Tolerant mühiti ilə seçilən Oğuz rayonu dinimilli dözümlülükdə nümunəvi bölgədir”

 

 

Müsahibimiz Oğuz rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi, əməkdar müəllim, tanınmış tarixçi-tədqiqatçı Rəşid Nurməmmədov bölgənin dini milli fərqliliklərlə seçilən mühitinə, onun tarixinə dərindən bələd olan bir ziyalıdır. Onunla söhbətimiz tolerantlıq anlayışının mahiyyətinə ümumi baxış, dözümlülüyün Azərbaycan xalqının həyat tərzinə çevrilməsində mühüm rol oynayan amillər, fərqli dinlərin nümayəndələrinin yaşadığı çoxmillətli Oğuz rayonunun Azərbaycanın tolerantlıq simvollarından biri olması, Qarabağ münaqişəsinin həllindən sonra millətlərarası münasibətlərin tənzimlənməsi istiqamətində görülən işlər, milli vəhdətin qorunmasında dövlət xalq səviyyəsində həyata keçirilən tədbirlər haqqında fikirlər üzərində qurulub.

 

(Əvvəli ötən sayımızda)

 

Təkcə yaşadığı bölgənin deyil, bütövlükdə ölkəmizin dünyanın tolerantlıq təcrübəsinə müəyyən qədər bələd olduğunu deyən tədqiqatçı Rəşid Nurməmmədovun fikrincə, hazırda Azərbaycanda, sözün əsl mənasında, multikulturalizmin təntənəsi, dini milli dözümlülüyün aşkar təzahürü müşahidə edilməkdədir. Onun sözlərinə görə, Azərbaycan dövlət-din münasibətlərinin tənzimlənməsinə mövcud vəziyyətinə görə dünyada nümunəvi ölkələrdən hesab edilir. Həmsöhbətimiz deyir ki, bu, təkcə azərbaycanlıların qürurla bəyan etdikləri fakt deyil, həm beynəlxalq təşkilatların nümayəndələrinin, nüfuzlu din xadimlərinin diplomatların dilə gətirdikləri həqiqətdir: “Hətta fəxrlə deyə bilərik ki, Azərbaycanın dövlət-din münasibətləri bu gün nümunəvi model kimi qəbul olunur öyrənilir. Bu sahədə çalışan beynəlxalq ekspertlər etiraf edirlər ki, ölkəmizdə dövlətlə dini qurumlar arasındakı qarşılıqlı etimad mühiti, eləcə dini konfessiyalar arasındakı əməkdaşlığın səviyyəsi ən demokratik cəmiyyətlərlə müqayisə oluna bilər. Eləcə qanunvericiliyin möhkəmləndirilməsi Azərbaycanın modern dünyada tolerantlıq nümunəsinə çevrilməsinə səbəb olub”.

R.Nurməmmədov bildirir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müxtəlif konfessiyalara mənsub ibadət evlərinin tikintisi bərpasına lazımi şərait yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib: “Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin bu sahədə əsasını qoyduğu mütərəqqi ənənələri uğurla davam etdirməsi nəticəsində Bibiheybət, Təzəpir, İçərişəhər Cümə, digər məscid ziyarətgahlar əsaslı bərpa yenidənqurma işləri aparıldıqdan sonra dindarların istifadəsinə verilib. Təzəpir məscid kompleksindəki dəyişikliklər, yüksək səviyyəli təmir-bərpa işləri sayəsində bu abidə özünün həcm-məkan memarlıq həllinə görə tək Bakının şəhərsalma strukturunda deyil, həm Abşeronun dini tikililəri arasında xüsusi yerlərdən birini tutur. Bakıda Əjdərbəy, Həzrət Məhəmməd, Şamaxıda Cümə məscidlərində Gəncədə İmamzadə ziyarətgah kompleksində bərpa yenidənqurma işləri aparılıb. Bundan başqa, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü qayğısı ilə təmir edilən Bakı şəhərinin kənd qəsəbələrindəki dini ocaqlarBuzovnada Cümə məscidi, Mərdəkanda Pir Həsən ziyarətgahı, Binə qəsəbəsində İmam Rza Möhsün Səlim məscidləri, eləcə Daşkəsən şəhərində Cümə, Gəncə şəhərində Şah Abbas Həzrət Zeynəb məscidləri dindarların istifadəsinə verilib. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra təkcə məscid ziyarətgahlar deyil, kilsə sinaqoqlar, eləcə digər ibadət evləri bərpa edilib, hətta Bakının mərkəzində Roma-katolik kilsəsi inşa olunub. Prezident İlham Əliyevin təşəbbüsü qayğısı ilə dağ yəhudiləri üçün Bakı şəhərinin mərkəzində tikilmiş yeni sinaqoq da dindarların istifadəsinə verilib. Memarlıq xüsusiyyətlərinə ölçülərinə görə təkcə Azərbaycanda deyil, regionda digər yəhudi məbədlərindən fərqlənən bu sinaqoqun açılış mərasimində rəsmi şəxslər, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, yəhudi icmasının üzvləri, eləcə İsrail, Rusiya digər ölkələrdən qonaqlar iştirak ediblər”.

