İspan ədəbiyyatından
nümunələr
İspancadan Telman Orucov tərcümə
edib.
Hazır paltar mağazasında
Satıcı
oğlan ər-arvad müştəriləri
qarşılayır:
– Salam,
sinyorlar Qonsales! Sizə nə qulluq göstərə
bilərəm?
– Mənim
ərim bir kostyum almaq istəyir.
–
Çox gözəl. Bu ay bizim çox
böyük çeşiddə kostyumlarımız var. Siz
hansı rəngi istəyirsiniz?
– Onda, mən
yaxşı seriyadan olan göy rəngli bir kostyum istəyirəm.
– Yox, əzizim,
sən göy kostyum istəmirsən, axı sənin göy rəngdə
iki kostyumun var.
– Onda mən
qəhvəyi rəngli kostyum istəyirəm. Qəhvəyi
kostyumunuz varmı?
– Qəhvəyi?
Mümkün deyil! Pedro, qəhvəyi rəng sənin
açıq rəngli saçlarına yaraşmır. Zəhmət olmasa, boz rəngli kostyumu göstərə
bilərsinizmi?
– Sinyor,
siz açıq, yoxsa tutqun boz kostyum istəyirsiniz?
– O, tutqun
boz istəyir. Açıq rəngli bir boz
kostyumu vardır.
–
Yaxşı, Mariya, ancaq başqa boz kostyum xoşuma gəlmir.
– Pedro, səfeh
olma, boz rəng sənə çox yaraşır.
–
Yaxşı.
– Lütfən,
başqa kostyumları gətirin.
–
Hansı ölçüdə, sinyor? 42?
– Bəli,
sinyor. 42.
– 42? O sənə
çox geniş olacaq. 41-in yaxşı
seriyası.
– 41 mənə
dar olacaq, Mariya. Sən ki, bunu bilirsən.
– Əgər ki, sən o qədər çox yeməsəydin,
onda belə kök olmazdın. 41 ölçüdə
kostyumunuz varmı, sinyor?
– Təəssüf
ki, sinyora, indi bizim 41 ölçüdə kostyumumuz yoxdur. Yalnız 42 ölçülü var.
–
Çox təəssüf. Eybi yoxldur, başqa
mağazanı axtarmalı olacağıq. Xudahafiz!
İnəyimi sənin qoyununa dəyişmək
istəyirəm
Bir evdə qoca ər-arvad yaşayırdı. Onlar kəndli
olmaqla, çox kasıb idilər, ancaq xoşbəxt olmaqla,
çox yaxşı xarakterə malik idilər. Onların qoca atlarından başqa heç nələri
yox idi, at da artıq heç nəyə yaramırdı.
Xoşbəxtlikdən onu saxlamaq da baha başa gəlmirdi,
çünki bu heyvan yol kənarındakı otlaqlarda otlamaqla
qidalanırdı. Tezliklə onlar belə qərara
gəldilər ki, onu özləri üçün daha
faydalı olan nəyəsə dəyişsinlər.
Bazara getmək günü gəlib çatanda arvad ərinə
dedi:
– Atı
da özünlə apar. Sən görürsən
ki, biz onu nəyəsə dəyişsək, bundan bir qədər
pul qazanarıq. Necə eləsən, elə
də olacaqdır.
Bizim kənddən şəhərə gedən şosse
yolunda o, yavaş-yavaş irəliləyirdi. Bu vaxt
arxasınca inəyini dartıb aparan cavan oğlanı
gördü. Kişi fikirləşdi ki, “bu inək, yəqin
ki, yaxşı süd verir”, ona görə də oğlana
yaxınlaşıb soruşdu:
– İstəyirsən, gəl sövdələşək. Mənim
atım sənin inəyindən çox yaxşıdır.
Onu dəyişmək üçün sənə
verirəm. Çünki at artıq mənə
yaramır. Razısan?
Cavan
oğlan başını qaşıyıb fikirləşdi və
dedi ki, əlbəttə, bu, yaxşı olar.
