaq suyu
istəyirəm,
bulaq suyu.
Çünki
onun “Yağı yağ üstə çıxır,
ayranı
ayranlıq olur”.
Dəniz
suyu istəmirəm,
sularını
içmək olmur,
Dəlidolu
dalğaların
inadından
keçmək olmur.
Yağış
suyu istəmirəm,
boz-bulanlıq
dünyası var.
Bulaq suyu
istəyirəm,
bulaq suyu.
Duru axan
bulaqlara
qəlbimdə
bir heyranlıq var,
Göz
yaşından gələn suyu
istəmirəm,
Onda da min ağrı-acı.
Sahibini
tez qocaldır,
ağ
eləyir qara saçı.
Duruluqdu,
təmizlikdi
gözün
nuru, başın tacı.
Nə dənizdi,
nə göz yaşı,
nə də
quyu,
Bulaq suyu
istəyirəm,
bulaq suyu!
BUDUR
Ürəkdən
oxuyar, ürəkdən dinər,
Şairin çalğısı, rübabı budur.
Şeirdi,
nəğmədi, sözdü varlığı,
Çətin suallara cavabı budur.
Allahdan
haray yox, bəndədən kömək,
Həmişə meydanda tək qalacaq, tək.
Şair
oxunmursa, ölüdür demək,
Vicdanın ən böyük əzabı budur.
Daşıyar
möhnəti, çəkər ağrını,
Qəmlər kül eləyər qara bağrını.
Yazar həqiqəti,
yazar doğrunu,
Şairin ən düzgün hesabı budur.
Keçər
imtahandn, aşar çətindən,
Dönməz ölənədək sədaqətindən.
Füzuli
demişkən qəlbin ətindən,
Verər qonaqlığı, şərabı budur.
Onu
susdurammaz nə dərd, nə azar,
Qəbrə köçəndə də gül
açar məzar.
Şair məhəbbətdən,
sevgidən yazar,
Deyərlər kişinin kitabı budur.
BİLƏR
Baş nə
fikirləşir, ömür nə çəkir,
Onu bir can
bilər, bir ürək bilər.
Düzdən
nə danışır dağın zirvəsi,
Onu bir dağ bilər, bir külək bilər.
İnsana
dağların qarı nə deyir,
Rəngimiz olanda sarı, nə deyir.
Bülbül
nə danışır, arı nə deyir,
Onu bir gül, bir çiçək bilər.
Vaxtdan
qorxu görür, zamandan hədə,
Sağalmır ürəyə vurulan zədə.
Canın
zəifliyi nədədir, nədə,
Onu bir qol bilər, bir bilək bilər.
Kim harda təntiyib
tora düşəcək,
Kim harda çətinə, dara düşəcək.
Evin
ağırlığı hara düşəcək,
Onu bir dam bilər, bir dirək bilər.
Qorxudan
göylərin bağrı yarılır,
Göylər ildırıma, oda sarılır.
Qırılmaz
qanadlar niyə qırılır,
Onu bir quş bilər, bir lələk bilər.
Yellər
ağacların saçını yolur,
Gül kimi yanaqlar saralır, solur.
Üfüqlər
nə zaman boşalır, dolur,
Onu bir göy bilər, bir şimşək bilər.
Doğru
nə söylədi, yalan nə dedi,
Abad nə
var idi, talan nə dedi.
Gedən
hara getdi, qalan nə dedi,
Onu bir vaxt bilər, bir ələk bilər.
Haşa,
ağrıların əlindən haşa,
Oxumuz nə zaman dəyəcək daşa.
Ömrümüz
hansı gün çatacaq başa,
Onu bir bel bilər, bir kürək bilər.
Donur heyrətimdən
damarımda qan,
Hər
gün əzrayıla can verirəm, can.
Niyə xəstələndi
sağlam Zəlimxan,
Onu mən bilmərəm, bir fələk bilər.
YOXDU
Xeyli var
sazımı dilləndirmirəm,
Dindirən xəstədi, çalanı yoxdu.
Nə
kök sözə baxır, nə tel dillənir,
Sözümün yanlışı, yalanı yoxdu.
Dağda
çən dolanıb, dumanlar gedib,
Ümidlər, şübhələr, gümanlar gedib.
Dünyadan
nə qədər insanlar gedib,
Bir nəfər salamat qalanı yoxdu.
Nə qədər
sonalar gedib gölümdən,
Sözlər qaçaq düşüb şirin dilimdən.
Sevincim
quş kimi uçur əlimdən,
Qəmin dağılmağı, talanı yoxdu.
Hər
insan ömrünün şan-şöhrəti var,
Hər uca şöhrətin bir zəhməti var.
Həyatın
nə qədər naz-neməti var,
Ölümdən varlısı, kalanı yoxdu.
Ürək
yazdığını dərd ilə yazar,
Arxamda beşik var, önümdə məzar.
Gör
bir nə zamandı bağlanıb bazar,
Dərdimi satıram, alanı yoxdu.
VAR İMİŞ
Mən də
gəldim bu dünyanı dolandım,
Vəfasızın bir vəfası var imiş.
Gecədi,
gündüzdü iki rəngi var,
Hər cəfanın səfası da var imiş.
Öz
hökmü var dəqiqənin, saatın,
Fərqi çoxdu təzə ilə boyatın.
Ürək
açan, göz güldürən həyatın,
Ürək sıxan havası da var imiş.
Əvəzi
yox nə cananın, nə canın,
Qiymətini biləmmədim cahanın.
Ocağında
isindiyim dünyanın,
Buza dönmüş yuvası da var imiş.
Mən
özüyəm yaratdığım dastanın,
Xeyri varmı etirazın, üsyanın.
