Etnik baxımdan zəngin bölgələrimiz -
Qax
Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider
Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir.
Ölkəmizdə əsrlərdir müxtəlif
xalqların nümayəndələri
əl-ələ, çiyin-çiyinə
dostcasına, qardaşcasına
yaşayırlar. Ölkənin bütün bölgələrinə
səpələnərək yaşayan etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil
edirlər. Tarixi proseslərin
nəticəsi bir sıra xalqların məskunlaşmasında da
özünü göstərib.
Buna müvafiq olaraq bəzi etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində
isə sıx halda məskunlaşıblar.
Azərbaycan ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə olsa da, bu
etnik zənginlik çaları özünü
bəzi bölgələrdə,
bəzi rayonlarda daha qabarıq şəkildə büruzə
verir. Yəni, bəzi ərazi
vahidlərimizdə etnik
rəng özünü
daha tünd çalarda göstərir,
bəzi etnik qruplar, bəzi xalqlar bir sıra
rayonlarda daha kompakt şəkildə yaşayırlar.
Azsaylı xalqların və
etnik qrupların kompakt şəkildə yaşadıqları bölgələrimizdən
biri də Qax
rayonudur. Yaşayış
məskəni kimi Qaxın adına
ilk dəfə Moisey Kalankatlı nın “Albaniya tarixi” əsərində rast gəlinir. IV əsrə
aid hadisələrdən bəhs
edən tarixçi Haku(Qax) adlı yaşayış məskəninin
adını qeyd edir. Rayonun ərazisi Böyük
Qafqaz sıra dağlarının cənub
ətəklərində yerləşir.
Qaxda 59 yaşayış
məntəqəsi var. Almalı,
Fıstıqlı, Malax,
Qaxmuğal, Süskən, Çüdüllü,
Amanlı, Güllük,
Marsan, Qaysarlı, Tanqıt, Üzümlü,
Armudlu, Keşqutan, Meşəbaş, Qazmalar
, Tasmalı, İbaxlı,
Ağyazı, Kiçik
Alatəmir, Oncallı,
Qaşqaçay, Turaclı,
İlisu, Ağçay,
Kötüklü, Qapıçay,
Qımır, Uzuntala, Şıxlar, Baydarlı, Ləkit, Qarabaldır, Qındırğa, Xələftala,
Şotavar, Bağtala,
Ləkit Malax, Qaratala, Qorağan, Zərnə, Əmbərçay,
Cəlayer, Zəyəm,
Əmircan, Dəymədağlı,
Lələpaşa, Qaxingiloy,
Şotavar, Çinarlı
kimi kəndlərdə
azərbaycanlılar, inqiloylar,
gürcülər, saxurlar,
ləzgilər, mesxeti
türkləri, ruslar,
avarlar və başqa xalqların nümayəndələri yaşayır.
Məsələn, rayonun əsası
1897-ci ildə qoyulmuş
Qaxingiloy kəndində
— etnik ingiloylar üstünlük təşkil
edir. Yaxud Şotavar kəndində
ləzgilər, avarlar,
müsəlman tatarlar
yaşayır.
Qaxda bir çox xalqların nümayəndələri yaşayır,
ancaq sayca inqiloylar üstünlük
təşkil edir. İngiloylar mənbələrdə
əsasən Azərbaycanın
Qax və Zaqatala rayonları ərazisində yaşayan
gürcülərin subetnik
qrupu kimi təqdim olunur. I Şah Abbasın
dövründə müsəlmanlığı
qəbul ediblər. Etnik, psixoloji, mədəniyyət
və s. cəhətlərinə
görə azərbaycanlılarla
qohumluq əlaqələrinə
malik olan ingiloylar yaşadıqları
cəmiyyətə sıx
inteqrasiya olunmaları
ilə seçilirlər.
İngiloylar 26 qədim alban
tayfasından biri olan gellərdir, “gel” sözü də “ingiloy” sözünün ikinci hecasında “gil” kimi öz
əksini tapıb.
Bu qrupun nümayəndələrindən
əsasən müsəlmanlar
və çox az hissəsi
xristianlar gürcü
dilinin cənub dialektində danışırlar.
İngiloyların dili gürcü
dilinə yaxın (gürcü dilinin cənub dialekti) olduğu üçün
onları gürcüdən
dönmə hesab edirlər. İngiloyların əcdadları olan
qeller orta əsrlərdə dilləri
gürcüləşmiş Albaniya tayfaları olub.
Tarixi məlumatlara
görə, azərbaycanlılar
ingiloyları qellər
adlandırırlar. Qax rayonunun
İlisu kəndindəki
ingiloyların qellər,
avarlar tərəfindən
qeloylar, zaxorlar tərəfindən qelovlar
adlandırılması ona
əsas verir ki, ingiloy etnonimi
azərbaycanca “yeni qellər” sözlərinin
birləşməsindən yaranıb. Qellər komponenti qədim
qel etnonimi ilə əlaqələndirilir.