Bir qədər
sonra kəndli qarşısında qoyun aparan bir kişi
ilə qarşılaşdı. O dedi: “Ey, dostum, mən inəyimi
sənin qoyununa dəyişməyi təklif edirəm”.
Bu adam da razılaşdı. Və
bizim kəndli yoluna davam edəndə, qoyunu almağından
çox prazı qalmışdı. Çünki
onu saxlamaq, inəkdən fərqli olaraq çox zəhmət
tələb etməyəcəkdi. Bu vaxt başqa bir kişi ilə qarşılaşdı, o,
qucağında gözəl bir qaz aparırdı.
– Qəşəng
qaz aparırsan, yəqin kökdür!
Bir qədər söhbətləşəndən sonra
düşünməyə başladı ki, əgər bu
qazı arvadına aparıb versə, o, buna çox sevinəcəkdir.
– Dostum,
bir şeylə onu dəyişmək istəyirsənmi? Mən qazın əvəzində qoyunumu sənə
verərəm.
Bu adam da təklifi qəbul etdi. Və
kəndli öz yoluna davam etdi. Şəhərin
girişində bir vergiyığanın evi var idi. Bizim əkinçi onun bağında ayaqları
bağanmış toyuğu gördü. Kəndli,
qapının qabağında oturan kişiyə
yaxınlaşdı və öz qazını onun toyuğuna dəyişməyi
təklif etdi. O, toyuğu almağı çox istəyirdi.
Axı ona heç bir zəhmət çəkilməyəcəkdi,
həm də toyuq
gündə bir yumurta verəcəkdi. Əla sövdələşmədi.
Həmin kişi ona dedi:
– Bəlkə
də mənim üçün bu, heç də sərfəli
olmayan bir iş deyildir. Toyuq səninkidir. Mənə qazı ver və məsələ artıq
bitdi.
Kəndli sevindiyindən ağlını itirmişdi. Arvadı
toyuğu görəndə, həm də atı neçə
şeyə dəyişdiyini eşidəndə məəttəl
qalacaqdı. Bu yaxşı kişi
artıq yorulmuşdu. Və karvansarada gecələməyi
qərara aldı. Bu vaxt o, həmin
karvansaradan çıxan və belində ağır kisə
aparan bir cavan oğlanı gördü, ondan nə
apardığını soruşdu.
– Dəyib
ötmüş lalıq almalardır, bunları donuzların
qabağına atmaq istəyirəm, – deyə o, cavab verdi.
– Almalar?!
Sən bilirsənmi ki, mənim arvadım
almanı necə xoşlayır? Bizim isə
bəxtimiz gətirmir. Alma
ağacımız ildə bircə dənədən artıq
meyvə vermir. Və yazıq qoca arvad onu
çürüyənə qədər şkafda saxlayır.
Sən başa düşürsənmi ki, o, necə
razı qalacaqdır.
– Bəs
sən mənə nə verəcəksən? – deyə
cavan oğlan soruşdu.
– Eh, mən
sənə nə verəcəm? Gəl onu bu
gözəl toyuqla dəyişək.
Gənc oğlan təklifi qəbul etdi və kəndli
toyuğu bir kisə almaya dəyişdi.
İt haqqında elegiya
(İşlənmiş xalq
nağılı)
Drum bir ov
iti idi. Öz sahibi ilə düzənliyin
ortasındakı evdə yaşayırdı, onlar bir-birini
çox sevirdilər, necə ki, insan iti sevə bilər.
Və it də həmçinin öz sahibinə bir dost olaraq
qalırdı.
Bir gün səhər tezdən Drum sürünə-sürünə
qonşunun evinin qapısına gəlib çatdı. İtin onun
malikanəsinə yaxınlaşmaması üçün, bu
vaxt pis ürəkli qonşunun atdığı güllə
Drumun qarnına dəyib, bağırsaqlarını
çölə tökdü. Ağrıdan
əzab çəkən it kədərli gözləri ilə
sahibinə baxırdı. Və bu əziz dost elə
oradaca öldü.
