Xalq yazıçısı
Anarın Avstriyada kitabı nəşr edilib
Avstriyanın paytaxtı Vyanada RRV Renata Rolfink nəşriyyatı Anarın
kitabını buraxıb.
“Azərbaycandan hekayələr”
adlanan kitaba yazıçının “O gecənin
səhəri”, “Mən,
sən, o və telefon”, “Gürcü familiyası”, “Yaxşı
padşahın nağılı”
hekayələri və
“Dantenin yubileyi” povesti daxil edilib.
Kitabı alman dilinə
Liliana Qrimm çevirmişdir. Kitabda oxuculara
Anar haqqında bioqrafik məlumatlar çatdırılır, daha
əvvəllər Almaniyada
və İsveçrədə
alman dilində “Beş mərtəbəli
evin altıncı mərtəbəsi romanının
nəşr edilməsi
xatırlanır. Giriş sözündə
Lilian Qrimm kitabın ərsəyə
gəlməsində yardım
və məsləhətlərinə
görə azərbaycanlı
dostlarından Məhəmməd
Osmanova, Sevinc Fərzəliyevaya, Aytən
Mirsalamlıya təşəkkürünü
bildirir.
525-ci qəzet.-
2013.- 30 aprel.- S.7.