Dini abidələrimiz: qədim alban məbədləri (sonu)

 

 

 

Azərbaycan etnik dini tolerantlığın nümunəvi modeli kimi hazırda bütün dünyaya örnək sayılır. Əsrlərdir ki, ölkəmizdə məskunlaşan onlarla azsaylı xalq etnik qrup sülh şəraitində birgəyaşayışın,  etnomüxtəlifliyin zəngin sintezinin, multikulturalizmin mədəni mübadilənin mükəmməl nümunəsini  beynəlxalq ictimaiyyətə sərgiləyir.

Azərbaycan tarixən həm dini tolerantlıq ənənələrini yaşadan  ölkələrdən hesab olunur. Bunun ən bariz sübutlarından biri ölkə ərazisində yerləşən müxtəlif dinlərə aid qədim unikal abidələrin, məbədlərin, səcdəgahların həm dövlət, həm cəmiyyət tərəfindən həssaslıqla qorunmasıdır.

Hazırda Azərbaycan ərazisindəhəm paytaxtda, həm bölgələrdə məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Ancaq tarixən bunların hamısından daha qədim olan məbədlərimizin- ulu əcdadlarımız albanlardan qalma abidələrin sayı az deyil. Tarix etibarilə bu abidələr Azərbaycanın qədər qədim bir tarixə malik olduğunu sübut etməklə yanaşı, həm ölkəmizin tolerantlıq dərəcəsinin üstün göstəricisi rolunda çıxış edir.  Silsilə yazılarımızda bu abidələr haqqında oxucularımızı məlumatlandıracağıq.

Azərbaycan xalqının əcdadı sayılan albanlar özlərindən sonra maddi-mədəni abidələr qoyub gediblər. Bunun ən bariz nümunələri isə albanların xristianlığın meydana gəldiyi ilkin orta dövrlərdə ölkəmiz ərazisində mövcud olan möhtəşəm dövlətdə-Qafqaz Albaniyasında inşa etdikləri qədim kilsələr, məbədlərdir.

Azərbaycanın qərb regionunda belə abidələrin sayı daha artıqdır. Gədəbəydə bir neçə belə məbəd mövcuddur. Rayonun Çaldaş kəndində şəxsi həyətyanı sahədə yerləşən Çaldaş abidəsi Qafqaz Albaniyasının maddi irsinə aiddir.

 IX-XI əsrlərdə tikildiyi güman edilən bu alban məbədinin dam örtüyü tamamilə dağılıb. Məbədin 1-1,5 metr hündürlüyündə divarları, altar hissəsi bugünəcən qalıb. Qədim alban mədəniyyətinin nümunəsi olan bu məbəd hazırda memarlar alimlər tərəfindən öyrənilir.

Gədəbəyin belə maraqlı abidələrindən biri Şəmkir çayı ətrafındakı şəhər xarabalığında müasir dövrə qədər salamat qalmışMahrasaməbədidir.

Abidənin adına əsaslanaraq demək olar ki, Mahrasa məbədi yarandığı ilkin mərhələdə göy cisimlərinə etiqad olunan müqəddəs yer kimi tanınıb. Hətta IV əsrin əvvəllərində Albaniyada xristianlığın yayılmasına baxmayaraq Mahrasa atəşpərəsliyin möhtəşəm məbədlərindən biri kimi fəaliyyət göstərib. Mahrasasözünün elmi təhlili bu fikri təsdiq edir. Belə ki, sözün kökü olanmahhəm farsca, həm türkcə “ay” deməkdir. Rəsadisə göy cisimləri müşahidə olunan yerə deyilir. İki söz birləşməsindənMahrəsadyaranır. Sözün sonunda gələn “d” səsi çətin ifadə olunduğuna görə məbədMahrasaadlandırılıb. Azərbaycanın Gəncə, Kəlbəcər başqa ərazilərində mahrasaadını daşıyan abidələrimiz var. Bu abidələrdə aya sitayiş izləri, divar təsvirləri qeydə alınıb. Gədəbəydəki Mahrasa məbədi Albaniyanın Girdiman vilayətinin mərkəzi məbədlərindən biri olub.  Cənubi Qafqaz qaz boru kəmərinin inşaatı ilə əlaqədar 2005-ci ildə Şəmkir rayonunun Çaparlı kəndi yaxınlığında antik erkən orta əsrlərə aid arxeoloji kompleks tədqiq edilərkən burada alban xristian məbədi qəbiristanlığı aşkarlanaraq öyrənilib.  Çaydaşından inşa edilmiş tikili qalıqlarının X-XI əsrlərə aid olduğu bildirilir. Qazıntı zamanı binadan üzərinə xaç təsviri salınmış daş lövhənin tapılması, eləcədə məbədin altından ətrafından xristian qəbirlərinin aşkarlanması bina qalıqlarının IV-V əsrlərə aid alban xristian məbədinin qalıqları olduğunu təsdiqləməyə imkan verir.