Hiddətlənən
sahib bu pis adama qarşı onun itini öldürməsinə
görə iş qaldırdı. Onu məhkəməyə verdi ki, təqsirini etiraf etsin.
Həftələr, aylar keçdi. Və məhkəmələr
məsələnin həll olunması üçün
heç nə etmək istəmirdilər. Bu o vaxta qədər
davam etdi ki, nəhayət iş yüksək instansiyalı məhkəməyə
çıxarıldı. Müttəhimin
müdafiəçisi işi çox yaxşı yoluna
qoyurdu. Və mühakimə başa çatırdı,
bu vaxt bir cavan vəkil sakit tonda öz nitqinə
başladı:
–
Adamın yaxşı dostu hansısa bir gün onun düşməninə
çevrilə bilər. Hətta övladlar da
nankorluq göstərə bilərlər, bizim etdiyimiz
yaxşılıqları bir gün itirə bilərlər.
Belə misallar da vardır ki, o adamlar ki bizə ehtiram bəsləyirdilər,
bədbəxtliyin nümunələrinin kölgələri
yarandıqda, əlbəttə ki, onlar bizdən
uzaqlaşırlar, bizə nifrət bəsləyirlər.
Yeganə
təmənnasız dost odur ki, bu təmənnalı
dünyada o, yeganə olmaqla, heç vaxt nankor ola
bilməz və onun xəyanətə qadir
olmadığını həmin bizim dostüumuz itdə
görürük. İt sahibi ilə, o,
varlı olanda da, kasıb olanda da, gümrah olanda da, xəstə
olanda da bir yerdə idi. Narahat yerdə və
soyuq döşəmə üzərində yatırdı ki,
daim öz sahibinin yanında olsun.
Dostlarının hamısı həmin adamı tərk
edən vaxt onun yanında daim öz sədaqətli iti
qalmışdı. Öz var-dövlətini və
şöhrətini itirəndə, itinin mehribanlığı
və sədaqəti yenə də qalırdı. Hər
şey cox arxada qalanda, sahibi itini ölmüş görəndə,
bütün dostları və
bir vaxt arxasınca gedən hər kəs ondan ayrıla
bildi, orada yalnız iti
qalmışdı, öz məzarı ilə düzənliyə
sıxılaraq, başını ayaqlarının arasına
qoymuş şəkildə, kədərli
gözləri ilə, həmişə olduğu kimi sədaqəti
ilə, həmişə olduğu kimi mehribanlığı ilə,
hətta ölüm anında da.
Vəkil yerinə oturdu. Salondakı
adamların hamısı tam sakit şəkildə onu
axıradək dinlədi. Bu
çıxışa görə hakimlər bir anlığa
uzaqlaqşdılar və sonra məhkəmənin sədri
Drumun sahibinin xeyrinə olan hökmü elan etdi.
Pis ürəkli
adam, itin qatili böyük məbləğdə
pul ödəməli olacaqdı. Və
hamının ittihamedici baxışları altında o, məhkəmə
salonunu tərk etdi.
(İşləyəni
H. Almendrosdur)
İspaniya
(nəğmə)
İspaniya,
İspaniya, ey çox gözəl qadınlar ölkəsi
İspaniya, İspaniya, tamam vurğun etmisən dənizi.
İspaniya, İspaniya, məşhurdur qırmızı
qərənfili.
İspaniya, İspaniya, bil ki, unutmaram heç vaxt səni.
Bu gözəl söz sırf kastilian dilində yada
salır diyarımı, Vətənimi.
Min dəfə
eşitsəm də, əzizdir mənə
Gəlir ətri,
elə bil, sirrdən, qərənfildən,
Qılızgüldən, bir də ən şirin hisslərimdən.
Bu söz
çevrilib artıq Vətənimin rəmzinə
Atam-anam öyrətdi ilk dəfə onu mənə.
Döndü həmin andan da əziz olan tilsimə.
525-ci qəzet.-
2013.- 3 avqust.- S. 10.