DƏLİ OLMAYANIN AĞILI YOXDU

 

 

 

Deyirsən dəliyəm, sən deyən olsun,

Mənimki bir zəncir, bir quyudu.

Neyləmək olar ki, başına dönüm,

Mənim dünyada qazancım budu.

 

 

 

İşə yollanıram, evə dönürəm,

Bu da bəhanədir yaşamaq üçün.

Hərənin qəribə bir taleyi var,—

Mən dərd daşıyıram evimə hər gün.

 

 

 

Sevincin üzünə həsrət adamlar

Dərdsiz günlərini bayram edirlər.

Özgə kədərinə qarışır başım,—

Mənim öz dərdlərim toya gedirlər.

 

 

 

Dəli olmağımdan niyə qorxum ki,

Dünya bilir, qara bilir.

Dəlinin quyuya atdığı daşı,

ki, ağıllı çıxara bilir...

 

 

Deyirsən dəliyəm, sən deyən olsun,

Mənsiz dünyada ağıllı çoxdu.

Dünya belə gəlib, belə gedirsə,

Dəli olmayanın ağılı yoxdu...

 

 

 

ARXAMCA ATILAN DAŞLAR

 

 

 

Arxamca daş atıb sevinən namərd,

Daşlarla doludur yollarım mənim.

O daşla, bu daşla çarpışmadadır,

Elə yaranışdan qollarım mənim.

 

 

 

Qara daşlar kimi, qara div kimi,

Yoluma daş qəlbli adamlar çıxır.

Yolda daş olmağa, kötük olmağa,

Arxalı harınlar, nadanlar çıxır.

 

 

Yaxşı adamlar da çıxır yoluma,

Onlardan savayı yoxdur heç kəsim,

Anamın arxamca yola səpdiyi,

Bir qab su, ömürlük bəsimdir, bəsim.

 

 

Arxamca daş atıb, neyləcəksən?

Üzünü görmüşəm hər qara daşın.

Min namərd önündə əyilən deyil,

Bir mərdin önündə əyilən başım.

 

 

Sənin acığına atdığın daşla,

Mən neçə namərdi daşlayacağam,

Keçib təpə-dırnaq daş küçələrdən,

Belə daş evlərdə yaşayacağam.

 

 

 

Yüz kərə, min kərə arxamca daş at,

Onsuz da əslinə bələdəm sənin.

Arxamca atdığın o daşları sən,

Bir vaxt taleyimə atarsan yəqin.

 

 

Ehtiyat boy atır içimdə mənim,

Daş atıb, özünə quyu qazırsan.

Arxamca atdığın o daşlarla sən-

Məni sabahıma hazırlayırsan.

 

 

ƏZAB

 

 

Hər gün eyni yolu gedib-gəlməyim,

Hər gün eyni işi görməyiməzab.

Allahın verdiyi ömür payını,

Sonsuz qayğılara bölməyiməzab.

 

 

Sınadım doğmanı, sınadım yadı,

Dünya malındaymış ağzının dadı,

Sınaqdan çıxmayan gör neçə adı

Yaddaş dəftərindən silməyiməzab.

 

 

Qovhaqov içində ömür-gün talan,

satan qazanır, ki, alan,

Ortada guya ki, sirr kimi qalan,

O qədər sirləri bilməyiməzab.

 

 

Başımı bəlaya salan ömrümə,

Zamanın əlində talan ömrümə,

Daha bundan sonra qalan ömrümə,

Ağlamağıməzab, gülməyiməzab.

 

 

Ruhumun qorxduğu röyası nəymiş?-

Bu dünya bir nağıl, bir əfsanəymiş,

Dünyaya gəlməyin mənası nəymiş?

Yaşamağıməzab, ölməyiməzab...

 

Hacı Murad Qoçuoğlu

525-ci qəzet.- 2013.- 31 avqust.- S.25.