Dinin Azərbaycan mədəniyyətində
və ədəbiyyatında yeri
İctimai inkişafın müxtəlif
dövrlərini keçən
insanlar daima maddi və mənəvi
sərvətlərə ehtiyac
duymuş və beləliklə, bu dəyərlərin yaradıcısına
çevrilmişlər. Nəsildən-nəslə keçən maddi-mənəvi
sərvətlər zaman
ötdükcə cilalanmış
və yeni keyfiyyətlər qazanmışdır.
İnsan
cəmiyyətinin nizamlanmasında,
müəyyən qayda-qanunların
yaranmasında tarix boyu mövcud dini inancların güclü təsiri olmuşdur. İnsanların dünyagörüşü, dini düşüncələri
onların ruhi aləminə nüfuz edərək, zəngin maddi və mənəvi
mədəniyyətin ərsəyə
gəlməsinə zəmin
yaratmışdır.
Əlverişli coğrafi şərait və çoxkonfessiyalılıq
Azərbaycanın tarixən
payına düşən
iki mühüm elementdir. Ölkəmizin ərazisində aparılan
qazıntılar zamanı
aşkarlanmış maddi-mədəniyyət
nümunələri xalqımızın
dünyagörüşü, dini inancları barədə dolğun məlumat verir. Lap əski çağlardan müxtəlif dini inancların geniş yayıldığı Azərbaycan
bu inancların maddi əksi olan abidələrlə olduqca zəngindir.
Bədii mədəniyyətimizin zəngin
tarixi minilliklər boyu formalaşmış incəsənətimizdə öz
əksini tapmışdır. Qobustanın
qaya təsvirləri, Qafqaz Albaniyasının bədii keramika və metal məmulatı,
bədii şüşə
və oyma sənəti, orta əsrlərdə dünya
şöhrəti qazanmış
Təbriz miniatür sənəti nümunələri,
rəngarəng xalçalar,
tikmələr, şirli
saxsı qablar, kaşı sənəti, zərif oyma şəbəkələr və
gözəl zərgərlik
məmulatları bədii
irsimizin zənginliyindən
xəbər verməklə
yanaşı, tariximizin
keçdiyi inkişaf
yolunun da əyani göstəriciləridir.
Daş və qayalar üzərində rast gəldiyimiz ən qədim sənət nümunələri ilk insan
məskənlərindən sayılan Azərbaycanda insanların qədim dini inanclarından xəbər verir. Keçmişin yadigarı sayılan
daş abidələrimiz
bu gün bizi daha çox
bədii və estetik xüsusiyyətləri
ilə maraqlandırsa
da, əslində onların vasitəsilə
xalqımızın müxtəlif
dövrlərdə dünyagörüşü,
dini təsəvvürləri
haqqında öyrənirik.
Qədim
azərbaycanlıların etiqadına
görə od
təmiz və müqəddəs hesab olunurdu. İnsanlar bütün müqəddəs
yerləri, o cümlədən
müqəddəs hesab
etdikləri ağacları
da “pir”, yaxud “ocaq” adlandırırdılar.
Ocağa
andiçmə ən
güclü andlardan hesab olunurdu. Azərbaycanın bir sıra bölgələrində
toy günü gəlin
oğlan evindəki ocağın başına
üç dəfə
fırlanıb, ona bir fincan yağ atır və bununla da ocağa rəmzi
olaraq qurban verirdi. İndi də bir çox
bölgələrdə ata
evindən çıxan
gəlinin ardınca xoşbəxtlik rəmzi hesab olunan çıraq
aparılmasının, yaxud
gəlinin toy günü
çıraq ətrafında
üç dəfə
fırlanması adətinin
şahidi ola
bilərik.
Alimlərimizin fikrincə, Azərbaycan ərazisində ilahiləşdirilmiş
təbii obyektlərdən
ən qədimi daş olmuşdur. Artıq tunc
dövrünün axırlarına
aid edilən təsvirlərin
yaranmasında insan şüurunun inkişafı
ilə əlaqədar
olaraq ilk dini etiqadlar təsir göstərmişdir. Tunc dövrü
oyma rəsmləri içərisində kollektiv
şəkildə təsvir
edilmiş insan fıqurlarına xüsusilə
tez-tez rast gəlmək olur. Böyükdaş “Ovçular zağası”
adlanan mağaranın
üstündə oyulmuş
kompozisiyada tonqal ətrafında dini mərasim xarakteri daşıyan kollektiv ritual
təsvir edilmişdir.
Azərbaycanda tunc dövrü
dini əqidələrindən
biri də günəşə pərəstiş
idi. Bu dövrün
dulusçuluq məmulatlarında
günəşin müxtəlif
rəmzi və sxematik təsvirlərinə
rast gəlmək mümkündür. O dövrdə
əcdadlara, ölülərə
də pərəstiş
edilirdi. Bu pərəstiş
üzərində günəşə
sitayişin böyük
təsiri olmuşdur.
Bəzən qəbirlərdə çıraqlara, ocaq qalıqlarına, oxra ilə boyanmış qırmızı daşlara
və oxra boyalarına təsadüf
edilir. Belə fikir oyanır
ki, bəlkə də, əcdadlarımız
qəbirlərin, axirət
dünyasının işıqlandırılması
qayğısına qalmış
və bu məqsədlə günəşi
andıran müxtəlif
vasitələrdən istifadə
etmişlər. İndi
də adam vəfat edərkən “qəbri nurla dolsun” deyirik, görünür qəbrin
işıqla dolması
ideyası tunc dövrünün, ən qədim atəşpərəstlərin dini mirasıdır. Azərbaycanın
müxtəlif bölgələrindən
tapılmış, üzərində
ilanın cızma, yaxud da qabarıq
təsviri olan qara və boz
gil qablar
da tunc dövründə
geniş yayılmış
ölülərə pərəstiş
və axirət dünyası təsəvvürlərilə
bağlı olmuşdur.