Strabonun məlumatına görə
qellər amazonkalıların
arasında yaranıb.
Bu faktı Plutarx
da (ikinci əsr) təsdiqləyib.
Qədim
gürcü mənbələrində
Dağıstan xalqları
leki adlanır. Onuncu əsr gürcü yazıçısı Yefemiyev
Sertoqoriya leklərini albanlar adlandırıb.
Qellərin Qafqaz dağlarında
və yaxud Şimali Qafqazda yaşadıqları söylənilib.
Bəzi tədqiqatçılar qellərin
Dağıstanın cənubunda
yaşadığını iddia edir. Bəziləri isə Strabonun
və Plutarxın amazonkalılar adlandırdığı
xalq – alazanların Alazan çayı sahillərində yaşadıqlarını
bildirirlər. Beləliklə, müasir ingiloylar (qədim qellər) iki min ildir ki,
eyni bir yerdə – Alazan çayı ərazisində
yaşayırlar.
İngiloyların əcdadları olan qellər orta əsrlərdə dinin inkişafı nəticəsində
dilləri gürcüləşmiş
İran dilli Albaniya tayfaları olmuşlar. İngiloyların əcdadları Albaniya
vilayətinin ərazisi
olan Eritedə yaşamışlar. Müxtəlif dövrlərdə Gürcüstanın
tərkibinə daxil olan qellər gürcü-provaslav dininin
təsirindən gürcü
dilini qəbul etmiş və gürcü dilinin ingiloy dialekti yaranıb.
Dövlət Statistika Komitəsinin məlumatında ingiloyların
deyil, gürcülərin
sayı barədə məlumatlar verilir. Azərbaycanın regionları üzrə statistik göstəricilərdə
də gürcülər
barədə məlumat
verilir. Heç bir son dövrlərin statistik məlumatında ingiloy adı altında say göstəricisinə
rast gəlinmir. İngiloylar əsasən Balakən və Zaqatalanın bir neçə yaşayış
məntəqəsində, daha
çox isə Qax rayonunun Qaxingiloy,
Əlibəyli, İngiloy
Kötüklü, Böyük
Alatəmir, Kiçik
Alatəmir, Meşəbaş,
Qaxbaş və Qarameşə kəndlərində
yaşayırlar.
Qax
rayonunun Əlibəyli,
Gürcü Kötüklü,
Qax İngiloy, Meşəbaş, Torağan
və Xələfsala
kəndlərində gürcülər
də yaşayır.
Qax rayonunda
kilsələrdən bəziləri
fəaliyyətini davam
etdirir. Bölgənin gürcü əhalisi
öz ənənələrinə
sadiq qalır. İngiloyların milli adət-ənənələrinin
qorunub saxlanması sayəsində dövlət
tərəfindən bir
sıra işlər görülüb. İngiloyların yaşadıqları rayonlarda
əhalinin əsas hissəsini azərbaycanlılar
təşkil etsə də, burada digər azsaylı xalqların nümayəndələri
də yaşayırlar.
Bu bölgələrdə azərbaycanlılarla yanaşı,
həm də azsaylı xalqların nümayəndələri ilə
bağlı tədbirlər
keçirirlər. Azərbaycan şairlərinin
yubileyləri ilə yanaşı, gürcü
xalqlarının nümayəndələri
İ.Çavçavadezinin, Ş.Rustavelinin yubileyləri
qeyd edilib. Rayon mərkəzlərində keçirilən xeyriyyə
marafonları, 20 Yanvar
və Gürcüstanda
baş vermiş 9 aprel faciələrinin qeyd olunması həm də milli azlıqların adət-ənənələrinin təbliğinə xidmət
göstərir.
Qaxda Gürcü
Teatrı fəaliyyət
göstərir. Ölkəmizin hər yerində
olduğu kimi Qaxda da bizim
vətəndaşlarımız-digər xalqların nümayəndələri
dövlət orqanlarında,
idarəetmədə fəal
iştirak edirlər.
Bütün bunlar göstərir
ki, Tanrı Azərbaycan adlı bu məmləkətdən
səxavətini və
lütfünü əsirgəməyib,
yeraltı və yerüstü sərvətlərlə
yanaşı, bir ölkə ərazisində
iç-içə qaynayaraq
qarışan, bir respublikanın bərabərhüquqlu
vətəndaşı kimi
çiyin-çiyinə yaşayan
dost xalqlar bəxş
edib. Bu qiymətli
bəxşişlərin qədrini
bilmək, qorumaq hər birimizin mənəvi borcudur.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 8 avqust.- S. 22.