Qızıl səslər sərgisi

 

 

 

Bu yazını bəlkə bir qədər sonra yazacaqdım. Lakin avqustun 20-də yeniyetmə MirpaşanınSegah”ından sonraMuğam Televiziya Müsabiqəsi-2013”ün final yarışmasında münsiflər heyətinin üzvləriölkənin azman sənətkarları sanki sözləşiblərmiş kimi, amma yüz faiz əminliklə deyə bilərəm ki, bir-birindən xəbərsiz əllərindəki 10-luq yazılan lövhəni yaşından xeyli böyük görünən, səsiniavazını ucaltmağa zirvə axtaran bu oğlanın daha parlaq gələcəyinə səmtlənən yol nişanəsi kimi dikəldəndə yaddaşımda cücərən fikirləri çatdırmaq qərarına gəldim.

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Turizm Nazirliyinin iştirakı ilə keçirilən ənənəvi televiziya muğam müsabiqələri ölkəmizdə muğam sənətinə, müsiqi mədəniyyətimizə göstərilən qayğının əvəzedilməz nümunəsi kimi dəyərləndirilməlidir. Gənc istedadlara bunca kömək dəstək örnəyi heç harada axtarılmamalıdır. Gənclərin muğam sənətinə sadəcə marağından böyük səhnəyə uzanan çətin yoluna çox böyük ürəklə, səxavətlə işıq tutan insanlar hələ sağlığında ikən əslində özlərinə abidə ucaldırlar. Elə münsiflər heyətinin tərkibinə nəzər salanda bunu əyani görürük. Böyük Muğam Evinin sayseçmə sakinləriXalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əməkdar incəsənət xadimləri Sərdar Fərəcov, Nadir Axundov. Bu insanlar gənc istedadlara necə səbrlə, diqqətlə qulaq kəsilir, qısa amma hikmətli fikirləri ilə qiymətlərini verir, qənaətlərini bildirirər. Teleaparıcıların səriştəliliyi, salonda əyləşən sözsənət xiridarlarının həssas münasibəti müsabiqə yarışmasını bir kompleks halına gətirir, bütövləşdirir. Hər dəfə Azərbaycan muğam sənəti korifeylərinin lent yazılarının səsləndirilməsi səhnəyə təzəcə qədəm qoyan yeniyetmələrə sanki qol-qanad verir, açacaqları cığırların hansı ünvanlara qovuşacağı ilə bağlı düşüncələrinə bir aydınlıq gətirir.

Muğam televiziya müsabiqələri bir çox məqamları ilə qiymətli, əvəzedilməzdir. Hələ ilk keçirilən müsabiqədə bəzii telekanallarda ayaq açıb yeriyənsmsasılılığına son qoyulması, münsiflər heyətinin qətiyyətli mövqeyi müşaiyətçi musiqiçilərin bacarığı, dinləyici kontingentin səviyyəsi yarışmanın yüksək səviyyəsini şərtləndirən amillərdəndir. Münsiflər heyətinin üzvləri ilə tamaşaçıların fikirləri hər çıxış vaxtı sonra sanki bir-birini tamamlayır, birgə qərar verilməsinə gətirib çıxarır. Alqışlar verilən ballara əvəzedilməz stimuldur. Bunu münsiflər özləri təsdiqləyir. Amma heç hamı professional musiqiçi deyil alqışlar bəzən emosionallıqdan da doğa bilir. Ömrünü muğam sənətinin inkişafına həsr edən ustadlar isə səhv etməməlidir. Onların hər dəfə havaya qaldırdıqları lövhələr yeniyetmə ifaçıların gələcəyə bəslədikləri ümidlərin necə cücərməsinə xidmət etməlidir. Doğrudur, bəzən hansısa münsifin verdiyi qiymətdən narazı qalanlar da olur. Amma bu, yalnız ilk təəssüratdır, verilən məsləhətin kimin xeyrinə işləməsi barədə düşünəndə hər şeyin ədalətli olduğu dərhal üzə çıxır.

2007-ci il müsabiqəsi barədə bir yazımda bu cür yarışmanıqızıl səslər sərgisiadlandırmışdım. O, sərgidən üzüağ çıxan Güllünün, Abgülün, Ehtiramın, Nasirin, Rəvanənin, Elməddinin və digərlərinin böyük səhnədəki uğurları gözümüzün qabağındadır. Çox güman ki, builki müsabiqənin qalibləri də tanınan, sevilən, seçilən müğənnilərdən olacaqlar. Əməkdar incəsənət xadimi Nadir Axundovun sözləri ilə desək hər yarışmada bir-iki əsl müğənni qazansaq, bu,  Azərbaycan muğamının xeyrinə olar.

2013-ün televiziya muğam müsabiqəsi isə hələ davam edir. Böyük Muğam Evinin səhnəsi hər həftənin 2-ci və 4-cü günləri gənc və yeniyetmə istedadların ixtiyarına verilir. Ölkənin müxtəlif regionlarından uzun müddətli və əziyyətli proseslərdən sonra seçilən, bəyənilən muğam ifaçıları öz utancaq, səmimi davranışları, hərəkətləri, hələ bərkiməmiş, bişməmiş, bakirə səsləri ilə yüzlərlə tamaşaçı ilə üzbəüz əyləşirlər. Onların bəziləri hələ necə oturmağı, mikrofonla, qavalla necə rəftar etməyi də sən deyən bacarmırlar. Amma səsləri də, özləri də bulaq suyu kimi büllur, təmiz, ecazkardır. Onlar hələ bəzi səhnəarxası, pərdəarxası söz – söhbətdən, dediqodulardan uzaq, tər – təmiz, saf niyyətlidirlər. Gələcək isə onlarındır. Muğamatımız bu gün Beynəlxalq Muğam Mərkəzinin səhnəsində sınağa çəkilən yeniyetmə gənclərin hesabına yaşayacaq. Bu missiya onların alnına yazılan qismət payıdır.

 

Akif CABBARLI

525-ci qəzet.- 2013.- 24 avqust.- S.16.