Etnik baxımdan zəngin bölgələrimiz-Balakən

 

Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümumilli lider Heydər Əliyev əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir.

Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələri əl-ələ, çiyin-çiyinə dostcasına, qardaşcasına yaşayırlar. Ölkənin bütün bölgələrinə səpələnərək yaşayan etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil edirlər. Tarixi proseslərin nəticəsi bir sıra xalqların məskunlaşmasında da özünü göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində isə sıx halda məskunlaşıblar. Azərbaycan ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə olsa da, bu etnik zənginlik çaları özünü bəzi bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə etnik rəng özünü daha tünd çalarda göstərir, bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha kompakt şəkildə yaşayırlar.

Etnik baxımdan zəngin regionlarımızdan sayılan şimal-qərb zonasında da xeyli sayda milli azlıq azsaylı xalqlar məskunlaşıb. Zaqatala Balakən belə rayonlarımızdandır. Ancaq bu gün konkret olaraq Balakən rayonunun timsalında həmin bölgədə yaşayan etnik qruplar barəsində söhbət açacağıq.

Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisiniMəbədlər diyarıadlandırıb.  Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir.

Yazılı qaynaqlarda qeyd olunur ki, Balakən Qədim Albaniya dövlətinin ərazisinə daxil olub. Eramızdan əvvəl 65-ci ildə Roma alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli cəsurdur. Bu ərazi həmişə yad qüvvələrin diqqətini cəlb edib, eyni zamanda da həmişə qəsbkarlara qarşı sipər rolunu oynayıb.  XVIII əsrin sonlarında Cənubi Qafqazda yaranmış siyasi vəziyyətlə əlaqədar ayrı-ayrı xanlıqlar Gürcüstan Dağıstan feodal hakimləri arasında gedən çəkişmələrə Balakən camaatı da cəlb olunub.

Azərbaycan müstəqillik əldə edəndən sonra Rusiya Gürcüstanla həmsərhəd olan Balakən 1991-1994-cü illərdə çox keşməkeşli günlər yaşamalı olub. Xaricdən idarə olunan bəzi qüvvələr Azərbaycanın parçalanmasına can ataraq ölkədə mövcud olan gərgin vəziyyətdən, hakimiyyət orqanlarının zəifliyindən sui-istifadə edərək burada əsrlər boyu bir yerdə yaşayan azərbaycanlı, avar, inqiloy başqa xalqları toqquşdurmağa çalışırdılar. Ancaq Azərbaycanın dövlətçiliyinə sadiq olan balakənlilər heç bir provakasiyaya getmədilər, tarixən olduğu kimi qardaşcasına, dostcasına yaşamağa davam etdilər. Ölkənin bütövlüyünə zərbə vuracaq millətlərarası münaqişənin yaranmasına yol vermədilər.

Balakəndə hazırda da azərbaycanlılar, avarlar, inqiloylar, saxurlar, farslar, ruslar, ləzgilər, gürcülər, türklər, tatarlar digər xalqların nümayəndələri əl-ələ çiyin-çiyinə verərək ölkəmizin bərabərhüquqlu vətəndaşları kimi yaşayır, çalışırlar.

Keçən yazımızda bu zonada yaşayan inqiloylar haqqında ətraflı  bəhs etmişdik. Bu yazımızda isə bu regionda say çoxluğu ilə seçilən avarlar saxurlar haqqında söz açacağıq.

Saxurlar Qax, Zaqatala Balakən rayonlarında, eləcə Dağıstanın Şəki-Zaqatala bölgəsiylə həmsərhəd olan Rutul rayonunda yaşayırlar. Sayları 30 mindən artıqdır. Qafqaz dillərinin Dağıstan qolunun cənub-şərq qrupuna aid olan saxur dilində, eləcə Azərbaycan dilində danışırlar. Dini baxımdan sünni təriqətli müsəlmandırlar.

