Qədim dövrlərdə Azərbaycanda din anlayışı (davamı)

 

 

Azərbaycanın orta tunc dövrü qəbilələrinin etiqadlarını əks etdirən bəzi abidələr bizə gəlib çatmışdır. Bu baxımdan Üzərliktəpə yaşayış yerində ocaq kənarında  döşəmə üzərində əldə edilən tapıntı diqqətəlayiqdir.

Əvvəllər olduğu kimi, bu dövrdə axirət dünyası ilə əlaqədar dini görüşlər əhalinin ideologiyasında müəyyən yer tuturdu. Bəzən ölüyandırma adəti tətbiq olunurdu. Ümumiyyətlə, dəfnə çox diqqət verilirdi. Qəbirlərdə əmək alətinə, müxtəlif silahlara, bəzək əşyalarına tez-tez rast gəlinir. Görünür, axirət dünyasında həyatın davam etməsi, orada ərzağın, istifadə olunan başqa ləvazimatların labüdlüyü barədə təsəvvürlər insanların şüurunada kök salmışdı.

Azərbaycan ərazisində son tunc ilk dəmir dövrünə aid tədqiq olunan qəbir abidələri axirət dünyası ilə bağlı dəfn mərasimi, adət etiqadlar haqqında mühakimə yürütməyə imkan verir. Bu baxımdan yanğından dağılmış Sarıtəpə məbədinin qalıqları böyük maraq doğurur.

Son tunc ilk dəmir dövrü əkinçi qəbilələrin ideologiyasında heyvanlara pərəstiş müəyyən yer tuturdu. Sarıtəpə məbədindəki ağac dirəklərin uclarında gildən heyvan başlarının düzəldilməsi məhz bununla izah edilməlidir.

Sarıtəpə məbədində kuzə qulpundakı ilanın relyef təsviri qədim əkinçi əhalinin dini təsəvvürlərində suya sitayişlə bağlı olmalı idi.

İbtidai icma quruluşunun dağılması ərəfəsində əhalinin dini təsəvvürlərinin öyrənilməsində saxsı qablar üzərində çoxsaylı təsvirlər xüsusən maraqlıdır. Qablar üzərində çoxlu rəmzi işarələr heyvanların, bəzən adamın sxematik fiqurları, həm müxtəlif etiqad, pərəstiş ayinlərə bağlı təsvirlər vardır.

Gil qablarda, tunc kəmərlərdə verilmiş müxtəlif səhnələrdə, eləcə gil möhürlərdə günəş işarəsinin olması qədim əhalinin inancında günəşə pərəstişin böyük əhəmiyyət daşıdığını təsdiq edir.

Əldə edilən bir neçə məlumat  belə güman etməyə əsas verir ki, qədim mannalıların şəhərlərində ayrı-ayrı məbədlər varmış bu məbədlərdə tanrıların heykəlləri qoyulubmuş. II Aşşurnasirapal Zamuada alınan qəniməti sadalayanda zamualı Amekanın paytaxtı Zamridə ələ keçirilən bütlərdən xəbər verir. Qədim əhali vəhşi ev heyvanlarına fövqəltəbii qüvvələr kimi isnad edir, bəzilərini tanrıların rəmzi, müttəfiqi ya əksinə, düşməni sayırdılar.

Nəzərdən keçirilən ərazinin qədim əhalisinin etiqadlarında dirilik ağacına sitayiş böyük yer tuturdu. Dirilik ağacına sitayiş Yaxın Şərqdə geniş yayılmış motivdir. Bu ağac təbiətin ölməsi dirilməsi ideyasını, qədim əhalinin əşyaya axirətə inamını təcəssüm etdirirdi.

Bu dövrdə insanların həyatında at xüsusi yer tuturdu. At, sözsüz, ilahiləşdirilmişdi. Əldə olunmuş faktlar göstərir ki, Urmiyaətrafı vilayətlərdə tanrılar panteonu varmış, əhali tanrılara sitayiş edirmiş, məbədlərdə ibadət olunur, qurbanlar kəsilir, dini ayinlər icra edilirmiş.

Qədim midiyalıların dini-fəlsəfi təsəvvürləri yəhudi dininə, ilkin xristianlığa yunan fəlsəfəsinə müəyyən təsir göstərmişdir.

İlk dövrdə bütün Midiya tayfaları üçün məcburi olan vahid dini sistem olmamışdır. Midiyalılar arasında sonralar müəyyən dərəcədə Avestada öz əksini tapmış, habelə daha sonrakı dövrdə öz mövcudluğunubidətçitəlimlər kimi davam etdirmiş müxtəlif dini təlimlər yayılmışdı. Midiya tayfalarının dini təbiət qüvvələrinə sitayişdən törəmiş politeizm idi.