İlan ölülərin, əcdadların
ruhunu təmsil etmişdir. Qablarda qəbrə qoyulmuş
yeməli və içməli şeylərdən
ölülərin istifadə
edəcəyi inamı
var idi. Qədim əcdadlarımız ölülərin
ruhunu ilan şəklində təsəvvür
edərək, elə güman edirdilər ki, ölülərin ruhları ilan cildində qabların gövdəsinə sarılacaq,
onların ağzından
içəri girib qabın içindəki şeyləri yeyəcək.
Naxçıvan, Göygöl,
Sarıtəpə (Qazax
bölgəsi), Mingəçevir
kimi qədim yaşayış yerlərinin
qəbiristanlıqlarından ilan təsvirli çoxlu gil
qablar tapılmışdır.
İlk orta əsrlərdə bürüncdən
düzəldilmiş plastik
sənət nümunələri
dövrümüzədək gəlib çatmışdır. Bu nümunələrdə qədim
əsatir obrazları getdikcə öz dini mərasim məzmununu itirmiş, daha çox bəzək xarakteri almışdır. Bununla belə,
Mingəçevirdə tapılan
dini məbədin qalıqları arasında
aşkar olunmuş,
elm aləmində alban
kapiteli adını almış abidə
ornamental kompoziyası baxımından
diqqəti cəlb edir. Belə ki, bu abidənin yan üz tərəfində dik uzanan bir
bitki ətrafında simmetrik səpkidə qurulmuş iki tovuz quşu fıquru təsvir olunmuşdur. Tovuş
quşunun keçmişdə
müqəddəs sayılması,
onun od
və günəş
ilahəsinin rəmzi olması haqqında çox maraqlı məlumatlar vardır. Hələ
VII-VIII əsrlərdə Mərkəzi
Asiyada yaşayan türk xaqanlarının qəbulunda olmuş əcnəbi səyyahlar onların bu quşu müqəddəs
sayaraq, ona sitayiş etdiklərini bildirmişlər. Bu barədə dahi şairimiz Nizaminin “İskəndərnamə” poemasında
bir məqama da rast gəlirik.
Nizami bu poemada Nüşabənin
Bərdədəki sarayını
təsvir edərkən
bir neçə dəfə ipək parçalar üzərinə
salınmış tovuz
quşları rəsmlərindən
danışaraq, onların
türk xalqları arasında müqəddəs
sayıldığını bildirmişdir.
Araşdırmalar göstərir ki, insanlar uzaq keçmişdə
kainatın varlığını
təmsil edən “su, od, torpaq
və hava” kimi dörd təbii ünsürün
məhsulu olan bitkiyə sitayiş etmişlər. Zaman keçdikcə bu
hər dövrün öz ideoloji və estetik xüsusiyyətlərinə uyğun
olaraq müxtəlif
forma və şəkillərdə
olmuşdur.
İslam
dininin zühuru və Azərbaycanda sürətlə yayılması
xalqımızın taleyində
dönüş oldu, onun mənəvi-mədəni
inkişafına təkan
verdi. İslama qədərki
mədəniyyətin məzmunu
dəyişərək, yeni
keyfiyyət aldı.
Xilafət tərkibində birləşən
xalqların otaq mədəniyyəti yarandı.
Azərbaycan mədəniyyəti də ümumislam mədəniyyəti ilə
qovuşdu.
XII əsrdə mədəniyyətin
hər sahəsində
olduğu kimi, memarlıq sahəsində
də uğurlar əldə edilmişdi. Bu dövrdə artıq müəyyən özünəməxsus
xüsusiyyətləri olan
Azərbaycan memarlığı
qədim dövrlərdən
gələn inşaat
ənənələri ilə
islamiyyət dövründə
köklənmiş yeni
yaradıcılıq ənənələrini
birləşdirmiş və
yerli memarlıq məktəblərinin yaranmasına
imkan yaratmışdı.
Bu memarlıq məktəbləri
içərisində ilk memarlıq
məktəbi Aran memarlıq məktəbi idi. Qədim memarlıq ənənələri
ilə islamiyyətdən
gələn tipoloji xüsusiyyətlərin birləşməsi
nəticəsində formalaşan
orta əsr Azərbaycan memarlığının
ilk rüşeymləri Bərdədə
özünü göstərirdi.
Aran, Naxçıvan,
Şirvan-Abşeron memarlıq
məktəblərinə xas
türbə, günbəz,
minarə, sərdabə,
məscid tikintilərində
müsəlman-şərq ornamentləri,
abidələrin üzərində
dini mətnlərin işləmələri, xəttatlıq
nümunələri yüksək
şəkildə həkk
olunmuşdur. Naxçıvan memarlıq məktəbinin
banisi Əcəmi Əbubəkr oğlunun Naxçıvanda ucaltdığı
Möminə xatun türbəsinin daxilində
dörd böyük qönçə şəklində
bəzək vurulmuşdur.
Dairəvi şəkildə
olan bu qönçələrin
içərisində nəbati
naxışlı rəsmlər
və söz zamanlar aydınlaşdırılmış
yazılar ornament şəklində
yerləşdirilmişdir. Burada
Allah, Ömər, Osman,
Əli sözlərinin
yazılması ehtimal
olunur.
(Ardı var)
525-ci qəzet.-
2013.- 31 avqust.- S.30.