Tovuz rayonunun Əsrik Cırdaxan kəndi ərazisində yerləşən, təxminən VII-X əsrlərə aid edilən alban məbədi qala divarları da bu abidələr sırasındadır. Əsrik Cırdaxan kəndinin meşə ərazisində olan albanlara məxsus bu tarixi abidə torpaqdan 100 metr yüksəklikdə yerləşir.

Ağstafada yerləşənKeşişdağməbədi qədim alban abidələrindəndir. Qaraca yaxud, David Qareci məbədi kimi tanınan Keşikçidağ monastr kompleksi Azərbaycanın Gürcüstanla sərhəddində yerləşən qədim alban məbədidir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir.  Məbədin mənşəyinə dair Azərbaycan gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə, Keşikçidağ məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbələri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gənc sonrakı dövrlərə aiddir.

Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən qədim alban məbədi isə V-VIII əsrlərdə tikilib. Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və möhtəşəm görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir.

Bölgələrimizdən  Ağcabədinin Təzəkənd yaşayış məntəqəsi yaxınlığında da üçnefli alban bazilikası yerləşir. 

Bazilika plan baxımından üç cüt sütundan ibarət olan binadır. Abidənin uzunluğu 16,5 metr, eni isə 9,2 metrdir. Binanın şərq tərəfində səcdəgah absidaları və yanlarda keşiş cübbələrinin saxlandığı yer var. Bazilika ərazisində tapılmış saxsı materiallarına əsasən bu abidəni V – VI əsrə aid edirlər.

Azərbaycanın iki böyük şəhərində- Gəncədə və Mingəçevirdə də qədim alban abidələri mövcuddur. Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində Gəncə Alban Məbədi V-VII əsrlərdə tikilib və XVII əsrdə bərpa olunub. Binanın tikintisində qırmızı tuf daşından istifadə olunub. Yeddi sütunlu binada hazırda Gəncə Dövlət Kamera Orkestri fəaliyyət göstərir.

1946-cı ildə Mingəçevir SES-in tikintisi zamanı orada IV-VII əsrə aid alban kilsə kompleksi aşkarlanıb. Kilsə qədim zərdüşti məbədinin özülləri üstündə inşa edilib. Kompleksə daxil olan əsas məbəd binası günbəzsiz olub. Bu cür uzunsov, günbəzsiz məbədlər Albaniyanın ən erkən kilsə binaları olub.  

Kompleksə bir neçə qədim tikili daxildir.

Bu qədim tarixi abidələr ölkəmizə axın edən turistlərin diqqətini cəlb edir, onlarda tariximiz, mədəniyyətimiz tolerantlıq ənənələrimiz haqqında dolğun təsəvvür yaradır.

 

lll

 

Bu abidələrin mövcudluğu çağdaş dövrümüzədək qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi bir daha sübut edir ki, Azərbaycan xalqı dövləti tarixən dini müstəvidə tolerantlığın, dözümlülüyün, xoşgörünün ən yüksək səviyyəyə çatdırılmasına nail olub.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2013.- 17 avqust.- S.30.