R.Nurməmmədova görə, Azərbaycan, eyni zamanda, sivilizasiyalararası dialoqun inkişafına bu istiqamətdə beynəlxalq inteqrasiya prosesinin sürətlənməsinə fundamental töhfələr bəxş edir: “Azərbaycan tarix boyu digər dinlərin millətlərin nümayəndələrinə qarşı tutduğu mövqeyə görə tam mənada tolerantlıq nümunəsi kimi çıxış edib. Bu varislik əlaqələrinin əsasında hazırda da ölkəmiz dünyada ən tolerant məkanlardan birini təşkil etməkdədir. Çoxmillətli xalqın birliyinin aydın təzahürünü özündə əks etdirən xalqımız digər xalqlarla birlikdə özündə yüksək mədəniyyət nümunələrini təcəssüm etdirməkdədir. Təbii ki, bütün bunların stimulverici amili və tənzimetmə mexanizmi kimi, ilk növbədə, Azərbaycan dövlətinin qayğısı və dəstəyi mühüm əhəəmiyyət kəsb edir. Qanunvericiliklə hər bir millətin, dinin nümayəndəsinə öz millətinə bərabər hüquq və azadlıqlar verən, irqi ayrı-seçkiliyin heç bir şəkildə təzahürlərinə rast gəlinməyən, millətlərin yanaşı yaşadığı, möhkəm əlaqələrə malik olduğu və bir-birinə mühüm dəyərlər aşıladığı Azərbaycan mədəni nümunələrin, dəyərlərin əlaqələndiricisi – körpüsüdür. Elə buna görə də, ölkəmizin adı yüksək tolerantlıq sərgiləyən dövlətlərin siyahısında ən yüksək yerlərdən birini tutmaqdadır”.

Tədqiqatçının bildirdiyinə görə, müasir dövrdə multikulturalizmin əksinə olaraq özünütəcrid mövqeyi seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda, bəşəri dəyər və normalardan təcrid olunurlar: “XX əsrin sonlarında monoetnik dövlət yaradan Ermənistanın iqtisadiyyatının bugünkü böhranlı vəziyyəti tarixi reallıqdır”.

R.Nurməmmədov vurğulayır ki, çox təəssüf, Azərbaycanda tolerantlığı, multikulturalizmi yalnış istiqamətə yönləndirməyə və ölkəmizdə dini-etnik sabitliyi pozmağa cəhdlər göstərilir: Amma Azərbaycan müstəqil dövlətdir və heç bir dövlətin, xarici siyasidini dairələrin ölkəmizin daxili işlərinə, din siyasətinə müdaxilə etməyə nə hüquqi, nə də mənəvi haqqı yoxdur. Əslində, bu istiqamətdə edilən cəhdlər din təəssübkeşliyindən yox, məkrli, riyakar planları həyata keçirmək istəyindən irəli gəlir. Əgər hansısa dövlət və ya onun təsir dairəsindəki qüvvələr ölkəmizdə din pərdəsi altında məqsədinə nail olacağını düşünürsə, yanılır. Çünki buna Azərbaycan dövləti və cəmiyyəti imkan verməyəcək. İnsanlarımız, o cümlədən, dindarlar həqiqəti bilirlər və yalançı din təəssübkeşlərinin, islam adından danışan siyasətbaz “din xadimləri”nin onları aldatması mümkün olmayacaq. Hesab edirəm ki, İslam dini pərdəsi altında çıxış edən yalançı din təəssübkeşləri ilə özünü demokratiyanın beşiyi hesab edən, lakin eyni zamanda türkislam dünyasına düşmən mövqe tutan Qərbin üzdəniraq siyasətçiləri eyni dəyirmana su tökürlər. Bu gün Azərbaycan müxtəlif xalqların nümayəndələri ilə yanaşı, sülh və təhlükəsizlik şəraitində yaşadığı idealarzuolunan məmləkət kimi dəyərləndirilməkdədir. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdurbu, mədəniyyətlər, sivilizasiyalar arasında dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir”.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2013.- 27 avqust.- S.4.