Saxurlar Qafqaz Albaniyasının 26 tayfasından biridir. Alban tayfalarından olançiqbitayfasına uyğun gəlir. Özləriniyıxiyadlandırırlar. Alban tayfalarının tərkibi barədə məlumat verən Strabondan başlamış müasir tədqiqatçılara kimi hamı bu fikirdədir. Hətta Qəmərşah Cavadovanın konkret misallar əsasında yazdığı kimisaxurların Qafqazın qədim xalqlarından olmasını qədim gürcü erməni mənbələri təsdiq edir”. Tarixçi Strabon öz məşhurCoğrafiya”sında Alban ərazisindəki Qanıx (Alazanın bir qolu) çayı barədə bilgi verir xğanadının saxur dilindəki su(çay) sözündən yarandığını söyləyir. Strabonun məlumatına əsaslanan Q. QeybullayevAzərbaycanlıların etnogenizminə dairadlı kitabında (Bakı 1991) belə bir qənaətə gəlir ki, “saxurların əcdadı Alazan çayının, adı onların dilində olan qolunun (yəni Qanıxın) vadisində yaşayırdılar”.

Saxur mətbəxi müxtəlif yeməklərlə zəngindir. Xəmir xörəkləri isə xüsusilə üstünlük verirlər. Saxurların mətbəxində bir çox yemək növləri qaxac ətlə hazırlanır. Saxur mətbəxininsürfüllü”, “xikeyi”, “xingiliadlı təamları məşhurdur.

Saxurlar Azərbaycan elminə incəsənətinə böyük şəxsiyyətlər bəxş ediblər. Onların ən məşhur nümayəndələrindən fizika-riyaziyyat elmləri doktoru Abdulla Muxtarovu, professorlar Abdulla Qarayevi, Əlizadə Orucu, Səlim Cəfərovu, yazıçı-publisist Əhməd İsayevi digərlərini nümunə göstərmək olar.

Avarlar Dağıstanda ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup hesab olunur. Onlar həmçinin, Rusiyanın Çeçenistan, Kalmıkiya digər federasiya subyektlərində məskunlaşıblar. Azərbaycanda avarlar əsasən Balakən rayonunun Qabaqçöl qəsəbəsində, Mahamalar, Mazımqara kəndlərində, Zaqatala rayonunun Uzuntala, Ziliban, Mazıx, Car,  Axaxdərə kəndlərində yaşayırlar. 2009-cu ildə aparılmış siyahıyaalmaya əsaslansaq, Azərbaycanda 50 minə qədər avar yaşayır.

İndiki avarların əsli tarixən Dağıstan ərazisində yaşayan silvlər andaklar tayfasıdır. Bəzi ədəbiyyatlarda avarların kaspilərdən törədiyi qeyd olunub. Mənbələrdə göstərildiyinə görə, avarlar qədim dövrdə indiki kimi dağlıq ərazidə deyil, düzənlik ərazilərdə yaşayırdılar. Avarların məskunlaşdığı ərazilər Sarir adlanırdı. Sarir dövləti VI əsrdən XII əsrə qədər mövcud olub əhalisi xristianlıq dininə sitayiş edib. XII əsrdən etibarən avar dövlətini əhatə edən müsəlman feodal dövlətlərinin ona qarşı birləşərək iqtisadi blokada tətbiq etməsi mütəmadi hücumlar etməsi nəticəsində Sarir dövləti tədricən zəifləyib əhalisi müsəlmanlaşdırılıb.

Azərbaycanlılarla sıx qaynayıb-qarışan avarlar hazırda da İslam dininə etiqad edirlər.

Bütün bunlar göstərir ki, Tanrı Azərbaycan adlı bu məmləkətdən səxavətini lütfünü əsirgəməyib, yeraltı yerüstü sərvətlərlə yanaşı, bir ölkə ərazisində iç-içə qaynayaraq qarışan, bir respublikanın bərabərhüquqlu vətəndaşı kimi çiyin-çiyinə yaşayan dost xalqlar bəxş edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək, qorumaq hər birimizin mənəvi borcudur.

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2013.- 3 avqust.- S. 22.