Bu dövrdə mazdaizm, yəni Ahura Mazda adlanan əsas tanrıya, tanrıların kifayət dərəcədə çoxsaylı dəstəsinə-çox zaman bir-biri ilə düşmənçilik edən dayvalara ahuralara əsaslanan bir sıra dini sistemlər mövcud idi. Erkən Midiya vilayətlərində ona bitişik olan vilayətlərdə mazdaizm yaxud bir sıra mazdaistik təlimlərinin yayılması haqqında fikir söyləməyə imkan verən faktlar var. Mazdaizmdə hər şey Avesta ilə uzlaşmır, lakin onda Avesta inamları ilə aşkar ziddiyyət təşkil edən ünsürlər yoxdur.

MidiyalılarınMaqların təlimiadlı müəyyən inancları olduğu da bilinir. Maqların təlimihaqqında məsələ çox mürəkkəbdir. Bəzi tarixçilərə görə, maqlar mənşə etibarilə Midiya tayfalarından biri idilər. Bir çox hallarda etnik mənsubiyyətindən asılı olmayaraq, sadəcə, kahinlər maqadlandırılırdılar. Maqlar oda sitayişin qədim ənənələrin mühafizəçiləri idilər.

Maqların təliminin əsasını iki başlanğıcınİşıqla (Ahuramazda) Zülmətin (Ahura-Manyu) mübarizəsi təşkil edirdi.

Tarixən Azərbaycan ərazilərində yaranmış yayılmış dinlərdən, ümumiyyətlə, mədəni dəyərlərdən danışarkən atəşpərəstliyə, xüsusilə zərdüştiliyə toxunmamaq qeyri-mümkündür. Adətən atəşpərəstliyi zərdüştilik dini inamı ilə eyniləşdirirlər. Halbuki, hər iki inam müstəqil din sahələri kimi meydana gəlib onların yaranması bilavasitə Azərbaycan əraziləri xalqı ilə bağlıdır.

Zərdüştiliyə qədər dünyada  müxtəlif dinlər inanclar olub, amma onların hamısı məhəlli xarakter daşıyıb demək olar ki, yarandığı bölgənin sərhədlərini aşa bilməyib.  Amma üç böyük imperiyanın dövlət dini olmuş zərdüştilik nəinki məhəlli din anlayışının sərhədlərini aşmış, hətta ilk dəfə qədim dünyada mükəmməl din, dünyagörüşü, əxlaq məişət, mənəviyyat prinsipləri toplusu  yaratmışdır. Bu dinin yaradıcısı sayılan Zərdüştün böyüklüyü ondadır ki, özünə qədər mövcud olan allahların hamısını rədd edərək yeganə Allah – Hörmüzü kainatın bütün canlı varlıqların yaradıcısı kimi irəli sürüb. Bu baxımdan, bütpərəstlikdən fərqlənən zərdüştlük bütpərəst  dinlərlə səmavi dinlər arasında ayrıca bir mərhələ təşkil edir.

Bu dinin əhatə dairəsi yalnız Azərbaycanın tarixi əraziləri Yaxın Şərqlə məhdudlaşmamış, Qərbə, xüsüsilə qədim yunan hind mədəniyyətinə ciddi təsir göstərmişdir. Tarixi faktlar, eləcə də bizə gəlib çatmış yunan tarixçi və filosoflarının əsərləri sübut edir ki, zərdüştiliyin müqəddəs kitabı olan Avestanın, xüsusilə, bu kitabı yaradan maqlar və onların təlimində və atəşpərəstlik dinində islahat aparmış Zərdüşt yunan mədəniyyətinin inkişafında böyük rol oynayıb. Bəlkə, elə buna görədir ki, ingilis tədqiqatçısı Meri Boys zərdüştiliyin bəşəriyyətə bütün digər etiqad növlərindən  daha artıq dərəcədə təsir göstərdiyini iddia edir.

Əksər tədqiqatçılar təsdiqləyir ki, Zərdüştün dövrünə qədər analoqu olmayan ideyaları nəinki onun ardıcıllarına, hətta qədim dövrün bir çox aliminə – Platona, Aristotelə, Hermippinə və başqalarına güclü təsir göstərib. Uzun tarixi dövr ərzində dövlət dini statusunu qoruyub saxlayan zərdüştilik VII əsrdən etibarən, yəni İslamın yayılması ilə əlaqədar zəifləməyə başlayıb. Təsir dairəsi bu qədər geniş olan, Hindistandaİranda indiyədək mənsubları yaşayan zərdüştilik Azərbaycanın tarixi ərazilərində yaranmış və Azərbaycan xalqının bəşəriyyətin mədəni dəyərlər sisteminə ərmağan etdiyi ilk böyük töhfədir.

Zərdüştiliklə bağlı önəmli məqamlardan biriodur ki, bu dinin tarixi ilə Azərbaycan fəlsəfəsinin tarixi demək olar ki, həmyaşıddır. Çünki zərdüştiliyin ayinlərini yerinə yetirən maqlar həm də Azərbaycanın ilk filosofları hesab edilirlər. Əslində, bu gün müxtəlif dövrlərə və qruplara ayırdığımız dünya fəlsəfəsinin bünövrəsində maqların təbliğ etdiyi ideyalar dayanır və bu baxımdan dünya fəlsəfəsi onlara çox şey borcludur.

 

525-ci qəzet.- 2013.- 21 avqust.- S.4.