Dünya
ilə deyib-gülən oğlanın,
Dünya ilə davası da var imiş.
DAĞ OLMAQ, SAĞ OLMAQ
Ölümdən
sonra da tapıb həyatı,
Dirilməkdən gözəl dünyada nə var.
Qoy səni
dərsinlər bar ağacı tək,
Dərilməkdən gözəl dünyada nə var.
Min bir ətir
kimi, min bir rəng kimi,
Səpilməkdən gözəl dünyada nə var.
Qoy səni
öpsünlər bir bulaq kimi,
Öpülməkdən gözəl dünyada nə var.
Bir
başı dumanlı, qoynu çiçəkli,
Dağ olmaqdan gözəl dünyada nə var.
Ağrıdan
aralı, dərddən uzaqda,
Sağ
olmaqdan gözəl dünyada nə var.
Dağ
olmaq, sağ olmaq bir şeydi məncə,
Nə tufan, nə boran apara bilmir.
Yerin zəlzələsi,
göyün şimşəyi,
Səni öz köksündən qopara bilmir.
BİR MƏNƏM
Dayanmışıq
həsrət ilə göz-gözə,
Həmsöhbətim bir həsrətdi, bir mənəm.
Qurda
dönüb qürbət yeyir içimi,
Qan ağlayan bir qürbətdi, bir mənəm.
Ayrılıqdan
alınmayıb öcümüz,
Ayrılığa çatan deyil gücümüz.
Vətən
deyil ağlayırıq üçümüz,
Bir fikirdi, bir xiffətdi, bir mənəm.
Öz
içimdə ağlayıram, gülürəm,
Öz dərdimi dərdlilərlə bölürəm.
Qəriblikdə
yana-yana ölürəm,
Bir tənhalıq, bir xəlvətdi, bir mənəm.
Dilli idik,
dilsiz bir daş olmuşuq,
Sükut ilə gəlib sirdaş olmuşuq.
Yaranmadan
biz üç qardaş olmuşuq,
Bir zillətdi, bir zülmətdi, bir mənəm.
Körpü
sınıb necə keçim bilmirəm,
Hansı yolu necə keçim, bilmirəm.
Necə
tutum, necə içim bilmirəm,
Bir zəhərdi, bir şərbətdi, bir mənəm.
ÇIXAQ
Sökülsün
göylərin üzü,
Axşamdan səhərə çıxaq.
Dolanaq
düzü-dünyanı,
Bir kəndə, şəhərə çıxaq.
Sağdı-soldu
hər yanımız,
Sağa çıxaq, sola çıxaq.
Qəlbimizin,
ruhumuzun,
İstədiyi yola çıxaq.
Özümüzdən
çıxaq bir az,
Özümüzə gəlmək üçün.
Bir az rahat ömür sürək,
Rahat olub ölmək üçün.
QOY İSİNSİN OD-OCAQ
İnsanlara
lazım ol,
Çörək kimi, su kimi.
Tükənməz
ol, bitməz ol,
Tükənməz arzu kimi.
İnsanlara
lazım ol,
Torpaqla hava kimi.
İsindir
ürəkləri,
Yurd kimi, yuva kimi.
Lazım
ol insanlara,
Çörəkdəki duz kimi.
Bəzə
yerin qəlbini,
Yerdəki ruzi kimi.
Qoy
alışsın od-alov,
Qoy isinsin od-ocaq.
İnsana
hər bir zaman
İnsan
lazım olacaq!
GÖZLƏMƏK
Biri gedir,
biri gəlir ağrının,
Ağır olur ağrıları izləmək.
Təzə-təzə
bəlalara yol açır,
Öz dərdini həkimlərdən gizləmək.
Əriyərsən
sağın-solun içində,
Yoxa çıxır qanad qolun içində.
Yol
yoxdursa min bir yolun içində,
Bir yol qalır, ölümünü gözləmək.
VƏTƏN
Vətən
oddur, ocaqdır,
Alışır hər ocaqda.
Vətən
şirin nəğmədir,
Oxunur hər dodaqda.
Vətən
dumduru sudur,
Qaynayır hər bulaqda.
Vətən
Günəşdə, Ayda,
Vətən şamda, çıraqda.
Vətənin
nəfəsi var,
Hər yazdığım varaqda.
Bilmirəm
kiməm indi,
Bir az yazığam indi,
Bir az yetiməm indi.
Vətən
məndən aralı,
Mən Vətəndən
uzaqda!
ÖLÜM-HƏYAT
Ölçülüb
gündüzləri,
Ölçülüb
gecələri,
Ölçülüb
qafiələr,
Ölçülüb hecaları.
Hesabdadır
cavanlar,
Hesabdadır
hər əsrin,
Hər dövrün qocaları.
Kim nə
zaman gedəcək,
Hansı gündə, saatda.
Ölüm
də doğum kimi,
Ölçülüdür
həyatda!
HAVA
Hava istəyirəm,
gözəl bir hava,
Ətri, təravəti dağlardan gələ.
Təzələnə
ürək, işıqlana göz,
Qana qan
qarışa, cana can gələ.
Hava istəyirəm,
təmiz bir hava,
Zirvə öz payından sovqat göndərə.
Aça
qanadını yellər, küləklər,
Dağlar bir ölümsüz həyat göndərə.
Havası
çatmayan çox gözəl bilir,
Hava nə deməkdi havasızlara.
Ölünü
dirildən nəfəs var olsun,
İsti bir yuvadı yuvasızlara.
Zəlimxan YAQUB,
Xalq şairi
525-ci qəzet.- 2013.-
27 aprel.- S.28-29.